Yekaterinburqda baş konsulluğun təşkilatçılığı ilə “Azərbaycan muğam gecəsi” adlı konsert proqramı təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, noyabrın 2-də Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunmasına həsr edilmiş muğam gecəsi təşkil olunacaq.

Tədbirdə Azərbaycanın muğam ustaları – Xalq artistləri Mənsum İbrahimov, Elçin Həşimov, Əməkdar artistlər – Elnur Əhmədov, Kamran Kərimov, vokalçı Günay İmamverdiyeva iştirak edəcəklər.Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Yekaterinburq

Mənbə: https://azertag.az