Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

Written by

Delphi7

in

Azərbaycan ədəbiyyatı

234435423665547648
Sən qayıdınca!

Nur töküldü
Gözündən.
Yollar utandı,
Sən qayıdınca.
Addımlar sarıldı
Ayağına,
Büküm-büküm
Həsrətin.
Tutdu ətəyindən,
Səninlə qayıdan
Məhəbbətin.
Saçlarını darayıb
Gündüzün,
Gecəyə qonaq getdi
Hislər.
Yolunu gözlədi,
Səndən aldığım,
Nəfəs.
Çəkildi ciyərlərimə
Hıçqırdı səs.
Sən qayıdınca.
Kədər itdi,
Üzündən,
Təbəssümün.
Sarıldı ruhumuz.
Qovuşdu,əzab çəkən
Duyğumuz…
Sən qayıdınca.

07.06.2014.

Uçmuram zirvələrə!

Zirvalərə üçan şair
Başqasını kiçiltməklə
Böyüyürsən.
Qələmini qucan şair
Öz sözünlə özünü
Döyürsən.
Üzün hələ qızarmayıb
Qocalığın
Dərs almayıb.
Tər salmayıb
Şillələrdən.
Tənələrdən.
Hələ fürsətin varkən
Çıx ən-ənələrdən.
Ayağının altındakı
İnsanları az taptala
Qadınlara mədh etdiyin
Sevgi şerin yaz taptala.
Zirvələrə uçurmayır
Mənə gələn vətən şeri,
Qaçqın şeri,
Şəhid şeri,
Əsir şeri,
İtgin şeri,
Bəlkə mən də sənin kimi
Mədh eyləyim.
Zirvələri fəth eyləyim?
Mən özüməm,
Uçmuram zirvələrə,
Yerimdəyəm.
İnsan kimi
Yeriyirəm.

←Təranə ŞƏMS.Həyatı və Yaradıcılığı
Fidan ABBASOVA.Yeni şeirlər→

More posts

  • Asim Əliyevin 75 illik yubileyi qeyd edilib

    26 Oktyabr 2025
  • Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    23 Oktyabr 2025
  • Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan nəşriyyatları uğurla təmsil olundu

    22 Oktyabr 2025
  • İstiqlalçılıq və türkçülük timsalı – Xəlil Rza Ulutürk

    21 Oktyabr 2025

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

  • Blog
  • About
  • FAQs
  • Authors
  • Events
  • Shop
  • Patterns
  • Themes

Twenty Twenty-Five

Designed with WordPress