1922557_1539561029601723_55054801_n

Cəlaləddin QASIMOV,
Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, yazıçı-publisist

İTTİHAMNAMƏ

XOCALI SOYQIRIMI haqqında…

Mən 2010-cu ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində olarkən, vaxtilə Qarabağ müharibəsinin iştirakçısı olmuş bir erməni (Ermənistan vətəndaşı) ilə görüşdüm. Mənim onunla uzun çəkən söhbətim elə alındı ki, o mənə şahidi olduğu bir neçə fakt açıqladı: Onu da bildirim ki, mən həmin faktların bəzilərindən “27 ildən sonra” (Bakı, “Nurlan”-2013) adlı kitabımda yer almış “Silinməyən ləkə” romanımda bəhs etmişəm. Aşağıda həmin faktların bəzilərini nəzərinizə çatdırıram (və bildirmək istəyirəm ki, bir bədii əsərdə yer alsa da, bunlar heç bir bədiilik qatılmamış FAKTlardır…):
“Fevralın 25-də axşam saat 11.00 radələrində rus hərbi birləşmələrinə məxsus 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq qrad-alazan tipli raketlərdən və tanklardan Xocalını iki saata qədər durmadan atəşə tutdular.
1-ci əsas zərbəni mayor Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeniy Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballıca kəndində yerləşdirdilər. Çanaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi.
366-cı alayın bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra 3 istiqamətdən hücuma keçdilər.
Əhali dağılırdı… Hərə bir yana qaçaraq, köməksiz vəziy-yətdə qalmışdı. Qarqar çayı istiqamətində, donuzçuluq ferması deyilən yerdə dinc əhaliyə qarşı əsl qırğın başladı. Xocalıdan çıxarkən gecə saat 4 radələrində Xocalıdakı bir neçə postdan düşmənə müqavimət göstərilərək atəş səsi gəlirdi… »

“Keçmiş döyüşçü” erməni Xocalıda əsir düşmüş vətəndaşlarımızdan biri olan Məmməd Nağıyevin söylədiklərini danışırdı: «Ermənilər bizi aldadaraq deyirdilər ki, kim əsirlikdən qurtarmaq, yaxud dəyişilmək istəyirsə, bizimlə gəlsin. Bu minvalla azərbaycanlı əsirləri bir-bir aparırdılar. Sonradan öyrəndik ki, onları ölən erməni əsgərlərinin qəbri üstə apararaq başlarını kəsirlərmiş.
Bir gün də bir erməni, əsirlər saxlanılan yerə gələrək 13 nəfəri seçib apardı və dedi ki, meşədə mənim qohumumu öldürüblər. Bir erməniyə görə 13 türk, monqol, azərini öldürəcəm. Sonra məlum oldu ki, dediyi kimi də etmiş – apardığı əsirlərin başını kəsmişdi.»
Ermənilərin sözlərinə görə, Yaşar adında bir əsir deyirmiş ki, onu çox döyürmüşlər. Orda ayrıca işgəncə otağı var idi, hətta sobanı yandıraraq əsirlərin əllərini ona basırdılar…
Ermənilər içəri girərək qadınlara sataşırdılar. Ermənistandan qaçqın düşərək Xocalıda məskunlaşan Məmməd adlı bir kişinin oğlu Söhbət ermənilərin bu hərəkətinə qarşı çıxdı. Ermənilər hamının gözü qarşısında Söhbətin başını kəsərək futbol topu kimi bir-birlərinə ötürürdülər. Ermənilərin bu hərəkətinə etiraz edən atası Məmməd kişinin də başını kəsdilər.
Əsirlərin başı üstündən avtomatdan atəş açırdılar. Güllələr divara dəyərək oradakı daş parçalarını qızdırırdı. Qızmış daş hissələri də bir yandan əsirlərin üstünə düşürdü… Əsirlər imdad istəyirdilər, Allaha yalvarırdılar. Ermənilər də divarlara durmadan atəşi davam etdirirdilər. Əsirlərin fəryadı, yalvarması ermənilərə xoş gəlirdi. Hətta divardan güllə şığıyaraq əsirlərə dəyirdi. Onlar da bundan ləzzət alırdılar.»

***
… Samvellə çox söhbətləşdik. Ö sözlərimlə təsdiq edirəm ki, o, mənə çox şeylərdən bəhs etdi: Başlatdıqları müharibənin «qaydalarını» yaxşı bilirdi… O deyirdi: “Zori Balayanın, Arkadi Qukasyanın, Yerevandan gəlmiş erməni generallarının, 366-cı alayın komandiri Zerquqarovun görüşünü, onların nə barədə danışdıqlarını bilir. Zori Balayana həmin görüşdə Zerquqarov deyib ki, Sovet höküməti yoxdur, Sovet ordusu yoxdur, 366-cı alay mənim öz şəxsi ordumdu. Pulumu verin, Xocalını azərbaycanlılardan təmizləyim. İstəyirsiniz, lap xırda silahlardan tutmuş ta tanklara vertalyotlara qərər bütün döyüş texnikasını, hətta şəxsi heyəti sizə verim”. Və deyilən kimi də olub!

