Blog

  • Rafiq ODAY.Rübailər

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Son ümid də budağından üzüldü,
    Həsrət yaşı gözlərimdən süzüldü.
    Çıxıb getdi, arxasına baxmadan,
    Elə bil ki, heç yoxmuşam yüz ildi

    Gözlərinin həsrət adlı yaşı mən,
    Bu sevgidə sən çoxbilmiş, naşı mən.
    Ərzurumun gədiyinə varmadan,-
    Necə töküm ətəyimdən daşı mən?!

    Bu sinəmin dağ əridən ahı yüz,
    Son pənahım, gəl sinəmdən ahı üz.
    Məni edib qara sevda əsiri,
    Gör haçandı o maralgöz, ahu üz

    Bu sinəmin çalın-çarpaz dağı min,
    Dərəsi min, təpəsi min, dağı min.
    Hər an mərdə arxa durun, insanlar,
    Mərd tənhadı, fürsət gəzən yağı min

    Dünya gidi, ömür fani, yol kəsə,
    Arxa zülmət, ön müəmma, sol kəsə.
    Çənlibel var, Koroğlu var, Qırat var,
    Gədə-güdə kimdi gəlib yol kəsə?!

    Bir əl hökmrandı yüz əlin üstə,
    Kimsə cəza almaz düz əlin üstə.
    Ağaclar payızda bulud gözüylə
    Diz çöküb ağlayar xəzəlin üstə

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun Ön Asiyada Türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi, sufi şair Yunus Əmrənin əziz ruhuna sevgi və sayqıyla, hörmət və ehtiramla ithaf etdiyi “Dünyanın güzel şeri Yunus Emreden gelip” şeiri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kardelen” dərgisinin 88 sayında Türkiyə türkcəsində çap olunub.Layihənin rəhnəri və müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, respublikanın Əməkdar jurnalisti, şair-publisist, cənab Rafiq Odaydır.
    Şeiri Türkiyə türkcəsin çevirən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tərcüməçi-jurnalist Kamran Murquzovdur.
    Qeyd edək ki, bundan öncə şair-jurnalist Kənan Aydınoğlunun “Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib” şeiri Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 29 sayısnda dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • Yazıçı-jurnalist Eyruz Məmmədovun “Zöhra və Kənan” romanı ətrafında polemik söhbət

    Eyruz Memmedov ve kitab

    -Eyruz müəllim, sizin “Azəri” nəşriyyatı tərəfindən “Zöhra və Kənan” adlı romanınız çapdan çıxmışdır. Əsər İraqda gedən müharibədən bəhs edir. Bu mövzuya toxunmağınız nədən irəli gəlib?

    -Mən bütün müharibələrin əlehinəyəm və onları lənətləyirəm. Atam ikinci dünya müharibəsinin iştirakçısı olub. Onun xatirələrindən, bədii, sənədli filmlərdən, kitablardan müharibənin bəşəriyyətə vurduğu ziyanın heç bir mənəvi və hüquqi çərçivəyə sığmadığını hamı kimi, mən də anlamışam, dərk etmişəm.
    2004-cü ildə Amerika-ingilis qoşunları İraqa daxil oldular və dünyaya bəyan etdilər ki, bu ölkədə olan nüvə silahını ləğv etmək niyyətindədirlər. Əfsuslar olsun ki, bu, ağ yalan idi. Qərb dövlətlərini nüvə silahı yox, İraqın nefti maraqlandırırdı, buna da nail oldular. Əgər İraqda həqiqətən nüvə silahının olması Amerika administrasiyasını narahat edirdisə, onda Koreyada olan atom bombasının olması və hətta onu sınaqdan keçirməsi görəsən qərbi niyə narahat etmədi?

    -Çünki Koreyada neft yoxdur.

    -Doğru buyurursunuz. Amerikanın sabiq prezidenti Corc Buş öz yerini Barak Obamaya təhvil verəndən sonra mətbuat konfranslarının birində dedi ki, mənim prezidentlik dövrümdə səhvlərimdən biri İraqa qoşun yeritməyim olub. Onun etirafını qeyri-səmimi qəbul etdim.

    -Əsərinizdə yəqin ki, Amerikanın İraqa qarşı yeritdiyi siyasət əks olunub, eləmi?

    -Elədir. Məni bu mövzuya gətirən internet şəbəkəsində bir xronoloji kadr oldu. Amerika əsgərlərinin İraqda yerli əhaliyə qarşı amansız rəftarı. Adam bu səhnələri görəndə dəhşətə gəlir. İstər-istəməz yeni bir əsər yazmaq qərarına gəldim. Müharibənin dəhşətlərini, ağır və amansız döyüşlərini, dini və mədəni abidələrin qəddarcasına dağıdılmasını, ana və bacıların göz yaşlarına laqeyd münasibət bəsləmələrini, yerli əhalinin düşmənə qarşı necə şücaətlə müqavimət göstərməsini qələmə almağa çalışdım.

    -Bunula belə, romanda məhəbbət motivləri güclüdür.

    -Doğru buyurursunuz. Mənim ümumiyyətlə bütün poemalarım məhəbbət mövzusundadır. “Zöhra və Kənan” da istisna deyil. Burada iki gəncin saf və təmiz sevgisindən danışılır. Lakin qanlı müharibə buna mane olur. Romanda müharibənin fonunda insan taleyinin necə dəyişdiyini, dağıldığını, əziz insanlara qarşı xəyanətin, iki aşiqin faciəli həyatından geniş söhbət açılır.

    -Müharibə şər qüvvədir, məhəbbət isə bəşəri mövzudur. Minilliklərdir ki, xeyirlə-şər arasında mübarizə gedir. Kim qalib gələcək?

    -Bu sualın konkret cavabı yoxdur. Dünya durduqca müharibələr səngimiyəcək. İnsan şüurlu olsa da, onun beyin qatlarında elə impulsiv neytronlar var ki, insanın bütün həyatını, xarakterini, hərəkətlərini özünə tabe elətdirir. Onların həyat mənbəyi qandır, insan ölümüdür, göz yaşlarıdır. Var dövlət, hegemonluq hərisliyidir. Onlar bununla zövq alırlar. Afrikada Pol Pote rejimini yadınıza salın. Bu adam insanları diri-diri timsahlara yem verirdi və bundan həzz alırdı. Alman faşizmini xatırlayın. İnsanları “Osvensim”, “Buhenvald” düşərgələrində diri-diri sobalarda yandırırdılar. Bunu edənlər iblis donuna girmiş şər qüvvələri deyildimi? Çox vaxt insan zəkası aqressivliyə meyl edir. Müxtəlif bioloji, kimyəvi silahlar icad edir. Bu silahlar da insan tələfatına gətirib çıxarır.Məgər insan zəkası xərçəngin,şəkərin,qiçsin, hepatitin və sair xəstəliklərin qarşısını ala bilməz?

