* * *
və bu elə bir hissdir ki
sən deyə bilmirsən
deyə bilmərsən
deyə bilməyəcəksən ki
“səni məndən çox sevən olmayacaq”
çünki…
ancaq Onu görürsən…
və bu elə bir sevgidir ki…
sən onu nə qədər çox sevsən də
hələ də az olduğunu düşünürsən…
və sənin ağlına da gəlmir
gəlməz
gələ də bilməz ki
onu səndən çox sevən olmayacaq…
çünki……
sən onun sevimli olmağını da istəyirsən…….
sən sən deyilsən…və sən fərqində də deyilsən ki
doğrudanmı sən onu daha çox
laap çoox sevirsən…
lap çox sevmək necə olur ki?
ya sevərsən ya da yox…
sən sevginin zirvəsinə çatmısanmı?
Sevginin zirvəsi hardadır..
.onu təsəvvür etmək mümkündürmü???