1536595_657856460920223_560139887_n
Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Gənc yazarların Bakı görüşü” layihəsi çərçivəsində “Çağdaş Azərbaycan ədəbi qurumları” kitabının növbəti sayı 180 səhifə olmaqla, 1035 tirajla işıq üzü gördü.Layihənin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalıdır.Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən peşəkar ədəbi yaradıcılıqla məşğul şəxsləri birləşdirən qurumlar, dərgilər, qəzetlər; saytlar; ədəbiyyatşünaslıq üzrə istisaslaşmış elm-tədqiqat ocaqları; ədiblərin ev muzeyləri, Poeziya Evləri; nəşriyyatlar; eləcə də represiya qurbanı olmuş Azərbaycanlı ədiblər, şəhid Azərbaycan şairləri barədə bilgilər “Çağdaş Azərbaycan Ədəbi Qurumları”nda kitablaşdırıldı.
Qeyd edək ki, “Çağdaş Azərbaycan Ədəbi Qurumları” kitabının I nəşri 2009-cu ildə “Turan evi” nəşriyyatı tərəfindən 118 səhifə olmaqla, 450 tirajla dərc olunmuşdu.DGTYB başqanı Əkbər Qoşalının hazırladığı kitabın redaktorları Rəsmiyyə Sabir, İlqar İlkin və Namiq Hacıheydərli olmuşdu.