    -Demək istəyirsiniz ki, insan zəkası ancaq aqressivliyə xidmət edir?

    -Elə deməzdim. İnsan proqressivliyə can atır. Yeni texnologiyalar icad edir. İnternet buna sübutdur. Bununla belə, əgər biz deyiriksə xeyirlə-şər daima mübarizədədir, demək, aqressiv və proqressiv qüvvələr arasında da mübarizə gedir. Mən ikincilərin tərəfini müdafiə edirəm, birincilər insanları fəlakətə, müharibəyə sürükləyir. İraqda aparılan müharibə buna misal idi. Məgər iraqlılar dinc, əmin-amanlıq şəraitində yaşamaq istəmirdilər? Oğluna toy etmək istəyən atanın evinə tabud gəlir. Buna nə ad vermək olar? Aqressiv qüvvənin istəyi və qəddarlığı. Mən müharibəyə nifrət edirəm.

    -Siz İraqda gedən müharibədən roman yazmısınız. Axı, Azərbaycan da müharibə şəraitində yaşayır. Torpaqlarımızın 20 faizi düşmən tərəfindən işğal olunub. Qarabağla bağlı yeni əsər üzərində işləmək fikriniz varmı?

    -Bu məsələ məni çox düşündürür. Mən 28 ildir ki, 1988-ci ilin fevral ayının 28-29-da Sumqayıtda baş verən hadisələrin tədqiqatçısıyam. 10-yaxın kitabım nəşr olunub. Üç sənədli filmin ssenari müəllifiyəm. Bu filmi çəkmək üçün 4 il Moskvada, Sank-Peterburqda, Smolenskdə, Xarkovda, Stavropolda, Budyonovskda olmuşam. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi bürosunun üzvlərindən təxminən 70 faizi ilə görüşlərim olub. Mən hələ tanınmış demokratları, politoloqlarI, jurnalistləri demirəm. Bilirsiniz biz Qarabağ müharibəsinin üst tərəflərini görürük. Alt qatlarda nələr baş verdiyindən bixəbərik. Məndə bəzi məlumatlar var ki, bu qatların açılmasına xidmət edə bilər. Lakin bununla kifayətlənmək istəmirəm. Araşdırmalarımı davam etdirirəm. Gələcəkdə yazacağım pomanımın həqiqiliyinə oxucular tərəfindən inanmasını istəyirəm.

    -Qayıdaq “Zöhra və Kənan” romanına. Müharibə və məhəbbət. Romantik məhəbbət məcarasından da yaza bilərdiniz. Topsuz-tüfəngsiz. Qansız-qadasız.

    -Mən qeyd elədim ki, müharibələri lənətləyirəm. Müharibə baş verirsə, bu o demək deyil ki, insanların ülvi hissləri ölür, daşlaşır, əksinə, sevgi öz gücünü, saflığını, əbədiliyini sübut edir. Hətta məhəbbətin sonluğu faciə ilə bitsə belə. Həyatda ümidsizliyə qapılmaq gərək deyil, əksinə, ümidli olub öz məhəbbətini axtarıb tapmalı, qorumalı, yaşatmalısan. Əfsuslar olsun ki, bu çox vaxt insanın özündən asılı olmur. İctimai mühit, dövlətlərarası intriqalar, müharibə insan taleyini çox dəyişir. Belə bir mühitdə məhəbbəti qorumaq olduqca çətindir.

    -Zöhra obrazı haqqında danışsanız pis olmazdı.

    -Məmnuniyyətlə. Bu cavan qız olduqca saf, istiqanlı və kövrək bir qızdır. Bununla belə, qəlbində illərlə yığılıb qalmış, ata-anasının ölümünə səbəb olmuş bir qrup insanlara qarşı bir nifrət, mən deyərdim, qisasşılıq alovu ilişib qalmışdı. Qarşısına Kənan çıxmasaydı, bu alov onun özünü məhv edəcəkdi. Zöhra nə qədər mülayim və mehriban olsa da, bir o qədər cürətli və qorxmazdır. Gözəl arzularla yaşayır. Şirin xəyallara qapılır. Lakin həyatın amansız qanunları da var. Hadisələr iki gəncin qarşılıqlı məhəbbəti ilə başlasa da, sonluqda gənc qızın faciəsi ilə bitir.

    -Sizin əsərinizdə, əgər belə demək mümkündürsə, “qəhrəman”lardan biri də Əl-Fəlluca şəhəridir. Bu şəhər yazdığınız kimi yerlə-yeksan edilmişdir.

    -Sizin sualınıza əsərin obrazlardan biri olan norveç jurnalistinin sözü ilə cavab vermək istəyirəm. “Bu şəhər mənə Stalinqradı xatırladır. Universitet illərində həmin döyüş səhnələrinin xronikasını görmüşdüm. Sonra internet vasitəsilə dəfələrlə baxdım. Əl-Fəlluca Stalinqrad olmasa da, hər halda həmin şəhəri xatırladır”. Amerika-ingilis qoşunları İraqa daxil olanda Əl-Fəlluca şəhərində böyük bir müqavimətə rast gələcəklərinə inanmırdılar. Şəhərə üç dəfə hücum təşkil edildi, hər üçündə də iraqlılar düşmənləri şəhərə girməyə qoymadılar. Bu, iraqlıların fədakarlığından, mübariz olduqları haqqında çox çey deyir.

    -Mütalə edirsinizmi?

    -Bəli. Bir neçə ay ərzində Sevindik Mehmanın “İşğal” epopeyasını, türk yazıçısı Əlif Şəfəqın “Eşq” romanını və “Van Qoqun qardaşı Teoya yazdığı məktublar”oxumuşam.

    -Razı qaldınızmı?

    -Bəli. Bilirsiniz hər bir kitab istər maraqlı, istərsə də zəif olsun, fərqi yoxdur, əgər həmin əsərdə xırda bir detal insanı düşündürə bilirsə, demək həmin kitabı qiymətləndirmək olar. Hamıya balta çalmaqla uğur qazanmaq mümkün deyil. Oxucunun zövqü və seçimi var. Onun daxili aləminə, hisslərinə və duyğularına hansı əsər cavab verirsə, bizdən soruşmadan kitab mağazasından istədiyi kitabı alacaq.

    -Son vaxtlar bədii ədəbiyyatda vulqar sözlərə, hətta ədəbziz ifadələrə rast gəlirik. Sizin münasibətinizi bilmək istərdik.

