Sən və Mən!!
İstəyirəm, bədənimin istisində
saxlayım səni,
İstəyirəm, ürəyimin döyüntüsündə
gizlədim səni.
İstəyirəm, gözlərimin görüntüsündə
oxşayım səni.
İstəyirəm, xəyalımın yerə – göyə
sığışmayan
Sevgisində vəsf edim səni.
Mən mehriban, gülərüzlü bir insanam.
Sən də, namus və qeyrətli bir qadından,
çox zövq alan.
Hər ikimiz, nəfsimizlə cihad edən,
doğma olan.
Hər ikimiz nur içində,
Tanrımıza yaxın olan.
Pak bir adam,…
Sən və Mən!!
Ruhən, cismən biz bir olan,
İllərlə məni yaşadan,
Gündə 100 yol küsən, barışan
Biri sənsən, biri mən,
Sən və Mən!!