“25 fevral 1992-ci ildə isə 366-cı alay Xocalını hər tərəfdən mühasirəyə aldı. Şəhərin müdafiəsiə qalxan dörd dəstənin hər birində demək olar ki, silahların yarısı adi ov silahı idi… amma 366-cı ordunun bütün artilleriya qurğuları, «Alazan» tipli raketləri və minamyotları var idi.
…Bəlli olduğu kimi, Qarabağ müharibəsinin ideoloqlarından biri, hadisələrinin iştirakçısı, ermənilərin ən çox sevdiyi yazıçı Zori Balayan “Ruhumuzun canlanması” adlı kitab nəşr etdirib. Balayan “Ruhumuzun canlanması”nda ermənilərin Xocalıda törətdiyi soyqırım haqqında yazır:
“Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur adında bir əsgərimiz on üç yaşlı bir türk (Azərbaycan – C.Q.) uşağını pəncərəyə mismarladı. Türk uşağı çox səs-küy salırdı. Xaçatura dedim ki, onun səsini kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başını, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. On üç yaşlı uşaq yeddi dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyidini hissə-hissə doğradım, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik.
Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək.”
Bu “İttihamnamə” ilə tanış olan hörmətli cənab/xanım! Zori Balayan terrorçudur, canidir və öz əməllərini özü etiraf edir..! Bu sualı haqqı tanıyan hər kəsə ünvanlayıram: beynəlxalq aləm nədən buna fikir vermir? Nədən ötən əsrdə faşits Almaniyasında, sonra Bosniya, Serbiya və başqa yerlərdə insanlara qarşı amansız qətllər həyata keçirən və ya təşkilatçılıq edənlər kimi, o da mühakimə olunmur? Bu “həkim-yazıçı” hər iki peşənin estetikasına, fəlsəfəsinə qarşı çıxaraq – öz ixtisasına, sənətinə üzqaralığı gətirərək Qarabağda dinc əhaliyə qarşı nə qədər terror əməliyyatı həyata keçirib…
…Azərbaycan dövləti İnterpol vasitəsilə Zori Balayanı terrorçu kimi axtarışa vermişdir. Ermənilər bu işə siyasi don ge¬yin-di¬rə¬rək, hamını inandırdılar ki, bu “siyasi terror”dur… və Zo¬ri Balayanı buraxdırdılar. – …İşgəncələri öz kitabında qeyd edən bir terrorçuya başqa daha nə qədər dəlil-sübut lazımdır?!