    -Yaralı yerimə toxundunuz. Dünya klassik ədəbiyyatını kifayət qədər oxumuşam, onlardan bəhrələnmişəm. Onların yaradıcılığında sözə qiymət, hörmət, etika görmüşəm. Nədir, məgər onların əsərlərində küçə söyüşlərinə və yaxud ifrat dərəcədə insanın hisslərinə toxunan və qıcıqlandıran söz və ifadələrə rast gələ bilərsiniz? Yox! Təəssüflər olsun ki, Avropa ölkələrinin müasir yazıçılarının bir çoxunda bu əxlaqsızlıq deyimlər çox işlənir. Həmin kitablar azərbaycan dilinə tərcümə olunur. Bu xoşagəlməz hal bizim ədəbiyyata da keçib. Bəzi yazıçılarımızın əsərlərində bunu görmək mümkündür. Ədəbiyyatımız əxlaqi keyfiyyətlərimizin qorunmasına xidmət etməlidir. Fikir verin, bir tərəfdən deyirik ki, Avropa standartlarına uyğun yaşamalıyıq, digər tərəfdən deyirik ki, Avropa standartları bizə lazım deyil, çünki əxlaqımızı pozur. Əgər bu belədirsə, niyə yaxşını qoyub pisi təbliğ edirik? Pasqalın gözəl bir kəlamı var: “Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır. Onunla tez-tez məsləhətləşmək lazımdır”. Mənə elə gəlir ki, ədəbiyyatımıza əxlaqsızlığı gətirənlər hərdən öz vicdanları ilə üz-üzə dayanıb ondan məsləhət almalıdırlar.

    -Dediyiniz kimi ədəbiyyata əxlaqsızlıq gətirilisə, belə çıxır ki, sözün qiyməti aşağı düşür?

    -Söz heç bir vaxt qiymətdən düşə bilməz. Onu hörmətdən salanlar var. Söz hikmətdir, kamillikdir, zirvədir. Qətran Təbrizinin gözəl bir kəlamı var: “Söz ruhun ölçüsü, ağıl sözün tərəzisidir”. Ədəbiyyatımıza “vulqarizm” cərəyanını gətirmək istəyənlər görünür mizan tərəzini itiriblər.

    -Bir gün Leninə xəbər verirlər ki, Vatikanın kitabxanası yanır. Lenin belə cavab verir: “Əgər siz Viktor Hüqonun “Səfillər” romanını xilas etmiş olsanız, deməli, bütün kitabxananı xilas etmiş olursunuz. Siz hansı kitabı xilas edərdiniz?

    -“Qurani Kərimi”.

    -Gənclərimiz dinə çox meyl edirlər.Buna necə baxırsınız?

    -Bunu alqışlamaq lazımdır. İslam dini elm və məktəb, tərbiyə və əxlaqdır. İnsan öz həyatını bu prinsiplər əsasında qurmalıdır. Təəssüflər olsun ki, bunu hamı dərk etmir. Bəzi adamlar bildilər, bilmədilər “Qurani Kərim”də olmayan sözləri və yaxud ufadələri bu müqəddəs kitabdan sitat gətirdiklərini söyləyirlər. Onların səmimiliyinə inanmıram. Belə yanaşma düzgün deyil. Bu, “Qurani Kərim”ə, İslam dininə hörmətsizlikdir.

    -Bu gün İslam dövlətləri alov içindədir.

    -Doğrudur. İslam dini dünyada inkişaf etməkdədir. Bu da bir çox qərb dövlətlərini narahat edir. Müəyyən qüvvələr var ki, ən yüksək dairələrdə İslamın dünyada nüfuzunu azaltmaq üçün təxribatlar yaradır, çirkin təbliğatla məşğul olurlar. Vaxt gələcək İslamı qəbul etməyənlər günah işlətdiklərini başa düşəcək və İslamı qəbul etməyə məcbur olacaqlar. Buna tam əminəm. Fikir verin: Fransada gənclərin əksəriyyəti kəbin kəsdirərkən müsəlmançılığı qəbul edirlər. Bu da Fransa hökumətini ciddi narahat edir.

    -“Zöhra və Kənan” romanında da dinlərin qarşılaşması motivlərinə rast gəlmək olur.

    -Elədir. Əsərdə xristian qızı Cenni azərbaycanlı Kənana rast gəlir və ona vurulur. Burada qəribə bir şey yoxdur. Bundan əlavə romanda dinlər qarşı-qarşıya qoyulmur, əksinə, hər bir dinə hörmətlə yanaşılır. Bunu əsərin qəhrəmanlarının dilindən də eşitmək olar. Hətta onlardan biri deyir ki, mənim dinim dostluqdur, qardaşlıqdır.

    -Hal-hazırda nə üzərində işləyirsiniz?

    -Romanımın birini nəşriyyata təhvil vermişəm. Yeni əsər üzərində işləyirəm, qurtarmaq üzrəyəm.

    -Yəqin ana xəttini məhəbbət təşkil edir, eləmi?

    -Düz tapmısınız.

    -Oxucu məktubu alırsınızmı?

    -Bəli.

    -Nə yazırlar?

    -Çoxlarını əsərlərin qəhrəmanlarının taleyi maraqlandırır. Türkiyədən Almaz Səmatürk məktubunda“R.S.” romanımın ikinci hissəsinin yazılmasını xahiş edir.

    -Yerinə yetirəcəksiniz?

    -Mən həmin xanıma cavab yazmışam. Romanlarda yaratdığım qəhrəmanların sonrakı taleyini çox vaxt oxucuların ixtiyarına buraxıram. Bununla mən oxucuları düşünməyə, qəhrəmanların həyatına düzgün yanaşmalarını istəyirəm. “Nə üçün? Necə? Niyə?” suallarına özlərinin cavab tapmasını istərdim.

    -Yazanda köməyinizə nə gəlir?

    -Hər bir yazarın müxtəlif yanaşmaları var. Gülməli olsa da, klassiklərdən birinin həyatından misal çəkmək istərdim. Məşhur fransız yazıçısı Dodo əsərlərinin çoxusunu həyat yoldaşı ilə mübahisə edəndən sonra yazırmış. Balzak isə Motsart və Betxovenin əsərlərinə qulaq asandan sonra ilhama gəlirmiş. Hemunquey ovdan qayıdandan sonra əlinə qələm alırmış. Bəzi yazıçılar təbiətlə təmasda olandan sonra masa arxasına keçir, bəziləri qəhvə və yaxud çay içir. Çoxlu misallar çəkmək olar.

    -Spirtli içkiləri unutdunuz.

    -Bəli, belələri az deyil.

    -Bəs sizi ruhlandıran nədir?

