Milli Kitabxanada “Füzuli Şəhəri Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, kitab və məqalələr, ənənəvi sərgidə isə Füzuli şəhərinin toponimiyasını, tarixini, memarlıq abidələrini, Azərbaycanda erməni-daşnak terrorunun xronologiyasını, eləcə də Vətən müharibəsi və böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondundan kitablar və s. materiallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fuzuli/index.htm linkindən istifadə edə bilər.
Ənənəvi kitab sərgisi bir həftə davam edəcəkdir.
Mənbə: https://azertag.az/