X Uluslararası İstanbulensis Şeir Festivalında Azərbaycan da təmsil olunacaq. Festivalda ölkəmizi tanınmış şair, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Məsləhət Şurasının üzvü Rəsmiyyə Sabir təmsil edəcək.
Bu haqda AZƏRTAC-a məlumat verən şair bildirib ki, festival oktyabrın 25-dən 29-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək. Beynəlxalq şeir festivalında Azərbaycanla yanaşı, Tunis, İran, Suriya, Bosniya-Herseqovina, Fələstin, Seneqal, İordaniya və başqa ölkələrdən tanınmış şairlər iştirak edəcək. Festival çərçivəsində Türkiyənin və xarici ölkələrin şairləri öz şeirlərini oxuyacaq, onların məktəblərdə şagirdlərlə görüşləri keçiriləcək. Festival günlərində, həmçinin gənc şairlər üçün şeir axşamı təşkil ediləcək.
Mənbə: https://azertag.az/