***
Samvel mənimlə Tbilisidəki söhbətində daha dəhşətli bir faktı da açıqlayaraq bildirdi ki, Ermə¬nis¬ta¬nın hazırki prezidenti Sarkisyan Xocalı soyqırımında şəxsən aman¬sz qətllər törədib. O, bir hadisənin canlı şahidi olduğunu söylə¬di: “Soyqırımın üçüncü günü meşədə ermənilər Xocalıdan qaçsa da, getməyə yer tapmayan bir neçə azərbaycanlıya rast gəlirdi. Qoca, qadın, uşaq olan bu dəstədə artıq son nəfəsini yaşayanlar, donub qalanlar və yaralılar var idi. Onlar bizi görən kimi yalvardılar ki, bizi öldürməyin. Biz də dedik ki, zinət şeylərinizi, pullarınızı bəri verin, sizə dəyməyək. Qadınlardan biri dedi, nəyimiz var, sizin olsun. Biz isə dedik ki, burda olanlar onsuz da bizimdir. Xocalıda nə gizlətmisiniz deyin, aparaq ordakı varidatı verin, sizi ordan Ağdama yola salacağıq. Balayan aralıdan olanları izləyirdi. Əsirlər dedilər ki, nə var bunlardır, orda heç nəyimiz qalmayıb. Zinət əşyaları, bank kartları, rus pasportları – nələri varsa, yığıb verdilər. Biz kənara çəkildik ki, aralıdan hamısını güllələyək – canımız qurtarsın. Bu vaxt Sarkisyan yaxınlaşdı ki, guya yoxladınız hamısını? Bax, o qadının qulağında yeri qalıb sırğaların, yəqin udub. Göstəriş verdi ki, əllərini tutun. Biz qadının əllərini tutduq, müqavimət göstərmədi, gücü qalmamışdı. Özü qadının qarnını yardı, əlini salıb sırğaları və üzüyü çıxartdı. Sonra avtomatı götürüb əsirləri güllələdi.
Onun əynində kürk var idi. O qədər arıq idi ki, hərbi buşlatın yaxalığı onun çiyinlərinə keçirdi. Gözlərində eynək var idi. Başını bəlkə də illərdi ki qırxdırmamışdı, qara uzun saçı var idi. Əlinin qanını üstünə silib, – bəri verin topladıqlarınızı, – dedi. Sonra yığdıqlarımızı maşınına qoyub uzaqlaşdı. Yadımdadır, avtomobilinin nömrəsi: NK 0001- idi”.
…Samvel deyirdi ki, “biz Xocalının işğalı gününü “Sumqayıt hadisələri”nin ildönümünə salmışdıq. Hazırlıq görürdük. Bizimlə də görüşdülər, məsləhət aldılar ki, 366-cı alaydan nə qədər hərbi texnika, canlı qüvvə alaq. Əsgəran polisi Xocalıya yaxşı bələd idi. …Biz tərəfdən: mən idim, batalyon komandiri Vitali Balasyan, yanğınsöndürmə xidmətinin rəisi Karo Petrosyan idi. Polislərdən isə rəis Mavrik Qukasyan, Arkadi Qakasyan, Saqen Barseqyan, Karlen Aqasenyan, Karen Babayan və Manvel Sayan o görüşdəydi.
Fkrimizi öyrənmək üçün bizimlə danışığa gələnlər isə, Qarabağın o vaxtkı liderlərindən Arkadi Qukasyan və 366-cı alayın bölük komandiri, sonralar isə hərbi hissə komandirinin müavini olmuş Seyran Ohanyan idi.
Belə qərara gəldilər ki, 366-cı alayın bütün texnikası və şəxsi heyəti, ermənilərin Qarabağdakı bütün hərbi və quldur dəstələri döyüşməlidir.
Bir neçə gündən sonra Arkadi Qukasyan bizi toplayaraq bildirdi ki, 366-cı alayın bütün şəxsi heyəti və texnikası ilə razılaşdıq. Amma bu, bizə çox baha başa gəldi. Əmr belə verilmişdi: evlərdən, meyidlərin üstündən çıxan pul, qızıl hamısı bir yerə toplanmalıdır. Döyüş planı da alayın qərargahında hazırlanacaqdı. Hücum “Sumqayıt hadisələri”nin ildönümü günü başlanacaqdı…
Bizə, Əsgəran polisinin batalyonuna tapşırıq belə oldu ki, Əsgəran dəstəsinin yarısı yüksəkliklərdə mövqe tutaraq, Xocalı sakinləri koridorla çıxan zaman atəş açmalı, bir adamı da sağ buraxmamalıdır.
366-cı alayın təyyarələri camaatın yerini onlara bildirəcəkdi ki, onlar hansı istiqamətdə hərəkət etsinlər. Onlar öz postlarını Əsgəran, Naxçıvanik, Qarqar çayı, Şelli, Qaraqaya istiqamətində yerləşdirməyi qərarlaşdırdılar… və mənimlə də razılaşdırıldı ki, 366-cı alayın bütün texnikasından, o cümlədən ağır texnikadan Xocalı dayanmadan atəş altında saxlanılsın. Şəhərin altını-üstünə çevirsinlər. Sonra isə şəhərə hava limanı istiqamətində dörd tərəfdən girsinlər. Biz 366-cı alayın qərargahında olanda onlar bildirdilər ki, artıq alayın komandiri ilə son olaraq görüşüblər, daha elə bir problem qalmayıb ”
