“Qanun” nəşriyyatının yeni layihəsi “Azərbaycan poeziyası, seçmə şeirlər” adlanır. Seriyadan sizə təqdim etdiyimiz bu kitaba sevilən və unudulmaz Vaqif Səmədoğlunun seçilmiş şeirləri daxil edilib. Kitabın səhifələri arasında şairin müxtəlif illərdə qələmə aldığı şeirlərin fərqli poetik ovqatına köklənəcək, ruhunuzu dincəldən şeir ab-havasına qərq olacaqsınız. Kitab şairin ömür-gün yoldaşı Nüşabə xanım Vəkilovanın təqdim etdiyi şeirlər əsasında tərtib edilib.

Mənbə: https://www.qanun.az/