    -Sualınızı Hötenin bir fikri ilə cavablandırmaq istəyirəm. Dahi yazırdı: “Mən musiqiyə qulaq asdıqdan sonra daha yaxşı işləyə bilirəm”.

    -Sirr deyilsə, daha çox hansı musiqiyə üstünlük verirsiniz?

    -Burada elə bir sirr yoxdur. Azərbaycanın lirik musiqisi ruhumu təzələyir, beynimdə olan yad fikirləri uzaqlaşdırır, yorğunluğu canımdan çıxarır. Məhz bundan sonra cümlələr biri-birinə cilalanır.

    -Bir məsələdə fikrinizi bilmək istərdik. Ədəbi mühiti izləyirsinizsə, yazarlar arasında ikitirəliyin yarandığını hiss edərsiniz. Qısqanclıq, paxıllıq baş alıb gedir. Bu haqda nə deyərdiniz?

    -Mən bütün sahələrdə sağlam qısqanclığın tərəfdarıyam. Bilirsiniz xalqın gözü tərəzidir, yaxşını pisdən seçməyi bacarır. Çox vaxt yaxşılar abır-həya edib kənara çəkilirlər, hörmətdən düşmək istəmirlər. Əks tərəf isə ancaq özünü düşünür, yeri gələndə utanmadan, çəkinmədən başqalarını ədalətsiz şəkildə təhqir edir, alçatmağa çalıçır. Burada müdriklərimizin sözü vacibdir. Tarixdə belə bir hadisə olub. Turgenev Tolstoyu duelə çağıranda bunu Hekrasova xəbər verirlər. Bilirsiniz ki, Nekrasov “Sovremennik” jurnalının redaktori idi və ədəbi mühütin ağsaqqalı sayılırdı. O, bu xəbəri eşidən kimi ətrafında olan bir neçə yazıçını götürüb Turgenevlə Tolstoyu barışdırmağa gedirlər. Nekrasov orada belə bir söz işlədib: “Sizin hər biriniz Rusiyanın nəhəng yazıçılarısınız. Dueldə biriniz ölsəniz, Rusiya xalqı öz böyük yazıçılarından birini itirə bilər”. Bu sözdən sonra iki böyük yazıçı öz səhvlərini başa düşüb, barışırlar. Şükürlər olsun ki, bizdə duel yoxdur, amma paxıllıq, acı dil var. Mənə elə gəlir ki, hər bir kəs öş işinə cavabdeh olmalıdır. Başqasının işinə qarışmaq düzgün deyil. Şərəf və ləyaqəti alçaltmaq isə Allah qarşısında günahdır.

    -Gənclərə nə oxumağı məsləhət görərdiniz?

    -Dünya klassik ədəbiyyatını. Əgər hər hansı bir gənc intelektual sahibi olmaq istəyirsə, öz mənəvi dünyasını zənginləşdirmək fikrindədirsə mütləq çoxlu mütaliə etməlidir. M.Qorki deyib: “Həmişə öyrənməli, hər şeyi bilmək lazımdır. Nə qədər çox bilsən, bir o qədər güclü olarsan”.

    -Həyatınızda hansı prinsipləri əsas tutursunuz?

    -Yaxşıya yaxşı demək lazımdır, pisə pis. Bundan əlavə aşağıdakı şüar həyatımın əsas prinsipini təşkil edir. “Çox oxu, çox gəz, çox eşit, düzgün qərar qəbul et!”

    -Sevdiyiniz yazıçı və şair kimdir?

    -Dostayevski və Şəhriyar.

    Müsahibəni apardı:

    Arif Ərşad,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü

  • Müsahibimiz SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunun direktoru Oqtay Niftəliyevdir

    “Azərikimya” İB-nin 2015-2019-cu illər üçün əsas hədəfi mövcud istehsalatların modernizasiyası, yeni tikiləcək Polipropilen (PP) və yüksək sıxlıqlı Polietilen (HDPE) istehsalatlarının tələb olunan miqdarda və keyfiyyətdə xammal¬la təmin edilməsinə və EP-300 istehsalatının effektivliyinin artırılmasına yönəldilmişdir

    – Oqtay müəllim, bu gün “Azərikimya” İstehsalat Birliyi, onun əsas İstehsalat müəssisəsi olan Etilen-polietilen zavodunda son 6 il ərzində görülmüş işləri, həyata keçirilmiş tədbirləri konkret faktlarla necə ifadə etmək olar?

