“Gənc Ədiblər Məktəbi” 2-nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və “Varislər” ədəbi birliyinin (Tovuzda fəaliyyət göstərən) üzvü, Prezident təqaüdçüsü Mehman Rasimoğlunun“Elm və təhsil” nəşriyyatı tərəfindən “Doğmalar da yadlaşırmış” adlı yeni şeirlər kitabı 172 səhifə həcmində, 200 tirajla işıq üzü görüb.
Kitabın redaktoru və önsöz müəllifi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident
təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəlidir.
Kitab müəllifin oxucularla sayca 3-cü görüşüdür. Kitabda müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri yer alıb. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alimlər, poeziya həvəskarları, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə şair Mehman Rasimoğlunun “İlk məhəbbətim” (2012) və “Könlüm məhəbbətin harayındadı” (2015) şeirlər kitabı nəşr olunmuşdu.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.