“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili ilə bağlı internet resursları və xatirə materialları hazırlanacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqində yer alıb.
Həmçinin “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ili ərzində poçt markalarının və xatirə nişanının hazırlanması, Şuşa şəhərinin elektron xəritəsinin və mobil tətbiqinin hazırlanması və “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” portalının yaradılması da nəzərdə tutulur.
Qeyd olunan işlərin icrası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.