    – Ötən 6 il ərzində SOCAR-ın dəstəyi ilə həyata keçirilən tədbirlər «Azərikimya» İB-də həm istehsalat, həm də insan amili baxımın¬dan yeni bir canlanmaya və yüksəlişə səbəb ol¬muş¬dur. Aparılan əsaslı təmir və yenidənqurma işlərinin nəticəsi olaraq, istehsalatların elektrik enerjisi ilə fasiləsiz və etibarlı şəkildə təchizatına imkan yaranmış, elektrik enerjisi, buxar və qazın itkisinin qarşısının alınması ilə xeyli həcm¬də kimyəvi məh¬sula, həmçinin enerjidaşıyıcılara – elektrik və istilik ener¬jisinə, suya və qaza qənaət edilmiş, istehsal olunan əmtəəlik məhsulda enerjidaşıyıcıların xüsusi çəkisi əhəmiyyətli dərəcədə azalmış, bu da məhsul çıxımının artmasına və onun maya dəyərinin minimuma enməsinə səbəb olmuşdur. Həmçinin respubli¬kadaxili və xarici ölkə istehlakçıları¬ baxımından tələ¬ba¬tın artdığı yüksək təzyiqli polietilen, propilen, texniki və mütləqləşdirilmiş izopropil spirtinin, müxtəlif kimyəvi fraksiyaların istehsal göstəri¬ciləri kifayət qə¬dər geniş¬lənmişdir.
    SOCAR-ın strukturuna daxil edildikdən sonra rəhbərliyin tapşırığına əsasən “Azərikimya” İstehsalat Birliyində zəhərli və zərərli, müvafiq standartlara cavab ver¬mə-yən, şəhərin ekolo¬giyasına mənfi təsir göstərən bütün istehsalatlar – SAM, Sintetik kauçuk, Üzvi sintez zavodları ləğv edilmiş, səmərəli işləyə bilən isteh¬salat sahələri isə yenidən qurulmuşdur.
    Rəhbərlik etdiyim Etilen-polietilen zavodunda son dövrdə aparılan yenidənqurma və modernizasiya işlərini aşağıdakı kimi təsnifatlandırmaq olar:
    – Yeni Azot-oksigen kompleksi tikilib istifadəyə verilmişdir. Bu kompleks zavodun azot və oksigenə, Təmir-tikinti İdarəsinin isə oksigenə olan tələbatını tam həcmdə və yüksək keyfiyyətlə ödəməyə imkan vermişdir. Ötən qısa müddət ərzində layihə gücündə və ahəngdar işləyən yeni kompleksdə azot və oksigen istehsalı üçün elektrik enerjisi sərfi, nəzərdə tutulduğu kimi, əvvəlki qurğuda olduğundan 5 dəfə az olmuşdur. Ekoloji təmizliyi ilə də seçilən yeni kompleksin işə salınması sayəsində müəssisə üzrə xeyli miqdarda vəsaitə qənaət edilməsinə nail olunmuşdur.
    – Azot-oksigen komplek¬si ilə paralel olaraq Etilen-polietilen zavodunda innovativ texno¬logiyalar əsasında yaradılmış müasir tipli Susoyut¬ma qurğusunun istifadəyə verilmə¬si¬ də EP-300 kompleksinin ahəngdar işini təmin etmiş, iqtisadi cəhətdən ilkin proqnozları doğ¬rult¬¬muşdur. Əvvəlki qurğudan fərqli olaraq, hər 1000 m3 suyun soyudulması prosesi zamanı bir saat ərzində 80-100 kvt, bir ay ərzində isə 1500 mqvt-a qədər az elektrik ener¬jisi sərf edilmişdir ki, bu da il ərzində xeyli miqdarda vəsaitə qənaət olunması deməkdir. Bir saat müddətində suyun sərfi də əvvəlki qurğuya nisbətən 130 m3 az olmuşdur. Ən başlıcası isə odur ki, yeni qurğunun istifadəyə verilməsi ilə müəs¬sisənin EP-300 kom¬pleksinin stabil, etibarlı fəaliyyəti təmin edilmişdir.
    – Zavodumuzda istismara verilmiş yeni qurğulardan biri də Mütləqləşdirilmiş izopropil spirti sahəsidir. Fəaliyyəti tamamilə dayandırılmış sahədə demək olar, bütün qurğu və avadanlıqlar yenidən qurulmuş, yeni operator binası tikilmişdir. Görülmüş işlər kimyaçıların əmək şəraitinin yaxşılaşması ilə yanaşı, 2 ədəd kalonun və 10 ədəd nasosun istismardan çıxarılması sayəsində xeyli miqdarda enerjidaşıyıcılarına qənaət olunmasına zəmin yaratmışdır.
    – Ötən il həmçinin Etilen-polietilen zavo¬dunun İstehsalata və keyfiyyətə nəzarət, həmçinin Sənaye-sanitar sahələrini özündə birləşdirən yeni laboratoriyası əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara verilmişdir. Laboratoriyalar Rusiya və Almaniya istehsalı olan müasir tipli cihaz və xromatoqraflarla təchiz olunmuşdur ki, bununla da ətraf mühitin insan orqanizminə təsir istiqamətlərini, zərərli və təhlükəli istehsalat amillərini, ekoloji vəziyyəti, istifadə olunan suyun çirklilik dərəcəsini, atmosferə atılan tullantıların miqdarını və s. ASTM standartlarına uyğun analizlər aparmaqla dəqiq müəyyənləşdirmək mümkün olmuşdur.
    – Etilen-polietilen zavodu ərazisində həyata keçirilən layihələrdən biri də gündəlik gücü 2600 m3 olan yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisidir. Bu qurğunun inşa edilməsinin əsas məqsədı Xəzər dənizinə atılan suların maksimal təmizlik həddinin təmin edilməsi və təmizlənmiş suyun irriqasiya istifadə olunmasıdır.

    – Möhtərəm Prezidentimiz ötən il Sumqayıta səfər edərkən Sizin zavoda da gələrək kimyaçılarla görüşmüş, burada iki qurğunun açılış mərasimində iştirak etmişdir.

    – Tamamilə doğrudur, biz kimyaçılar ölkə başçısının diqqət və qayğısını həmişə öz üzərimizdə hiss etmişik. Möhtərəm Prezidentimiz İlham Əliyev ötən ilin oktyabr ayının 25-də Sumqayıta səfəri çərçivəsində bizim zavodda da olmuş, iki yeni qurğunun işə salınması mərasimində iştirak etmişdir. Prezidentin açılış mərasimində iştirak etdiyi propan-propilen fraksiyasının kükürdlü birləşmələrdən təmizlənməsi məqsədini daşıyan, layihə gücü 10 t/saat olan qurğunun istismara verilməsi nəticəsində propan-propilen fraksiyası birbaşa sobaya deyil, qələvi ilə təmizləndikdən sonra qazayırma bölməsinə ötürülür ki, bunun da nəticəsində məqsədli məhsul olan propilenin digər məhsullara çevrilməsinin qarşısı alınır, bununla da xeyli miqdarda qələviyə qənaət edilir. Prezident İlham Əliyevin açılış mərasimində iştirak etdiyi ikinci qurğu isə butan-butilen fraksiyasının hidrogenləşməsi qurğusudur. Qeyd edim ki, hər iki qurğunun layihəsi “Azərikimya” İB-nin Xüsusi konstruktor bürosu tərəfindən hazırlanmış, tikintisi isə Birliyin Təmir-tikinti İdarəsi tərəfindən həyata keçirilmişdir. Layihə gücü ilkin mərhələdə 120 min t/il, sonrakı mərhələlərdə isə 250 min t/il olması nəzərdə tutulmuş yeni qurğuda piroliz prosesindən əvvəl butan-butilen fraksiyasının hidrogenləşməsi aparılır ki, nəticə etibarilə piroliz prosesində alınan məhsulların yüksək faizli çıxımına nail olunur.

    – Sumqayıt kimya sənayesinin inkişafında Ümummilli lider Heydər Əliyevin xidmətlərini unutmaq olmaz.

