Blog

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    GÖNDƏRƏSƏN

    “Könül dəftərim” – silsiləsindən

    Ya Rəbb, yarı görcək, aşiqi oldum,
    Ağlar bulud kimi, yamanca doldum.
    Payız yarpağıtək saralıb, soldum,
    Könül isitməyə, yay göndərəsən.

    Gəlsin gül ömrümə bahar,yaz kimi,
    Qonsun sinəm üstə telli saz kimi.
    Çəksin hər cəfamı sərvi- naz kimi,
    Bu aşiq qəlbimə, pay göndərəsən.

    Ağ atlı igidtək, kəhər belində,
    Səmum küləyitək, tumar telində.
    Sevirəm kəlməsi bitsin dilində,
    Sevda harayıma, hay göndərəsən.

    Eşqi məskən salsın qəlbdə, canımda,
    Mehri- məhəbbəti coşsun qanımda.
    Yanıma yaraşan, olsun yanımda,
    Sevgimə- sevgisin, tay göndərəsən.

    Dəyərin dərk edək zamanın, anın,
    Birgə tutaq nəbzin fani dünyanın.
    Sevincdə qərq olsun, ömrü Dövranın,
    Zülmət gecəsinə, Ay göndərəsən.

    YA RƏBB QURTAR MƏNİ

    “Könül dəftərim” – silsiləsindən

    Yağmura dönməyə hazır buludam,
    Qədər aman vermir, dərdi unudam.
    Fələyin çəngində sızlayan udam,
    Ya Rəbb, qurtar məni, fələk felindən.

    Kamantək inləyir sədəfli sazım,
    Dönüb qarlı qışa baharım, yazım.
    Qüssədir, hicrandır, alnımda yazım,
    Ya Rəbb, qurtar məni,qəmin əlindən.

    Yanaqda iz salıb duzlu göz yaşım,
    Xəyal, xatirədir sadiq sirdaşım.
    Nisgildən qurtulmur bəlalı başım,
    Ya Rəbb qurtar məni,kədər selindən.

    Bəxt aça bilməyir düyün, ilməni,
    Dil tapa bilməyir, haqlı kəlməni.
    Dərdimi bilməyən, qınayar məni,
    Ya Rəbb, qurtar məni, elin dilindən.

    Ömür vəfa etmir, acımır zaman,
    Nə sevənim qalıb, nə də ki, heyran.
    Diz çöküb önündə, yalvarır Dövran-
    Ya Rəbb, qurtar məni, qurtar zülümdən…

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Cib dəsmalım

    qat kəsibdi nə vaxtdı
    tikdiyim cib dəsmalı…
    hər ilməsi nağıllı,
    bəzəyi eşq misallı…

    elə bil sevəni yox
    çoban qızıdır, yazıq…
    barmaq sığalını çox,
    həm də çox axtarırıq…

    ikimiz də küsmüşük
    modern variantdan;
    boyu bircə bükümlük
    saya kağız dəsmaldan…

    dəsmalımla üz-üzə
    bu gün xeyli baxışdıq…
    utandıq…
    və dünənə
    küskün bir naz da satdıq…

    ***

    Onda dördüncü ayın
    Üçüncü həftəsiydi…
    Özümə ağlamağım
    Uşaqlığın səsiydi…

    Sən böyütdün bu qızı…
    Böyümək bu imişsə…
    Nə çoxu, nə də azı
    Bölüşmək bu imişsə…

    İndi gücüm də çatmaz
    Qovmağa dərd-qəmləri…
    Deyir: “Ağlamaq olmaz!”
    Gəncənin həkimləri…

    Nə bilirlər axı, nə?!
    Mənim göz yaşım nədir?
    Gözlərimin şəklindən
    “Qorxub qaçmağı” nədir?

    Yenə Bakıdan küsüb
    Dəli qızın yuxusu…
    Bəlkə də bilib…
    Gülüb
    Sevdasına çoxusu…

    Özü “gəlincik” olan
    Qızın oyunumu var?
    Yığıb qəlb “sandığına”
    Dərdi “sonuna” saxlar…

    2015

    ***

    Kim dedi ki, səninçün
    Bu qız təkcə ağlayır?
    Bürünüb küçələrə
    Bütün Gəncə ağlayır…

    Kim dedi axı sənə
    Bu qız ölür dərdindən?
    Gizlənib döngələrə
    Gəncə susur qəhrindən…

    Kim uydurub bu sözü:
    -Bu qız sənsiz öləcək?
    İnanma, ömrüm-günüm,
    Qıymaz sevənə Gəncə.

    * * *

    Ay anam qızılgül, nənəm qızılgül…
    Ölüm qucağında, laylam yel olsun,
    Yağışlar süzülsün butalarından.
    Ağrıyan tərəfim, qıyma, sol olsun,

    Ürək boyun əyir xətalarıma.
    Düşüm torpağına, andım gül olsun,
    Ölsəm, sinə daşım çiçək qoxusun.
    Dərdi ki, çəkirəm, dərd əsil olsun,

    Bu qızın şairlər yozsun yuxusun.
    Gülüşüm yaraşmır ləçəklərinə,
    Bağrındakı xarın mənəm, qızılgül…
    Tutulsa sol yanım, uyut ətrinlə,
    Ay anam qızılgül, nənəm qızılgül…

    2015

  • Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

    Hörmətli həmvətənlər!

    Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.

    Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur.

    İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.

    Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir. Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.

    Əziz bacı və qardaşlarım!

    Bu mübarək gündə bir daha hamınıza ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

    Qurban bayramınız mübarək olsun!

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 29 avqust 2017-ci il.

    Mənbə: http://www.president.az

  • Qurban bayramı münasibətilə QMİ Qazılar Şurasının F ə t v a s ı

    Bağışlayan və Mehriban Allahın adı ilə

    Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, uca insani keyfiyyətlərin təntənəsini simvolizə edən Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir. Dünyanın hər bir yanından Həcc ziyarətinə yola düşən müsəlmanlar Kəbə evi ətrafında təvaf edirlər. Bu, müsəlman həmrəyliyinin, ilahi eşqlə çiyin-çiyinə birgə hərəkətin nümayişidir. Səfa və Mərva dağları arasında səy etmək daim inkişaf etmək, dayanmadan çalışmaq anlamına gəlir. Həzrət Adəm əleyhissalamın hekayəsi başlayan Ərəfə çölündə toplaşaraq müsəlmanlar insani kimliyin mahiyyətinə varır, keçmişdəki səhvləri təhlil edib gələcəyə əzmlə irəliləmək üçün mənəvi güc toplayırlar. Nəhayət, Mina çölündə hər kəs öz İsmayılını qurban gətirir – şəxsiyyətin inkişafına mane olan bütün bağları kəsir. Həccin hər ayini yardımlaşaraq, düşünərək, çalışaraq dayanmadan irəliyə yönəlməyi tərənnüm edir. Qurban bayramı bu ilahi dəyərlərin unudulmamasına xidmət edir.
    “Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın!…” (Ali-İmran:103)
    “….(fərqlilikləriniz) sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın…” (Maidə:48)
    Şükürlər olsun ki, doğma Azərbaycanımız həmişə dinlərarası tolerantlıq və müsəlman həmrəyliyinin məskəni olub. Cənab Prezidentimiz İlham Əliyev həzrətlərinin bu istiqamətdə apardığı siyasət, gündəmə gətirdiyi mövzular və dəstəklədiyi beynəlxalq tədbirlər bunun bariz nümunəsidir.
    Qurbanlıq ayini yalnız hacılara vacib olsa da, Həcc ziyarətində olmayanlar da Allah-Təalaya öz qurbanlarını təqdim edə bilərlər. Unutmaq lazım deyil ki, Uca Allah müqəddəs Qurani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır:
    “…Ona çatan yalnız sizin təqvanızdır…” (Həcc:37)
    Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Əziz Peyğəmbərimiz (s) də belə davranmağı bizlərə vəsiyyət edib. Qurban kəsən şəxsin həmin ətdən özünə pay götürməsinin heç bir eybi yoxdur. Tövsiyə edirik ki, bu müqəddəs ayin təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra olunsun.
    Bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Azərbaycan üfüqünə uyğun olaraq həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edəcək. Həmişə xalqın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü –sentyabrın 1-ni və 2-sini qeyri-iş günü elan edib.
    Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə vətənimizi və millətimizi xüsusi dua etməliyik. Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etmək, köçkün düşmüş soydaşlarımızın tezliklə doğma yurdlarına qayıtmasını dua etmək bir müsəlman olaraq hər birimizin vəzifəsidir. Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını nəsib etsin!
    Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu bayramın daşıdığı dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan diləyir. Allah-Təala bütün ibadətlərinizi qəbul etsin!

    Vəssalamu əleykum və rəhmətullahi və bərəkətuh!

    Mənbə: http://www.qafqazislam.com

  • Məryəm İsmayılovanı doğum günü münasibətilə təbrik edirik! ( 29 avqust 2013-cü il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, İsmayılova Məryəm Rüfət qızını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ŞƏHİD OĞLUM

    Şəhid anasının dilindən

    Dərdə boyun əymişəm,
    Göz yaşımı silmişəm.
    Məzarına gəlmişəm,
    İgid oğlum, can balam.

    Lənət qara qurşuna,
    Baxmadı gənc yaşına.
    Səni aldı tuşuna,
    Sərvi- boylum, can balam.

    Düşmən qənimin oldu,
    Haqq verən vədən doldu.
    Gülüm- gülzarım soldu,
    Qoç Koroğlum, can balam.

    Nə söyləyim yarına?
    Məğrur, möhkəm dayana.
    Qıyacaq şirin cana,
    Yolu bağlım, can balam.

    Anan qurban boyuna,
    Necə gəldin oyuna?
    Qoç demişdim toyuna,
    Qara toylum, can balam.

    Tez alınsın qisasın,
    Dövran bitirsin yasın.
    Vətən, anan yaşasın,
    Şəhid oğlum, can balam.

    DOĞRU YOL

    “Düşüncələrim” – silsiləsindən

    Deyinməyək zəmanəyə, dövrana,
    Gələn bahar, gedən qışda nə günah?
    Yolçu olan ömür adlı karvana,
    Fəğan etməz güzərana, çəkməz ah.

    Hər bir anın, dəqiqənin hökmü var,
    Ömrə gərək zinət olsun yaşamın.
    Əməllərdir səndən sonra yadigar,
    Biləsən ki, sönməyəcək gur şamın.

    Bərk tutasan zəmanənin nəbzini,
    Qalmayasan məhvərindən kənarda.
    Sığallayıb babaların izini,
    Azmayasan nə tufanda,nə qarda.

    Gen durasan hiylə, məkr, tamahdan,
    Niyətin də, əməlin də, saf ola.
    Dar zamanda qaçmayasan qabaqdan,
    Adın,sanın günü-gündən ucala.

    Qəlbin çarpsın yurdun üçün,xalq üçün,
    Dövran kimi doğma yurda bağlı ol.
    Hünərinlə zəfər qazan hər bir gün,
    El yolunda çarpışmaqdır doğru yol.

  • Şəfa VƏLİYEVA.”Ayaqlarım qatran olar”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Ayaqlarım qatran olar
    Izlərinə yapışar…
    Vəhşiləşər cığırlar;
    Gedişinçün qapışar.

    Keçib getdiyin vədə
    Heykəlləyər zamanı…
    Təsəllidi şəklin də.
    “Saxlayıram samanı”…

    Qulağım səsə düşər
    Böcəklər ötüşəndə…
    Barmaqlarım öpüşər
    Kirpiklər sevişəndə…

    Ah…
    Nə xoş mənzərədi
    Yenə yuxu görürəm…
    Adın əzbərimdədi
    Adından ev hörürəm..

    Hərf-hərf ucalan
    Bəxtin qızıl sarayı.
    Sənsiz kimdi qocalan
    Axı məndən savayı?!

    Yaxşı ki, gedişlərin
    Dadı-duzu kəm olur..
    Fələyin əl işləri
    Əzəlindən nəm olur…

    Yoxsa bağrım çatlardı
    Bu səhra yoxluğunda…
    Başınımı ağrıtdım?
    Əfv et…
    Sənsiz qorxuram.

  • 28 avqust-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin 4 yaşı tamam olur

    Təsisçisi və direktor: Rafiq ODAY

    cenabrafiqoday

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

    Baş redaktor: Kamran MURQUZOV

    10730926_708473925888118_1815156677351752954_n

    Kamran AYDIN (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb. 2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur. 2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Azerbaycan toprağına düşüp güzarın, Yunusum!”” şeiri Osmanlı türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 44-cü sayında dərc olunub.
    “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin və “Usare” iki aylık kültür sanat edebiyat dərgisinin Azərbaycan təmsilcisinin Baş məsləhətçisidir.

    Baş məsləhətçi: Şəfa VƏLİYEVA

    sxv

    Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 3-cü “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.

    Məsul katibi: Şəfa EYVAZ

    Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Məhəbbət” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 41 sayında dərc olunub.

    Mətbuat xidmətinin rəhbəri: Kənan AYDINOĞLU

    1902788_614529541965133_896121757_n

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    2013-cü ilin avqust ayının 28-də Bakı şəhərində “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi çağdaş dönəmdə Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevin 7 dekabr 1999-cu il tarixli “Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun tələblərinə uyğun olaraq, öz fəaliyyətini uğurla davam etdirməkdədir.
    Çağdaş Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin, istedadlı qələm sahiblərinin müasir ədəbi prosesə cəlb edilməsi, əsərlərinin təbliği,
    Ədəbi birliklərə üzv qəbul edilməsi yönündə məqsədyönlü tədbirlər planı hazırlayıb, həyata keçirir.Avropanın bir çox ölkələri ilə, xüsusilə də Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən bir neçə ünlü mətbu orqan ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirərək, yeni və orta nəslin nümayəndələrinin əsərlərinin təbliğinə xüsusi diqqət yetirir.
    Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat yönümlü elektron orqanlardan fərqli olaraq, “Ədəbi birliklər” bölməsini özündə əks etdirir.Müvafiq bölmədə Azərbaycan Respublikasında fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”, Yeni Yazarlar və Sənətçilər Qurumu haqqında məlumat yer alıb.
    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin təbliği yönündə həyata keçirdiyi tədbirlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir.
    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələrə dəstək olduğu üçün sertifikatlara layiq görülmüş, mükafatlandırılmışdır.
    Respublika səviyyəsində gerçəkləşdirilən bir neçə layihəyə öz töhfəsini verib.
    Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılan Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin səhifəsində Azərbaycan dövlətçiliyinin əleyhinə yönəlmiş yazıların heç biri dərc olunmur.

    E-mail: gundelik.info@mail.ru
    Bizimlə əlaqə saxlamaq üçün
    055 260 98 89; 070 815 12 96
    Ünvan: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 2-ci mikrorayon

  • Əliağa KÜRÇAYLI.”Vətən”

    Azərbaycan SSR Dövlət mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi

    Mən səndənbir yaşıl budaq istədim,
    Sən mənə bəxş etdin zümrüd meşələr.
    Mən səndən kiçik bir otaq istədim,
    Sən mənə bəxş etdin dilbər güşələr,

    Mən səndən adicə həyat istədim,
    Sən məni çıxartdın min-min səhərə.
    Mən səndən kiçik bir qanad istədim,
    Sən məni uçurdun ənginliklərə.

    Mən səndən bir dəstə çiçək istədim,
    Mənimçün dörd fəsil yaz elədin sən.
    Mən səndən ilhamlı ürək istədim,
    Sən mənə təb verdin minyon ürəkdən.

    Mən səndən kiçik bir sevinc istədim,
    Sən mənə bəzş etdin bütöv səadət.
    Mən səndən bir parça bürünc istədim,
    Sən mənə bəxş etdin xəzinə,dövlət.

    Mən səndən istədim açıq biralın,
    Sən mənə bəxç etdin əzəmət,vüqar.
    Məndə başı açıq ayağı yalın
    Yolunda can qoysam, yenə az olar.

    Bəlkə,buna görə əzəmətlisən-
    Nəyin var vermisən əsigəmədən!
    Sən bir ana kimi səzavətlisən,
    Anam Azərbaycan, Vətən, can Vətən

  • Zəlimxan YAQUB.Şeirlər

    Azərbaycanın Xalq şairi

    YUNUS İMRƏYƏ

    Məni məndə gəzmə, məndə deyiləm,
    Bir mən vardır məndə, məndən içəri.
    Yunus İmrə

    Heç gərək yoxuymuş səni görməyə,
    Əllərim toxunan budaqdasanmış.
    Yaşıl zəmilərə baxdım, düşündüm,
    Səpilən dən kimi torpaqdasanmış!

    Səhrada, çəməndə, güldə, çiçəkdə,
    Barda, bərəkətdə, duzda, çörəkdə,
    Ulu sevgi kimi canda, ürəkdə,
    Şirin nəğmə kimi dodaqdasanmış!

    Od kimi baxışda, nur kimi üzdə,
    Qan kimi damarda, güc kimi dizdə,
    Ruh kimi bədəndə, gün kimi gözdə,
    Səs kimi könüldə, qulaqdasanmış!

    Qəlbimə sirdaşsan, könlümə yarsan,
    Hayana boylandım, hər yerdə varsan.
    Gülsəm, dodağımda çiçək açarsan,
    Ağlasam, yaş kimi yanaqdasanmış!

    Yağdın varlığıma qarla, yağışla,
    Hopdun iliyimə nurlu baxışla.
    Bağışla, Yunusum, məni bağışla,
    Mən elə bilirdim uzaqdasanmış!!!

    DÜNYANIN YAXŞI ŞERİ

    Ulu ozanımız Yunus İmrəyə

    Nurlu gözdə bəslənir, odlu canda yaranır,
    Çaxır şimşəklər kimi, bircə anda yaranır.
    Gah qanlı davalarda, gah zindanda yaranır,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

    Xəzinəsi tükənməz ağır eldi, obadı,
    Dilqəmin məktubunu öpən badi-səbadı.
    Şəhriyarın dilindən qopan “Heydərbaba”dı,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

    Dünən dərin bildiyin bu gün dayaz görünür,
    Yazdığın yazılarda nə qış, nə yaz görünür.
    Zəiflər bolluğunda yaxşılar az görünür,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

    Oğulsan, axarına, zərbəsinə qarşı dur,
    O, zülmə, ədavətə, xəyanətə qarşıdır.
    Məhməd Akif Ərsoyun sərt “İstiqlal marşı”dır,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

    Doğulan çox olsa da, neyləsin doğan ana,
    Hər gün dünyaya gəlmir nə Yunus, nə Mövlana.
    Dahilik zərrə-zərrə hopur iliyə, qana,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

    Qəlb incələ-incələ iynəyə sap olsa da,
    Can quruya-quruya quruyub çöp olsa da,
    Qalaq-qalaq yazılar yığılıb çap olsa da,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

    Kökü qədimdən qədim, Adəmdən, Nuhdan gəlir,
    Qarışıb qandan keçir, süzülüb ruhdan gəlir.
    Ruh da, qan da, nəfəs də qadir Allahdan gəlir,
    Dünyanın yaxşı şeri hər gün yazılan deyil!

  • Bəxtiyar VAHABZADƏ.Qəzəllər

    240px-Bəxtiyar_Vahabzadə

    Azərbaycanın Xalq şairi

    * * *

    Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
    Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

    Nə güman eyləmisən ondakı tilsimləri sən,
    “Kürü ahıyla qurutdu”, “salı yandırdı” muğam.

    Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
    Keçilən yolları hərdən bizə andırdı muğam.

    Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
    Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

    O – ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
    Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

    Dəfn edin siz məni Zabul segahın mayəsinə,
    Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.

    Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
    Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

    1974

    ***

    Bu qədər saldı məni həsrət, amandan-amana
    Könlüm axırda mənim düşdü gümandan-gümana.

    Neçə alim yazıb öz dərdini izhar elədi,
    Aşiqin dərdi fəqət keçdi zamandan-zamana

    Dərdü-qəmdən usanıb düşdü könül hicr oduna,
    Eləyək indi şikayətmi yamandan-yamana?!

    Səni gördükdə mən ancaq belə dil-dil ötürəm,
    Boşalır göydə buludlar da dolandan-dolana…

    Demərəm görməmişəm mən səni çoxdandı,
    gülüm, Görürəm surətini yalqız olandan-olana…

    Könlümün üstə düşən kölgələr əlan silinir,
    Başımın üstünə sən kölgə salandan-salana.

    Neçə yol vədə verib əhdə vəfa qılmadı yar,
    Bəxtiyar! Qəlbin axır düşdü talandan-talana.

    Sentyabr, 1963

  • Xəlil Rza ULUTÜRK.Şeirlər

    İlham üstündə

    Kameram – qızıl saray, barmaqlığım – bağça, lək,
    Əyləşdim şah taxtımda şerin hökmdarı tək.
    Ərzin hökmdarı tək!
    Qarşımda ağ vərəqlər… büllur bahar səhəri,
    Qələmimdə sıyrılmış Misri qılınc kəsəri.
    Mürəkkəbim – Göygölüm bir cüt mavi damlası,
    İlhamım – əzəmətli bir Xəzər qasırğası.
    Köksüm – alov kürəsi, üzüm-gözüm dan yeri,
    Barmaqlarım – günəşin şüa-şüa telləri.
    Addımlarım – toprakdan bir azca hündür, uca
    Hazıram varıb keçim xəttüstüva boyunca.
    Gülüm qaima nigaran obadayam, eldəyəm,
    Rövşənəm, zindanda yox, doğma Çənlibeldəyəm.

    Dədə Heydər – ATATÜRK

    Azadlıq allahı tək əyləşib öz yerində,
    Yerin-göyün nuru var peyğəmbər gözlərində.
    Sadəliyi nur saçır, əzəməti dərində.
    Gedir, polad çiynində Kəpəz, Qoşqar boyda yük.
    Dədə Heydər – Atatürk.

    Dərin mavi gözləri sakit yanan od-ocaq,
    Alovunda satqınlar yanacaq, kül olacaq.
    Qaranlıqda işıqdır – o işığa yol açaq.
    Məsləki varlığından böyükdür, min qat böyük.
    Böyüklük heykəlidir Dədə Heydər – Atatürk!

    Dörd tərəf qar-qiyamət, sərt qış… o, güllü yazdır,
    Dinc, mülayim səsi də qaynar bir ehtirasdır.
    Ərzurumdan Xəzərə şığıyan Xan Arazdır.
    Dalğasında dönüklər ağ köpükdür, boz köpük,
    Dalğalanır nəhr tək Dədə Heydər – Atatürk.

