Ədəbiyyat İnstitutunun əməkdaşları Polşada mühazirə oxuyurlarAMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva və elmi işçi Lalə Ələkbərova hal-hazırda davam edən “Erasmus” (European Region Action Scheme for the Mobility of University Students) proqramı çərçivəsində Polşanın Bialystok Universitetində tələbələrə mühazirə oxuyublar. Qeyd edək ki, “Erasmus” proqramı Ədəbiyyat İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov və hazırda Polşada olan gənc alimlərin səyləri ilə qazanılıb.Görüşdə həmçinin Universitetinin əməkdaşı Dr Viktor Qardotski və institutun “Horizon 2020” proqramı üzrə koordinatoru Dr İvona Rusek iştirak ediblər.Bialystok Universitetində proqram çərçivəsində elmi işçi Lalə Ələkbərova klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı və onların Polşa ədəbiyyatında təzahürü, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva isə ədəbi cərəyanlara müasir ədəbi-nəzəri baxış, XX əsrdə ədəbi və elmi məktəb yaratmış sənətkarlar, eləcə də akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatında dövrləşdirmə konsepsiyası ilə bağlı müxtəlif məruzələrlə çıxış ediblər.Xatırladaq ki, ötən il Ədəbiyyat İnstitutunun “Horizon 2020” proqramı üzrə koordinatoru, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov da Bialystok Universitetində məruzələrlə çıxış etmişdi.