Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Bir zaman bərabər, qol-qola girib,
Seyrinə çıxardıq sənlə dənizin.
Ləpəni, dalğanı birgə seyr edib
Qumlu sahilində qalardı izin…
Əyilib qumlara şəkil çəkərdi,
Hərəmiz bir ürək çızardıq yerdə.
Sonra adımızı həkk eliyərdik,
Dalğalar yuyardı, çəkərdik bir də.
Şıltaqlıq edərdim, dözüb nazıma
Boynuma sarılıb, qucaqlayardın…
Qaçardım, tutardı, basıb bağrına,
Yanağımdan öpüb, pıçıldayardın…
Deyərdin : BİR DƏNƏM, GÖZƏLİM MƏNİM,
Mən də gülümsəyib hey utanardim
Buna şahid olub mavi dənizim
Necə sevinərdim, qananadlanardım.
Əsdi aramızda soyuq küləklər,
Qırıldı qanadım…
Ayrılıq güc gəldi bizə…
Daha yollarına baxmır bu gözlər,
O gündən getmirəm mən o dənizə…