    Azərbaycan, Türkiyə… Daş qala – qoşa səngər,
    Bütün qasırğalara birləşməklə sinə gər.
    Bu birlik qarşısında düşmən tük salacaq, tük…
    Qucur iki sahili Dədə Heydər – Atatürk.

  • Məhəmmədhüseyn ŞƏHRİYAR.”Yalan dünya”

    images

    Bu dünya fanidir, fani,
    Bu dünyada qalan hanı?
    Davud oğlu Süleymanı
    Təxt üstündən salan dünya.
    Xəstə Qasım

    Sənin bəhrən yeyən kimdir?
    Kiminkisən? Yeyən kimdir?
    Sənə doğru deyən kimdir?
    “Yalan dünya, yalan dünya!”

    Səni fərzanələr atdı,
    Qapıb divanələr tutdu,
    Kimi aldı, kimi satdı,
    Satan dünya, alan dünya,

    Atı əzəl dağa saldıq,
    Yorulduqca dalı qaldıq.
    Atı satdıq, ulaq aldıq,
    Yəhər oldu palan, dünya.

    Çatıb səndən keçən keçdi,
    Əcəl camın içən keçdi,
    Olan-oldu, keçən-keçdi,
    Nə istirdin alan dünya.

    Boğulaydın doğan yerdə,
    Doğub, xalqı boğan yerdə,
    Oğul nəşin oğan yerdə
    Ana zülfün yolan dünya.

    Qazanıb, hey talanıbsan,
    Qalanıb hey calanıbsan,
    Əzəldən çalxalanıbsan,
    Yenə də çalxalan, dünya!

    Nənə qarnı ilk beşiyin,
    Qəbristanlıq sən deşiyin.
    Nə içərin, nə eşiyin,
    Qaranlıq bir daları dünya.

    Səni bayquşlar alqışlar,
    Dəli viranəni xoşlar.
    Dolan əqlə səni boşlar,
    İçi boşla dolan dünya.

    Sənə Qarunlar allandı,
    Qızıldan təlli qallandı,
    Batıb zülmatə quylandı,
    Ölüb təlli qalan dünya.

    Ocaq ikən sönəymişsən,
    Çanaq ikən çönəymişsən,
    Nə pis qan nənəymişsən
    Nağıl! Yalan-palan dünya.

    Biri ayna, biri pasdır,
    Biri aydın, biri kasdır,
    Gecə toydur, səhər yasdır,
    Gül içində solan dünya.

    İgidlərin başın yeyən,
    Qocalar bozbaşın yeyən,
    Qəbirlərin daşın yeyən,
    Özü yenə qalan dünya!

    Nə qandın, kim gül əkəndir?
    Kim qılınc tək qan tökəndir?
    Teymur hələ kürəkəndir,
    Çingiz canın alan dünya.

    Yaman qurğu, yığılaydın!
    Tufanlarda boğulaydın!
    Noleydi bir dağılaydın,
    Bizi derdə salan dünya.

  • Süleyman RÜSTƏM.Şeirlər

    116

    Azərbaycanın Xalq şairi

    ŞAİR QARDAŞIMA MƏKTUB

    Qoy söyləyim ürəyimin sözünü,
    Bir kərə də görməmişəm üzünü,
    Nigaranam, yetir mənə özünü
    Məhəbbətin bağrımdadır, Şəhriyar,
    Mənim ürək ağrımdadır, Şəhriyar.

    Kim deyir ki, ünvanımız ayrıdır,
    Nə adımız, nə sanımız ayrıdır,
    Nə canımız, nə qanımız ayrıdır,
    Ürək birdir, bədən birdir, Şəhriyar,
    Vətən birdir, vətən birdir, Şəhriyar.

    Havaları nə gözəlmiş bu yazın,
    Araz üstdən çatdı mənə avazın,
    Yarı canım bu tayında Arazın,
    Yarı canım yanındadır, Şəhriyar,
    Şerin, sözün ətir dadır, Şəhriyar.

    Gülşənlərdə çiçəkləri dindirən,
    Gözəlləri, göyçəkləri dindirən,
    Sevgi dolu ürəkləri dindirən
    “Heydərbaba”n nə gözəldir, Şəhriyar,
    Nə qəsidə, nə qəzəldir, Şəhriyar.

    Hər canlıdan sənə bu can yaxındır,
    Uzaq deyil yol ki, yaman yaxındır,
    Qaşla gözün arasından yaxındır,
    Gəl-gəl deyir sonbeşiyim, Şəhriyar,
    Qurban sənə ev-eşiyim, Şəhriyar.

    Hicran odu sinəmizi yaxdı, gəl,
    Səndən ötrü ürəyimiz axdı, gəl,
    İstəyirsən əncir-üzüm vaxtı gəl
    Məclislərdə başda otur, Şəhriyar,
    Ürəyimdə arzum budur, Şəhriyar.

    Gəl qəmləri küləklərə verim, gəl,
    Öz bağımdan sənə güllər dərim, gəl,
    Sən məni gör, mən də səni görüm, gəl,
    Demə ömür xəzansızdır, Şəhriyar,
    Əcəl yaman amansızdır, Şəhriyar.

    Beşikdəki quş yuxulu körpələr,
    Dodaqları süd qoxulu körpələr,
    Babaları dağdan ulu körpələr
    Bizi əvəz edəcəklər, Şəhriyar,
    Yolumuzla gedəcəklər, Şəhriyar.

    Qoy bir də qan çilənməsin torpağa,
    Yer üzündə nə qul olsun, nə ağa,
    Şənlik qursun Təbriz, Mərənd,
    Marağa Dilə gəlsin kamanımız,
    Şəhriyar, Belə keçsin dövranımız, Şəhriyar.

    Gəl Bakıya bağım-bağçam güləndə,
    Bircə ovuc torpaq gətir gələndə.
    Dostlar qatsın torpağıma öləndə,
    Bəlkə onda kama çatam, Şəhriyar,
    Son mənzildə rahat yatam, Şəhriyar!!

    18 may 1968

    DOST KİMİ, QARDAŞ KİMİ

    Meşədə quşlar artıq oxumur kef-damaqlı,
    Günəş üstdə bulud var göz üstündə qaş kimi.
    Payız gəlib… çəmənlər görünür qaşqabaqlı,
    Hərdən yağış çiləyir torpağa xaşxaş kimi.

    Cığırların al-əlvan, rəngbərəngdir örtüyü,
    Havalara sovrulur yuvalardan quş tükü.
    Görünür gözlərimə palıdların kötüyü
    Bərkə-boşa dözümlü qaya kimi, daş kimi.

    Sabah yəqin hər tərəf bürünəcəkdir qara,
    Qoynu çəmənli dağlar, dözməkçün soyuqlara,
    Qışdan sonra bir daha qovuşmaqçın bahara –
    Verəcəkdir baş-başa dost kimi, qardaş kimi.

    Uca dağlar qoynunda – Lerikdəyəm mən yenə,
    Payız öz nəfəsiylə qəm gətirib gülşənə.
    Hərdən günəş doğanda, görünür aydın mənə-
    Savalanın təpəsi çalpapaqlı baş kimi.

    Canlanır göz önümdə hər an başqa mənzərə,
    Yağan yağış altında yuyunduqca dağ-dərə –
    Yarpaqların ucundan damcılar düşür yerə
    Gözdən axan yaş kimi.

    Qış qapını kəsdirib yurd salacaq bu yerdə,
    Küləklərin mahnısı qalxacaq pərdə-pərdə.
    Şaxta baba əliylə bütün pəncərələrdə
    Min naxış çəkəcəkdir mahir bir nəqqaş kimi.

    Gün gah çıxır, gah batır, sıxır qəlbimi hicran,
    Yürüyür dağlar üstə buludlar karvan-karvan.
    Yol çəkən gözlərimi çəkmirəm Savalandan.
    Qanı qanımdan olan qardaşım Balaş kimi!

  • Osman SARIVƏLLİ.Şeirlər

    Azərbaycanın Xalq şairi

    Bu yerlər

    Yaxın sirdaş kimi, əziz dost kimi,
    Qolunu boynuma saldı bu yerlər.
    Mənim bu nisgilim vardı əzəldən,
    Oxşayıb könlümü aldı bu yerlər.

    Göylərə uçsam da bağlıyam yenə,
    Əziz dogma yurda, doğma Vətənə…
    Min eldə min nemət dadmışam, mənə-
    Şəkərdi bu yerlər, bu yerlər!

    Aşıq eldən alır öz nəfəsini,
    Gəldim eşitməyə elin səsini;
    Könlümün dil açan kəməçəsini,
    Zərif əllərilə çaldı bu yerlər.

    Obanın, oymağın sordum yaşını,
    Dağlar təzim edib əydi başını.
    O dəm alim kimi çatıb qaşını,
    Dərin xəyalata daldı bu yerlər.

    Vidadi xanlardan görmədi kərəm,
    Vaqifə dağ çəkdi burda min sənəm.
    Öldü qoç Koroğlu, öldü xan Kərəm
    Sinəsi kədərli qaldı bu yerlər.

    Kim minit Qazağın dilboz atını,
    Götürür toyların şal xalatını…
    Şeirin, sənətin mükafatını,
    Hər zaman hər yanda aldı bu yerlər.

    Qazax, 5 yanvar 1938

    Mən Qazağa gəlmişəm

    Vaxt olub ki, bu yerləri dolanıb
    Bir ov üçün min sorağa gəlmişəm.
    Düşüb arxasından, başı alovlu,
    Boz arandan, göy yaylağa gəlmişəm.

    Nə çəkmədim hələ cavan yaşımda?
    Oda düşdüm min bir sevda başımda,
    Xatirəm var torpağında, daşında,
    Mənə tanış bir oylağa gəlmişəm.

    Yer üzündə min bir cənnət olsa da,
    Bağ-bağçası mələklərlə dolsa da,
    Tayı yoxdur bu yerlərin dünyada-
    Cənnət kimi bir torpağa gəlmişəm.

    Günəş doğdu, parçalandı çən, duman,
    Güldü bizim üzümüzə dağ, aran…
    Əziz gündür-hər yan çalan, çağıran,
    Şən büsata, xoş növrağa gəlmişəm.

    İllər keçir, ömür yarı, gün yarı;
    Necə atım etibarı, ilqarı?
    Bayram günü sizin kimi dostları
    Görmək üçün mən Qazağa gəlmişəm.

    Qazax 1948

  • Hüseyn ARİF.Şeirlər

    Azərbaycanın Xalq şairi

    Qədim Gəncə çinarları

    Bir-birinə dayaq olur,
    Qədim Gəncə çinarları.
    Axşam-səhər oyaq olur
    Qədim Gəncə çinarları

    Yeri öpər, höyü qucaq,
    Meh toxunar, ətir saçar,
    Kölgəsini dosta açar,
    Qədim Gəncə çinarları.

    Vaxt dolanar fəsil-fəsil,
    Dözümdə dağ, çəkimdə fil,
    Hər küləkdən qopan deyil,
    Qədim Gəncə çinarları.

    Pıçıldaşan yarpaqları,
    Nəğmə deyən dodaqları,
    Necə oxşar qulaqları
    Qədim Gəncə çinarları.

    Çay boyu qatar-qatardı,
    Əsrlərdən yadigardı,
    Dünya görmüş babalardı –
    Qədim Gəncə Çinarları.

    Qocaldım

    Gəzdim qarış -qarış ana torpağı,
    Nə yaxında ,nə uzaqda qocaldım.
    İsti ,soyuq heç var varmadım fərqinə
    Nə aranda , nə yaylaqda qocaldım.

    Məlhəmdi dağ moruğu,bağ narı,
    Hər kimsənin öz istəyi ,öz yarı.
    Görməyəndə qədir bilən dostları
    Çil-çırağlı ağ otaqda qocaldım.

    Altmışımda zirvələri aşanda ,
    Yaş on beşdi!- Söyləmişəm bu anda.
    “Millət!” -deyə-satqın coşub-daşanda
    Belə çağda ,belə xavta qocaldım.

    Hüsyn Arifəm , yaxşılara yananam,
    Ömür boyu yamanlara yamanam.
    Sevinəndə -qoca ikən cavanam,
    Qəmlənəndə -cavanlıqda qocaldım.

  • Mirvarid DİLBAZİ.Şeirlər

    Azərbaycanın Xalq şairi

    Yasəmən gül açıb, bəzəyib bağı,
    Qönçəyə dolubdur gülün budağı,
    Bölümdə qaldıqca vətən torpağı
    Mən bu gözəlliyi duya bilmirəm,
    Bahar sevincinə uya bilmirəm.

    Sarmaşıb çəməndə yenə gül-gülə,
    Nəğməli quşlar da gəliblər dilə,
    Mən elə qəmliyəm, qəmliyəm elə,
    Bu gözəllikləri duya bilmirəm,
    Bahar sevincinə uya bilmirəm.

    Şuşam, Qarabağım, dağlar maralı!
    Siz də yaralısız, mən də yaralı,
    Elim düşən gündən sizdən aralı,
    Bu gözəllikləri duya bilmirəm,
    Bahar sevincinə uya bilmirəm.

    Sinəmdə dağı var Əskiparanın,
    Ağrısı azalmırheç bu yaranın,
    Düşmənlərə qalan dağım, aranım,
    Sizsiz gözəlliyi duya bilmirəm,
    Bahar sevincinə uya bilmirəm.

    Gün doğub, ürəyim işıqlanmayır,
    Könlümdə çıraq yox, şam da yanmayır,
    Çoxdandır saçlarım xınalanmayır,
    Ürəyim şəhidlər qəbristanıdır,
    Gözlərimdən axan göz yaşı deyil,
    Şəhid qanıdır.

    * * *

    Sən-qəhqəhə,
    Mən-göz yaşı.
    Hardasan, könlüm sirdaşı?
    Tufanlıdır ömrün qışı.
    Sən gül!
    Mən gülə bilmirəm.
    Şənlik içindəykən aləm,
    Nədir könlümdəki bu qəm?
    Neyləyim ki, mən bəxti kəm
    Dərdimi bilə bilmirəm.
    Qəm əyib məğrur başımı,
    İtirmişəm sirdaşımı,
    Selə dönən göz yaşımı
    Üzümdən silə bilmirəm.
    Səhrada bitmiş bir güləm,
    Fəsli quraq keçən iləm.
    İstəyirəm sənsiz öləm,
    Neyləyim, ölə bilmirəm.

  • Ülkər Piriyevanı doğum günü münasibətilə təbrik edirik! (24 avqust 1987-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, DGTYB üzvünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti

    Allahım sən alma bu gözəlliyi..

    Düşüb yer üzünə Tanrıdan gəlir,
    Torpaq gözəlliyi, su gözəlliyi.
    Hələ qoy yaşayaq günlər içində
    Allahım sən alma bu gözəlliyi..

    Bir üzü qaranlıq bir üzü işıq ,
    Elə başdan-başa dünya yaraşıq.
    Hələ gözəllikdən heç doymamışıq,
    Allahım sən alma bu gözəlliyi..

    Haqq ilə nahaqqı ayırır insan,
    Ruhunu söz ilə doyurur insan..
    Qəlbini içindən sıyırır insan,
    Allahım sən alma bu gözəlliyi..

    Hər xeyir tapılar bir itən şərdə,
    Nə deyim sonumda gizlənən dərdə..
    Gözəllik eşqiylə gəzir bəşər də,
    Allahım sən alma bu gözəlliyi..

    Gözlərindən həsrət yağır

    Gözlərindən həsrət yağır,
    Ay yağışa düşən bəndə.
    Vaxtsız gəlib yer üzünə,
    Təktənha yetişən bəndə.

    Götür ürkək baxışları,
    Söykə dünyanın dizinə.
    Saxla düşən ulduzları,
    Yapışdır göyün üzünə

    Bir gün için çıxıb çölə,
    Çatacaq göyün üzünə.
    Aldadıb ömür də səni,
    Atacaq göyün üzünə.

    Ürəyimə yağış yağır bu gecə

    Gözlərindən baxışların tökülür,
    Od nəfəsim sənlə dara çəkilir…
    Varlığımda eşq sarayı tikilir,
    Bir xəbərsiz eşq yaranır gizlicə,
    Ürəyimə yağış yağır bu gecə..

    Bəxtim sənə nə göz yaşı ol deyir,
    Nə tökülən göylər daşı ol deyir..
    Bir ürəyin gəl sirdaşı ol deyir,
    Arzularla ötüb gedir gün necə,
    Ürəyimə yağış yağır bu gecə..

    Baxışınla gözlərimə dolanda,
    Ta qayıtma… Sığın onda qal onda…
    Adın qəlbdə, taleyinsə alında,
    Sənsiz günüm nə yaşana, nə keçə,
    Ürəyimə yağış yağır bu gecə..

    Gecə

    Gəl bağrıma daş tək basıl,
    Uyu qoynumda gecə…
    Uşaq nağıllardan bezib,
    Böyüklər ağılardan.
    Dərdlərim salxım kimi,
    Asılıbdır tənəkdən,
    Min bir dərdi ələrəm
    Biri keçməz ələkdən.
    Dünya da bir ələkdir..
    Keçən heç vaxt
    Diri keçməz ələkdən..
    Dünyanın işinə matam doğrusu,
    Canavar gözünü çıraq eləyir.
    Qanun keşiyində milyon oğrusu,
    Qəpik oğrusunu dustaq eləyir..

    Qocalır atam…

    Baharı yaşayıb yetişir qışa,
    İndi tellərinə qar alır atam.
    Elə yaşadığı əzab içində,
    Qocalır İlhai, qocalır atam.

    Baxışı çıraqdı, Odu çıraqdı,
    Müqəddəs bir sevgi qəlbinə axdı.
    Bu da bir, alnıma yazdığın baxtdı,
    Qocalır, İlahi qocalır atam.

    İllər yarpaq-yarpaq uçur ömründən,
    Şaxtalar, sazaqlar keçir ömründən.
    Zaman öz qanını içir ömründən,
    Qocalır, İlahi qocalır atam.

    Sənin ömüründə qurulan həyat,
    İsti baxışında axtarır nicat.
    Əlləri gör necə oloubdur, çat-çat,
    Qocalır, İlahi, qocalır atam.

    Hələ, sabahlara çəkir yaşını,
    Görür həyatında bəxt savaşını.
    Haqlayır günbəgün ömrün qışını,
    Qocalır, İlahi, qocalır atam.

  • Rahilə DÖVRAN.”Ala məstanım”

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    “Uşaq şeirlərim” – silsiləsindən

    Özün ağıllı sayır,
    Tanımayır çöl,bayır.
    Bütün günü oynayır,
    Mənim ala məstanım.

    Nə gözəldi xoş səsi,
    Miyo-miyo nəğməsi,
    Yaradanın töhfəsi,
    Mənim ala məstanım.

    Gözləri var hər yanda,
    Qaçın cırmaq atanda.
    Xoruldayır yatanda,
    Mənim ala məstanım.

  • Şəfa VƏLİYEVA.”Ay sonuncu pəncərədir”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Ay sonuncu pəncərədir,
    Zülmət əksin olan evdə…
    Dan yeri əl eyləməkdir
    Vida üçün gəldiyində…

    Bu tövr ağlamaq asan,
    Umub-küsmək də nisyədi…
    Kaş, yolları unudasan,
    Hər dönüşün min “niyə”di…

    Bu şəhərlə sevişirsəm
    Öpmə qəmli nəğmələri…
    Utanarsan,durub örtsəm
    Həya rəngli pərdələri?

    Gəlmisən, yay da ötüşür,
    Yarpaqlar da ayaq bağı…
    Bax, romantiklər görüşüb:
    -Şəfa və Mahrasa bağı…

    2017

  • Şəfaqət Cavanşirzadəni doğum günü münasibətilə təbrik edirik (18 avqust 1987-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Nəsr” bölməsinin Baş redaktorunu, Redaksiya heyətinin üzvünü və əməkdaşını, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvünü, doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • “Dünyanın gözəl şeiri Yunus Əmrədən gəlib”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    “Dünyanın şair taleyi…” Bu, Taleh Mansurun essesidi. Həmin esseni oxuyandan sonra Taleh üçün bir dost məktubu da yazmışdım. O qədər təsirlənmişdim ki… Və nədənsə, məhz o esseni oxuyandan sonra bütün şairlərin yaradıcılığında lirik obrazlar arasında şair obrazını axtarıram. “Görüm, kim “ÖZ”ünü anlada bilir?“-deyə…
    Elə buna görə Kənan Aydınoğlunun şeirləri içərisində də axtardığım obrazı tapacağım ümidi ilə yola çıxdım… Gördüm ki, Kənan Aydınoğlu şeirində hələ də kədərdən yaranan misraların gözəlliyini danışır. Bildiyimiz, izaha, sübuta ehtiyac duymadığımız bir poeziya qanunu daha var: “Ən gözəl şeirlər sevgiliyə yazılır”. Kənan da ən gözəl şeirlərini sevdasının ovuclarında sevdalısına göndərir:

    Qəlbimi sevgiyə, şeiri sevgiyə,
    Bu gün səsləməkdən yorulmadım heç.

    Yaşamının anlamını izah etməkçün böyük mənada etirafa ehtiyac duymur Kənan Aydınoğlu. Onun üçün sevmək-yaşamaqdır… Sevmək-varoluşun özüdür… Sevmək-bütün məbədlərdən ucalan ən qutsal duaların əks-sədasıdır… Və sevgi üçün axan bir gilə göz yaşı haqqa tapınmanın ən qısa yoludur:

    Nə bilim, bəlkə də sənin göz yaşın
    Mənim hisslərimi haqqa aparar?!

    “İllərin arxasında candakı ruhu gördüm”… Bu da gənc şairin misrasıdır. Uzun-uzun düşündüm bu misraya. Anlamağa çalışdım ki, Kənan bu misrada hansı mesajı çatdırmaq istəyir oxucularına. Duruxub qaldım, ta ki, növbəti misra məni illərin o tayına səsləyənədək: “Dünyanın gözəl şeiri Yunus Əmrədən gəlib”. Burda artıq anlamışdım illərin arxasında candakı ruhun narahatlığını… Bəlkə də, çox adam bilmir, Yunusun bir məqamı da Azərbaycanımızdadır. Qax rayonu, Oncallı kəndində… Yadıma 2014-cü ildə o məqama getdiyim, ordakı Oğuz qəbristanlığında ruh əhvalımın başqa bir dünyada yaşayırmış kimi vücudumu titrətməsi düşdü… Bir də Əskişəhərin daş döşənmiş yolları… Bir də Sarıköydəki məzar… Bütün bunları yenidən yaşamış kimi mən də ruhumdan süzdürdüm Kənanın misrasını: “Dünyanın gözəl şeiri Yunus Əmrədən gəlib”.

