Məhəbbəti ucuz tutma bu qədər,
Elə gələr xəbər belə tutmazsan.
Bir acı buraxar sevən qəlbində,
Sonra gedər bir ömür unutmazsan.
Sanma məhəbbət dodaqda quru söz,
Məhəbbət dünyayla təkbətək savaş.
Ömür boyu olmayacaq kef-damaq,
Ürəyində acı,gözlərində yaş.
O qədər sıxacaq bu həyat səni,
Ölüm diləyəcək,ölməyəcəksən.
Ağlın ilə əbədilik silsən də,
Qəlbinlə unuda bilməyəcəksən.
Uğrunda öl bir ucuz yalançının,
Et özünə hər yeri kəfən yeri.
Ancaq bu dünyada dayaq insana,
Sevginin uğrunda öləcək biri.
SEVGİ BAHARI
Təbiət susubdur dinməyir artıq
İndi əvəzində payız danışır
Baharın qoxusu gəlməyir artıq
Hər tərəf payızla yanıb alışır
Bu ilin baharı nə tez ötüşdü
Onun qoxusunu heç duymadım mən
Mənimsə baharım payıza düşdü
Baharı doyunca yaşamadım mən
İndi payız mənimlə dostluq etsədə
Baharım tutacaq mənim əlimdən
Fəsillər ötüşüb çıxıb getsədə
Əbədi qalacaq baharım mənim
Sevgilim ən gözəl baharım sənsən
Mən sevgi baharı səni bilirəm
Sözümün dəyərin bilmək istəsən
Səni canımdanda artıq sevirəm