Eşq şərabdır qızıl camlar içində,
Xiffət eylər yanan şamlar içində.
Bundan belə bu adamlar içində,-
Tənhalığım,təkliyim ol sən mənim.
Zalım sevda yaman gəldi bu başa,
Görməmişdim vallah,belə tamaşa.
Mehr saldım sal qayaya,sərt daşa,
Gəl xınalı kəkliyim ol sən mənim.
Yanğısından pöhrələnib su daşdan,
Eşq heykəli yondu könlüm təlaşdan.
Əyildimsə,sınacağam bu başdan,
Möhkəmliyim,bərkliyim ol sən mənim.