    Bəlkə də dilindən çıxan bir kəlmə,
    Şairin ən böyük əsəriymiş, eh…

    Kənan Aydınoğlunun “şah əsər” hesab etdiyi də elə “ƏLAHƏZRƏT SÖZ”dür… Və Kənan “SÖZ”ün ucalığını bildiyini də təvazökarlıqla dilə gətirir. Bu gün çoxlarının guya adi hal kimi baxdığını şeirində elə səmimiyyətlə söyləyir ki, oxuduqda az qaldım arxivimdəki bütün çap olunduğum qəzetlərə şeir yazam… Kənan yazır ki:

    Qəzetdə çıxanda bir-iki yazım,
    Gülərdi üzümə bu həyat mənim…

    Düzdü, Kənan bu əhvalı keçmiş zamana aid edir, lakin mən hələ də qəzetdə çıxan bir misrama, bir cümləmə, kiminsə müsahibədə çəkdiyi adıma görə həyata, taleyə, Tanrıya şükür edirəm.
    Belə… Uğur olsun, Kənan Aydınoğlu! Gəl, sonuncu şükrü birgə edək: “SÖZü anladana şükür!”

    Şəfa Vəli (Gəncə)

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    G E C Ə L Ə R

    “Düşüncələrim” – silsiləsindən

    Şəvə, qara tülün çəkib başına,
    Gəlir həmdəm ola dərd sirdaşına.
    Olur dərdəyanan, həmdərd, aşina,
    Lal- dinməz, ulduzlu,aylı gecələr.

    Çox şükür Xaliqin verdiyi paya,
    Könül qucaq açır ulduza, aya.
    Xəyal, xatirələr gəlməyir saya,
    Lal- dinməz, ulduzlu, aylı gecələr.

    Olur qəlb tarının lal çahargahı,
    Əridir kədəri, qübarı, ahı.
    Qovur könüldəki suçu, günahı,
    Lal- dinməz, ulduzlu, aylı gecələr.

    Axşamlar durulur damarda qanı,
    Hüzura can atır, insanın canı.
    Sehriylə ovudur şair Dövranı.
    Lal- dinməz, ulduzlu, aylı gecələr.

    MƏNİ

    “Könül dəftərim” – silsiləsindən

    Keçir ürəyinin saf süzgəcindən,
    Köçür şah damarla qanına məni.
    Qəlbində kök salım şux düyğutək mən,
    Endir ümmanlardan yanına məni.

    Axı mən Xudadan alın yazınam,
    Dilinin əzbəri, xoş avazınam.
    Aşiqin yandıran telli sazınam,
    Götür sıx sinənə, canına məni.

    Şərəfin, şöhrətin, şanın olaram,
    Bəyaz gecələrdə Danın olaram,
    Canının içində, canın olaram,
    Hopdur zamanına, anına məni.

    Əldə dəmir əsa gəzsən cahanı,
    Hər yerdə gözlərin gəzər Dövranı.
    Bizimtək yarına yaraşan hanı?
    Döndər sultanına, xanına məni…

  • Şəfa VƏLİYEVA.”Yine izlerken onları”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Yine izlerken onları
    Kıskançlıkdan ölüyorum…
    Yine dönüyor başım,
    Bi daha deliriyorum…

    Bu sabah da geldi yine
    Gökyüzünden
    Leyla gibi damlalar…
    Sarmaş-dolaş sevişiyor
    Damlalarla çınarlar…

    Geberiyorum kahrımdan…
    Ölüyorum…
    Kimse bilmiyor…
    Bu sabah vahşetle haykırıyorum:
    -Yağmurlar beni sevmiyor!

    2017

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    SEYRİ – SƏFA

    “Vətənimdir” – silsiləsindən

    Gəlsə də yay fəsli,yaylaqda yazdır,
    Heç solmaz dağların gülü,çiçəyi.
    Zirvə yay tanımır,hey qarı vardır,
    Qırov bağlayıbdır dağın birçəyi.

    Rayihə bürüyüb yalı,çəməni,
    Şəfalı bitkilər ürkəkcə baxir.
    Yamaclar yamyaşıl,sanki səməni,
    Qar suyu dərədə şur ilə axır.

    Baldırqan,gicitkən,qaraqınığa,
    Lilpar qantəpərə qaş-göz eyləyir.
    Süsən,solmazgülü yanaq-yanağa,
    Həmərsün səhləbə nəğmə söyləyir.

    Əsgərtək düzülüb çobanyastığı,
    Seyrana çıxıbdır boymadərənlər.
    Yemşanın təzəcə “tərləyir bığı”,
    Quşburnu,kəkotu,-olğun ərənlər.

    Güc alıb çisəkdən,çəndən,dumandan,
    Ələyəz,əvəlik şux,dilim-dilim.
    Təkqıçlı göbələk boylanır qından,
    Boyunu göstərir şomu,cincilim.

    Yarpız,nanə,çaşır,quzuqulağı,
    Şövq ilə sarmaşıb,girib qol-qola.
    Dövrəyə alaraq nazlı bulağı,
    Gizlicə,həsrətlə baxırlar yola.

    Buz kimi havası,ətirli mehi,
    Sanki bir behiştdir bulud kölgəsi.
    Məst edir ruhları ot,çəmən şehi,
    Dövran,bir cənnətdir Odlar ölkəsi.

    DƏLİ KÖNLÜM

    “Vətənimdir” – silsiləsindən

    Yenə coşdu, daşdı, bu dəli könlüm,
    Apardı özüynən məni dağlara.
    Nə vaxt coşacağın, mən hardan bilim,
    Özüm güzar salım, göy yaylaqlara.

    Köhləndi fərəhdən qəlbimin tarı,
    Ilhamım bələndi gülə, çiçəyə.
    Dağa halay tutdu bulud qatarı,
    Təbim qaş- göz etdi, şehli qönçəyə.

    Sevinc savaş açdı kədərə, qəmə,
    Qübarı əritdi bulaq nəğməsi.
    Mizrab tumar çəkdi, hey sarı simə,
    Qondu sətirlərə qəlbimin səsi.

    Mehdən ləpələnən lalə dənizi,
    Qərq edib yamacı, yalı al qana.
    Qayalar, sal daşlar dağın kənizi,
    Təzimdə dayanıb, səssiz yan- yana.

    Otlardan boylanır kəklik fərəsi,
    Dağın mehmanların təlasla süzür,
    Hay salıb aləmə çayın nəğməsi,
    Çöl qazı qoynunda ahəstə üzür.

    Göl güzgü tutubdur, zümrüd meşəyə,
    Yam-yaşıl ağaclar gölün təkində.
    Ağsaçlı zirvə də, uyub nəşəyə,
    Buludla qol- boyun, gəzir əksində.

    Dövran səpdi dağa könül qayğısın,
    Nuş etdi fərəhlə, dağ səfasından.
    Ələdi yaylağa dərdin, ağrısın,
    Yük tutdu qəlb dolu saf şəfasından.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    İtmiş bir məhəbbət adalarıydı,
    Ömür xəritəmdə sənli cizgilər.
    Ya da, yad əlindən dad-amanıydı…
    Hardasa duyulmaz bir harayıydı,
    Toydan bir gün sonra sınan güzgülər.

    Nə yaman, nə yaman həsrətin varmış,
    İzlər addım-addım, hara getsəm mən.
    Sənə gedən yollar nə yaman darmış…
    Uzaqda olmağın, demə, yaşatmış,
    Yoxsa mən küsərdim ömürdən-gündən.

    Sən uzaq… Çox uzaq coğrafi bir kəşf,
    Adasan, körfəzsən, dənizsən, nəsən?
    Bəlkə savannalar, tropik meşə?
    Bəlkə də bir zərif, incə bənövşə…
    Ya bəlkə, quruca bir səhrasan sən?!

    lll

    Bir uzaq yola çıxmışam,
    Dönüşüm yoxdu, bilirəm…
    Səninçün yoxa çıxmışam,
    Enişim yoxdu, bilirəm…

    Necə əzabdı sevməyim,
    Gərək səni atmayaydım…
    Məhəbbətimin qanlısı,
    Təkcə səni tutmayaydım…

    Qatiliyik bir sevdanın
    İkimiz… Bilə bildinmi?
    Qəbrə qoyduğun ümidi
    İkimiz bilə bildinmi?

    lll

    Güldüm…Gülüşüm də ağladı səni,
    Saxta təbəssümüm könül həyası…
    Əynimə yaraşmır qadın görkəmi,
    Dodaqda səyriyən kədər boyası…

    Dəyir pəncərəmə quşların səsi,
    Çatmır qulağıma pıçıltıların…
    Bu qırıq ürəyin ölmüş həvəsi,
    Öldürüb bir qadın duyğularını…

    Lal-dinməz susacaq taleyim yenə,
    Boşanmış qadıntək boynu bükülüb.
    Yas çadırı qurub hisslərim sənə,
    Ehsan süfrəsinə ümid tökülüb…

    lll

    Sifətim nərgiz rəngində,
    Duruşum bənövşə kimi…
    (Elməddin Nicat)

    Hər bəxtin qara kitabı,
    Yarımçıq istəkdə deyil…
    Tanrının mürəkkəb qabı
    Bənövşəyi rəngdə deyil…

    Duruşum… gülüşüm payız…
    Sarı günüm, qara baxtım…
    Köçdü gözlərimə nərgiz…
    Getdiyin yollara baxdım…

    Sən ey, payızın adamı…
    Arzuların pöhrə-pöhrə…
    Qoy unutdursun adımı…
    Qucağındakı o körpə…

    Gəncə

  • Gözəl əxlaqdan sadəcə bəhs etmək yox, tətbiq etmədə iradəli olmaq

    Danışmaq lazım olduqda bir çox insan bir mövzu haqqında ola biləcək ən gözəl sözləri deyir, ən doğru, ən ağıllı şəkildə davranmaq lazım olduğunu bildirir.

    Bir çox insanda rast gəlinən bir xüsusiyyət var. Danışmaq lazım olduqda bir çox insan bir mövzu haqqında ola biləcək ən gözəl sözləri deyir, ən doğru, ən ağıllı şəkildə davranmaq lazım olduğunu bildirir. Gözəl əxlaq haqqında ən incə təfərrüatlarına qədər ən mükəmməl sözləri deyir. Özünün də bu ən yaxşı, ən doğru və ən mükəmməl olanı etməyi qarşısına məqsəd qoyduğunu və bunda çox qərarlı və istəkli olduğunu dilə gətirir.

    Ancaq çox vaxt bu danışılanları həyata keçirmək lazım olduqda, eyni insanlar sözlərindəki istək və qərarlılığı nədənsə davranışlarına əks etdirmirlər. Bir anda ən doğru, ən yaxşı və ən mükəmməldən asanlıqla vaz keçirlər. Qısası, sözləri ilə hərəkətləri üst-üstə düşmür. Bəzən davranışlarında, sözlərində danışdıqlarından heç əsər-əlamət belə olmur.

    Əslində hər insan müəyyən bir mövzuda nə etməli olduğunu, ən doğru davranışın nə olduğunu biləcək şəkildə yaradılmışdır. Allah hər insanın vicdanına ən yaxşını və ən doğrunu ilham edir. Dolayısilə hər insan hər şəraitdə edilməli olan ən gözəl davranışın nə olduğunu bilir və istədiyi təqdirdə vicdanın ona göstərdiyi bu doğruluğu sözlərinə də ən mükəmməl şəkildə əks etdirir. Ancaq insanın daxilən bildiyi bu doğruları bir də tətbiq etmə mərhələsi var. Bu məqamda insan vicdanı ilə baş-başa qalır. Çox yaxşı bildiyi doğrularla nəfsinə və mənfəətlərinə daha uyğun olan davranışlar arasından seçim etmək məcburiyyətindədir. Bir çox insan bu nöqtədə doğru olana uyğun deyil, öz istəklərinə, mənfəətlərinə uyğun davranır. İlk öncələri yaxşılıq etməkdə nə qədər istəkli, qərarlı və şövqlü olursa-olsun, tətbiq etmə anı gəldikdə bu gözəl əxlaqı tətbiq etmədə iradə göstərə bilmir. İnsanlarda olan bu əxlaq əksikliyinə dair günlük həyatın içindən bir çox nümunə vermək mümkündür. Məsələn, hər insan çətin vəziyyətdə olan birinə kömək etməli olduğunu bilir və bunu ən incə təfərrüatlarına qədər vurğulayaraq müdafiə edir. Hətta bu əxlaqı tətbiq etməyən insanları qınayır. Özü olsa, mütləq yardım edərdi deyə bildirir. Ancaq eyni şərait öz başına gəldikdə bu gözəl əxlaqda iradə və qərarlılıq göstərə bilmir.

    Məsələn, avtomobildə gedərkən ehtiyatsızlıqdan bir piyadanı vurduqda, ya da bir başqasının vurub qaçdığı birini gördükdə çox sürətlə nəfs, mənfəət və vicdan mühasibatı aparır. Bu yaralı insana kömək etməyin verəcəyi zərər və təhlükələri düşünür və vicdani olaraq üzərinə düşən məsuliyyətdən yarana biləcək riskləri daha önəmli görür. Heç tərəddüd etmədən bu insanı küçənin ortasında qoyub gedir. Eyni şəkildə səmimiyyətin önəmindən bəhs etmək lazım olduqda demək olar ki, hər insan bu mövzuda önəmli açıqlamalar verir. Amma həyatlarının bir çox mərhələsində bu mövzuda da zəiflik göstərə bilirlər. Məsələn, yaxın bir dostunu qorumaq lazım olduqda, tanımadıqları bir insanın zərər görməsinə heç düşünmədən göz yumurlar. İnsanların çox vaxt qətiyyətlə danışıb, sonradan qətiyyət göstərə bilmədikləri mövzuların bir qismi də adətən özləri ilə bağlı olur.

    Bəzi insanlar şəxsiyyətlərindəki, əxlaqlarındakı və davranışlarındakı yanlışlıqlar haqqında çox qəti danışırlar. Bunların yanlış olduğunu çox yaxşı bildiklərini bildirir, özlərini dəyişdirmək lazım olduğundan bəhs edirlər. Çatışmayan cəhətlərinin yerinə tətbiq edəcəkləri gözəl davranışları bütün incəliyinə kimi danışırlar. İlk fürsətdə tamamilə fərqli insan olaraq ən gözəl əxlaqı göstərəcəklərindən danışırlar. Hətta yaxınlarına bu barədə çox səmimi və ürəkdən söz verirlər. Ancaq bu məqamda da bir çox insan anlatdığı doğruları tətbiq etmə məsələsində qərarlılıq göstərə bilmir. Məsələn, hər hansı zərərli vərdişinə görə borca düşən, sahib olduğu hər şeyi itirən, ətrafında dostu və yaxını qalmayan bir insan böyük peşmançılıqla bu vərdişlərini tərk edəcəyini anladaraq insanlardan üzr istəyir. Ancaq bu vərdişlərə geri dönmə imkanı əldə etdiyi ilk andan etibarən verdiyi bütün sözləri unudub, keçmiş həyatına geri qayıdır. Eyni şəkildə əsəbi bir insan nə qədər çətin vəziyyətlə qarşılaşırsa-qarşılaşsın, əsla əsəbləşməyəcəyinə dair söz verir. Ya da çox qürurlu, özündən başqasının sözünə qulaq asmayan, hər kəsin ancaq özünə hörmət edilməsini istəyən tərs bir insan da bu pis xasiyyətini qəti şəkildə tərk edəcəyini deyir. Bunların yanlışlığını və bunun yerinə göstərilməli olan gözəl əxlaqın əhəmiyyətini dilə gətirir…

    Bütün bu nümunələrdəki insanlar yanlış olan davranışlarını sadalayıb gözəl əxlaq göstərmədə nə qədər sövqlü olduqlarını səmimi şəkildə dilə gətirirlər.

    Halbuki yenə tətbiq etmə anı gəldikə insanlar sanki bu səmimi söhbətləri etməmiş kimi öz xasiyyətlərini davam etdirirlər. Butün bu misallarda bəhs edilən insanların həmin davranışları tətbiq etmədəki uğursuzluqlarının çox vacib bir səbəbi var: Allah qorxusun əskikliyi.

    Bir insanın pis olanı tərk edib gözəl olanı qətiyyətli şəkildə tətbiq edəcəyini təmin edəcək amil ancaq insanın Allahdan içi titrəyərək və hörmət bəsləyərək qorxub çəkinməsidir. Əks təqdirdə insanları öz mənfəətlərini tərcih etməkdən çəkindirən, nəfslərinə uyğun hərəkət etmələrindən imtina etdirə bilən heç bir güc yoxdur. Danışmaq hər insan üçün çox asandır. Hətta çox vaxt o insanı digər insanlar arasında ucaldan bir fürsətdir. Bu səbəbdən hər insan yaxşılığın nə olduğu haqqında gözəl sözlər danışa bilər. Amma mühüm olan ancaq danışan deyil, eyni zamanda da tətbiq edən insan ola bilməkdir. Allah Quranda tətbiq etmədə qərarlılıq göstərə bilməyin daha xeyirli olduğunu bu şəkildə bildirir:

    Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız. Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır (Saff surəsi, 2-3)

    Allah hər insana doğrunu ilham edir. Ancaq nəfs və şeytan doğrunu tətbiq etməkdən çəkindirmək üçün insanı bir çox bəhanələrlə aldatmağa çalışır. İnsanın yaxşı və pis arasında qərar verməli olduğu qısa bir an var. Həmin anda daxili bir səs ona «bu şəkildə et» deyə doğru olanın nə olduğunu mütləq xatırladır. Nəfs də digər tərəfdən ona «amma bu daha önəmli» deyərək insanı pis olana çağırır. İnsan həmin anda sürətlə qərar verib bu səslərdən birini seçir. Allahdan qorxan insan vicdanının səsini eşitməyə bilmir. Nəfsi nə qədər təzyiq edirsə-etsin, o an öz mənfəətlərini əzdiyinə görə nə qədər əziyyət çəksə də vicdanının səsinə tabe olur. Quranda möminlərin bu böyük Allah qorxusu və bunun nəticəsində nail olduqları gözəl əxlaq bu şəkildə xəbər verirlir.

    Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

    Firuzə Həsənzadə

  • 30 saniyə

    Çox sevdiyim, çox hörmət bəslədiyim və əsərlərindən çox şey öyrəndiyim bir müəllifin vaxtla bağlı istifadə etdiyi bir bənzətmə mənə bu yazını yazmağa vadar etdi.

    Çox sevdiyim, çox hörmət bəslədiyim və əsərlərindən çox şey öyrəndiyim bir müəllifin vaxtla bağlı istifadə etdiyi bir bənzətmə mənə bu yazını yazmağa vadar etdi. Sizinlə bu sətirləri bölüşmək istəyirəm:

    “Vaxt mühəndisi olmalısan. 10 saniyəni, 30 saniyəni, 1 dəqiqəni belə çox yaxşı dəyərləndirmək lazımdır. Qızıl hasil edənlər qızılın tozunu da ziyan etmirlər. Vaxt qızıldan daha qiymətlidir”.

    Keçmişə nisbətən vaxtın nə qədər sürətlə keçdiyinə siz də diqqət edirsiniz? Bəs ayların həftə, həftələrin gün, günlərin isə saat kimi olduğunu? Bəs bu qədər sürətli keçən vaxtımızı çox yaxşı dəyərləndirməli olduğumuzun fərqindəsinizmi?

    Hər bir insana dünyada verilmiş bir zaman var. Bu hər kəsin bildiyi ancaq üzərində müfəssəl düşünmədiyi həqiqətdir. Bir qutunun içinə doldurulmuş daşları bir-bir götürməklə qutunun boş qalması kimi insanın həyatı da zamanla tükənir.

    Bu qəti bir həqiqət olmasına baxmayaraq, bir çox insan zaman üzərində düşünmə ehtiyacı hiss etmir. Vaxtı yaxşı qiymətləndirmək isə belə insanların ağlına belə gəlmir. Bəzi insanlar da vaxtlarını çox yaxşı dəyərləndirirlər, ancaq məqsədləri yalnız dünyəvi ehtiraslarını təmin etmək, daha məşhur, daha sevilən, daha zəngin və ya daha gözəl biri olmaqdır.

    Zaman necə boş yerə sərf edilir gəlin birlikdə düşünək. Ömrünün heç bitməyəcəyi yanılqısına düşmüş biri vaxtını boş yerə keçirə bilər. Məsələn, televizor qarşısında saatlara oturub özünə heç bir fayda verməyən proqramları izləyə bilər. İnternetdə məqsədsiz şəkildə vaxt keçirib, fayda verməyəcək müzakirələr aparar, heç bir mənası olmayan məsələləri gündəmə gətirər. Lazımsız söhbətlərlə həm özünün, həm də başqalarının vaxtını ala bilər…

    İnsanın ötən zamanı geri alması mümkün deyil. Səhvlər düzəldilə bilər, hər şey dəyişdirilə bilər, ancaq itirilən zaman, boşa yerə xərclənən vaxtı geri almaq mümkün deyil. Bu səbəbdən insan hər anında şüurunu açıq tutmaqla, nə etdiyinin tam olaraq fərqində olmaqla məsuldur. “10 saniyədən bir şey olmaz, 30 saniyə özümü sərbəst buraxsam, 1 dəqiqədən nə olar ki” demədən hər anı çox yaxşı dəyərləndirmək əsasdır. İman gətirənlər bu həqiqəti çox yaxşı bilirlər və Allahın razılığını güdərək, hər anlarını çox xeyirli işlərlə keçirirlər.

    Zaman iman gətirən bir insan üçün ən böyük nemətlərdən biridir. Çünki vaxt imanlı bir insana hər an Allaha yaxınlaşması, daim gözəllik və xeyir gətirəcək işlər görməsi, gözəl əxlaq göstərməsi, fədakar olması üçün verilmişdir. Dünya həyatında hər kəs üçün müəyyən edilmiş məhdud zamanda edilən əməllər, göstərilən gözəl əxlaq insanın axirət həyatındakı yerini müəyyən edəcək bir vasitədir.

