601561_599969033393140_1478104889_n

Qələm və Mən

İstəmirəm, yad əlləri
Əllərinə toxunsun.
İstəmirəm, özgə gözü
Gözlərinə tuş olsun.
İstəmirəm, gül nəfəsin
Yad nəfəslə bir olsun.

Titrək sözlərinə baxıram sənin,
Təmizdən – təmizsən, mənim ürəyim.
Bir paklıq duyuram, gözündə sənin.
Hərdən laqeyidsən dərdimə mənim.

Bilsən, nə çəkirəm, nə yaşayıram
Bu qədər biganə olmazdın mənə.
Bilsən, sübhə qədər yatmıram deyə,
Qələmi əlimdən qoymuram yerə.

Sözlərimi mən qələmə deyirəm,
Göz yaşımı qələm ilə bölürəm.
Heç kim ilə bircə kəlmə
Danışmaq istəmirəm.
Tənha qalıb, özüm ilə baş – başa
Dost olduğum, bu qələmlə mən qoşa!

Hacı Zərifə.
17. 07. 2013