Qeyd edim ki, bu müdhiş hadisələr bəzi erməni döyüşçülərindin psixikasından da yan keçməmişdir. Beləki, Xocalı soyqırımında iştirak edən əsgərlərin beşi psixoloji xəstəliyə tutulmuş, biri isə özünü asaraq intihar etmişdir…
Yenə Samvelin dediklərini əlavə edirəm:
– İşğaldan iki ay sonra tərəfimizdən araşdırıldı ki, psixoloji xəstəliyə tutulan xəstələrin hamısı Xocalının işğalında iştirak edən erməni əsgərləri olub. Onlar işğaldan sonra Xocalıdakı evlərin zirzəmisindən meyidləri yığaraq yandırmaq və basdırmaqla məşğul olan əsgərlər imiş. Onlar, verilən göstərişlərə əməl edərək bəzi əsirləri diri-diri yandırdıqları zaman özləri də ciddi psixoloji sarsıntı keçiriblər.
Samvelin dediyinə görə, o, həmin əsgərlərin beşini şəxsən də tanıyır¬mış.
Samveldən soruşdum ki, insanları harada yandırmısınız, harada basdırmısınız? Söylədi ki, şəhərdən kənarda – hava limanından təxminən 4-5 yüz metr aralıda, bir də ki, “Fin evləri” deyilən yerdən bir az aralıda basdırmışıq.
O həmçinin danışdı ki, ekskavatorla çuxurlar qazılmışdı, meyidləri oraya ataraq yandırır, sonra da üstünü torpaqla örtürdülər. Hətta Xocalı şəhərinin yaxınlığında üç elə yer tanıdığını dedi.
Samvel Babayan onu da əlavə etdi ki, lazım gələrsə, beynəlxalq ekspertlər bu gün də gəlib qazıntı aparsalar, Xocalıdan min iki yüz metrlik məsafədə öz gözləri ilə hər şeyi görə bilər. Əgər bu ekspertlərə və beynəlxalq aləmə maraqlı olsaydı, Avropa Şurası və başqa təşkilatlar insan hüquqları üzrə araşdırma aparsaydı, bu hadisə barədə çox məlumat əldə edə bilərdi.
Zori Balayanın başqa bir həmkarı Livanli ermeni yazicisi isə belə yazır (”Xaç naminə” kitabında son dərəcə soyuqqanlıqla yazır:oz xalqinin terrorist oldugunu oz kitabinda gosterib “O şaxtalı qış günlərində biz yaxınlığındakı metrlərlə dərinliyi olan bataqlığı keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən meyidlərin üzərindən keçib getmək istəmirdim. Onda polkovnik-leytenant Ohanyan mənə işarə etdi ki, qorxmayım… Bu müharibənin qanunlarından biridir. Mən doqquz-on bir yaşlarındakı qan içində olan qızın sinəsi üstünə çıxdım və yeriməyə başladım. Mənim çəkmələrim və şalvarım qan içində idi. Və beləliklə, mən təxminən mindən çox meyidin üstündən keçdim.”
Həmin kitabın 62-63-cü səhifələrində müəllif yazır: “Mart ayının 2-də “Qaflan” adlı erməni qrupu (meyidlərin yandırılması ilə məşğul idi) (türklər) təxminən iki minə qədər meyid yığdı və onları ayrı-ayrı yığınlarla Xocalıdan bir neçə kilometr qərbdə yandırdı. Sonuncu yük maşınında on yaşlarında boynundan və əlindən yaralanan bir qız uşağı mənim nəzərimi cəlb etdi. Diqqətlə baxdığımda onun asta-asta nəfəs aldığını gördüm. Şaxtaya, çılpaqlığına və aldığı yaraların çoxluğuna baxmayaraq, uşaq hələ də yaşayırdı. Mən heç vaxt o uşagın ölümlə mübarizə aparan gözlərini unutmayacağam.
Sonra əsgərlərdən Tiqranyan adlı birisi onu qulağından tutaraq mazutlanmış leş yığınına tərəf sürüdü və daha sonra onları yandırdılar. Mən orda kiminsə kömək istəyərək çığırdığını eşitdim. Daha yeriyə bilmirdim. Ancaq mən bütün müqəddəslər tərəfindən lənətlənmiş türklərdən Şuşanı azad etmək istəyirdim. Ona görə də mən qayıtdım. Onlar isə özlərinin “Xaç naminə” yürüşlərini davam etdirdilər.”