    Boş yerə keçirilən, itirilən hər anla birlikdə əslində böyük bir gözəllik də itirilmiş olur. Halbuki bu çox böyük zərərdir. Hər anında savab qazana biləcəyi, özünə və insanlara faydalı olacağı anları boş yerə sərf etmiş, geri qaytara bilməyəcəyi şəkildə vaxtını itirmişdir.

    Vaxtın bir xüsusiyyəti də bəzi insanları ən çox ətalətə salan, səbrini tükətən, passivləşdirən mövzulardan biri olmasıdır. Ancaq iradəli insan bu vəziyyətdən dərhal xilas ola bilər. Zaman dünyada verilən bir nemətdir və insan hər nemət kimi vaxtını necə keçirdiyindən hesaba çəkiləcək. Gün ərzində etdiyimiz hər hərəkət, söylədiyimiz hər söz, bütün niyyətlərimiz axirət günündə qarşımıza çıxacaq. Bizim bir çoxunu unutduğumuz hər incəlik bizə xatırladılacaq.

    «Kəhf» surəsində Allah bu gerçəyi inkarçılardan nümunə verərək bizə bu şəkildə bildirir:

    (Hər kəsin) kitabı (qarşısına) qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)

    Gülnarə Yadigarova

  • Təkamül lobbisinin məğlubiyyəti

    Məlum olduğu kimi, qardaş ölkə olan Türkiyədə xalqın mənafeyinə istiqamətlənən bir çox islahatlar həyata keçirilir

    Məlum olduğu kimi, qardaş ölkə olan Türkiyədə xalqın mənafeyinə istiqamətlənən bir çox islahatlar həyata keçirilir. Xüsusilə tibb və təhsil sahəsində edilən yeniliklərə nəzər saldıqda bu fikri söyləmək çətin olmur. Son günlərdə böyük səs-küy yaradan yeniliklərdən biri də təkamül fərziyyəsinin orta məktəb tədris planından çıxarılmasıdır. Əksər KİV-lər bunu elmə maneə törədən cəhd hesab etsə də, bu fikir sadəcə olaraq 150 ildən çoxdur ki, heç bir dəlilə əsaslanmadan aparılan təbliğatın nəticəsidir. Türkiyədə baş verən tədris planı dəyişikliyi ilə bağlı son zamanlar xüsusilə Avropanın təkamülçü mətbuatında çıxan “Türkiyə yenilədiyi tədris planında artıq təkamülə yer vermir” başlıqlı xəbərlər çox sürətli şəkildə gündəmə gəldi. Türkiyədə təkamül fərziyyəsinin dərsliklərdən çıxarılması ilə bağlı dünyada yayılan bəzi xəbərləri təqdim edirik.

    http://edition.cnn.com/…/turkey-to-stop-teaching…/index.html

    https://www.nytimes.com/…/turkey-evolution-high-school-curr…

    http://www.newsweek.com/evolution-schools-turkey-recep-tayy…

    http://www.hurriyetdailynews.com/turkeys-deputy-pm-calls-th…

    http://www.dailymail.co.uk/…/Turkey-stop-teaching-evolution…

    https://www.rt.com/…/393821-turkey-evolution-theory-schools/

    http://www.businessinsider.com/r-turkey-to-stop-teaching-ev…

    http://www.bbc.com/news/world-europe-40384471

    Şübhəsiz ki, bu qərar elmi nöqteyi-nəzərdən olduqca faydalı və zəruri bir addımdır. Bu mövqe qadağalar üzərində qurulmayan, olduqca azad və demokratik bir yanaşmadır. Hər tələbə, hər şagird gördüyü elmi dəlillər qarşısında doğrunun nə olduğunu başa düşmək qabiliyyətinə malikdir. Əlbəttə ki, tədrisin məqsədi həm də insanlara seçim etmək üçün əlverişli şərait yaratmaqdır. Çünki biz burada elmi dəlilləri olmayan bir fərziyyədən bəhs edirik. İllərdir davam edən təkamül təhsili, elmi dəlilləri böyük miqyasda aradan qaldırmağa yönəlmişdir. Təkamülü təkzib edən 700 milyondan artıq fosil qalığının mövcud olduğu heç bir təhsil ocağında dilə gətirilməmiş, zülalların öz-özünə meydana gəlmə ehtimalının sıfıra bərabər olduğu izah edilməmişdir. Ön plana çıxarılan məsələlər, adətən, rekonstruktiv rəsmlər və ya Hekkelin rəsmləri kimi daha sonradan saxtakarlıq olduğu başa düşülən bir qisim məşhur təkamül yalanları olmuşdur. Kembri partlayışının baş verdiyini göstərən qalıqlar həyatın yer üzündə ani başladığını sübut etdiyi üçün təkamülçülər tərəfindən düz 70 il gizlədilmişdir. Təkamülçülər illər boyu yaradılış tərəfdarlarını “geridə qalmışlıq”, “fanatizm” və “elmə qadağa qoymaqla” günahlandıraraq passivləşdirməyə çalışmışdılar. Halbuki təkamül əleyhindəki elmi sübutların təbliğ edilməməsi, gizlətmə, aldatma və qadağan etmə üzərində qurulan məsələnin məhz təkamül fərziyyəsi olduğu və təkamülün elmdən, müasirlikdən uzaq olduğu görünür. Elm təkamülü təkzib edir.

    Uzun zamandır lobbi tərəfindən qorunan təkamül fərziyyəsinin İslam ölkəsi olan Türkiyədə yığışdırılması, əlbəttə, təkamül dairələrini çox yaxından maraqlandırdı. Sözügedən dairələrin xüsusi vurğuladıqları məqam isə, tədris planındakı dəyişikliklərdə ən böyük təsir sahibi Harun Yəhya və onun fəaliyyəti idi. İtaliyadan İndoneziyaya, Böyük Britaniyadan Səudiyyə Ərəbistanına qədər dünyanın ən tanınmış qəzetlərində Adnan Oktarın (Harun Yəhya) uğurlarından bəhs edilib. Xəbərlərdə, 30 ildən çoxdur ki, yaradılışı sübut edən, təkamül fərziyyəsi əleyhindəki elmi işlərindən bəhs olunan Harun Yəhyanın mübarizədə qalib gəldiyi bildirilib. İngiltərənin ən çox oxunan gündəlik qəzetlərindən The Daily Telegraphda “Türkiyədəki məktəblərdə artıq təkamül oxudulmayacaq” başlıqlı xəbərdə belə qeyd olunur: “Məşhur yaradılışçı Adnan Oktar, təkamül fərziyyəsinin İslamı yox etmək üçün Avropa tərəfindən ortaya atıldığını bildirərək bu fərziyyəyə qarşı kampaniyaya başladı”. Xəbərdə həmçinin: “İncildə yazıldığı kimi, Quranda da Adəm və Həvvanın ilk insan olduğu bildirilir”.

    Norveç Fəhlə Partiyası ilə əlaqədə olan Norveç Osloda nəşr olunan gündəlik qəzet Dagsavisende çıxan “Dərs kitablarında fikirlərini yayırlar” başlıqlı xəbərdə:

    “10 il əvvəl Avropadakı məktəblərə öz kitabı olan Yaradılış Atlasını göndərəndə böyük bir mübahisə yaratmışdı”. Cənubi Danimarka Universitetində din və elm sahəsində tədqiqatçı olan Hans Henrik Hjermitslev, Adnan Oktarın hələ də Müsəlman yaradılışçılığın qalası olduğunu söyləyir və əlavə edir:

    “Fikirləri Avropadakı gənc və təhsilli insanlar tərəfindən dəstəklənir”.

    Ümid edirik ki, qardaş ölkənin bu həlledici addımı ölkəmizdə də elmdənkənar olan bu fərziyyənin dərsliklərdən çıxarılmasına zəmin yaradacaqdır. Çünki təkamül fərziyyəsinin tədrisi ilə şagird və tələbələrə həyatın kortəbii təsadüflər nəticəsində öz-özünə əmələ gəldiyi və insanın təbii seçmə nəticəsində meydana gəlmiş heyvan növü olduğu “elmi faktlar” kimi öyrədilir. Məsələn, hələ 1994-cü ildə nəşr edilmiş “Biology, visualizing life” (Biologiya: həyatı təsvir etmək) adlı dərs kitabında deyilir:

    “Siz bir heyvansınız, soxulcanlar, dinozavrlar, kəpənəklər və dəniz ulduzları ilə ortaq bir mirası bölüşürsünüz”. (George B. Johnson, Biology: Visualizing Life, Holt, Rinehart and Winston, Inc., 1994, s. 453)

    Əksər insanlar təkamül fərziyyəsinin belə fikirlərlə əlaqəsinin olmadığını düşünə bilər. Lakin Darvin özü də məktublarının birində insanın heyvan növü olduğunu iddia etmişdir:

    “Geridə qalmış heyvanlardan inkişaf edən insan zehninin inandığı şeylərin hər hansı bir dəyərinin və ya etibarının olub-olmadığı ilə bağlı ağlıma həmişə qorxunc şübhə gəlir. Bir meymunun zehnindəki inanclara (təbii ki, əgər varsa) kimsə güvənərdimi?” (Francis Darwin (ed.), Life and Letters of Charles Darwin (1903; 1971 reprint), c.1, s. 285)

    Darvinin bu sözləri təkamülün tədrisinin nə qədər zərərli olduğunu göstərir. Darvinizm insanları boşluğa, yəni intihara, cinayətə, vəhşiliyə doğru aparan, insanlara heyvan olduqlarını təlqin edən, Yaradıcının olmadığını, hər şeyin təsadüfən meydana gədiyini aşılayan batil bir dindir. Bu nöqteyi-nəzərdən təkamül fərziyyəsinin tədrisinin cəmiyyətdəki dağıdıcı təsirini zəiflətmək və müasir elmi həqiqətləri şagirdlərə çatdırmaq məqsədilə birtərəfli darvinist təhsilə son qoyulmalıdır. Dərsliklər buna əsasən tərtib edilməli, şagirdlərə və gənclərə darvinizmin elmi cəhətdən süqutu və ideoloji arxa planı haqqında məlumat verilməlidir.

    Ramiq Vəliyev

  • “Şizofren”in səbəbi

    Vüsal Məmmədov “Facebook” sosial şəbəkəsində paylaşdığı son statuslarının birində namaz qılan insanları “şizofren” adlandırıb

    “Şizofren”in səbəbi

    Tanınmış jurnalistlərdən biri olan, eyni zamanda ölkədə ateistliyi ilə önə çıxan Vüsal Məmmədov “Facebook” sosial şəbəkəsində paylaşdığı son statuslarının birində namaz qılan insanları “şizofren” adlandırıb. Buna öz etirazlarını bildirənlər də oldu, səssiz qalanlar da. Mən də bir müsəlman, namaz qılan insan kimi, bu sözün hədəfi olduğumu hesab edirəm. Buna görə də özümü məsul bilib Vüsal Məmmədovun bu təhqirinə cavab vermək və sözlərinin arxasında yatan psixoloji səbəblərə işıq tutmaq istəyirəm.

    Onu da qeyd edim ki, bu, Vüsal Məmmədovun ilk belə çıxışı deyil. Tez-tez İslamı, dini dəyərləri, ümumiyyətlə Allah inancını təhqir etmək məqsədi ilə (Allahı tənzih edirəm) lətifələr paylaşır və müxtəlif fikirlər səsləndirirdi. Lakin bu sonuncu statusu ilə həm qanuni, həm etik, həm də bütün insani sərhədləri daha da tapdaladı. Vüsal Məmmədov köhnə, batil ateizm dininin təmsilçisi olaraq İslam dinini qəbul etməyə bilər. Hətta sevməsə belə, bu ona bütün müsəlmanları təhqir etmək hüququ vermir. İslamdakı namaz ibadətini bəyənməyə də bilər, təndiq də etmək istəyər, lakin təhqir etmək artıq ciddi insanın atacağı addım deyil. Təhqir etmək Azərbaycan qanunvericiliyinə də ziddir. Azərbaycan Konstitusiyasının 57-ci maddəsinin 2-ci bəndinin sonuncu cümləsi belədir: “təhqir və böhtan tənqid sayıla bilməz”. Bu sözü sərf edərkən bu xalqın ölkə başçısı daxil olmaqla hamısı deyilə biləcək qədər böyük əksəriyyətinin müsəlman olduğunu və namaz qıldığını da unutmamaq lazım idi.Vüsal Məmmədov bu sözü sərf edərkən, sözün hədəfində ölkəmizdəki namaz qılan hər kəsin olduğunu unutmamalıdır. Vüsal Məmmədov bəyənməyə də bilər, sevməyə də bilər. Lakin bu ölkədə İslam dini yaşanır, bu xalq müsəlmandır. Vüsal Məmmədov bu ölkənin vətəndaşıdırsa, ölkəsinin və xalqının dəyərlərinə hörmət etməlidir. Onun bütün səylərinə baxmayaraq, Azərbaycanda İslam dininin və onun yayılmasının qarşısı alına bilməz. Mövzu ilə bağlı ulu öndərimiz Heydər Əliyevin bir sözünü qeyd etmək istəyirəm:

    “Biz bir dövlət kimi İslam dininin son dövrdə geniş və çox sürətlə inkişaf etməsini bəyənirik və bundan sonra da Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq. Nəinki imkanlar yaradacağıq, biz İslam dininin inkişafı üçün dövlət tərəfindən lazımi tədbirlərin hamısını görəcəyik. Çünki biz yaxşı bilirik ki, İslam Azərbaycan xalqının, bütün İslam aləminə mənsub olan insanların, məxluqun ən yüksək mənəviyyat mənbəyidir.”1

    Ulu öndərimizin bu sözünü ona görə xatırlatdım ki, Vüsal Məmmədov İslama qarşı mübarizə aparmaqla bu ölkədə nəyə qarşı mübarizə apardığının fərqində olsun. Əgər özü fərqindədirsə, onda insanlar da görsünlər. Vüsal Məmmədov qarşısına qoyduğu vəzifənin nə qədər çətin olduğunu bir daha görsün deyə cənab prezidentimizin İslam dinini necə böyük şövqlə qoruduğuna və sahib çıxdığına diqqət etməli, eləcə də cənab Prezidentimizin bu sözlərini yaxşı-yaxşı oxumalıdır:

    “Biz müqəddəs dinimizə – İslama sadiq olan xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan çox böyük işlər görür – həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti. Biz öz dinimizi həm təbliğ etməliyik, həm də əsassız hücumlardan qorumalıyıq.”2

    “Ancaq, əfsuslar olsun ki, İslam dininə qarşı aparılan çirkin təbliğat kampaniyası hələ də davam edir. Biz bu yalan, böhtan üzərində qurulmuş kampaniyaları dağıtmaq üçün öz təbliğat işimizi daha da güclü şəkildə aparmalıyıq. Eyni zamanda, bizim birliyimiz, yəni İslam dünyasının birliyi, birləşməsi bu kampaniyanı aparanlara ən gözəl cavab ola bilər.”3

    “Biz, əlbəttə, müsəlman ölkəsiyik, cəmiyyət öz ənənələrinə, dininə sadiqdir. İslam sülh dinidir. Bizim milli və dini dəyərlərimiz bütün məsələlərin həllinə məhz bu cür sülh yolu ilə yanaşma tələb edir.”4

    Vüsal Məmmədov, gördüyün kimi, cənab Prezidentimiz Azərbaycanın müsəlman ölkəsi olduğunu qeyd edir, eyni zamanda Azərbaycan Dövləti və dindarları olaraq İslam dininə qarşı çirkin kampaniya aparanların qarşısında mübarizə aparılacağını bildirir. Sənin İslam dininə qarşı fəaliyyətlərini nəzərə alsaq, cənab prezidentin bu çıxışında öz yerini açıq-aydın görə bilərsən.

    İndi isə məqalənin ikinci hissəsinə, yəni Vüsal Məmmədovun bu “çirkin kampaniyasının” psixoloji səbəblərinə baxaq. Ateizm elmi olaraq çökdürüldüyü və heç bir elmi əsasının qalmadığı, eləcə də ateizmin “elmi dayağı” olan təkamül fərziyyəsinin artıq süqut etdiyi üçün Vüsal Məmmədovun son dövrlərdə düşdüyü psixoloji vəziyyəti təxmin etmək çətin deyil. Çünki təkamül fərziyyəsinin artıq dünya miqyasında süquta uğrayıb və heç elmi əsası olmadığı məlum olub. Üstəlik, Azərbaycanda da təkamül fərziyyəsi tamamilə gözdən düşüb, buna görə də əhalinin böyük hissəsi ateizmdən uzaqlaşaraq dinə, İslama və elmə yönəlib. Bütün bunlar da Vüsal Məmmədovun psixologiyasına yaxşı təsir etməyib. Təkamül fərziyyəsinə qarşı aparılan elmi mübarizələrə cavab verə bilməməsindan, çarəsizliyin verdiyi əsəbdən, həmçinin psixoloji gərginlikdən qaynaqlanan bu təhqir metodlarını anlamaq çətin deyil. Adətən bir fikrin yanlış olduğuna əminsənsə, bundan əlavə elmi dəlillər də varsa, təhqirə ehtiyac duymazsan, əlindəki dəlilləri təqdim edərək normal formada fikrini bildirərsən. Lakin fikrini ifadə etmək üçün təhqir seçilibsə, bu o deməkdir ki, “mən məğlub oldum, verə biləcəyim heç bir elmi cavabım yoxdur”.

    Qısası, Vüsal Məmmədovun öz fikrini təhqirlə ifadə etməsi onu göstərir ki, o, təkamül fərziyyəsinə qarşı aparılan elmi mübarizədə məğlub olub. Elmi dəlillərə cavab verə bilmədiyi üçün də bu cür acizanə yollara əl atır.

    Buna görə də hesab edirəm ki, Vüsal Məmmədov bu təhqirə görə Azərbaycan xalqından və bütün müsəlmanlardan üzr istəməli, bundan sonra daha məsuliyyətli davranıb fikirlərini daha məqbul çərçivədə çatdıracağına söz verməlidir.

    Eyni zamanda, Vüsal Məmmədova tövsiyə edirəm ki, çalışdığı televiziya kanalı olsun, idarə etdiyi xəbər saytı olsun, ümumilikdə dövlətimizin yaratdığı geniş imkanların ona verdiyi şəraiti müsəlman ölkəsində ateizm təbliğatına xidmət edərək deyil, ölkənin, dövlətin hədəflərinə xidmət edərək keçirsə daha faydalı olar.

    1) (Əliyev R.Y. «Heydər Əliyev, din və mənəvi dəyərlər», Bakı, 1998. səh. 6.)

    2) Prezident İlham Əliyevin Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışındakı nitqindən. 22 dekabr 2011-ci il

    3) Prezident İlham Əliyevin Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışındakı nitqindən. 22 dekabr 2011-ci il

    4) Prezident İlham Əliyevin “Rossiya-24” informasiya telekanalına müsahibəsindən. 28.11.2014

    Savalan Məmmədli

  • “BUTA-2” Antologiyasının təqdimat tədbirinə həsr edilmiş proqram

    Əziz Dostlar! Türk Dünyası Şairlərinin bir araya gəlməsi səbəbiylə hazırlanan, araya-ersəyə gətirilən
    “BUTA-2” Antologiyasının təqdimat tədbirinə həsr edilmiş proqramı Sizin diqqətinizə çatdırırıq.

    15 Aqustos (08) 2017.
    Qonaqların qarşılanması və Oteldə (dörd ulduzlu) yerləşdirilməsi.
    13:00 Nahar
    14:00 Bakı şəhər Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət
    15:00 Bakının ən uca nöqtəsi olan Dağüstü Park gəzintisi.
    18:00 “Buta” Kitabının təqdimat mərasimi. (Mərasim restoranda baş tutacaq və yeməklidir).
    22:00 Qonaqların otelə dönüşü

    16 Avqust (08) 2017-ci il

    8:00 Səhər yeməyi.
    8:30 Azerbaycanın tarixi yerlərinə seyahət çərçivəsində – bölgələrə ekskursiya. Tarixi yerləri ziyarət-maddi-mədəniyyət örnəkləri ilə tanışlıq. Yaşıllıqlar qoynunda, dağlar ətəyində, sazlı-sözlü, musiqili, yeməkli bir səyahət günü.
    Axşama otelə dönüş.

