19895

Salam, Əziz və Hörmətli Dostlar!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı “Dastana çevrilən rəhbərin ömrü” adlı yeni bir layihə həyata keçirir.Layihənin rəhbəri Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvü və “Şərq bölgəsinin ədəbiyyatı” bölməsinin redaktoru, “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycanın istedadlı gənc xanım yazarı Elnurə Ağazadədir.Layihə çərçivəsində dekabrın 12-də Ümummilli Lider Heydər Əlirza oğlu Əliyev haqqında qələmə alınan ədəbi-bədii nümunələr, poeziya örnəkləri, poemalardan parçalar, məqalələr, publisitik qeydlər dərc olunaraq facebook sosial şəbəkəsi vasitəsilə ictimaiyyətin nəzərinə çatdırılacaq.
Yazılarının dərc olunmasını istəyən əziz və hörmətli sayğıdəyər dostlarımız dekabr ayının 11-i saat 22:00-q qədər aşağıda göstərilən ünvanlara müraciət edə bilərlər:

Üvnan: Azərbaycan Respublikası, Bakı şəhəri.
E-mail: edebiyyat-az.com@mail.ru
Əlaqə telefonları: (051) 785 44 33; (055) 260 98 90