Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Günel Eyvazova “Dövrü mətbuatdan sətirlər” adlı yeni layihəyə başlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, “Dövrü mətbuatdan sətirlər” adlanan layihədə mətbuatda dərc edilmiş maraqlı hekayələr videoçarx vasitəsilə oxucularla paylaşılacaq.
İlk olaraq videoçarxda Sevil Gültənin “İşıq” jurnalında dərc edilmiş “Kitabsız evlər” hekayəsi səsləndirilib.
Mənbə: https://azertag.az/