    17 Avqust (08) 2017-ci il

    9:00 Səhər yeməyi
    9:30-da Kitab muzeyi ilə tanışlıq
    İçəri şəhər və Qız qalası ilə tanışlıq
    Seyid Yəhya Bakuvi həzrətlərini ziyaret
    13:00 Günorta yeməyi
    14:00 Bakı bulvarına səyahət.
    Gəmi ilə Dəniz səyahəti.
    18:00 Axşam yeməyi
    19:00 Şamlı parkda, çay stolu ətrafında şeir dəqiqələri

    18 Avqust (08) 2017-ci il.

    9:00 Səhər yeməyi.
    10:00 Ticarət mərkəzində sərbəst alış-veriş.
    12:00 Qonaqların yola salınma mərasimi.
    Not: Mesrefler qatılmaq isteyen şairlerin özlerine aiddir.
    Toplam masraf- gidiş geliş+ konaklama+yemek dahil kişi başı 275 dolar tutuyor
    Tədbirə qatılmaq istəyənlər proqramla yaxından tanış ola biler ve suallarını verə bilərlər. Əlaqe telefonları; +99455-330-58-30, +994,5054230-05,

  • KARDELEN DERGİSİNİN 93. SAYISI ÇIKTI

    Çeyrek asırdır sadece “fikrin değerini bilenlere…” istinat eden Kardelen dergisinin Temmuz-Eylül 2017 tarihli 93. sayısı çıktı.
    Dergi yeni sayısında hain darbe girişiminin birinci yılında “15 Temmuz Destânı”nı ele alıyor. Dergi kapakta okuyucuya; Üstad Necip Fazıl’ın “Avlanır, kim sana atarsa kement” sözüyle sesleniyor. Üstad Necip Fazıl’ın “İhtilal” isimli eserinin giriş yazısıyla başlayan dergide, her zaman olduğu gibi fikir yazılarına, şiirlere ve hikâyelere yer veriliyor.
    Bu sayıda dergi editörü; “Niye yazıyorum” başlıklı sohbetinde yirmi yılı aşan kalem tecrübesinde hangi sebeplerle yazdığını belirttikten sonra Kardelen için “Okunuyormuş, okunmuyormuş, etkili oluyormuş, olmuyormuş umurumda bile değil… Bugün okunmuyorsa elbet bir gün okunur ve anlaşılır” diyerek, Türk milletinin devlet anlayışında, sahabenin Gaye İnsan Ufuk Peygamber’e olan sevgisinden izler gördüğünü ifade ediyor. Emaneti ehline vermeye dikkat çeken Site editörü, “15 Temmuz’dan ders alacak mıyız?” diye sorarken, darbe girişimine karşı halkın verdiği tepkinin gerçek bir kahramanlık örneği olduğunu dile getiriyor.
    Derginin “Peygamber Ocağı bende tüter!” başlıklı başyazısında, Ali Erdal, “15 Temmuz destanını işte Türk ruh kökünde yaşayan, her ferdi tabiî Mehmetçik olan, “Vatan sevgisi imandandır” emrinden doğan Peygamber Ocağı; o iman manzumesi hayata hâkim olsun diye yazdı…” neticesine varıyor.
    Kardelen dergisinin Ekim-Aralık döneminde çıkacak olan 94.sayısının konusu “Türk Dili” olarak tespit edilmiş olup dergide yer alan yazılardan bazıları şöyle:
    ‘Peygamber Ocağı bende tüter’ – Ali Erdal
    Türk kimliği – Kadir Bayrak
    15 Temmuz kahramanlığını anlamak için – Özgür Alkan ALKIŞ
    Birleşirsek çok oluruz, ayrılırsak yok oluruz – Mustafa Büyükgüner
    Kahraman Millet – Sinan Ayhan
    Mizah Köşesi – Murat Yaramaz
    Medya Sepeti – Bahadır Kaya

  • Rafiq ODAY.Yeni şeirlər

    YAZIĞIN GƏLSİN

    Çiynini fil yükü altına vermə,
    Qarışqa, özünə yazığın gəlsin.
    Misqalla ölçülən öz yükün ilə,
    Barış qal, özünə yazığın gəlsin.

    Çox da ömrü boyu əkin əkməyən,
    Həmişə sahibdi dolu təknəyə.
    Olarsan özgənin yükün çəkməyə
    Alışqan, özünə yazığın gəlsin.

    Dönməmiş uğruna it ulyanlara,
    Dinməzcə qoşul yat uyuyanlara.
    Mənəmlik havasın at – milyonlara
    Qarış qal, özünə yazığın gəlsin.

    Özü bir oyundu, düzü, dünyanın,
    Seyrəlir birbəbir düzü dünyanın.
    Edərlər başına düzü-dünyanı,
    Darısqal, özünə yazığın gəlsin.

    XƏBƏRİN OLSUN

    Sənə məktub yazmışam,
    Dedim xəbərin olsun.
    Yol üstəyəm, tez oxu,
    Gedim, xəbərin olsun.

    Demirəm ki, yaxın gəl,
    Olum varın, yoxun, gəl…
    Qoy elə uzaqdan əl
    Edim, xəbərin olsun.

    Göz yaşını sər qurut,
    Bəbəyində tər qurut.
    Su saxlamır hər qurunt,
    Yetim, xəbərin olsun.

    Gecəyə ay sərmişdin,
    Səhərə gün dərmişdin,
    Biraz qəm göndərmişdin,
    Yedim, xəbərin olsun.

    Tədirginsən, bəlli, sən,
    Hər halından bəllisən,
    Deyirmişsən dəlisən, –
    İdim, xəbərin olsun!

    11.08.2017.

  • Ülfət KÜRÇAYLI: “Özümü inandırmışdım ki, bacım harasa uçub gedib, bir müddətdən sonra qayıdacaq”

    Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca” – Əliağa Kürçaylı – “Ədəbiyyat qəzeti”nin yeni layihəsi

    “Ədəbiyyat qəzeti” yeni layihəyə start verir. “Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca”. Bu layihədə tanınmış qələm adamlarının yaxınları onlar haqqında xatirələrini bölüşəcəklər. İlk həmsöhbətimiz şair Əliağa Kürçaylının oğlu Ülfət Kürçaylıdır.

    – Ülfət bəy, layihəmizin formatına uyğun olaraq gözəl şairimiz Əliağa Kürçaylı haqda xatirələrinizlə oxucularımızı tanış edəcəyik. Maraqlıdır, sizin üçün xatirə nədir?

    – Xatirə… Bu, əslində itirdiklərimiz, daha həyatda heç vaxt əlimizin çatmayacağı anlardır. Xüsusən, sənin üçün əhəmiyyət kəsb edən nə iləsə əbədi vidalaşmaq, əlbəttə, insanı ağrıdır. Düşünəndə ki, bir saat, bir dəqiqə, hətta bir an əvvəl gördüyün, iştirakçısı olduğun hadisə, etdiyin söhbət bir də heç vaxt eyni ilə təkrarlanmayacaq, üzülürsən. Yəqin elə buna görə xatirələr bizim üçün qiymətli və şirindir. Əliağa Kürçaylı “Turac” şeirində dediyi kimi:

    Gəl səninlə səhər-səhər
    Seyrə çıxaq biz bir qədər.
    Ömrümüzdən keçən günlər
    Bir də dönmür dala, Turac!

    Bunlar şirin xatirələrdir. Amma bəzən həyəcan, itki, məhrumiyyətlərlə dolu yaşadığın günlərdə xatirindən silinmir. İstəsən belə bunlardan qurtula bilmirsən.

    – Uşaqlıq illərinizin atanızla bağlı ən işıqlı xatirələri hansılardır?

    – Ən işıqlı xatirələr deyəndə, atamla bağlı əlbəttə ki, hər şey yadımdadır və bunlar, sözssüz, mənim üçün çox əziz anlardır.

    – Məsələn…

    -Məsələn, 60-cı illər idi. Yadımda deyil, məktəbə gedirdim, yoxsa yox. Amma o yadımdadır ki, Azərbaycanda Rusiya Poeziya günləri keçirilirdi. Moskvadan Rusiya yazıçı və şairlərindən ibarət böyük bir nümayəndə heyəti gəlmişdi. Poeziya gününün formatına uyğun olaraq hər gün haradasa bir tədbir keçirilirdi. Rusiyalı yazarları Azərbaycanın ən səfalı, ən gözəl yerlərinə aparıb qonaq edirdilər. Səhv etmirəmsə, nümayəndə heyətinə SSRİ Yazıçılar İttifaqının sədri, məşhur Sovet yazıçısı Konistantin Fedin başçılıq edirdi. Bir gün nümayəndə heyəti, tədbir iştirakçıları Astaraya yola düşdülər. Atam məni də özüylə apardı. Yadımdadır, Astaranın füsunkar təbiəti ilə yanaşı zəngin mətbəxi də qonaqları valeh etmişdi. Güclü yemək-içməkdən sonra hamı yatmağa getdi. Səhər atamla durub gördük ki, Fedin tək-tənha, bir əli belində, o biri əlini alnına dayaq edib, Astaraçay kənarında dayanıb ətrafı seyr edir. Ona sarı getdik. Birdən Fedinin gözü çayın hər iki tərəfində sahilə yığışmış qadınları aldı. Onlar körpələrini baş üzərinə qaldırıb bir-birinə göstərir, “sabahın xeyir” deyir, hal-əhval tuturdular. Bu mənzərəni xeyli nəzərdən keçirən Fedin nəhayət üzünü Kürçaylıya tutdu:

    – Aliağa, bu iranlılarla bir -birinizi nə yaxşı anlayırsınız. Bayaqdan baxıram, qadınlar bir-biri ilə çox rahat danışırlar.

    Kürçaylı çox ciddi tərzdə, aramla, belə cavab verdi:

    – Konistantin Aleksandroviç, onlar iranlı olmaqla yanaşı, həm bizim soydaşlarımızdır, həm də bu tay astaralılarla qohum-əqrəbadırlar, dillərimiz də birdir.

    – Bəs onlar o taya necə düşüblər?- deyə görünür tariximizdən bixəbər olan Fedin sadəlövhlüklə soruşdu.

    – Onlar elə ömrü boyu orda yaşayıblar, Konistantin Aleksandroviç, sadəcə bizim xalqı, Araz boyu, Astaraçay boyu iki yerə bölüblər, – deyə anlatdı Kürçaylı.

    -Sluşay, kak vı terpite! -söyləyən Fedin məsələni bir az da qəlizləşdirdi.

    Bu yerdə Kürçaylı doluxsundu. Üzünü yana çevirib qeyzlə dodaqaltı öz-özünə dedi: Terpet eləməsəm, gərək səni yıxıb, təpiyimin altına salam!..

    Araz, Astaraçay axır lal kimi,
    Onlara çatırmı sözlərim mənim?
    Gəzib-dolaşmaqdan sahil boyunca
    Pozur bir-birini izlərim mənim!

    Atamın bir çox Cənub həsrətli şeirləri də elə o vaxtlar qələmə alınmışdır.

    -Uşaqlıq xatirələri heç bitməz, tükənməz…

    – Elədir. Bir dəfə də, yadımdadır, məktəbin aşağı siniflərində oxuduğum vaxtlar idi. Ailəliklə hamımız atamı Moskvaya yola salırdıq. Qatarın yola düşməsinə az vaxt qalırdı. Kupedə oturub, söhbət edirdik. Elan olundu ki, ötürənlərdən xahiş olunur qatarı tərk etsinlər. 5 dəqiqdən sonra qatar yola düşəcək. Kürçaylı qalxdı ki, bəs yavaş-yavaş gedin, məndən nigaran qalmayın.

    Elə o an qəfil soruşdum ki, ata, bəs, birdən kimsə yaddam çıxıb qalsa, onda nə olar?

    Atam güldü, məni qucaqlayıb dedi:

    – Qaqaş, bu dəfə tək getməliyəm. İnşallah, gələn dəfə səni də apararam, söz verirəm.

    Gözlərindən və səsindən hiss olunurdu ki, özü də bizdən asanlıqla ayrıla bilmir… Ürəyi bizimlədir. Lap “Ürəyim” şeirində olduğu kimi:

    Fit verib yoluna düzəldi qatar,
    Qaldı bütün şəhər, dostlar, tanışlar….
    …Gərib sinəsini tufana, qara
    O gedir arxada qoyub düzləri
    Ürəyim səssizcə düşüb yollara
    qayıdır geri…

    – Əliağa Kürçaylı sizin üçün ata olmaqdan əlavə kim idi?

    – Qüdrətli şair, Vətənini hədsiz məhəbbətlə sevən vətəndaş və ləyaqətli bir kişi. Mən lap erkən yaşlarımdan onun gözəl şair olduğunu anlamışdım. Bunu o, özü də yaxşı bilirdi. Qəribədir, əsl şair, ömrünün elə bir çağına yetişir ki, özündə bunu etiraf etməyə ehtiyac duyur. Puşkin deyirdi: Mən şeirimlə özümə heykəl ucaltmışam”. Böyüklüyünü duyan Sabir də bundan yan keçməyib: “Bənzərəm bir qocaman dağa ki, dəryada durar…” Kürçaylı isə bu hissi belə ifadə edib:

    Yox, təvəzökarlıq tutmur bu yerdə,
    Şairəm, özü də yaxşısındanam.
    Bunu yüz yol deyib tənqidçilər də,
    Lap heç deməsinlər, məgər nadanam?!
    Gücümü, qüvvəmi görmürəm məgər,
    Məgər mən görmürəm yaxşını, pisi?
    Öz zövqüm, mənimçün dünyaya dəyər
    gəlsə də dünyanın min tənqidçisi….

    Odur ki, atamı oğul kimi sevməklə yanaşı, ona vicdanlı şair və ləyaqətli insan kimi də hörmət bəsləmişəm. Ləyaqət, Kürçaylı üçün çox vacib məfhum idi. İnsan münasibətində bunu vacib kriteriya kimi qəbul edirdi. Əksər kitablarında “Ləyaqət” başlığı altında xüsusi bölmənin olması təsadüfü deyil. Ləyaqət və bütövlük. Bütövlük adında hətta Dövlət mükafatına layiq görülmüş, yaradıcılığının mühüm bir mərhələsini ehtiva edən, bir növ yekun, hesabat xarakteri daşıyan kitabı da var. Əlbəttə, bu iki anlayış Kürçaylı üçün xırda məişət çərçivəsini aşaraq geniş məna daşıyırdı.

    – Ülfət bəy, ötən günlərə qayıdanda atanızın sizi daha çox əzizləməsi, yoxsa tələbkarlığı yada düşür?

    – Əslində o, məni nə çox əzizləməz, nə də mütləq nəyisə tələb etməz, sıxışdırmazdı. Əlbəttə, uşaqlıqda mən də əzizlənmişəm, amma müəyyən dövrə qədər. Həddi-buluğa çatdıqdan sonra, oğlan uşağı olduğumdan mənimlə daha çox yoldaş, dost kimi davranır, söhbət edir, zəhmətə alışdırmağa çalışırdı. Lakin o da moizə şəklində yox, şəxsi nümunəsi vasitəsi ilə. Məsələn, bağda ağacları mənim yanımda budayır, peyvənd edir, dibini belləyir, meynələri lağanda edir, qoyunu kəsir, soyur, manqalı, samovarı qalayırdı. Deməsə də, bilirdim ki, istəyir bunları mən də öyrənim. Əlbəttə, indi evdə çox işin öhdəsindən özüm gələ bildiyim üçün ona minnətdaram. Amma bilirdim ki, üzdə bildirməsə də, məni çox istəyir və hər arzumu yerinə yetirər.

    -Bəs uşaq şıltaqlığınız necə, olurdumu?

    – Yox, mən onun qəzəbli olmasını heç yadıma gəturə bilmirəm. Şıltaqlıq isə olurdu, məsələn, bir gün bağda tutdum ki, bizi ova apar. Əvvəl razılaşmadı, dedi ki, a bala, Goradildə nə ov, rayona gedərik apararam. Baş beynini o qədər apardım ki, axırda dedi, yaxşı, get onda Sadıq əmiyə, Gəray əmiyə de, uşaqları hazırlasınlar (Sadıq Murtuzayev və Gəray Fəzli bağ qonşularımız idi). Xülasə, beş-altı oğlan uşağını maşınlara doldurub düzəldilər yola. Quş-zad nə gəzirdi. Maşınları boşuna ora-bura sürürdülər. Amma mən əl çəkmirdim. Axır o qədər dirəndim ki, atam məcbur olub maşından düşdü və işıq dirəyindəki sığırçınlara güllə atdı. O gün görüb-götürdüyümüz elə o oldu. Mən yenə əl çəkmədim. Maşınları dənizə tərəf sürdülər. Dənizdə çoxlu sayda ördək vardı, amma uzaqda idilər. Atam sahildə ölü bir qağayı gördü. Tez tüfəngi göyə tutub atəş açdı. Gəray Fəzli o başdan qaça-qaça gəlib soruşdu ki, Əliağa, vurdun? Atam yerdə ölü qağayını qaldırıb Gəray əmiyə göstərdi. Gəray Fəzli sevindiyindən bilmədi nə etsin. Sonralar Kürçaylı həmin əcaib ov günündən zarafatla “Heydərbabaya salam” üslubunda 10-15 bəndlik şeir yazdı. Hamımız əzbərləmişdik və məclislərdə uşaqlar həvəslə oxuyardılar. Heyif ki, indi yalnız iki bəndi yadımda qalıb:

    Heydərbaba, Goradilin havası,
    Sularında üzür ördək topası,
    Adam istər əl uzadıb tutası
    bizsə orda vurduq ölü qağayı
    Bu əhvalat sevindirdi Gərayı.

    O dedi ki, görən necə quşdu bu,
    Hansı yerdən bu yerlərə uçdu bu,
    Sağ idimi, yoxsa vurulmuşdu bu?
    Bizim yerdə buna ördək deyirlər,
    Soymayırlar, tüklü-tüklü yeyirlər…

    Gördüyünüz kimi zarafatla, uşaqları əyləndirmək üçün yazdığı şeir də kifayət qədər mükəmməl alınıb.

    – Əliağa Kürçaylının ətrafı geniş olub, deyirlər. Bəs dostları ilə münasibəti necə idi?

    – Dostlarının sayı-hesabı yox idi, düz deyirlər. Sıralarında qələm dostları da çox idi. Qapımız qonaq üzünə həmişə açıq olub. Kürçaylı onların gəlişinə həmişə sevinirdi. Mənə elə gəlir ki, ümumiyyətlə, bizim evdə olan məclislər qonaqların sayına və deyib-gülmək əmsalına görə heç bir evdə olmayıb. Kürçaylı dost üçün canını verərdi, dost yolunda hər cür fədakarlığa hazır idi, amma qarşı tərəfdən də bunu həmişə umurdu. Biz bəzən hansı dostununsa müəyyən məqamda fikrimizcə, səhv etdiyini dilə gətirəndə, həmişə sözümüzü kəsir, onlar haqqında artıq-əskik danışmağa imkan vermirdi. Məncə, o birilərdən nisbətən az görüşsə də, ən ürək qızdırdığı, çətin məqamda ürəyini aça bildiyi dostları Sadıq Murtuzayev, eloğlusu Qəzənfər Hümmətov, Arif Məlikov və prokuror Hacı Rəhmanov idi.

    Həyətdə kimi görsəydi, söhbət edər, zarafatlaşardı. Kürçaylını ümumuyyətlə zarafatsız təsəvvür etmək mümkün deyil. Danışsam, çox vaxt aparar, bunu hamı bilir. Hətta Təzə Pirin mollasıyla da zarafatı var idi.

    – Yəqin oxucu-şair münasibətləri olub…

    – Yox, danışım biləcəksən. Demək, atam səhər alaqaranlıqda durub yazılarını şüşəbənddə yazardı. Saat da gözünün qabağında olardı. Bəzən görürdü ki, sübh namazından beş-on dəqiqə keçib, mollanın səsi gəlmir. Təzə Pir bizdən iki-üç tin yuxarıdadır axı. Aradakı evlər isə alçaq, bir-iki mərtəbəlidir. Yəni məscid qarşıda aydın görünür. Mənzilimiz 5-ci mərtəbədə olduğu üçün ordan da şüşəbəndimizi yaxşı görmək olur. Kürçaylı pəncərəni açıb, əlini ağzının yanına qoyub səhərin sakitliyində bərkdən “ıhı” edib səs salırdı. Molla buna adət etdiyi üçün, işarəni anlayır və tələsik minbərə qalxıb azan verməyə başalyırdı. Bir dəfə dedim ki, ay ata, sən kişini lap səksəkəyə salmısan. Dedi belə lazımdır, zalım hər gün bizə saatda kəf gəlir.

    – Ülfət bəy, atanızı dost kimi, qonşu kimi, ata kimi xatırladız, bəs ailə başçısı kimi yaddaşda necə qalıb?

    – Kürçaylı əsl Azərbaycan kişisinə xas olan bütün xüsusiyyətlərə malik adam idi. Bizim üçün səməndər quşu kimi özünü oda-közə vururdu. Darıxmağa qoymurdu. Bizi teatr tamaşalarına, kino-festivallara, gəzintilərə aparırdı. Hər yay bizi öz maşınında səyahətə çıxarırdı. Gürcüstanı, Şimali Osetiyanı, Abxaziyanı, Nalçiki, Soçini qarış-qarış gəzdirib. Maşınını uzaq Ukraynaya sürüb – Odessanın, Xarkovun, Kiyevin görməli yerlərində, səfalı meşələrində, göl kənarlarında bizə aylarla istirahət təşkil edib. Xüsusən, bacımın bir sözünü iki eləməzdi. Həm evin kiçiyi, həm qız uşağı olduğu, həm də gözü qaşı eyni ilə ona oxşadığı üçün. Bir də… Uşaq anadan olandan talesizlik onu qarabaqara izləyirdi.. Doğulanda həkimlər dartıb qıçını çıxarmışdı. Yaşıdları çiçəkləyən zaman uşaq bir qıçı gipisdə yerdə çabalamalı olmuşdu. Elə ona görə də gec ayaq açdı yeridi. Atam bizi İlisuya aparmışdı. Orda uşağı epilepsiya tutdu. Sonra boğazında zob tapıldı. Bir gün də Kürçaylı bizi Qara dənizdə böyük bir gəmiyə mindirdi. Gəmi Sevastopola tərəf üzürdü. Gecə yarısı uşağın kor bağırsağından güclü ağrılar tutdu. Təsəvvür edin, iki min sərnişinin üçində təkcə onda… Kürçaylı bütün gəmini ayağa qaldırmışdı. Nəhayət, kapitanla uzun çənə-boğazdan, savaşdan sonra gəminin kursunu oradan ən yaxın liman olan Yaltaya çevirməyə nail oldu. Sahilə enən kimi təcili yardım maşnı dərhal bizi xəstəxanaya apardı. Əməliyyat başladı, atam məni içəri buraxmadı. Xəstəxananın həyətində oturub gözlədim. On beş-iyirmi dəqiqədən sonra qapıda atamı gördüm. Bir neçə saatın içində başı tən ortadan gül kimi ağarmışdı… Odur ki Kürçaylı uzun illər bacımı uşaq kimi çiynində, boynunda, qucağında gəzdirir, ömrünün sonuna kimi əzizlyirdi. Evdə bir-birləri ilə quş dilində danışırdılar. O, fitlə nəsə deyir, bu anlayırdı. Bu fit çala-çala nəyəsə işarə vurur, bu başa düşürdü. Biz isə heç nə başa düşmürdük. Evdə hər gün bir-birlərinə kiçik məktublar yazırdılar. Bu qəbildən: “Sevimli qızım, İttifaqa getdim, tez qayıdacağam, darıxma”. Və ya: “Dədə, bu gün dərsimiz az olacaq, bizi gəzməyə apararsan”.

    Bir gün bağda qonaqlıq idi. Bir azdan uşaqlar süfrədən çəkilib kənarda oynamağa başladılar. Bacım artıq təxminən yeddinci, səkkizinci sinifdə oxuyurdu. Oyunun ortasında uşaqlardan aralanıb qaça-qaça atamıza sarıldı. Atam da onu öpüb oxşamağa başladı. Atamın dostu Ramazan Rəcəblinin həyat yoldaşı Tahirə xalanın o anda anama söylədikləri indiki kimi qulağımdadır:” Şəhla, Əliağa düz eləmir, böyük qızdı, Sabah ondan necə ayrıla biləcək?!”.

