Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, professor Tahir Məmmədovun yaradıcılığından bəhs edən kitabın təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu kitabın milli mədəniyyət tarixi üçün əhəmiyyətini qeyd edib. “Belə bir kitabın ərsəyə gəlməsi, məncə, çox mühüm hadisədir. Burada mədəniyyətimizin görkəmli xadimləri təsvir edilib, həm bədii əsərlər, həm də fotoşəkillər təqdim olunub”, – deyə Polad Bülbüloğlu bildirib.
Nəşrdə rəssamın yaradıcılıq yolunun geniş təhlili ilə yanaşı, onun şəxsi kolleksiyalarda saxlanılan və müxtəlif muzeylərdə sərgilənən əsərlərinin reproduksiyaları da yer alıb.
Mənbə: https://azertag.az/