***
Beləliklə, 366-cı alayın bütün gücündən istifadə edərək dinc əhaliyə qarşı divan tutulmuşdu.
Bəlli olduğu – şahid ifadələri ilə və rəsmi orqanlar tərəfindən təsdiqini tapdığı kimi, Xocalı qurbanları ilə bağlı məlumatları belədir:
613 nəfər öldürülüb;
Onlardan 63 nəfəri azyaşlı uşaq olub;
106 qadın işgəncəylə öldürülüb;
8 ailənin bütövlüklə məhv edilməsi faktı qeydə alınıb;
1273 nəfər girov götürülüb;
150 nəfərdən isə bu günə qədər də xəbər yoxdur;

Ermənilər satmaq məqsədilə girovların daxili orqanlarını
çıxarıb, özlərini isə yandırıblar.

***
129 nəfərdən ibarət zabit heyətli 366-cı alayın komandiri Zerquqarov Yuri Yuryeviç olub. Ştat üzrə sıravi əsgərlərin sayı 1800 nəfər olan, alayda (1992-ci ilin yanvar ayında) 630 rus əsgəri qalıbmış. 580 erməni əsgəri də burada yerləşdirilmisdir. Öz cinayətlərini ört-basdır etməyə tələsən 366-cı alayın komandiri və yüksək rütbəli zabit heyəti fevralın 28-də hərbi texnikanı Dağlıq Qarabağdan çıxartmaq əmrini alıb. Texnikanın böyük bir hissəsi erməni mayoru ( – o vaxtkı rütbəsi ilə desək) Seyran Ohanyanın tabeçiliyinə verilərək Xankəndində saxlanılıb…
Martın 2-də axşam saatlarında 523 nəfərdən ibarət şəxsi heyəti Gürcüstanda yerləşən Vaziyanın hərbi bazasına aparıblar. Martın 10-da isə marşal Şapoşnikovun əmri ilə 366-cı alay ləğv edilib.
O dövrdə, xüsusən də 26 fevral 1992-ci ildə 366-cı alayın bir neçə əsgəri verilən əmrlərə qarşı çıxaraq Azərbaycan tərəfinə keçmişdi. Hətta Azərbaycanlı mərhum jurnalist Cingiz Mustafayev onlardan müsahibə də almışdı. Azərbaycan proku-rorluğu onları dindirilmiş və alayın bütün şəxsi heyətinin və hərbi texnikasının Xocalı soyqırımında iştirak etdiyi sübuta yeti¬rilmişdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermiş, 26 fevral “Xocalı soyqırımı milli matəm günü” elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.
İndi hər il fevral ayının 26-sı Azərbaycan Respublikasında Xocalının soyqırım günü kimi qeyd olunur.

***
Bu hadisələrin əsl günahkarları Cenevrə Kon¬ven¬si¬ya¬sı¬nı, ümumdünya insan haqları bəyannaməsini, vətəndaş və si¬yasi hüquqlar barədə sazişi, fövqəladə vəziyyət və hərbi mü¬na¬qişə zamanı qadınların və uşaqların müdafiəsi bəyan¬na¬mə¬sini həyasız-casına pozmuşlar. Bu qatillər sonralar Ermənistan Respublikası¬na rəhbərlik edən Kocaryanlar, Qukasyanlar, Sarkisyanlar, Balayanlar, onların köməkçiləridir. Onlar beynəlxaq məhkəmə qarşısında cavab verərək layiqli cəzalarını alma¬yınca, bölgədə barışdan danışmaq çətin olacaq..!
…Rəsmi olaraq bildirilir ki, erməni əsirlyində olan azərbaycanlıların sayı 800 nəfərdir. Bu faktı oradan buraxılan əsirlər də təsdiq etmişdir.
Əsirlikdə olan yeddi nəfərdən ibarət bir ailədən iki nəfəri dəyişdirilib. Həmin o iki nəfər deyib ki, ailənin qalan beş üzvü də Ermənistandadır. Amma Ermənistan tərəfi bunun yalan olduğunu bildirir. Qırmızı Xaç Cəmiyyətinin o vaxtkı nümayəndələri də əsirlərlə görüşərək, onlar haqqında qeydlər aparıb. Ermə¬nistan tərəfi israrla orada azərbaycanlı əsirlərin olmadığını deyib.
Qarabağ müharibəsi dövründə əsir və girovlarla bağlı, əməliyyat-istintaq və axtarış qrupunda çox dəhşətli faktlar olub.

Əsirlər
Almaniya, Rusiya və Gürcüstanın hüquq müdafiəçilərindən ibarət əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə Beynəlxalq işçi Qrupunun üzvləri, eləcə də Beynəlxalq Qırmızı Xaç Komitəsi bu şəxslərdən bir qisminin həqiqətən də əsir götürülməsi barə¬də məlumatları təsdiq edir. Lakin sözügedən azərbaycanlıların taleyi bu günədək namə-lumdur.