    Elə də oldu…. Atamın son nəfəsindən yarım saat keçməmiş Ülkər özünü həlak elədi…

    Bu haqda ilk dəfədir ki, uzun uzadı danışıram. Xeyli vaxt anamdan gizlicə dolabın qapısını açıb bacımın paltarlarını iyləmişəm. Özümü inandırmışdım ki, bacım harasa uçub gedib, bir müddətdən sonra qayıdacaq. Bir evdə, ailədə 4 nəfər olasan və bir anda ikisini itirəsən… Buna dözmək çox çətindir…

    – Ülfət bəy, xatirələriniz çox kövrəkdir, atalı, bacılı, analı günlərə qaytardım sizi, özüm də üzüldüm… Mövzunu bir qədər dəyişək. Deyin, Əliağa Kürçaylı bu qədər dostcanlı, həyatsevər olmasına rəğmən, qanıqara, yazıçı dostlarından incik olduğu vaxtlar olurdumu?

    – Yox, Kürçaylı tez-tez inciyən, küsən insanlardan deyildi. Yalnız böyük-böyük məsələlərdə umduğu qələm dostlarında ləyaqətsizlik, yaxud səbatsızlıq, milli heysiyyətsizlik görəndə heyifslənirdi. Bunlara çox vaxt şeirlərində münasibət bildirirdi:

    Bir zamanlar vardı ki,
    Mərd idin, insan idin.
    Sözünlə, söhbətinlə
    ürəyə dərman idin.
    …Sən riyadan, məkrdən
    yalandan çox uzaqdın.
    Saymaqla qurtararmı?_
    Sən beləydin, beləydin
    Bircə şeyə yanıram
    Kaş o zaman öləydin…

    Yaxud

    Şair var, naşirə hər kəlmə başı
    “Dərdin alım” deyir qadınlar kimi.
    Baxıram gövdəsi dəyirman daşı,
    Hərlənir sənətdə payı var kimi.

    Kürçaylının bu misralarda kimlərə işarə etdiyini hamı bilirdi. Onlar özləri də bundan paylarını götürürdülər. Ümumiyyətlə, Kürçaylıya zarafatla “qırmızı Əliağa” deyirdilər. Həm yanaqlarındakı qızartıya, həm də sözü üzə dediyinə görə.

    – Heç küsdüyü, incidiyi birisi olmayıb?

    – Olub. Bütün mehribanlıqlarına baxmayaraq, qonşusu, qələm dostu şair Qabillə tez-tez küsüb barışırdılar. Özü də çox xırda şeylərin üstündə. Bir gün atamla Salam Qədirzadə bizim balkonda oturub yeyib-içirdilər. Bir azdan Qabil də çıxıb öz balkonlarında oturdu, başladı çay içməyə. Mənzili bir mərtəbə aşağıda, sağ tərəfdə idi. Qəti bu tərəfə boylanmır, sanki heç bunları görmürdü. İş Salam Qədirzadədən keçdi. Xeyli təbəssümlə Qabili nəzərdən keçirtdi. Sonra, “buna bax, heç bu yana baxmır, neyləyək, Əliağa?”, – dedi. Üçü də həmişə bir yerdə yeyib içərdilər. Üçü də bir-biri üçün darıxardı. Amma barışıq üçün üçün heç biri ilk addımı atmaq istəmirdilər. Nəhayət, atam məni çağırdı. Qabil nə üçünsə otağa keçmişdi. Gəldim. Kürçaylı Qabilin balkonunun küncündə düzülmüş balonları göstərib dedi: “Daşatanla o balonlardan birini vura bilərsən?”.”Əlbəttə”, – dedim. “Get onda gətir, vur” – dedi atam. Daşatanı gətirib nişan alıb, vurdum. Göyəm turuşusu olan balon aşağıdan deşilmişdi. Bənövşəyi su şorhaşorla yerə axmağa başladı. Salam Qədirzadə ilə atam gülməkdən uğunurdular. Salam əmi gülə-gülə dedi ki Qabili od götürəcək, sakuskası əldən getdi. Bir-iki dəqiqəyə balonda ancaq qupquru göyəm qaldı.Bir azdan Qabil balkona çıxdı. Balonu görüb diqqətlə, maddım-maddım baxdı. Sonra: – Bəyim, bu atdı ki” – deyib həyat yoldaşını çağırdı. Amma atamla Salam Qədirzadənin yuxarıdan gülərək ona baxdıqlarını görəndə özü də gülməyə başladı və əclaflar, sizin işinizdi, – dedi. Kürçaylı əl işarəsi ilə onu bizə çağırdı. Bir azdan üçü də əvvəlki kimi bir yerdə yeyib-içir, zarafatlaşırdılar..

    Söhbətləşdi:
    Faiq BALABƏYLİ

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • “Hece Taşları” Aylık Şiir dergisinin 30 sayısı yayında

    ŞİİRE BUYURUN

    Her yerde yangın var yangın var oğlum, bu ateş bize de sıçrayabilir, önce gönlümüzün çatısı yanar, sonra aklımızın ucu tutuşur, avcumuzu açsak gökler sağılmaz, sesimizi salsak asuman yutar, gözümüze inen kara bulutlar, bizden bize şimşek çakar durmadan, ötelere boynu bükük bakarız, gördüğümüz görüntüden ürkeriz, ama yüreğimiz tir tir titremez, çektiğimiz efkar kâr kalır bize.
    Her yerde zulüm var ölüm var oğlum, kağıt basar insan alır yahudi, türkistan’da, afrika’da, açe’de, insanın insana ettiklerini, anlatamam sana kelimelerle, küfür tek millettir not al kenara, ne karunlar gördü yalancı dünya, elbet zulmedenler zillete uğrar, sabırla beslenen mazlumun ahı, gün gelir göklerde bir ordu olur, ya Allah bismillah Ahlahu ekber, nidasıyla başlar zafer şöleni.
    Her yerde aç göz var tok göz var oğlum, bul karayı al parayı diyen var, devletin malına pusuya yatan, müslüman kılıklı haramiler var, merhametin avlusundan geçmezler, kapatırlar deniz sahillerini, onlar avlar gül yanaklı kızları, onlar yaşar çok yıldızlı yerlerde, fakir fukaradan haberi olmaz, kendine değmeyen yılandan korkmaz, beş vakit avcunu göğe açarlar, konmaz yüreğine rahmet kuşları.
    Her yerde insan var adam yok oğlum, başımıza buzlar yağdı temmuzda, altımızda toprak güm güm patlıyor, ha kaynadı kaynayacak denizler, bir nesli tarumar etti alçaklar, bizden kalan külde bir medeniyet, meydana getirmek size düşecek, ikibin onyedi bir ağustosta, gönlümden dilime bunlar döküldü, sen benim yaşıma ulaştığında, birbirinden ayrılacak kemiğim, sancağı göndere sen çekeceksin.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rahileanam

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    SINIQ KÖNÜL

    “Könül dəftərim” -silsiləsindən

    Qərq olubdu intizarda,
    Gecə- gündüz ahu- zarda.
    Arzu, iistək, sevgi harda?
    Çəbnəm süzür sınıq könül.

    Dözə bilmir hicranına,
    Qıyacağdır öz canına.
    Gec qalmadan dön yanına,
    Qəmdə üzür sınıq könül.

    Həsrət qalıb gözlərinə,
    Baldan şirin sözlərinə.
    Ala gözdən izlərinə,
    İnci düzür sınıq könül.

    Təçüb edir yazıq Dövran,
    Qübar, qüssə, kədər, hər an.
    Sənsizlikdə bunca zaman,
    Necə dözür sınıq könül?…

    BİLMİRƏM

    “Sonetlərim” – silsiləsindən

    Nə vaxtdır hicrana çələng hörürəm,
    Bitəcəkmi həsrət hələ bilmirəm.
    Hara baxıramsa səni görürəm,
    Ağlar gözlərimi silə bilmirəm.

    Boş bir quş yuvası bu könül sənsiz,
    Kimsəsiz, viranə, quru budaqda.
    Bir ömür yaşandı fərəhsiz, şənsiz,
    Sevgi nəğmələri dondu dodaqda.

    Ayrılıq yelləri əsəndən bəri,
    Könül sevdasından küsəndən bəri,
    Meylini salıbdır badəyə, meyə.

    Ümidim əl açan dilənçi kimi,
    Ömrə yamaq vurur pinəçi kimi,
    Hicranın yarası qapansın deyə.

  • Şəfa VƏLİYEVA.“Ayrılıq ölüm deyil ki…”

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***

    “Ayrılıq ölüm deyil ki…”
    -deyib də getməyə nə var…
    Bax, o qaraçı deyir ki:
    -Yollara gülməyə nə var…

    İzlərinlə naxışlanmır,
    Cığırlar yiyəsiz qalıb.
    Gicitkənlər ovxalanmır,
    Quzuqulağı qocalıb…

    O kənd bir başqa darıxıb…
    O kənd bizi axtarırmış…
    Dağlar kənd yoluna baxıb
    Dərə boyu ağlayırmş…

    Fikrin varmı, kiriyərmi
    BİZi görsə o dağ kəndi?
    Həyasından əriyərmi
    Aramızda həsrət bəndi?

    2015

  • Harika UFUK.”AİLE”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Aile; sevginin saygının aynı çatı altında harman edildiği birlik beraberlik bütünlüğün sağlandığı toplumun en küçük birimidir. Aile fertleri üzüntülerini ve sevinçlerini paylaşırlar, kötü günde birbirlerine destek olurlar. Dayanışmanın maddiyata değil, sevgiye, saygıya, hoşgörüye dayalı olduğu yüce kurumdur. Ailemiz, yüreğimize sıcaklık yayan en hassas olduğumuz yanımızdır.

    Aile anne demektir, ananın ak sütü, ocakta tencerede kaynayan aş demektir. Fırındaki börektir bin bir emekle hazırlanan… Bir bardak demli çaydır gözlerimiz ışıl ışıl içtiğimiz… Tatlı dildir, hal hatır sormaktır. Yüzünüze bakarak gününüzün nasıl geçtiğini anlayandır. Tesellidir, sevinçtir bazen gözyaşıdır. Sıkı sıkı sarılmaktır. Kucaklamak, kucaklanmaktır.

    Ekmeği alın teriyle kazanıp eve yorgun ama mutlu dönen, kapıda sevgiyle saygıyla coşkuyla karşılanandır baba… Elindekileri alıp mutfağa götürdüğümüz, ceketini çıkarmasına yardım edip vestiyere astığımız, terliklerini ayağına getirdiğimiz kutlu adamdır. Sıcak ekmek demektir ucundan koparıp iştahla yediğimiz… Kısaca evimizin direğidir babamız…

    Birlikte yaramazlıklar yaptığımız ama sırlarımızı en çok saklayanlardır kardeşlerimiz… Aynı kandan olduğumuz ve çok sevdiğimiz ilk arkadaşlarımızdır onlar. Ablalar küçük anne, ağabeyler küçük baba modelleridir adeta… Koruyan, kollayan, bizimle gülüp bizimle ağlayan…

    Jorge Amado’nun dediği gibi “Bir insanın anavatanı çocukluğudur. Çocukluğunu doya doya yaşayamamış bir insanın mutlu olması çok zordur. Bir annenin, bir babanın en önemli görevi, çocuklarının çocukluğunu doya doya yaşamasına olanaklar yaratmaktır.” Anavatanıma yani çocukluğuma zaman zaman yaptığım yolculuğum beni tarifsiz mutlu ediyor.

    Her koşulda beni seven, koruyup kollayan annem ve babam yıllar önce ölmüş olsalar da hala yüreğimde yaşamaktalar. Ailemi çok seviyorum, çünkü onlar bana ellerinden geldiğince güzel bir çocukluk yaşattılar. Bence mutlu bir çocukluk, mutlu bir ömür demektir.

    Adana.20 Mayıs 2016.Saat: 18.45

  • Harika UFUK.”DOĞUM GÜNÜMDE ANNEME MEKTUP”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Sevgili Anneciğim,

    Hani eski Türk filmlerinde “Sen bu mektubu okurken ben çok uzaklarda olacağım.” diye başlayan acıklı mektuplar olurdu ya; yazan kişiyle birlikte ağlardık. “Son Mektup” filminde bu cümlelerle başlayan mektubu yazan Filiz Akın’ın gözyaşlarına karışmiştı gözyaşlarımız… Ben böyle bir şey yazamayacağım. Çünkü ben hayattayım, sense 21 önce beni dünyaya getirdiğin bu ayda ebedi yolculuğuna çıkmıştın.

    Bunu senin okuyamayacağını biliyorum ama içimi dökmesem kalbim çatlardı anne… Gerçi sen öldüğünde de aynı duyguları taşıyordum. İlk ölüm acısını anneannemle tatmıştım. Sonrası gelmişti. Amcamın, babaannemin, Yaşar dayımın, babamın ölümleri çok büyük acılardı. Ama senin ölümünün verdiği acı hepsinden beterdi, dayanamam sanmıştım. “Dayanamıyorum Allah’ım!” diyerek hıçkıra hıçkıra ağlıyordum. Hala hayatta olduğuma göre demek ki dayanabilmişim. “Gel, sen ne çektiğimi bir de bana sor!” diyor şarkılarından birinde Erol Evgin… İşte tam da o duygulardayım. Annem, yokluğunda öğrendim öpünce geçmeyen acılar da varmış.

    Sana mektup yazmayalı çok uzun zaman oldu. Sen gittin gideli yılları da sayamaz oldum. İlk mektuplaşmamız ben Van’a tayin olduktan sonra başlamıştı. O mektupları nasıl beklerdim bilemezsin. Köye kazadan (ilçeden) gelenlere “Bana mektup var mı ?”diye heyecanla özlemle içim titreyerek soruşum bugün gibi hatırımda… Allah razı olsun; ablam, senin amcan Hacı Mehmet Dedem, arkadaşlarım, kuzenlerim beni mektupsuz bırakmamışlardı. Kimden gelirse gelsin bana gönderilen hiçbir mektubu atmamıştım. Senden gelenleri de yıllarca saklamıştım, sonra yatılı öğrencilik yıllarında tuttuğum hatıra defterlerim ve sakladığım bütün mektuplarla birlikte kayboldu hepsi… Bunu biliyorsun, o zaman hayattaydın. Arada bir anı yumağımızı beraberce okurduk, o hasret dolu günleri anarak bazen duygulanırdık bazen de işi şakaya vurup gülüşürdük.

    Oysa Van’ın Özalp kazasının Emek köyünde öğretmen iken gelen her mektubu belki yüz kez okurdum. Köyde elektrik yok, su yok, çevirmeli siyah telefon muhtarın evinde var sadece… Muhtarı sık sık rahatsız etmek olmazdı tabii… Bu nedenle haberleşmede öncelikli olan mektuptu, sonra da telefon… Maaşımızı almak için bütün köy öğretmenleri her ayın ilk günü kazaya inerdik. Maaşımı aldıktan sonra ilk işim postaneden sıra yazdırıp sesini duyacağım anı beklemek olurdu. O zaman da seni çok özlerdim ama kavuşacağımız tarihler belliydi. Şimdi ise belirsizlik var. Tarih belli değil annem…

    Annesi hayatta olan beni anlayamaz. “Damdan düşenin halini damdan düşer bilir.” demiş Nasrettin Hoca… Bayramlar, anneler günü ve doğum günü acı verir miymiş evlada? Verirmiş, annesi ölmüşse o günlerde acılar katlanarak çoğalırmış. İnsan en çok annesine sarılmayı özlüyor. Onun sıcaklığının verdiği huzuru, sesinin tınısını, o sesin kendisine verdiği güveni… Görüntüler, sesler kayıt altına alınabiliyor. Ya annenin sıcaklığı ve kokusu? Anneniz yoksa kaç yaşında olursanız olun hep eksik kalıyorsunuz. Fotoğraflarınla avunmaya çalışıyorum annem… Olmuyor. Fotoğraflar, bakıştaki sıcaklığı aktaramıyor yavrusuna… Bir annenin objektife bakışı ile evladına bakışı arasında dağlar kadar fark vardır. O bakışı arıyorum annem… Senin sıcaklığını, sesini, ellerini…

    Bana “Sus kızım… İki kızın var, iki yaşında ikiz torunların var. Sen de annesin. Hatta iki yıldır anneannesin. Kızların Sena, Seda; torunların Arya, Uygar; seni çok seven dostların, çok sevdiğin öğrencilerin var.” diyeceksin biliyorum. Senin yerin apayrı… Kimse başkasının yerini tutmuyor ki annem…

    12 Temmuz 1996 senin aramızdan ebediyen ayrılış günündü. 23 Temmuz ise doğum günüm… İşte 1996 Temmuzundan beri yaş günü kutlamalarım önemini kaybetti. Gülsem de yüreğimdeki tarifsiz acı kaybolmuyor. 21 yıldır tadı kalmadı doğum günü pastalarımın… Ha bu arada canım annem ben şeker hastası da oldum. Takmıyorum hiçbir şeyi desem de inanma… Bilirsin her derdimi içime atarım. Herkes de derdini bana anlatır. Bilmezler ki benim derdim dağlardan büyük…

    Neyse sabah sabah doğum günümde ağladım, derdimi sana döktüm. Zaten senden başka kimim var ki derdimi anlatabileceğim? İnsanlar kırdıklarının, kırıldığımın hatta kırılabileceğimin farkında bile değiller. Yine de doğum günüm kutlu olsun. Pastamın mumunu üflerken seni yanımda hissedeceğim annem… Yattığın yer nur olsun.

    Adana.23 Temmuz 2017.SAAT: 09.00
    NOT 1: Bu yazı 23 Temmuz 2017 tarihinde şiirsu.net sitesi’nde “Günün Yazısı“ seçilmiştir.
    NOT 2: Bu yazı 24 Temmuz 2017 tarihinde Edebiyat Evi Net sitesi’nde “Günün Yazısı ve Yıldızlı Yazı“ olarak seçilmiştir

  • Harika UFUK.”ADANA’DA ADANA’YI ÖZLEMEK”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Adana’da iken Adana’yı özlemek acaba sadece bana mı mahsus bir duygu bilemiyorum. Adana ile alakalı bir görseli izlediğimde gözlerimden yaşlar boşanıyor. Bu şehirden zorunlu bir nedenle ayrılacak olsam sudan çıkmış balığa dönerim, hatta yaşayamam. Hep bunu düşünüyorum.

    Yahya Kemal’e sormuşlar: “Üstadım Ankara’nın en çok neyini seviyorsunuz?” Yahya Kemal’in cevabı şu olmuş: “İstanbul’a dönüşünü…” İşte ben de dünyanın hangi köşesine gidersem gideyim oradan Adana’ya dönüş, en güzeli… Yahya Kemal’in İstanbul aşkı ne ise benim de Adana aşkım aynısı işte…

    Uzun veya kısa bir seyahat bitiminde daha Adana’ya ayak basar basmaz ilk işim bir lokantaya gidip kebap yemek oluyor. Doğduğumuz gün ebemiz elimize kebap dürüm tutuşturmuş sanki! Kebabın yanında da şalgam içilir. Su dışında ne içersem içeyim şalgamın gizemli ve eşiz tadını bulamıyorum. Farklı illerimizin farklı içeceklerini de denedim ama şalgamın tadını hiç birinde bulamadım.

    Adana sevdası bambaşka… Öyle bir sevda ki pamuk gibi bembeyaz, portakal çiçekleri gibi mis kokulu, mandalinalar kadar lezzetli, Büyük Saat kadar görkemli, Yağ Cami kadar anı yüklü, Ulu Cami kadar zamana meydan okuyan, Adana toprağı kadar mümbit… Sevdikçe sevesiniz geliyor, bire bin veriyor gönüllerde bu sevda…

    Uzun zamandır üzerinde çalıştığım bir projem var. Adana için yazılmış şiirleri “Adana Sevdası” adlı seçkide toplamak istiyorum. Bu konuda Adana Valiliği ile irtibata geçmek istediysem de yaklaşık iki yıldır bir randevu bile alamadım. Sponsor bulsam da bulamasam da eninde sonunda inşallah “Adana Sevdası” kitaplaşacak. Yurt içinden hatta yurt dışından bile görmeden Adana’yı anlattı şairler… Adana sevdası öyle bir maya ki bütün gönüllerde tuttu.

    Adanalı olmak gururumuzdur. Mertlik, cömertlik, dostluk harman olmuş Adana’mızda… Sevgiyle gururla bütün dünyaya haykırıyorum: Dinlesin yediden yetmişe herkes! Adana’m sen de duy beni… Başımın tacı, gönlümün ilacı Adana’m ben sana aşığım!

    Adana.2 Şubat 2016.Saat: 10.50

  • Rafiq ODAY.Yeni şeirlər

    Sənin adın dərddi, bəlli, dərmanını məndə gəzmə,
    Kənar dolan, ölüm adlı fərmanını məndə gəzmə.

    Ər manları, nər manları yetişdirən torpağam mən,
    Hər man olan kişidirmi? – Hər manını məndə gəzmə.

    Gör haçandı dənliyini doldurmusan zəhr ilə sən,
    O zəhəri boşaltmağa xırmanını məndə gəzmə.

    Alışırsa əgər nəfsin qızıl alma sevdasıyla,
    Buyur onda Qaf dağına dırman, onu məndə gəzmə.

    Düz yüz ildi, çanağında nahaq qanlar daşıyırsan,
    Mən Vətənə deyikliyəm, qurbanını məndə gəzmə.

    Mən Ramillər, Mübarizlər bəsləyirəm sinəm üstə,
    Vartan adlı, Petros adlı “çurban”ını məndə gəzmə.

    Əbədiyyət Günəşiyəm – Odum bəlli, Ayım bəlli,
    Sənsə zülmət beşiyisən, qürb anını məndə gəzmə.

    BU DAŞ ATILAN DAŞ DEYİL

    İstər kölə ol, istər hürr,
    Bu daş atılan daş deyil.
    Darıxmaq alında möhür,
    Bu daş atılan daş deyil.

    Ruhun tir-tir əsirsə də,
    Nə müəmma, nə sirsə də,
    Araya şeytan girsə də,
    Bu daş atılan daş deyil.

    Ələ yatmayır tiyəsi,
    Yox bu məchulun niyəsi.
    Ağ etmə, ağıl yiyəsi, –
    Bu daş atılan daş deyil.

