Rafiq ODAY.”Meydan oxuyub şəst ilə dünyayə pir olmuş”

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru


Meydan oxuyub şəst ilə dünyayə pir olmuş,
Dözdü ürəyim bir belə qovğayə pir olmuş.

Qoşma başını Məcnuni-divanəyə əsla,
Düşmə boşuna bir belə xülyayə, pir olmuş.

Çatmaz dadına sərvəti sevda bazarında,
Eşqin özüdür aşiqə sərmayə, pir olmuş.

Mövla sevənin qorxusu olmaz dərisindən,
Dikdim gözümü usluca sərpayə, pir olmuş.

Dünya dağılır iblisə bənzərlər əlindən,
Dalmış da dərin, div kimi, röyayə pir olmuş.

Ay var, dəyəri yox ulu ustad nəzərində,
Gün var da dəyər min günə, min ayə, pir olmuş.

Rafiq Odayam, ey naşı, dövrəmdən uzaq dur,
Çırpma özünü billura, minayə, pir olmuş.

17.03.2026