Qırğızısatan Yazıçılar Birliyi tərəfindən Qırğızıstan ilə Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, “İlin gənci” müfakatçısı, gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səma Fəxri Fərmanla təltif olunub. Fəxri Fərmanı Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov imzalayıb.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.