    “Ya Rəbb” de, göylərə əl aç,
    Eşqdir hər dərdə əlac.
    Aç, göylərdən dər də əlac,
    Bu daş atılan daş deyil.

    Ürək kövrək, qəlb incədi,
    Nə yazmısan qəlbincədi.
    De, kimdən bu qəlb incidi?-
    Bu daş atılan daş deyil.

    Tərpətmə kül altda qoru,
    Ruhunu səbrində qoru.
    Rəvandı təbin də, qoru,
    Bu daş atılan daş deyil

  • Şəfa VƏLİYEVA.”Gəncə nasirlərinin maraqlı hekayələri

    sv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    II yazı

    “Günümüzün şeir dilli hekayələrində cəmiyyətin obrazı, ictimai düşüncənin bədii şəkli, zamanın adi, ya qeyri-adi qəhrəmanların, insanların portreti arxa planlı olur, daha çox şəxsi, subyektiv psixoloji durum əks etdirilir. Elə bir subyektiv durum ki, biz orda yoxuq!” – Bu fikirlər “Şokolad ətirli sabun” hekayəmə görə məni ilk dəfə tənqid edən İradə Musayevanın “Dünya ədəbiyyatı və bizim “şair” hekayəçilərimiz” adlı məqaləsindən götürülüb. Yazıma bu cümlələrlə başlamağım müəlliflə razılaşmağımdandır. Lakin hekayələrimizə “şeir dilli” demək özü də bir orijinallıq və reallıqdır. Axı bizim dilimiz elə şeir dilidir… Bizim nənələrimiz inəyi sağanda ona holavar nəğməsi oxuyub, babalarımız yolu azan sürünü sayaçı sözlərilə çax-çaxına qaytarıb…

    Elə bu situasiyadan yol başlayıb Gəncə ədəbi mühitində yaranan və oxuduqca özümüzə güzgüdə gördüyümüz kimi diqqət ayırdığımız hekayələrdən danışacağam. Bu hekayələrdən birini 2013-cü ildə oxumuşam. O gün-bu gündür hərdən sakitcə, kimsəsizləşəndə özümə yenidən danışıram. Danışıram ki, unutmayım… Danışıram ki, ağlayım… Bu, hamımızın uşaq ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanıdığımız Aləmzər Əlizadənin “Yelləncək” hekayəsidir. Ata-anası avtomobil qəzasında həlak olan qızın nənəsinin bircəsi, ərköyünü, ömrünə naz edəni olması yenə Azərbaycan ailəsinin “doğmalıq” anlayışına sadiqliyinin və ehtiramının göstəricisidir. Bu qız uşaqlıqdan o qədər nənəsinin gözünün nurunu içib, ürəyinin yağını yeyib böyüyüb ki, xatirələri sırasında incidiyi, qırıldığı heç nə tapa bilmir. Təkcə o gün, yelləncəkdən şumlanmış torpağa yıxılan gün qorxmuşdu və o qorxusunu illərdir ürəyində qoruyub saxlayır, özünü cəzalandırmaq istəyəndə gözlərinə ötürürdü. Elə indi də: “Onda yelləncəkdən yıxılanda necə qara-qışqırıq salıb əzizlənmişdi. İndi onun əzizlənə biləcəyi adam yoxdu. O adam qızın öz istəyindən yıxılıb, ölüb.”

    Bu qız böyüyür, sevməyi öyrənmək arzusuyla baxışlarını ovçu edir. Nəhayət ki, ovunu tapır… Lakin, elə burdaca nənəsinin ona öyrətdiyi ailə müqəddəsliyinin möhtəşəmliyini unudur-evli kişinin qollarından çarpayıya yıxılır, eynən uşaqlıqda yelləncəkdən yıxıldığı kimi…

    Aləmzər Əlizadənin hekayəni ondan da, bətnindəki körpədən də imtina edən kişini günahlandırmağı ağlına belə gətirməyən qızın doğum sancısı ilə başlamağı oxucunu yazıçı sehri ilə baş-başa qoyur. Qız həyatının bu günədək qəfildən, ya da qismən dəyişən rənglərini doğum sancısı azacıq səngiyəndə xatırlayır…

    Burda diqqətimi çəkən bir məqam da Azərbaycan qadınının özünə qayıdışıdır. Yəni, bir növ olanların və olacaqların mərkəzində olduğu halda bu xüsusiliyi özünü cəzalandırmaq üçün bir vasitə etməsi yalnız və yalnız ən vüqarlı qadına yaraşardı…

    Qəfil gələn sancıdan dodaqlarını gəmirdiyi anda yadına düşmüşdü sevdiyi… Sevən tərəf olduğuna görə də öz “günahkarlığı”…

    “O, kişini sonralar durulayıb bütün günahlardan kənara çıxarmışdı.

    Qızın beynindən keçdi:

    -Bu dəfəki ağrı özündən betər ağrıya rast gəldi. Ona görə qorxub çəkildi. ”

    Elm artıq sübut edib ki, fiziki baxımdan, bu dünyada doğum sancısından daha dəhşətli bir ağrı yoxdur. Amma Aləmzər Əlizadə bir qadının özünü günahlandırarkən doğum sancısından daha betər ağrı yaşadığını elə obrazın öz diliylə deyir…

    Yazıçının sevərək yaratdığı nənə obrazı da məni bir oxucu kimi heyrətə salmağı bacardı. Nəvəsinin beş aylıq hamilə olduğunu biləndə nənə nəinki, onu suçlamaq, danlamaq, səhvini üzə vurmaq barədə düşünür, əksinə, dizləri bükülür, ürəyi içəridə yaşama üsyan edir:

    “Özünü ələ alanda ilk kəlməsi belə olmuşdu:

    -Bu qədər dərdi tək necə çəkdin, qurbanın olum?”

    Ailə doğmalığına qoyulmuş ən gözəl heykəl idi nəzərimdə bu epizod…

    Aləmzər Əlizadənin böyüklər üçün yazdığı bütün hekayələrində yeganə bənzərlik gözləmədiyimiz sondur. Hansı ki, biz o sonu oxuyarkən hekayənin hələ ilk cümləsindən nəticəyə yönlənmiş işarələrin fərqinə varmadığımızı görürük. Bu hekayədə də yelləncəkdən yıxıldığı günü həyatının ondan sonrakı bütün dolanbacları ilə müqayisə edən, beyninin xatirələrlə apardığı müharibənin fonunda doğum sancısı çəkən, sonunda da bətnindən doğula bilməyərək boğulan körpəsi əməliyyatla çıxarılan qızın hissləri son nöqtəni qoyur: “İndi qıza elə gəlirdi yelləncəkdə yellənən özü deyil, qızıdır.”

    * * *

    Haqqında danışmaq istədiyim ikinci hekayənin müəllifi Fazil Sənandır. Bu günədək yazıçının bir qədər həzin esselərini oxumuşdum. “Məhəbbətin dərddi mənə” adlı hekayəsini isə ilk olaraq “Ədəbiyyat qəzeti”nin 23 iyul 2016-cı il tarixli sayında oxudum.

    Bir qadının dilindən yazılmış hekayədə inandığımız, bəlkə də özümüzü inanmağa məcbur hiss etdiyimiz bəzi anlamlar çiliklənir, ayaqlarımızın altına tökülür. Evlənmə situasiyası nə cür olur-olsun, istər sevginin zəfəri, istər elin qınağı, istər ailə böyüklərinin ölçülü-biçili məsləhətləri – hər birinin bərabərliyində duran evlilik hansı təməlin üstündə qurulursa-qurulsun, Azərbaycan cəmiyyəti üçün aliliyin və toxunulmazlığın kod adıdır. Və Fazil Sənan öz hekayəsində bu kod adını deşifrə edir… Onu adiləşdirir… İnsanın yaşamını bumeranq kimi döndərib “özəlləşdirir”. İsti hisslərlə sevməsə də, nizamlı hörmət bəslədiyi həyat yoldaşı, üstəlik, evinin və həyatının ahəngini dəyişən övladı olmasına baxmayaraq, bu qadın da Aləmzər Əlizadənin qəhrəmanı kimi öz ocağının işığını qoruyan başqa bir kişini “sevir”. Bütün hekayə boyu qadının kişiyə ünvanlanmış sözlərini oxuyuruq. Əsas obraz yaşananları anlatdıqca özünü gah günahkar, gah da haqlı çıxarır. Nəhayət, o da hamı kimi “sevgi” yaşamaq istəyir… İstəyinin dəlilik dərəcəsindən özünü yad kişinin qollarına atır…

    Fazil Sənan bundan sonrakı hadisələri oxucunun ixtiyarına buraxır. Artıq, bu qadının sonrakı yaşamı oxucunun mühakiməsindən, dünyagörüşündən asılıdır. Kimisi onu xəyanətdə suçlayaraq ittiham edər, kimisi də “sevgi”ni bəhanə gətirərək haqq qazandırar. Mən bir oxucu kimi hekayənin baş qəhrəmanını qınasam da, yazıçıya qəlbimin dərinliyində mütəşəkkil olduğumu etiraf etməliyəm. Çünki, burda qələmə alınan hadisə özü günümüzdə həyatın içindədir… Bəlkə biz görmürük, bəlkə də görmək istəmirik…

    Fazil Sənanın yazıçı ustalığının daha bir göstəricisi də onun xalq dilindən – folklorumuzdan süzülüb gələn kəlmələrdən əsərlərində istifadə etməsidir. Məsələn, bu hekayədə o yazıb: “Baxışlarımı baxışlarının cələsindən azad edərək -bağışlayın, siz olmasaydınız yıxılmışdım-deyib yuxarı qalxdım.” “Cələ” sözünü baxışa aid etmək də ancaq Fazil Sənana məxsusdur…

    * * *

    “Ədəbiyyat qəzeti” 2016-cı ilin 26 noyabrında Gəncə ədəbi mühitinin istedadlı yetirmələrindən birinə – Gülnarə Sadiqə də yer ayırıb. Onun “Gecələr anasız qorxar uşaqlar” adlı hekayəsi öz atalı-analı dünyamızda çoxdan unutduğumuz kimsəsiz uşaqlardan bəhs edir. Onların tənha arzularından, çarəsiz baxışlarından, bizdən fərqli olaraq ölümü sevməyindən yazıb Gülnarə Sadiq…

    Gənc yazarın bundan əvvəl oxuduğum bütün hekayələri mənim gözlərimə bulud çökdürüb. “Gecələr anasız qorxar uşaqlar” isə o buludların arasında çaxnaşma salmağı bacardı…

    Hekayə baş redaktorun müxbirə dediyi sözlərlə başlayır:

    “-Xalid, sənin bu layihən baş tutmayacaq, oğul. Əgər söhbət bizim millətdən gedirsə, heç kim sənə nə vaxtsa imtina etdiyi, ya atdığı uşaq haqda məlumat verməyəcək.”

    Bu ikicə cümlədə Gülnarə Sadiq milliliyimizin əslində olduğundan çox fərqli, hər kəsin özünə xeyir edən kimi yozulmasını ustalıqla vermişdir. Etdiyi səhvi boynuna almaq, ondan nəticə çıxarmaq cəmiyyətimizdə bəzi insanlar üçün anlamsız nəsnələrdir. Lakin gənc yazar oxucusuna cəmiyyətin dünyagörüşünün formalaşmasında hər kəsin öz yerinin olduğunu başa salmaqla sanki ona gələcəyə gedən yolda məsləhətçi olur. Bunu da Xalid obrazının istəyi ilə çatdırır:

    “Heç kim yarandığı üçün cavabdeh deyil, valideyn seçimi bəşər övladının əlində deyil!” O, bu fikri ortaya qoyaraq cəmiyyətə bir mesaj göndərmək istəyirdi.

    Bundan sonra əsər sürətlə kulminasiyaya doğru inkişaf edir. Xalid Azərlə tanış olur: “Xalid yerindəcə donub qalmışdı. Onun qarşısında, təxminən, qırx-əlli yaşlı “uşaq” dayanmışdı. Saçı ağarmış, bənizi qocalmış, amma, şüuru anasının özünü asdığı gündə ilişib qalmış bir uşaq…”

    Xüsusi olaraq qeyd etməliyəm ki, mən Gülnarə Sadiqin hekayələrindəki bədiiliyi, obrazların və hadisələrin təsvirindəki poetizmi sevirəm və onun bu istedadını alqışlayıram. Hətta, anasının özünü asmağından sonra heç vaxt şüuru böyüməyən Azərin danışığında da Gülnarə Sadiq poetikliyi qoruyub saxlayır, öz yazı ənənəsinə olan sadiqliyini qürurla nəzərə çarpdırır. Azər üzünü müxbirə tutaraq deyir:

    -Sən o qəzetində yaz ki, atalar anaları döyməsin, analar da uşaqlarını qoyub uzaqlara getməsin. Axı uşaqlar gecələr anasız qorxar…

    Hekayə öz kulminasiya nöqtəsinə məhz bu iki cümlə ilə çatır… Ordan o yana artıq deyiləsi sözlər də acizləşir, boynunu bükür, qaçıb-qaçıb Azərin kimsəsizliyinin kölgəsində gizlənir…

    Bu hekayədə gənc yazarın öz düşüncələrini obrazların dili ilə verməsi gələcəkdə Gülnarə Sadiqin publisistika sahəsində də uğur qazanacağına məndə əminlik hissi yaratdı. Uşaq evinin direktorunun dilindən verilən aşağıdakı cümlələr birbaşa müəllifin cəmiyyətin “göstəri” dünyagörüşünə üsyanıdır: “Əyyaş, narkoman insanlardan adətən qüsurlu uşaqlar doğulur. Sonra da onlar öz günahlarının güzgüsü olan bu uşaqlardan utanmağa başlayır və onları ölümə tərk edirlər.”

    Azəri axtaran Xalidin onun ölüm xəbərini qəzetdən oxumasıyla ürəyindən qopub dilinə sürüklənən cümlə hekayənin son akkordu sayıla bilər. Xalid düşünür ki: “Azər sonunda anasına anasının getdiyi yolla qovuşmağa çalışdı…”

    Gəncə ədəbi mühitində yazılan və İradə Musayevanın təbirincə desək, “özümüzdən bəhs edən” bu hekayələri oxumağı, oxutmağı, doğma ədəbiyyatımızın hər guşəsində özümüzü axtarmağı hər kəsə önərirəm… Axı bu hekayələrdəki obrazlar bizik!…

    Gəncə

  • TAYYİB ATMACANIN “MED CEZIR VAKITLER” KITAPI YAYINLANDI

    Kardeş Türkiye Cümhuriyetinin Kahramanmaraş şehrinde yayınlanan “Hece Taşları” aylık şiir dergisinin Genel Yayın Yönetmeni Tayyib Atmacanın “Med cezir vakitler” kitapı yayınlandı.

  • “QƏZƏB SALXIMLARI” KITABI IŞIQ ÜZÜ GÖRÜB

    Bildiyimiz kimi, Ölkə Prezidenti sərəncamı ilə Azərbaycan dilində 150 cildlik Dünya ədəbiyyatı seriyasından Nobel mükafatı laureatı amerika yazıçısı Con Steynbeqin “Qəzəb saxlamları” romanı publisist-tərcüməçi Ülfət Kürçaylının tərcüməsində bir neçə il bundan əvvəl nəfis tərtibatla işıq üzü görmüşdür. Oxucuların romana marağını nəzərə alaraq, “Qanun” nəşriyyatı əsəri bu günlərdə yenidən nəşr etmişdir.
    Oxuculara əsəri alıb oxumaq tövsiyə olunur.

  • KÜMBET DERGİSİ 12. YILINDA 45. SAYISI İLE OKUYUCULARININ KARŞISINDA

    Değerli kültür sanat dostları Tokat Şairler ve Yazarlar Derneği bünyesinde yayınlanan, muhtevası ve baskısı ile ülkemizin saygın yayınları arasında yer alan KÜMBET Dergisi’nin 45. sayısında yine sizlerle buluşmanın mutluluğu içindeyiz.
    Bu sayımızda, özel bir dosya halinde dergimizin ilk sayfalarını aziz şehitlerimize ayırdık. 31 Mayıs 2017 akşamı saat 20.55 sularında Şırnak Uludere Şenoba’dan havalandıktan üç dakika sonra yüksek gerilim hattına çarparak düşen helikopterde Tümgeneral Aydoğan AYDIN ile birlikte on iki silah arkadaşı da şehit oldu. Yüreğimizi dağlayan bu elim kazada Aydoğan Paşa ile birlikte şahadete yürüyen kahramanlarımızı ve şehit öğretmen Aybüke Yalçın’ı rahmetle anarken birkaç cümle ile onları tanıyalım istedik.
    Ayrıca bu sayımızda birbirinden değerli akademisyen, araştırmacı yazarlar, kalemler sizler için araştırdı, şairlerimiz sizler için duygularını bahardan yaza doğru yola çıkarak ortaya koydular. Derneğimiz ve Niksar Belediyesi’nce geleneksel olarak yapılan “Cahit KÜLEBİ Memleketime Bakış Şiir Yarışması”na şiirler gelmeye devam ediyor. Diğer yandan da Ekim 2017’de yapılacak olan “Erzurumlu Emrah’tan Cahit KÜLEBİ’ye Kültür Sanat Etkinlikleri”nin hazırlıklarına TRT Erzurum Radyosu koordinesiyle başlamasının sevinci içindeyiz.
    Derneğimiz üyeleri kendi imkânları ölçüsünde bazı kültür sanat etkinliklerine katıldılar. Bunlar arasında Artvin Valiliği, Belediye Başkanlığı, Kültür ve Turizm Müdürlüğü ve Artvin 08 Kültür Turizm ve Kalkındırma Derneği’nce 14-15 Mayıs 2017’de yapılan “Artvin 7 Bölge 7 İklim Şiir Şöleni ve Başbakanlık TİKA, TÜRKSAV (Türk Dünyası Yazarlar ve Sanatçılar Vakfı) Bitlis Valiliği, Ahlat Kaymakamlığı, Belediye Başkanlığı’nca 13-15 Mayıs 2017 tarihleri arasında düzenlenen “21. Türk Dünyası Hizmet Ödülleri” yer aldı.
    “22. Türk Dünyası Hizmet Ödülleri Ödül Töreni “2018 Mayıs ayında Niksar’da gerçekleştirilecek.
    Tokat Gazi Osman Paşa Lisesi Konferans Salonunda 6 Mayıs 2017 tarihinde yapılan “Tokat’ın Değerlerine Vefa” programında Halk Ozanı Sadık Doğanay anılırken, yaşayan değerlerden Âşık Eşref Tombuloğlu, Yard. Doç. Dr. Mehmet Yardımcı yer aldılar.
    Programın sunumunu Şair Rasim Yılmaz yaparken söyleşilere Şair, Yazar Ahmet Divriklioğlu ve Folklor Araştırmacıları Necdet Kurt ve Hayrettin Koyuncu katıldılar.
    Tokat Şairler ve Yazarlar Derneği’nin sabah kahvaltılarının 24üncüsü yapıldı. Bu kez kahvaltının konukları arasında ilimizdeki protokol ve siyasi parti temsilcileri yer aldı.
    Bu sayımızda değerli makaleleriyle dergimizi onurlandıran arasında; Halistin Kukul, Elnur Aliyev, Abdullah Satoğlu, Prof. Dr. Tamilla Abbashanlı, Yar. Doç. Dr. Mehmet Yardımcı, M. Necati Güneş, A. Turan Erdoğan, Muhsin Demirci, Nihat Aymak, Canan And, Sündüs Arslan Akça, Mustafa Ceylan, Nuri Peköz, Talat Ülker, Bekir Yeğnidemir, Burhan Kurddan, Gürol Delice, Selvi Sur, Hasan Akar, Erdal Arslan yer aldılar.
    Şiir dünyamızdan ise; Nezihe Güler, Ali Akbaş, Ahmet Divriklioğlu, Birgül Otlu, Bedriye Sönmez, Mahir Gürbüz, İbrahim Sağır, Cahit Külebi, Celalettin Çınar, Gülderen Veliyeva, Rasim Yılmaz, Gülden Taş, Halil Kuru, İhsan İpek Cankurt, M. Ali Kalkan, Melek Temel, Mustafa Ayvalı, Yılmaz Demirci, Mustafa Sade, Şefik Tiryaki, Mustafa Ünal, Münevver Düver, Saffet Çakar, Yasin Semiz, Yüksel Koç, Hakan İlhan Kurt sizlere birer demet çiçek sundular.
    Yeni sayımızda buluşmak dileğiyle….

    Remzi ZENGİN
    Tokat Şairler ve Yazarlar Derneği Başkanı

  • Rafiq ODAY.”XOYRATLAR” (kəsik bayatılar)

    ***

    Ağdamın işğalına
    Ağdama,
    Bu yol gedir Ağdama.
    Bizi səndən edənin
    Gözlərinə ağ dama.

    ***

    Ağdama,
    Bu yol gedir Ağdama.
    Birləşib, tələ qurdu,
    “Qara Pika”, “Ağ Dama”.

    ***

    Ağdama,
    Bu yol gedir Ağdama.
    Səni kim döndərəcək
    Qara damdan ağ dama?

    ***

    Ağdama,
    Bu yol gedir Ağdama.
    Gözümdən qara yağa,
    Ürəyimə ağ dama.

    ***

    Ağdama,
    Bu yol gedir Ağdama.
    Qarada iblis yatıb,
    Gizlənibdi ağda mar.

    ***

    Ağdama,
    Bu yol gedir Ağdama.
    “Qonşu” oğraş çıxıbsa,
    Niyə etsin Ağdam ar?!
    Quba, Qəçrəş.

    23.07.2017.

  • Harika Ufuk Doğum gününüz kutlu olsun (23 Temmüz)

    h

    KADİR GECESİ

    Çok şükür ki ulaştık mübarek Ramazan’a,
    Herkes sevinçli mutlu; baba, oğul, kız, ana,
    Kur’an-ı Kerim’imiz bildirir her insana,
    Bin aydan daha kutsal yetiş Kadir Gecesi.

    Kibirden uzaklaşır bütün rütbeler, sanlar,
    Çünkü Allah katında eşittir tüm insanlar,
    İftar sofralarında toplanır dostlar, canlar,
    Bin aydan daha kutsal yetiş Kadir Gecesi.

