27 may 2019-cu il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan klubunda Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, filologiya üzrə fəlsəfə doktoru, istedadlı gənc xanım yazar Afət Viləşsoyun tirajla “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabı təqdimat mərasimi və imza günü keçiriləcək.

Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

Qeyd edək ki, gənc xanım yazar Afət Viləşsoyun tirajla “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabı təqdimat mərasimi və imza gününün rəsmi informasiya dəstəyi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalıdır (edebiyyat-az.com).

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.