    – Böyük minnətdarlıq hissi ilə qeyd etmək lazımdır ki, Sumqayıt şəhəri, onun kimya sənayesi, burada yaşayan insanlar həmişə dahi rəhbər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Ulu öndərin Sumqayıt sənayesi, o cümlədən şəhərin neft-kimya sənayesinin inkişafı, bütöv¬lükdə Azərbaycanın iqtisadi cəhətdən qüdrətlənməsi, respublikamızın dünya¬nın tərəqqi etmiş ölkələri sırasında yer alması, xalqımızın maddi-rifah halının durma¬dan yaxşılaşması üçün göstərdiyi xidmətlər misilsizdir. Məhz Ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatında kimya kompleksinin roluna xüsusi əhəmiyyət verdiyindən, özünəməxsus müdriklik, qətiyyət və inadkarlıqla SSRİ-nin o vaxtkı rəhbər orqanlarında Azərbaycanın neftçıxarma və neft-kimya sənayesində əsaslı yenidənqur¬manın inkişafı üçün xüsusi hökumət qərarlarının qəbul edilməsinə nail olmuşdu.
    Xalqın təkidli tələbi və istəyi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xammal və enerji böhranı üzündən çox ağır vəziyyətə düşmüş kimya sənayesinin funda¬men¬tal dəyişikliklər və yeniliklər tələb etdiyini, ilk növbədə etibarlı enerji təminatına ehtiya¬c olduğunu nəzərə alan Ulu öndər 1998-ci ildə Yaponiyaya səfəri zamanı müstəqil Azərbay-canın tarixində ilk dəfə olaraq dövlət zəmanəti ilə dəyəri 95 milyon dollar olan Buxar-generator kompleksinin alınmasına nail oldu ki, bu da ölkənin neft-kimya sənaye¬sinin inkişafında dahi rəhbərin ən böyük xidmətlərindən biri kimi yadda qalmaqdadır. Heydər Əliyev yaponiyalı mütəxəssislərlə 1999-cu il martın 24-də yeni kompleksin təməlqoyma mərasimində, 2001-ci il iyulun 7-də isə açılış mərasimində iştirak edərək, bütün Sumqayıt kimyaçılarını bu əlamətdar hadisə münasibətilə təbrik etmişdi. Bu dahi insanın uzaqgörənliyinin nəticəsi olaraq Buxar-generator kompleksi nəinki kimya sənayesini tənəzzüldən xilas etdi, hətta «Azərikimya»nın bu günü üçün etibarlı enerji təminatının yaradılmasında, Sumqayıtda kimya sənayesinin inkişafı üçün yeni bir mərhələnin başlanmasında mühüm vasitə oldu.
    Yeri gəlmişkən, bir məsələni də qeyd etmək istəyirəm ki, bir müddət bundan öncə SOCAR-la Avropanın ən böyük enerji şirkəti olan UNIPER (EON) şirkəti arasında istər Azərbaycanda, istərsə də region ölkələrində enerji sahəsində birgə layihələrin icrası ilə bağlı müştərək müəssisənin yaradılması haqqında memorandum imzalanmışdır. Memorandum çərçivəsində ilk layihə kimi bizim Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyan yeni buxar turbogenerator qurğusunun tikintisi ilə bağlı müqavilə də imzalanmışdır. Mövcud Buxar-generator kompleksi 32 MVt enerji istehsal etməli olduğu halda, hazırda yalnız 14 MVt istehsal edə bilir. Yeni Turbogenerator qurğusu tikilib istismara veriləndən sonra Buxar Generator Kompleksinin gücü 30 MVt-a çatdırılacaq və həmçinin izafi buxar hesabına əlavə 38 MVt (ümumilikdə 68 MVt) elektrik enerjisi istehsal ediləcəkdir ki, bununla da “Azərikimya” İstehsalat Birliyi elektrik enerjisinə olan tələbatını tam ödəyəcək və artıq qalan elektrik enerji SOCAR-ın digər müəssisələrinə ötürüləcəkdir.

    – Sizdə gənclərin işə qəbulu ilə bağlı vəziyyət necədir?

    – Dövlətimizin gənclər siyasətinə uyğun olaraq, SOCAR-ın bütün idarə və müəssisələrində olduğu kimi, “Azərikimya” İstehsalat Birliyində də gənc mütəxəssislərin hazırlanması, yerləşdirilməsi, karyera yüksəlişi məsələləri daim diqqət mərkəzindədir. Onlar bu gün kimya sənayesinin ən vacib və məsul sahələrində əhəmiyyətli dərəcədə təmsil olunurlar. Kadr resurslarının gəncləşdirilməsi artıq bir tendensiyaya çevrilmiş və davamlı xarakter almışdır. Gənclər kimya sənayesinin gələcəyi ilə bağlı strateji hədəfləri daha dəqiq görə bilərlər. Gənclərin təşəbbüskarlığının dəstəklənməsi, hər bir işçinin inkişafı üçün bərabər şəraitin yaradılması və onların karyera yüksəlişinin ədalət prinsiplərinə əsaslanaraq həll olunması prioritet məsələlərimizdəndir. Biz bu sahədə iki istiqamət üzrə iş aparırıq. Birinci istiqamət müəssisəmizin ixtisaslı gənc fəhlə kadrları ilə təminatı, ikinci istiqamət isə ali təhsilli gənc mühəndis-texniki işçilərlə təminat.
    Müəssisəmiz üçün ehtiyac duyulan ixtisaslı fəhlə kadrlarının hazırlanmasında SOCAR-ın Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıtda müasir üslubda yaradılaraq yeni avadanlıqlarla təchiz edilmiş Təlim-tədris Mərkəzinin dəstəyindən istifadə edirik. Bu mərkəz həm bizim üçün, həm də SOCAR-ın digər struktur bölmələri üçün müxtəlif yönümlü peşələr üzrə ixtisaslı gənc fəhlə kadrları hazırlayır. Bu tədris mərkəzlərində təhsil alan şagirdlərə aylıq təqaüdün verilməsi, xüsusi geyimin, gündəlik naharın təşkili və son olaraq Sifarişçı şirkət tərəfindən işlə təminat digər mərkəzlərlə müqayisədə fərqli və üstün cəhətlərdəndir.
    Artıq Sumqayıt Təlim-Tədris Mərkəzini müxtəlif ixtisaslar üzrə bitirmiş 200-ə yaxın gənc bizim Etilen-Polietilen zavoduna, bir qismi isə Təmir-tikinti İdarəsinə işə qəbul olunmuşdur. Həmçinin bu müddət ərzində orta hesabla 100-lə əməkdaşımız da buradakı ixtisasartırma və ikinci peşəyə yiyələnmə kurslarında iştirak edərək biliklərini artırmışdır.
    Mühəndis-texniki işçilərə gəlincə isə deyə bilərəm ki, biz respublikanın 4 aparıcı universiteti ilə əməkdaş¬lıq edirik. Ötən il bu universitetlərdə İnsan Resursları Departamenti ilə Pilot layihə çərçivəsində görüşlər keçirərək, 200-ə yaxın tələbəni bu layihəyə cəlb etdik. Onların arasında fərqlənən gəncləri Birliyimizin müəssisələrinə istehsalat təcrübəsinə dəvət edərək, bir aylıq təcrübədən sonra işi daha yaxşı mənimsəyənləri və imtahandan uğurla keçənləri işə qəbul etdik.
    Bundan başqa əməkdaşlıq etdiyimiz universitetlərin tələbələri üçün hər ilin yayında ilkin olaraq “Azərikimya” İB-nin müəssisələrində, konkret olaraq bizim zavodda, sonradan isə “Petkim Petrokim¬ya Holding” şirkətində təcrübələr təşkil edir, bu təcrübələrin sonunda tələbələr tərəfindən verilmiş ən yaxşı səmərələşdirici təkliflər üzrə müsabiqələr keçiririk. Məqsədimiz həm tələbələr arasından özümüzə gələcək əməkdaş seçimi aparmaq, həm də tələbələrə kimya sənayesini tanıtmaqla, onların bu sahəyə marağını artırmaqdır. Təqdi¬rəla¬yiq haldır ki, gənc mütəxəssislərin bir qismi ali təhsillərini başa vurduq¬dan sonra onlar üçün artıq doğmalaşmış olan «Azərikimya»da bir mütəxəssis kimi çalışmaq istəyində olduqlarını bildirirlər. Ötən dövr ərzində bu qəbildən olan 20 nəfər gənc mütəxəssis Birliyimizin müəssisələrinə işə qəbul olunmuşdur. Ümumilikdə isə işə qəbul olunmuş 400 nəfərin 103 nəfəri ali təhsilli kadrlardır.
    Bir məsələni də qeyd edim ki, bizdə yeni işə başlayan gənc kadrların hər biri təcrübəli işçilərə həvalə olunur, onlar üçün altı aylıq xüsusi tədbirlər planı hazırlanır və bu müddət ərzində onların tam püxtələşməsinə nail olunmağa çalışılır. Eyni zamanda təqaüd yaşına yaxınlaşan işçilərimizə də həm yeni kadrlardan, həm də bir neçə illik təcrübəsi olan işçilərdən təhkim edirik. Məqsədimiz ondan ibarətdir ki, həmin işçi təqaüdə çıxana qədər öz yerinə onu əvəz edə biləcək etibarlı kadr hazırlaya bilsin.

