1399024511_sahilde-001
Azər NƏSİBLİ 1992-ci il avqust ayının 3-də Bakı şəhərində anadan olub.1999-2010-cu illərdə Bakı şəhərində 68 saylı orta məktəbdə təhsil alıb.2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutuna qəbul olub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun üzvü və Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru nun I müavinidir.

Sənsən

Səni sevən insanın
Bil ki, tək qəmi sənsən .
Mən uzaq bir sahiləm ,
Dənizdə gəmi sənsən..

Məndən uzaqlaşırsan
Hər dəqiqə , hər bir an .
Sənə çata bilmirəm,
Ayaq saxla, bir dayan…

Sən sahilsiz dənizsən ,
Mən sahiləm dənizsiz .
Ya, biz sevə bilmirik ,
Ya, qalıb sevgi bizsiz ..

Sən günəşsən, qürubdan
Boylanırsan, baxırsan .
Mən bir ayam, hər zaman
Batan zaman çıxırsan…

Yazım dönüb qış olub ,
Qışımın qarı sənsən .
Azər sənə vurulub ,
Onun tək yarı sənsən..

O ağlayan qıza bax

O ağlayan qıza bax ,
Dənizin qırağında .
Sanki nəsə itirib
Ömrünün bu çağında…

O ağlayan qıza bax ,
Gözündən yaş axır, yaş .
Qəlbinə daş bağlayıb
Atır dənizə birbaş…

O ağlayan qıza bax ,
Gözündəki yaş nədir ?
O qızarmış göz nədir ,
O çatılmış qaş nədir ?

O ağlayan qıza bax ,
Ağlayırsa dərdi var .
Belə ağlamaq olar?
Ağlamagın həddi var .

O ağlayan qıza bax ,
Yaş tökülür gözündən .
Bulandırır dənizi ,
Xəbəri yox özündən .

Demə, “dərdim böyükdür” ,
Demə, “dərdim dağdı, dağ”.
Atasını itirmiş
O ağlayan qıza bax…