Hüseynova Mehriban Allahverdi qızı – Xocalı şəhərinin işğalı zamanı üç azyaşlı uşağı ilə birlikdə girov götürülüb.
Əsirlikdən azad edilmiş Məmmədov Mayıl Məhəmmədəli oğlunun ifadəsinə görə, o, Mehribanı uşaqları ilə birlikdə Yerevan şəhərində istintaq təcridxanasında görüb. Lakin sonradan Şuşa şəhərinə aparılan Mayılın onlardan heç bir xəbəri olmayıb.
Erməni tərəfi Mehriban və onun uşaqlarının girov götürüldüyünü danmaqda, onların sonrakı taleyinə dair faktları bu günədək gizlətməkdədir.
Əmirova Xəzangül Təvəkkül qızı – Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götür-müşdür. Ermənilər Xəzangülün anası Rayanı, yeddi yaşlı bacısı Yeganəni və xalası Göyçəni güllələyib, atası Əmirov Təvəkkülü isə üstünə benzin tökərək yandırmışlar.
Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80 nəfərə yaxınını yerindəcə güllələmişlər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.
Xocavənd rayonu, Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin ermənilər tərəfindən diri-diri yandırılmasının şahidi olmuşdur.
Ağdam rayonunun keçmiş sakini, milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov 1993-cü ildə Ağdam rayonunun işğalı zamanı 89 yaşlı anası Vera Davıdovanın və ahıl yaşlı bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin ermənilər tərəfindən vəhşicəsinə öldürülüb, sonra yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyidi gördüyünü bildirir. Bundan əlavə Vladimir Şevelyov şahidlik edir ki, ermənilər Ağdam rayonunun işğalı zamanı oradakı ruhi xəstəxanada saxlanan 7 ruhi xəstəni, o cümlədən iki xəstə qadını girov götürmüşlər.
1930-cu il təvəllüdlü Ağdam rayon sakini Əli Rəsul oğlu Abbasov erməni girovluğunda mütəmadi olaraq döyülmüş, onun bədəninə siqaret basılaraq yandırılmışdır. Aldığı mənəvi və fiziki işgəncələrdən özünə gələ bilməyən Əli Abbasov erməni əsir-liyindən azad ediləndən bir müddət sonra vəfat etmişdir.
Yaralı vəziyyətdə əsir götürülmüş Əbdüləzim Məcnun oğlu Məmmədov rezin dəyənəklə döyülmüş, damarına benzin yeri-dilmiş, yaralarının qaysağı qopardılaraq ona əzab verilmiş, üstünə təlim keçmiş it buraxılmışdır.
Hərbi əsir Mayıl Məmmədəli oğlu Məmmədovun damarına dizel yanacağı yeridilmiş, sinəsi qızdırılmış xaçla dam¬ğalan¬mışdır.
16 fevral 1994-cü ildə Ermənistanın Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyidlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın “Həkimlər insan hüquqları uğrunda” təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya “qaçmağa cəhd edərkən öldürülməsi” fikrini rədd etmişdir.
Kəlbəcər şəhəri işğal olunarkən 20 yaşlı Səmayə Kərimova 2 yaşlı uşağı – Kərimova Nurlanə ilə birlikdə girov götürül¬müşdür. Girovluqda olduğu müddətdə digər əsir və girovların, eləcə də qolundan yaralı vəziyyətdə girov götürülmüş körpə uşağı Nurlanənin üzləşdiyi əzablara, həmçinin özünün məruz qaldığı işgəncələrə dözməyən Səmayə 15 may 1993-cü il tarixdə özünə qəsd etmişdir.
İlham Nəsirov 1992-ci il iyulun 27-də Ağdərə uğ¬runda gedən döyüşlərdə başından, boynundan və çiynindən ya¬ralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülmüşdür. Av¬qust ayının 8-də Xankəndindən İlhamın ailəsinə zəng edil¬miş və onun Yerevanda Arakelyan familiyalı bir ermə¬ni¬nin evində saxlanıldığı bildirilmişdir. Ailə İlham Nəsirovun azad edilməsi üçün itkin düşmüş Şaqen Arakelyanın tapılıb qarşı tərəfə verilməsi şərtini irəli sürmüşdür. Bir ilə yaxın ac-susuz saxlanılan və distrofiya həddinə çatdırılan İ.Nəsirov sonradan Yerevan qospitalına yerləşdirilsə də, artıq ona kömək etmək mümkün olmamışdır. Qospitalın rəisi Ş.Arakelyanın 24 noyabr 1993-cü il tarixli, 06/134 saylı məktubunda da göstərdiyinə görə, İ.Nəsirov noyabrın 23-də kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.
Heydər Heydərov Şuşa həbsxanasında saxlanıldığı müd-dətdə məruz qaldığı işgəncələrin və mütəmadi döyülmələrin təsi-rindən vəfat etmişdir.
Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o, müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir.
İmarət Məmişovanın ifadəsinə görə, o Kəlbəcər rayonunun işğalı zamanı iki azyaşlı uşağı ilə girov götürülmüşdür. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi güllələmiş və meyidləri yandırmışlar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar.
Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əh-mədovlar ailəsinin verdiyi ifadəyə görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-ədək dinc sakinini onların gözləri qarşısında güllələmişlər.
Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-adək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.
61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsir-liyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi işlədilərək öldürdüyünün şahidi olmuşdur.
Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını “Kirovabad” de¬mə-diyinə görə, erməni hərbçisi tərəfindən güllələnmişdir. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd Cümşüd oğlu Məm-mədov və digərləri şahidlik edir.
Əsirlikdən azad edilmiş Zöhrab Nadir oğlu Heydərov 21 may 1993-cü il tarixdə Şuşa həbsxanasında 1973-cü il tə¬vəl¬lüdlü Zahid Nəsibulla oğlu Əmrullayevin erməni nəza¬rət¬çiləri tərə¬findən boğularaq qətlə yetirildiyini bildirmişdir.
Girovluqdan azad edilmiş Maşallah Bəndəliyev bildirmişdir ki, 1992-ci ilin mayında Xankəndində qarajda saxlanılarkən qarajın sahibi Mero və Sarkisyan Vazqen adlı digər erməni, bir nəfər adını bilmədiyi lal girova öncə müxtəlif dərəcəli işgəncələr vermiş, sonra isə onun başını kəsmişlər.
Eyni zamanda, əsirlikdə saxlandığı müddətdə minlərlə gü-nahsız azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmiş, iş¬gən-cələrin təsirindən ölmüş, amansız rəftara məruz qalmaqla və ləyaqəti mütəmadi alçaldılmaqla özünüöldürmə dərəcəsinə çat-dırılmışdır. Erməni əsirliyində törədilmiş cinayətlərə dair faktlar Dövlət Komissiyasına bu gün də daxil olmaqdadır.
…Onların sayı minlərlədir. Əsir və itkin düşənlərin, girov götürülənlərin, işgəncələrə, təhqirlərə məruz qalanların… ləyaqəti tapdalananların sayı minlərlədir… Bu, onların bir qismidir.
Dağlıq Qarabağ və ətraf rayonların işğalı zamanı yüzlərlə azərbaycanlı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Əsir və girovların vətənə qaytarılması üçün yaradılmış Dölət Komissiyası təkcə 1993-cü ilin yanvar ayına qədər 1885 əsir götürüləni və girov düşənləri qeydə alıb. Bunlardan 1092 nəfəri vətənə qaytarılıb. 793 nəfərin yeri dəqiq bilinməsə də, ermənilər onların əsir düşməsi faktını rədd etməkdədir. Dövlət Komissiyası bu gün 4959 nəfəri axtarmaqda davam edir…

