Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinə Dövlət Rəqs Ansamblının möhtəşəm konserti ilə yekun vurulub

5-7 iyun tarixlərində Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri Azərbaycan Dövlət Rəqs Ansamblının möhtəşəm konserti başa çatıb.
Türkmənistan Dövlət Mədəniyyət Mərkəzinin Muğamlar Sarayında keçirilən konserti qardaş ölkənin rəsmiləri, Azərbaycan Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, mədəniyyət və ictimaiyyət nümayəndələri izləyiblər.
Konsert proqramı “Mənim Azərbaycanım” süitası ilə başlanıb.
Sonra kollektivin ifasında “Qavalla rəqs”, “Nağaralarla rəqs”, “Toy”, “Qazaxı”, “Xalay”, “Naz eləmə”, “Tərəkəmə”, “Uzundərə”, “Ağ çiçəyim”, “Çayçı”, “Bahar” və “Qaytağı”
rəqslərimiz yüksək şövqlə təqdim olunub. 
Bütün nömrələr tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.

Mənbə: https://culture.gov.az/

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir