Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, filologiya üzrə fəlsəfə doktoru, istedadlı gənc xanım yazar Afət Viləşsoyun tirajla “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən 152 səhifə həcmində, 300 tirajla işıq üzü görüb.
Kitabın redaktoru Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Muğanna, önsöz müəllifi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəlidir.
Qeyd edək ki, bundan öncə şairə Afət Viləşsoyun “Çiçək nəğməsi” (2004), “Könül pıçıltısı” (2006), “Salam, Tanrım” (2008), “25 Nar çubuğu” (2010), “Söyüd balası” (2012), “Anama məktub” (2016) adlı şeirlər kitabı nəşr olunmuşdu.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.