Qasqarlı 11 əsrdə Qaraxanlılar yəni indiki Özbəkistanda anadan olub.kitab 319 səhifən ibarətdir.Kitabda “ərzi-Azərabaqdan″ adlı xəritə var. Qaşqarlı Mahmud, Türk Lәhçәlәrinin lüğәtı, Divanü Lüğәtit Türk’ü 20 il müddәtlә yığdığı materyallar ilә 2 il әrzindә qәlәmә vermişdi.
Alim, min il әvvәl bütün Türk diyarını gәzib vә Türk xalqları arasında yaşıyaraq Türk dili, tarixi, coğrafiyası, folkloru vә mifolojisilә bağlı abidәvi bilik xәzinәsini bizlәrә әrmәğan etmişdir.
Qaşqarlı, Xaqaniyә, Uygur, Oğuz, Kıpçak, Türmәn, Qırğız, Çiğil, Yağma, Arqu vә digәr Türk soylu xalqları Türk adı altında cәmlәşdirәn bir Türkoloqdur.
Türklәrin yaşadıqları ölkәlәri, şәhәrlәri, qәsәblәri, kәndlәri tanış edәn, tәfәrrüatlı mәlumat çatdıran qiymәtli әsәri xәritә ilә dә Türk coğrafiyaşünası adına layiq görülmüşdür.
Mahmud Kaşqari “türklərin bölgələrini, kəndlərini və çöllərini qarış-qarış gəzmişdir. Uzun illər o, türk, oğuz, qırğız şəhərlərini, kəndlərini, düşərgələrini dolaşaraq onların lüğətini yazmışdır”. Nəticədə M.Kaşqari Xəzərin şərq sahillərindən başlamış Lobnor gölü meridianına və İli çayı enliyindən Kaşqariyanın cənub sərhədlərinə qədər olan geniş ərazini öyrənmiş, Orta və Mərkəzi Asiyanın bir hissəsinin ilk rayonlaşdırılmasını aparmış və türk xalqları və abidələrinin məskunlaşma sərhədlərini və yerlərini böyük dəqiqliklə müəyyən etmişdir.
Onun məşhur “Divani-lüğət it-türk” (1072-1074) əsərində türk qəbilələri, çoxlu dağ, çay, göl, ölkə və dövlətlər haqqında geniş məlumatlar toplanmışdır. Tyan-Şan və Yeddigöllük, İssık-Kul gölü, Balasaqun dağları (Qırğızıstanda), Altay vadisi və İli çayı və s. ən müfəssəl şəkildə səciyyələndirilmişdir. O, Narının yuxarı hövzəsində olmuş, Çatırgöl və Siziç (Songöl) gölünü qeydə almışdır. “Divan”ın sonuna əlavə olunmuş xəritə Mahmud Kaşqari dövründə türkdilli xalqların yaşadığı ərazilərin təsvirini verən ilk xəritədir. O, bir sıra paralel formada düzülmüş Qərbi Tyan-Şan dağ sistemini öz xəritəsində daha düzgün əks etdirmişdir. Kaşqari Manqışlak (Manqıstan) yarımadası ilə də tanış idi – bu yarımadaya ilk dəfə məhz onun xəritəsində rast gəlinir.
“Divani-lüğət it-türk” əsəri haqqında
Dünya ədəbiyyatı tarixində məşhur olan əsərlərdən biri də “Divani-lüğət it-türk” əsəridir. Bu əsərin müəllifi XI əsrdə yaşayıb-yaratmış məşhur türkoloq Mahmud Kaşğaridir.Müəllif bu əsəri 1075-ci ildə yazmağa başlayır.Əsəri 1077-ci ildə tamalayır.Bu əsər ərəblərin türk dilini öyrənmək məqsədi ilə yazılıb. Divani-lüğət it-türk” əsərində 7500-dən çox sözün şərhi verilib.Bu sərdə türk xalqlarının həm şifahi, həm də yazılı ədəbiyyatından şeir nümunələri də verilib.Şierlər əsasən dördlük formasındadır.Misra daxili bölgü 4+3 formsındadır.Səkkiz hecalı şeirlərə də təsadüf olunur. Divani-lüğət it-türk” əsərində türk dillərində ahəng qanununun olması haqqında ilk dəfə olaraq məlumat verilir.