***
Hələ SSRİ dövründə Azərbaycanın Dağlıq Qarabağ böl-gəsində yaşayan ermənilər Ermənistan Respublikası tərə¬findən provakasiya edilmişdi. Yerli azərbaycanlılara nisbətən çox az olan ermənilərin müstəqillik tələbləri 1989-cu ildən bəri silahlı mü-naqişəyə, nəhayətdə geniş işğalçılıq aktlarına səbəb oldu. Azər-baycan müstəqillik əldə etdikdən sonra isə bu münaqişə iki ölkə arasında müharibəyə çevrildi. Hal-hazırda Azərbaycanın Dağlıq Qarabağ da daxil və ona bitişik 13 rayonu Ermənistanın işğalı altındadır. İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir. Silahlı münaqişə nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlardan milyondan artıq azərbaycanlı əhali öz yaşayış yerlərini tərk edib, 24 mindən çox insan həlak olub, 50 min nəfər yaralanıb və ya şikəst olub. Hazırda erməni tərəfin müntəzəm olaraq atəşkəsi pozması nəticəsində 10 mindən çox azərbaycanlı həlak olub.
İrəvanda “Milli vətəndaş təşəbbüsü” qurumu ictimai dinləmələr təşkil edib. Dinləmələr zamanı insan haqları üzrə müvəkkil Larisa Alaverdiyan çıxış edib və bir maraqlı fakt üzərində dayanıb – terror faktı üzərində..! Ondan soruşublar ki, ombudsmanın ən güclü silahı nədir? L.Alaverdiyan beynəlxalq praktikaya əsaslanaraq cavab verib ki: “abır-həyanın ortaya qoyulması”… Bu vaxt parlamentin vitse-spikeri Vaan Ovanesyan qəribə bir replika ilə çıxış edib: “Bizdə olmayan şeyi nə cür ortaya qoyacaqsınız?..

