“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023”ün rəsmi açılış mərasiminin cari ilin martında keçiriləsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb.
Tədbirin icrası Mədəniyyət, Xarici İşlər nazirliklərinə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə həvalə olunub.