Şuşa şəhərində VI “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının keçirilməsi bu ilin may ayına planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiqində yer alıb.
Festivalın təşkili ilə bağlı işlər Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.