***
…Eləsə, gəlin birgə tarixə səyahət edək – ancaq faktların dili ilə… –
25 oktyabr 1981-ci ildə ermənilərin terrorçu “Asala” təş¬kilatı Parisdə türk konsulluğuna 1 nəfər mühafizəçinin ölümü ilə nəticələnən hücumda təqsirləndirilən “Asala” liderlərindən biri Monte Melkonyanın azad edilməsi və təşkilatın digər 4 nəfər üzvu ilə yaxşı rəftar olunması tələbilə 15 partlayıs törətdi və 1982-ci ilin yanvarında Melkonyan azadlıga buraxıldi, “Asala”nın digər 4 üzvünə isə çox yüngül cəzalar verildi.
Sual yaranır: Ermənilərin terror dilini anlayan və qəbul edən dünya bizim hüquq dilimizi niyə anlamır?
Monte Melkonyan “Avo” ləqəbli bu terrorçu erməni – ABŞ-nın Kaliforniya ştatında anadan olub. O, Livanda gedən vətəndaş müharibəsində xristian qüvvələr tərəfindən döyüşüb. Sonra türk ordusuna qarşı PKK-nın həyata keçidiyi əməliyyatlarda iştirak edib. 24 sentyabr 1984-cü ildə Parisdə türk səfirliyinə hücumu həyata keçirib. Bir neçə terror aktı törədib. 1983-cü ildə Parisdəki Orli hava limanında Türk Hava Yolları şirkəti qarşısında partlayış təşkil edib. Bu terror nəticəsində 5 nəfər həlak olub, 55 nəfər yaralanıb. 1985-ci ildə Melkonyan “ASALA” terror təşkilatı ilə birlikdə Fransa polisi tərəfindən həbs edilib. Ardınca, 15 partlayış faktı aşkar edilib. 1990-cı ildə Melkonyan Ermənistana gələrək terrorçu¬luq fəaliyyətini Dağlıq Qarabağda davam etdirib. Belə ki, ələ keçirilən azərbaycanlı əsir və girovları şəxsən qətlə yetirib, başlarını kəsib, benzin tökərək diri-diri yandırıb. – Özü və silahdaşları Xocalı soy¬qı¬rı¬mında qadınları, qocaları, uşaqları vəhşiliklə qətlə yetirib. Hətta, vaxtilə Qarabağda erməni separatçılığına baş¬çılıq edən Serj Sarkısyan və Robert Koçaryan da onunla he¬sablaşırmış.
Terrorçu “Avo”ya “müasir” Ermənistanda tuncdan heykəl qoyulub və (rəsmi ideologiyaya, ideoloji təşviqə uyğun olaraq) məktəblilər, təzə evlənənlər onun ziyarətinə aparılır… Və ona üç dəfə Ermənistanın Milli Qəhrəmanı adı verilib(?!).
(Haşiyə: Onu da xatırladaq ki, 1970-80-cı illərdə Macarıstanda – Budapeştdə rusiyalı yəhudilərə qarşı terror aksiyasının ASALA tərəfindən planlaş¬dırıldığı və bu planın əslində “Daşnaksütyun” partiyasının mərkəzi komitəsində hazırlandığı üzə çıxarılmışdır. Yəni Maca¬rıstanda terror toxumunu səpən (hələ 20-30 il öncə) məhz ermənilərin özləri olmuşdu.)
…Bəs həmin erməni terrorçusu 15 terror partlayışı törədib. Onlardan 4-nü boynuna alıbsa, onu Fransada necə azadlığa buraxıblar? – Məhkəmədə ermənilərin vəkili, Fransa parla¬men¬tinin deputatı imiş. Patrik Devecyan adlı bu erməni vəkil türk diplomatlarını qətlə yetirənlər barədə danışarkən, “hər kəs buna terror deyir, mən isə bunu müqavimət adlandırıram” – deyib. O, türk diplomatlarını qətlə yetirən bir çox erməninin əsas vəkili olub. P.Devecyan onları terrorçu deyil, sadəcə “fəal” adlandırıb. Və əlavə edib: “Mən inanıram ki, bütün dünyada əksər ermənilər bu iş üçün çalışır”. – Vəkilə, onun müdafiə etdiyi hər bir şeyə inanmaq lazım deyil. Bu onun işi deyil. Mən onları müdafiə edirəm, çünki onlar mənə və bütün erməni xalqına milli ləyaqət hissini qaytarıblar. Mən bu gənclərin üsyanını cox gözəl başa düşürəm, – deyə o, fəxrlə qeyd edib. – …Və bu “düşüncə”, bu “ideologiya” dövrümüzdə, demək olar, bütünlüklə Ermənistan dövlətinin rəsmi siyasətinə sirayət edib, onun “nüvə”sinə çevrilib… – Yuxarıda sadaladığımız dəhşətli faktların kökü, bax, belə “əsas”lara istinad edir…
Beləliklə, mən bir hüquq-mühafizə zabiti – asayişin keşiyində durmağa and içmiş şəxs, yaxınları, qohumları, dostlar Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi terror, soyqırım aktlarının, ümumən elan olunmamış müharibənin acı nəticələriniöz üzərində hiss edən vətəndaş olaraq, sənətin ülvi amallarına, ədəbiyyatın estetik dəyərlərinə sayğı duyan bir yazıçı, nəhayət bir insane olarq, bütün əlaqədar şəxslərdən, beynəlxalq qurumlardan, konkret olaraq, _______________________________-dan bu məsələyə hüquqi qiymət verməsyi, cinayətkarların cəzaya cəlb olunması məsə¬ləsinə baxmağı xahiş edirəm, insanlığın sabahı naminə tələb edirəm! – Qoy, bizdən sonrakı nəsillər terror, soyqırım görməsinlər!