Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Samirə Abbasova “Azərbaycan musiqisinin dahi simaları və notlar” adlı videoçarx hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda musiqimizin dahi simalarının yaradıcılıqlarını əks etdirən kitablar təqdim edilib.

Oxucular həmçinin görkəmli sənətkarların möhtəşəm əsərləri ilə yaxından tanış olmaqdan ötrü kitabxanada təqdim edilən kitabları əldə etmək imkanına sahibdirlər.

Qeyd edək ki, təqdim olunan videoçarxla qurumun sosial şəbəkə səhifələrindən tanış olmaq olar.

Mənbə: https://azertag.az/