    – Etilen-polietilen zavodunda işçilərin əmək şəraitinin və sosial rifah halının yaxşılaşdırılması istiqamətində hansı addımlar atılır?

    – «Azərikim¬ya» SOCAR-ın struktur tərkibinə daxil edildikdən sonra çətin və mürəkkəb peşə adamları olan kimyaçılarımızın iş və məişət şəraitinin yaxşılaşdırılması, istehsalatda onların əmə¬yi¬nin və sağlamlığının müha¬fizəsi, təhlükəsizliklərinin təmin edilməsi sahəsində də ciddi dəyişikliklərə, müsbət dönüşə nail olunmuşdur. İşçilərin əmək və məişət şəraitinin müasir tələblərə uyğun olması üçün Etilen-polietilen zavodu, onun Etilen istehsalatı və Məhsulun qəbulu, saxlanılması və hazır məhsulun buraxılması sahəsi üçün inzibati və məişət binalarının müasir tələblər səviyyəsində yenidən qurulması, geniş və işıqlı yeməkxanalar, əməkçilərin iş yerlərinə çatdırılması üçün xüsusi olaraq müa¬sir, komfortlu avtobusların ayrılması və s. kimyaçılarımıza göstərilən diqqət və qayğının real nəticəsidir. Hazırda zavodun “Polimir-120” istehsalatında və “Azərikimya”nın təmir bazası sayılan Mexaniki-təmir sahəsində yeni inzibati və məişət binalarının tikintisi davam etdirilir. Bu binaların tikilib istifadəyə verilməsi sayəsində yüzlərlə əməkçinin sosial-məişət şəraitində müs¬bət dönüşə nail olunacaqdır.
    Həyata keçirilən tədbirlər nəticəsində kimyaçıların iş və əmək şəraiti xeyli yaxşılaşmış, əmək haqları son altı ildə dörd dəfə artırılmış, bütün işçilərlə əmək müqaviləsi imzalanmış, fərdi mühafizə vasitələri ilə 100 faiz təmin olunmuşlar. “Paşa Sığorta” ASC ilə 07 yanvar 2013-cü il tarixində bağlanmış müqavilə əsasında müəssisəmizin bütün işçiləri könüllü tibbi sığortalanmışdır. İl ərzində hər bir işçi sığorta şirkəti ilə əməkdaşlıq edən respublikamızın 40-a yaxın tibbi klinikalarında 50 min manat dəyərində müayinə və müalicədən bəhrələnmək imkanı əldə etmişlər.
    Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, sosial məsələlərin həlli təkcə “Azərikimya”nın müəssisələrində çalışan işçilərlə məhdudlaşmır. Müəssisələri¬mizdən yaşa və əlilliyə görə, həmçinin güzəştli şərtlərlə təqaüdə çıxmış 150 nəfərə yaxın sabiq işçi də Mərkəzi Neftçilər Xəstəxanasında tibbi xidmətdən istifadə etmək üçün qeydiyyata alınmışdır. Həmçinin hər ilin bayram və əlamətdar günlərində veteran işçilər yad edilir, onlara bayram sovqatları təqdim olunur. Qürur mənbəyimiz olan şəhid kimyaçılarımızla bağlı da bir məsələni qeyd etmək istərdim. Torpaqlarımızın müdafiəsi uğrunda qəhrəmancasına vuruşaraq şəhid olan kimyaçılarımızın sayı 57-dir. Onların xatirəsini əbədiləşdirmək üçün bir vaxtlar “Üzvi sintez” zavodunda xatirə kompleksi tikilmişdi. Bu zavod ləğv olunandan sonra belə qərara gəldik ki, yeni layihə əsasında, daha mükəmməl formada bizim Etilen-polietilen zavodunun qarşısındakı geniş meydançada yeni abidə-kompleksi ucaldaq. Yaxın günlərdə bu abidə-kompleksin tikintisinə start veriləcəkdir.
    Əminliklə deyə bilərəm ki, bir neçə onilliklərlə müqayisədə insanların sosial-rifah halı müqayisəolunmaz dərəcədə yaxşılaşmış, ətraf mühitin çirklənmə dərəcəsi xeyli azalmış, Sumqa¬yıtın hamını narahat edən ekoloji vəziyyətində ciddi dönüşə nail olunmuşdur.

    – Oqtay müəllim, ekologiyadan söhbət düşmüşkən, bəs sizdə ekoloyi məsələlər və tullantıların idarə olunması ilə bağlı vəziyyət necədir? Bu istiqamətdə hansı layihələr, tədbirlər həyata keçirilir?

