Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, gənc şair Məhəmməd Azəroğlunun Belarus Respublikasında fəaliyyət göstərən “4/4” Nəşriyyatı tərəfindən “Məhəmmədin məktubları” adlı şeirlər kitabı işıq üzü görüb.

Kitabın üz qabığının rəssamı Nəvai Mətindir.

Ön sözün müəllifi Belarus Yazıçılar Birliyinin sədri Ales Karlyukeviçdir. Kitabı Azərbaycan dilindən Belarus dilinə çevirənlər tanınmış Belarus ədibləri Mikol Şaboviç, Tatyana Sivets və Yuliya Aleyçenkodur.

Kitab müəllifin oxucuları ilə növbəti görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alim, ədəbi tənqidçilər və oxucuların rəğbətini qazanacağına ümid edirik.

Xatırladaq ki, Mikol Adamın, şair Yuliya Aleyçenkonun Məhəmməd Azəroğlunun yaradıcılığına həsr etdikləri məqalələr də yer alıb.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.