1451511_10202086844468905_251623986_n

26 noyabr 2013-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Azərbaycan Yazıçılar Birliyinin yeni sözcüsü Xəyal Rzanın təşkilatçılığı ilə “İnternet və ədəbiyyat: problemlər, imkanlar”dlı yeni silsilə tədbirlərə start verildi.Silsilə tədbiri saat 14:00-dan-16:00-a qədər davam etdi.Tədbiri giriş sözü ilə AYB-nin yeni sözcüsü Xəyal Rza açdı.O, ilk növbədə tədbir iştirakçılarını salamladı, sonra Çağdaş Azərbaycan ədəbi mühitində ədəbiyyatın və internetin həm müsbət, həm də mənfi cəhətləri haqqında tədbir iştirakçılarını bilgiləndirdi.İlk sözü Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın xan Əbilova verdi.Aydın xan Əbilov ilk növbədə tədbirə gələn qonaqları salamladı və ədəbiyyat və internetin çağdaş dönəmdə əhəmiyyətindən danışdı.Daha sonra Dünya Gənc Türk Yazarlar Birliyinin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Səidə Könül, Azərbaycanın istedadlı xanım yazarı Afaq Şıxlı, “Ədalət” qəzetinin əməkdaşı Ceyhun Musaoğlu, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Səlim Babullaoğlu, Azərbaycanın istedadlı xanım yazarı Vüsalə Babaxanqızı, Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı və digərləri çıxış edərək “İnternet və ədəbiyyat: problemlər, imkanlar” mövzusu ətrafında öz fikirlərini bildirlər və təkliflərini etdilər.Tədbirin sonunda Xəyal Rza zəhmət çəkib tədbirə gələn insanlara təşəkkürünü bildirdi.