    Gönülde din sevgisi, eller göğe açılır,
    Üstümüze Rab’bimin rahmetleri saçılır,
    Sevaplar kazanılır, günahlardan kaçılır,
    Bin aydan daha kutsal yetiş Kadir Gecesi.

    Hazreti Muhammed’dir gönlümüzün sultanı,
    İsmini söyledikçe güçlendirir imanı,
    Camiler dolar, taşar; dua süsler cihanı,
    Bin aydan daha kutsal yetiş Kadir Gecesi.

    Harika’dır Müslüman, yardım eder herkese,
    Yoksula dağıttıkça azalmaz artar kese,
    “Allah, Allah!” dedikçe gül karışır nefese,
    Bin aydan daha kutsal yetiş Kadir Gecesi.

    ADANA
    25 AĞUSTOS 2010
    SAAT: 21.15

  • Rauf İsayeni doğum günü münasibətilə təbrik edirik! (23 iyul)

    13614937_1324222104271968_2828880952328635607_n

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, oğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Rafiq Odayı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1960-cı il)

    cenabrafiqoday

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

  • Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Rəhbərliyinin Milli Mətbuat Günü münasibətilə təbriki

    99080

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı haqqı, ədaləti özünə bayraq edən, bütün məqamlarda qərəzsiz və vicdanlı mövqedə dayanan, dövlətimizin, millətimizin və xalqımızın mənafeyini hər şeydən üstün tutan, qələmin müqəddəsliyinə sadiq qalan bütün jurnalistləri, yaxından, uzaqdan mətbuatla əlaqəsi olan bütün KİV nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, ən xoş arzu və ən səmimi duyğularını yetirir.
    Qələminiz iti, sözünüz kəsərli, başınız uca, alnınız açıq, vicdanınız təmiz olsun həmişə, dəyərli həmkarlar!

    Dərin hörmətlə,

    Rafiq ODAY,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
    Respublikanın Əməkdar jurnalisti.

  • Nəcibə İlkini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1961-ci il)

    ni

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır.
    Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur.
    2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir.
    Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub.
    Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir.
    AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur.
    Ailəlidir. Iki övladı və bir nəvəsi var.

    SƏN GETDİN

    Sən getdin göynədi sinəmdə ürək,
    Yox olub əridi ömrün illəri.
    Soldu qucağımda arzularım tək,
    Dərib gətirdiyin sevda gülləri.

    Sən getdin… arxanca baxan gözlərim –
    Su səpdi yoluna aydınlıq üçün.
    Dilimdə ilişib qalan sözlərin,
    Bir haray salmadı, bilmədim neyçün?

    Sən getdin… eşqinin bahar naxışı,
    Min ilmə toxudu payız ömrümə.
    Gözümdən süzülən sevda yağışı.
    Sanki qılıncını çəkdi könlümə.

    Get gülüm, – qınama sənsiz səbrimə,
    Küləklər yan alar, sellər yan alar.
    Get barı, tez qayıt, mənim xətrimə,
    «Sənsizlik» dərd olub məndən can alar.

    EŞQİMİN QIŞ HARAYI

    Payız elə getdi, qış belə gəldi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik, bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bir yandan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən,
    Yağıb sinəmizdə qoparır tufan.

    Bölündük sevginin fəsillərinə,
    Eşqimiz, baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh… yenə səbrimin üstünə əsir,
    Sənin göndərdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa, bu yollarda kimdi ki, duran?!

  • Şəfa Vəliyevanı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1988-ci il)

    sv

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məslətəhçisini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, Gənclər mükafatçısını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    əfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 3-cü “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.

    ***

    Başımdan sevda havası
    Duman-duman çəkilir ey…
    Kədərlə sevinc davası
    Baxış-baxış sökülür ey…

    Ey… bəxti olmayan sevdam,
    Xoşuna gələn bəddimi?
    Ey… yoxluğuyla ovudan
    Hisslərimin sərhədini…

    Yox-dediyin əbədi Var!
    Var-dediyin könlü yıxar.
    Adında eşq məbədi var,
    Əlim günbəzinə qalxar…

    ***

    Qapı acıq, taybatay,
    Getmək ürək istəyir.
    Bax bu il… elə bu ay
    Ölmək ürək istəyir.

    Ölməyə söz vermirəm,
    Gedirəm… bax, gedirəm.
    Sənə vida etmirəm,
    Dərdə qonaq gedirəm.

    Gedişlər möhtəşəmdi,
    Yola salan sağ olsun.
    Dilimdə pörşələndi,
    Burax, sözüm dağ olsun.

    Könlünə xoş gəlmədim,
    Yolum uzağa düşdü.
    Mən səni tərk etmədim,
    Səndən qabağa düşdüm.

    “AĞARMIŞ GÜN”

    Səndən ayrılmaq
    səninlə yaşamaqdı, əslində,
    sonsuz kədərləri.
    Səni unutmaq
    əbədilik qazandırmaqdı, əslində,
    yaddaşımdakı xatirələrə.
    Səni sevmək
    Dünyadan bac almaqdı, əslində,
    acılmayacaq sabahlara.
    Sənsiz ölmək
    ağarmış günlərə bürünməkdi, əslində,
    kəfən əvəzinə.
    Bağışla.
    Sözündən çıxdım yenə də.
    Ağartmadım günlərimi,
    İstərsən,
    Bağışlama.
    Və bir daha heş kimi
    Yollarına baxmaqdan qarasını itirən
    göz kimi
    ağarmış günə yollama.

    ***

    Əntiqə Səməndərə

    Dostum, küsə bilərsən,
    Yenə ikinci oldun.
    Getdi bütün sevgilər,
    Mənsə seyrci oldum.

    Sənə “bağışla” demək
    Günahım sayılacaq.
    Dodağım büküləcək,
    Gözlərim qıyılacaq.

    Bu qız sənə tanışdı,
    Darıxar özü üçün.
    Gəl, bir şeir danışım,
    Elə belə, söz üçün.

    Küssək də hər axşamdan,
    Bu günlə barışmışıq.
    Bir də, soruşmasan da,
    “O”nunla ayrılmışıq.

    ***

    Yaxşı ki, soruşmadın
    Bu il də əhvalımı.
    Gözümdən oğurladın
    Köhnə, nimdaş halımı.

    Sən soruşmadın deyə
    Mən də “sənsiz” olmadım.
    “Darıxmaqdan ölməyə”
    Bir il cığır salmadım.

    Amma… birdən inciyər
    O kicik söz: – necəsən?
    Gərək elə mən deyəm?!
    Özün söylə! Necəsən?

    ***

    Üşüdünmü bu axşam?
    Keçdimmi ürəyindən?
    Mən elə darıxmışam.
    Sən bildinmi, bilmirəm…

    Ütüləyib yığdığım
    Xatirələri açdım.
    Bir vaxtlar utandığım
    Şəkillərinə baxdım.

    Adın şəkdim… bəzəndi
    Dünyam nişanlı qıztək.
    Günlər ürək üzəndi,
    Gəl, ömrün ipini çək.

    Gəl, götür əllərimdən
    Əlinin yaddaşını…
    Pozmağa da cəhd elə
    “Dəli”nin yaddaşını.

    Üz bütün ümidləri,
    De ki, heş olmamışam.
    Yandırdım şəkilləri,
    Üşüdünmü bu axşam?

  • Şəfa Eyvazı doğum günü münasibətilə təbrik edirik! (21 iyul 1987-ci il)

    1423756700_sefa-xanim

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gundelik.info və Edebiyyat-az.com saytlarının Məsul katibini
    doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!İnşAllah!

    Mətbuat xidməti

    Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci il iyulun 21-də Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.
    Bədii yaradıcılığa hələ uşaq yaşlarında başlamış, heca vəznində bir çox şeirlər yazmışdır. Universitetdə təhsil aldığı müddətdə “Humay” poeziya dərnəyinin fəalarından olmuş, bir sıras mətbu orqanlarda şeirləri çap olunmuşdur. 2006-cı ildə “Keçə bilsəm bu sınağı” adlı ilk şeir kitabı çapdan çıxmışdır. Yaradıcılığının ilk illərində heca vəznində şeirlər yazmağa üstünlük versə də, sonralar sərbəst vəzndə daha çox yazıb yaratmışdır.

    Ehtiyac

    Mənim yuxularım qarışır, Ana!
    Qarışır, içindən çıxa bilmirəm.
    Darıxır ürəyim içimdə, Ana!
    Darıxır, özümü yıxa bilmirəm.

    Sənin əllərinin kəraməti var,
    Gəl, topla dağınıq ruhumu yenə.
    Qan verən yaramı ürəyinə sar,
    Bir tək ürəyini sıxa bilmirəm.

    Zaman tərs yellənir, ömür viranə,
    Dağıdıb küləklər könül evini.
    Ya ruhum sovrulub bir küncə yenə,
    Ya da ki çıxmışam yoxa, bilmirəm.

    Bu suçlu taledə müttəhim özüm,
    Hakim də özüməm, qınama, Ana!
    Elə dəyərsizə ağlayır gözüm,
    Sonradan üzünə baxa bilmirəm.

    02.06.2015

    Məhəbbət

    Nə qədər qaçsan da küncə bucağa,
    Gəlib düz içindən keçər məhəbbət.
    Doldurar badəyə şərbət əvəzi,
    Axan göz yaşını içər məhəbbət.

    İcazə istəməz, çalar qəlbini,
    Göz yaşı gətirər, verməz səadət.
    İçində cücərən yaşıl ümidi,
    Qazıyar kökündən, biçər məhəbbət.

    Qapayar, gözlərin doğrunu görməz,
    Dilində bal dadar acı həqiqət.
    Getmək istədimi əliboş getməz,
    Ruhunla dünyadan köçər məhəbbət.

    Dəlib ürəyini keçsə də gözəl,
    Axan göz yaşını içsə də gözəl.
    Ruhunla dünyadan köçsə də gözəl…
    Nəğmədi, haraydı, haydı məhəbbət
    Tanrıdan insana paydı məhəbbət…

    16.04.2013

  • Əsmər Qasımlını doğum günü münasibətilə təbrik edirik! (21 iyul 1991-ci il)

    1423889445_esmer

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Əsmər QASIMLI (Qasımova Əsmər Eldar qızı) 21 iyul 1991-ci ildə Ağdam rayonunun Mirəşəlli kəndində anadan olub.1997-2008-ci illərdə orta məktəbdə təhsil alıb.2008-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanından keçərək Ağdam rayonu Ə.Vəliyev adına II Baharli ümumi orta məktəbə müəllim kimi təyin olunub. Eyni zamanda A.Kərimov adına Bənövşələr tam orta məktəbində də ixtisasim üzrə müəllim kimi fəaliyyət göstərir.
    6 mart 2015-il tarixdə Gündəlik İnformasiya Agentliyinin Yönətim Kuruluna Fəxri üzv qəbul olunub.

    Qara gözlərində yasa büründüm

    Qorxdum, gətirələr gözə bu eşqi,
    İstədim əlinlə bəzə bu eşqi,
    Qismət arzuladım bizə bu eşqi,
    Sən gedən yollarda özüm süründüm.

    Adını yazmışdım hər diləyimə,
    Sanırdım çatarsan sən köməyimə,
    Dar gəldi bu sevinc gen ürəyimə,
    Sevgimlə qəlbinə böyük göründüm.

    Hər gülə, çiçəyə axmadım,gülüm
    Qəlbini odlara yaxmadım,gülüm,
    Ağına, bozuna baxmadım, gülüm,
    Qara gözlərində yasa büründüm.

    Qarabağım

    Mizrab toxunanda sədəfli saza
    Deyərdik hüsnündən şan Qarabağım.
    İyirmi ildir ki, düşmən əlində,
    İşğalda verirsən can, Qarabağım.

    Sınıbdır vüqarı sənsiz bu xalqın,
    Başımız dumanlı, fikirlər dalğın,
    Gəlməyir qulağa toy-büsat çalğın,
    Ağlayır ürəyin qan, Qarabağım.

    Taleyin hökmüdür bu həsrət, bu dərd
    Mərdin şəhid oldu, yetmədi namərd
    Tapmayır qeyrətsiz özündə qeyrət
    Olmağa qoynunda xan, Qarabağım.

    Sən orda əsirsən, biz burda yesir
    Sənə gələn yolu yağılar kəsir.
    Çağırış səsinə kimlər tələsir?
    Almırıq fələkdən kam, Qarabağım.

    Dirənib səbrimiz nəhayət daşa,
    Bayrağı sancarıq sinəndə qoşa.
    Ulu yurd! Can vətən! Əbədi yaşa!
    O zaman olarıq tam, Qarabağım!!!

  • “Zülüm və Yoxsulluq Mehdiyyət Dövründə Sona Çatacaqdır”

    Dünya miqyasında kasıblığı inkişaf etdirən xüsusi bir təşkilat var. Böyük dövlətlərin irəli gələnləri, məşhur kapitalistlərin, bir çox mərkəz bankın dəstəyi ilə bu əldə edilir. İqtisadi böhran, kasıblıq xüsusi qrumlar tərəfindən həyata keçirilir. Mehdiyyət dövründə isə bu qrupların və qrumların fəaliyyəti durdurulacaqdır.

    Bu qrumlar başda İngiltərə dərin dövləti olmaqla dünyada ölkələri özlərindən asılı vəziyyətə salaraq, kreditlə siyasəti yönləndirirlər. Zəif dövlətləri faiz dərəcəsi yüksək olan borc bataqlığına tələyərək özlərindən asılı vəziyyətə salırlar. İnkişafları yüksək olan ölkələri təsir altına sala bilmədikdə, müxtəlif siyasi oyunlarla daxildən parçalayaraq bütün sərvətlərinə əl qoyurlar. İç savaş çıxardırlar və ya özlərinin təşkilatlığı ilə yaranan terrorçu qruplarını bəhanə edib girdikləri ölkələrdən oğurladıqları qızılları isə İngiltərə mərkəzi bankında saxlayırlar. Bu pulların bir qismi yenidən silahlara, savaşlara, terrorçulara, radikal qruplara istifadə edilir, ajanlarına, şəxsi məqsədlər üçün planlarına yönləndirilir, digər qismi isə sadəcə banklarda dondurulur.

    Digər bir problem İsrafçılıq

    Dünyada milyardlarla ərzaq zibilliyə atılır, insanlar isə buna dur deyə bilmirlər, hətta bu barədə çox az fikirləşirlər. Və hətta özləri artıq israfçılığı gündəlik həyatlarının bir hissəsi kimi yaşayırlar. Bu isə yenə öz növbəsində insanların dini dəyərlərdən uzaq düşməsi ilə baş verir. Dini-insani-vicdani dəyərlərin unudulması şeytanın insanlara təsir etmə gücünün artması ilə mümkün olur. Rəbbimiz Quranda israfçılıq şeytanın qardaşlarındandır deyə bildirir. Bu nə məna kəsb edir? Yəni israfçılıq əxlaqı ilə insanlar özlərinə ən yaxın şeytanı görürlər, onun istədiyi tərzdə yəni israf edərək onun istəyini doyuzdururlar. Bir-birilərinə isə yaxınlıqları, sevgiləri bu səbəbdən azalır və dünyada yardımlaşmayan insanların sayı çox sürətlə artır. Hər kəsə yetəcək və artacaq nemətlər şeytan tərəfindən, beləcə insanların öz əlləri ilə məhv edilir. Nəticədə bütün insanlığa və dünyaya vurulan maddi və mənəvi ziyan artır.

    Xəsis olmaq, Hərislik etmək

    Xəsislik haramdır. Allahın əmanət verdiyini yığmaq, xeyir işlərə sərf etməmək Qurana uyğun deyil.(Adnan Oktar)

    Rəbbimiz Quran-i Kərimdə ümumiyyətlə pulu yığıb saxlamağı qadağan etmişdir. Çünki bu zaman iqtisadiyyat lazım olduğu səviyyəyə çatmır, bəzi bədniyyətli qruplar üçün fürsət yaranmış olur ki, bunların nəticəsində bütün yer üzündə aclıqdan əziyyət çəkən insanların vəziyyəti göz qabağındadır. Yəni insanlar Allahın buyruqlarından uzaqlaşdıqca şeytani sistemlərdən asılı vəziyyətə düşür və səfalət artmış olur. İnsanlarda vicdan, mərhəmət, qayğı, fərdakarlıq hissləri zəifləyir, üstəlik insanları daha da mənəvi yöndən zəiflədən xüsusi təbliğat sayəsində dünyanın qəddar yer olduğuna inanırlar. Güclünün zəifi əzdiyi dünyada əzən və əzilən əslində insanların özləri olur. İnsanları dünyadakı nemətlərin hər kəsə çatacaq şəkildə olmadığına inandırırlar. Halbuki buna inandırmağa çalışan qüvvələrin özləri insanların sərvətlərini, dünyanın təbii ehtiyatlarını sözün əsl mənasında talan edirlər. Məsələn dünyada su ehtiyatları kifayət qədər deyil deyənlərin özləri çox yaxşı bilir ki, sadə golf sahələrinin otlarına sərf olunan su ehtiyatı bütün Afrikanın içəcəyi su qədərdir. Futbolda transfer olunmuş oyunçulara milyonlarla pul verilməsi normal, acından ölən insanlara yardım etmək üçün isə ayrılan vaxt və verilən pullar anormal göstərilir deyil, bilərkdən heç bəhsi də açılmır, əksinə saatlarla boş-boş futbol taktikalarından söhbət edilir. Sosial medyanı, televiziya aləmini bilərəkdən insanlara mənfi təsir edəcək, onları pasivləşdirəcək şəkildə qururlar.

    Dünyada bu dələduz sistemə tezliklə Mehdi son qoyacaq inşaAllah. İnsanların ruzilərini lazımsız yerlərdə dövr etdirən, insanları materyalistləşdirən, kapitalistləşdirən, insanlığın sonunu gətirəcək əxlaqı yayan bu alçaqlıqlar qısa zamanda duracaq.

    Pis vərdişlər, Aludəçilik

    Əxlaqi dəyərlər zəiflədikcə yerlərini pis vərdişlər tutur. Hətta insanlar onlara fizikən və maddi olaraq da ziyanlı olan içki və siqaretlərin aludəsi olurlar. Qeyd edək ki, tütün və içki ticarəti dünyada 18-ci əsrdən başlayaraq İngiltərə dərin dövləti tərəfindən inkişaf etdirilmişdir. Əsarətləri altına saldıqları ölkələrdə tütünçülüklə həm torpaqlar zəbt edilmiş, həm də əhalisi işləməyə məcbur buraxılmış, üstəlik sağlamlıqları da korladılmışdır.

    Bildiyimiz kimi, tütün və spirtli içkilər beyinə çox mənfi təsir edir. Tütünlə, içkilərlə insanların beyinləri keyləşdirilir. Bunlar bir növ onların siyasətlərinin bir hissəsidir. İngiltərə tarix boyu millətlər üzərində hakimiyyət qurmasını həm də tütün və içki bazarını inkişaf etməklə də əldə etmişdir.

    • İnsanları öz bədənlərinin əsirinə çeviriblər.
    • Düşünmə bacarıqlarını, duyğularını zəiflədiblər.
    • Və kifayət qədər böyük pullar insanlığa heç bir xeyiri olmayan sahədə əsr edilmiş, insanlar canları bahasına bir daha məğlub vəziyyətə düşüblər.

    Hal-hazırda dünyada dəccalın sistemi işləyir və insanlar buna örgəşiblər. Bir məsəl var alışılmışlıq, qudurmuşluqdan pisdir. Alışılmışlıq qlobal mənəvi böhran deməkdir. Çünki bu zaman baş verən ən vicdansız və ağıla-sığmaz hadisələr insanlar tərəfindən normal hal kimi davam etməyə məhkum buraxılır. Bir sözlə insan dəyişmədən dünya dəyişməz. İnsanları oyadacaq, mənəvi dünyalarını dirildəcək olan isə elmin şahı Hz.Mehdidir. Mehdiyyətin gücü ilə ifşa olunan bütün bu qrumların fəaliyyəti fitnəsi zəifləmiş olacaq. Necə ki, onlar dünyadakı ruzini, yaxşılığı tərsinə çevirib insanlığın zərərinə istifadə edirdilərsə, onların sistemi Hz. Mehdi tərəfindən tərsinə əvvəlki halına qaytarılıb insanlığın xeyrinə çalışacaq.

    Peyğəmbərimiz (s.ə.v)-in bir hədisində bu belə izah edilmişdir, Mehdi dövründə o qədər bolluq olacaq ki, insanlara paylanılan var dövlətin çoxluğundan insanlar mənim daha heç nəyə ehtiyacım yoxdur deyəcək. Hər kəs varlı və yaxşı yaşayacaq.
    Bəs bu necə olacaq? Bir çox insan bunu qeyri-mümkün hal kimi qəbul edir, demək asandır deyirlər.

    Demək deyil, əməl etmək çətin deyil. Milyardlarla ərzaq israf olunmadıqda düşünün kasıblıq olarmı, milyardlarla pul silahlara, savaşlara sərf edilmədikdə, nə miqrant problemi olar, nə şəhərlər alt-üst olar, nə də aclıq-səfalət, imkansızlıq.

    Quranın əmrinə uyğun olaraq, ehtiyacdan artıq qalan- ehtiyyacı olanlar üçün sərf edilməlidir əmrinə tabe olan insanlar olsa milyonlar yığılıb saxlanılmaz, kasıb bir insan tək başına buraxılmaz dərhal hər cür yardım əli uzadılar. Hər yerin inkişaf etməsi üçün səy göstərilər, dünyanın hər yeri bağlıq-baxçalıq və cənnət kimi olar.

    Dəccalın məqsədi dünyayı cəhənnəmə çevirməkdir. Hz.Mehdi isə əksinə dünyanı Cənnət kimi edəcəkdir. O günlər gələcək inşaAllah. Amma 2023-ci ilə qədər bir çox böyük hadisələr baş verəcək, bütün dünya artıq dəccalı tanıyıb, ona dur deyəcək.

    CİDDİ MƏSƏLƏLƏR QEYRİ-CİDDİ HALA SALINIRSA, VAXTIN GƏLMƏSİ BƏS EDİR Kİ, DÜZLƏ SƏHVİN HARADA OLMASI HƏR KƏS TƏRƏFİNDƏN QƏBUL EDİLSİN.

    “Hər xəbərin reallaşacağı bir zaman vardır. Yaxında siz də həqiqəti biləcəksiniz.” (Ənam surəsi, 67)