Şuşaya səfər edən bəzi turistlərin şəhərdəki qaya daşlarının üzərinə müxtəlif adlar və yazılar həkk etməsi cəmiyyətdə haqlı narazılıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülər bir daha göstərir ki, tarixi və mədəni irs nümunələrinə münasibətdə məsuliyyətsiz davranış halları hələ də mövcuddur. Lakin məsələ yalnız bir neçə daşın üzərinə yazı yazılması ilə məhdudlaşmır. Bu hadisə daha geniş müstəvidə – tarixi yaddaşa, milli irsə, ictimai əmlaka və ən əsası, şəhidlərin canı-qanı bahasına azad edilmiş müqəddəs bir məkana münasibəti ortaya qoyur.

Belə hallarda mühüm bir sual yaranır: Tarixi və mədəni irsə münasibətimiz necə olmalıdır? Bu sual xüsusilə Şuşa kimi şəhərlər üçün daha böyük əhəmiyyət daşıyır. Şuşa Azərbaycanın tarixini, mədəniyyətini və qəhrəmanlıq salnaməsini özündə yaşadan şəhərdir. Bu şəhərin hər küçəsi, hər divarı, hər qayası ayrı-ayrılıqda tarixin bir parçasıdır. Xüsusilə Vətən müharibəsindən sonra Şuşada qorunub saxlanılan güllə izləri, dağıntılar və digər izlər Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda aparılmış mübarizənin canlı şahidlərinə çevrilib. Bu izlərin hər biri gələcək nəsillər üçün mühü

Mənbə: https://azertag.az/