
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Dünya cavan, dünya qoca,
Dünya mənim yaşıdımdı.
Ötən illərin üstünə
Gözlərimin yaşı damdı.
Usandım qeylü-qalından,
Utandım boz əhvalından.
Dördəlli dünya malından
Tutan ağlı yaş adamdı.
Bu çiyindi, bu baş – ayır,
Bu qurudu, bu yaş – ayır.
Yaxşı-pis – hamı yaşayır,
Əsl insan yaşadandı.
27.07.2025