Azərbaycan Respublikası Nazirlər Kabineti “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Mədəniyyət Nazirliyi müəyyən edilib.
Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə olunub.