
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Gün doğur – üzə gün gülür,
Dolanır bizdən gen, gülür.
Üzdəki dərdin yüngülü, –
Ağırı lap altda qalır.
Uyma ömrün şabaşına,
Yenilərsən savaşına.
Ha dizinə, ha başına
O ki var, tapatda*, qalır.
Xışla ömrün alağını,
Tap yolunu-yolağını.
Hələ də fil qulağını
Sevənlər – top at da, qalır.
Tanrıdan əta – xoşbəxtlik,
İçdiyin buta – xoşbəxtlik.
Bizə üz tutan xoşbəxtlik,
İllərdi nobatda* qalır…
24.07.2025
*tapatdamaq – başına, gözünə döymək.
*nobat – növbə