    – “Azərikimya” İB-nin idarə və müəs¬sisələrində ekoloji tarazlığı qoruyub saxlamaq, atmosferə, su hövzələrinə, torpağın üstünə və altına çirkləndirici maddələrin atılmasını minimuma endirmək məqsədilə mütəmadi olaraq tədbirlər planı hazırlanaraq səmərəli ekoloji layihələr həyata keçirilir. Müəssisələrdə davamlı ekoloji monitorinqlər aparılır, su, torpaq və atmosfer hava¬sından nümunələr götürülərək təhlil olunur, çirklənmə dərəcəsi dəqiqləşdirilərək müvafiq qabaqlayıcı addımlar atılır. SOCAR-ın tabeçiliyinə verildikdən sonra Birliyin Səthi aktiv maddələr və “Üzvi-Sintez” zavodlarında istismar fəaliyyəti zamanı ətraf mühitin mühafizəsi sahəsində heç bir ekoloji norma, qayda və standartlara uyğun olmayan, ekoloji və fiziki cəhətdən köhnəlmiş qurğu və avadanlıqlar istismar edildiyindən və buna görə də atmosfer havasının xlor, hidrogen-xlorid, ammonyak və s. maddələrlə həddən artıq çirkləndiyindən, eyni zamanda ətraf mühitə göstərilən digər neqativ təsirlərə görə həmin müəssisələrin fəaliyyəti dayandırılmışdır. Birliyin strukturuna daxil olan digər müəssisə¬lərdə isə köhnəlmiş və istismara yararsız qurğuların bir qismi tamamilə sökülmüş, digərlərində isə rekonstruksiya işləri aparılmaqla müasir tələblərə cavab verən istehsal sahələri yaradılmışdır.
    Müəssisəmizdə istehsal fəaliyyəti zamanı istər-istəməz müxtəlif çeşidli spesifik tullantılar formalaşır və bu tullantılar da SOCAR-ın ekoloji siyasətinin “sıfır tullantı” prinsipinə uyğun olaraq idarə olunur. Müxtəlif çeşiddə formalaşan təhlükəli tullantıların müasir tələblərə uyğun olaraq saxlanması, utilizasiyası, zərərsizləşdirilməsi və ya digər emal üsullarının seçilməsi üçün “Azərikimya” İB-də Texniki-İqtisadi Əsaslandırma sənədi hazırlanmış və müvafiq qurumlara təqdim edilmişdir. Son beş ildə formalaşan müxtəlif çeşidli tullantıların hamısı ETSN-nin Təhlükəli Tullantılar Poliqonuna, SOCAR-ın “Tullantı mərkəzi”nə, Sumqayıt “Təmizlik” departa¬mentinə təhvil verilərək zərərsizləşdirilmişdir.
    “Azərikimya“ İB ilə “Global Alliance on Health and Pollution” (GAHP) təşkilatı arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq, ləğv olunmuş “Üzvi zintez” zavodunun “Suötürmə məntəqəsi”ndə müxtəlif növ kimyəvi şlamlarla və neft məhsulları ilə çirklənmiş 2 ha ərazidə monitorinq işləri aparıldıqdan sonra tullantılar ETSN-nin “Təhlükəli Tullantılar” poliqonuna daşınmış, təmizlənmiş ərazidə abadlıq işləri aparılaraq 1200 ədəd ting əkilmiş, ərazidə damcı suvarma sistemi quraşdırılmışdır. Həmçinin, qaz və maye karbohidro¬genlərinin qaz¬laşdırılması, sıxılması, saxlanılması sahəsi istismara yararsız avadanlıqlardan, tullantılardan azad olunmuş, neft məhsulları ilə çirklənmiş 4 hektar ərazidə torpaqlar bioremediasiya üsulu ilə təmizlənmiş və ərazidə 5000-dən çox müxtəlif növ ağac-kol tingi əkilmişdir.
    Onu da qeyd edim ki, Etilen-Polietilen zavodunun ərazisində tullantıların standartlara uyğun idarə olunması məqsədilə müəssisənin ərazisində «Tullantıların Müvəqqəti Saxlama Mərkəzi»nin layihə sənədləri hazırlanmışdır ki, bu layihənin reallaşması ilə «Azərikimya» İB-nin müəssisələrində formalaşan istehsalat və digər tullantıların mərkəzləşmiş şəkildə qəbulu, ilkin çeşidlənməsi və müvafiq tələblərə riayət olunmaqla SOCAR-ın Tullantı Mərkəzinə daşın¬ması həyata keçiriləcəkdir.
    2010-cu ildən bəri hər ilin yaz və payız aylarında davamlı olaraq hər həftənin şənbə günü kimyaçıların könüllü iməciliyi keçirilir və hər dəfə də bu iməciliklərdə yüzlərlə kimyaçı iştirak edir. Hər iməcilikdə də 500-1000 ədəd arası ağac əkilir. Ümumilikdə isə son beş il ərzində “Azərikimya“ İB tərəfindən sənaye zonasında 100 mindən artıq ağac və kol bitkiləri əkilmişdir. Birliyin ağac-kol tinglərinə olan tələbatının ödənilməsi üçün müəssisəmizin daxili ərazisində illik istehsal gücü 50 min ting olan açıq şitilxana kompleksi fəaliyyət göstərir ki, bu şitilxanada Abşeronun yaşıllaşdırılmasında istifadə olunan ənənəvi ağac-kol növləri ilə yanaşı, bu iqlim şəraitinə asanlıqla adaptasiya oluna bilən və Azərbaycanın Qırmızı Kitabına salınmış 12 növ nadir və nəslikəsilmək təhlükəsi olan ağac-kol bitkiləri yetişdirilir.

    – “Azərikimya” İstehsalat Birliyinin, rəhbəri olduğunuz Etilen-polietilen zavodunun sabahını necə görürsünüz?

    – SOCAR-ın rəhbərliyi və dəstəyi ilə “Azərikimya” İB-nin 2015-2019-cu illər üçün əsas hədəfi mövcud istehsalatların modernizasiyası, yeni tikiləcək Polipropilen (PP) və yüksək sıxlıqlı Polietilen (HDPE) istehsalatlarının tələb olunan miqdarda və keyfiyyətdə xammal-la təmin edilməsinə və EP-300 istehsalatının effektivliyinin artırılmasına yönəldilmişdir.
    Bu layihələr 3 mərhələdə həyata keçiriləcəkdir.
    Birinci mərhələdə propilenin məhsuldarlığının artırılması – propilenin ayrılması bölməsinin məhsuldarlığının 136 min ton/il-dən 180 min ton/il-ə yüksəlməsi, hidrogenin zənginləşdirilməsi qurğusunun tikintisi (PSA) ilə hidrogenin qatılığının 90 %-dən 99.9 %-ə artırılması, propilenin və etilenin təmizlənməsi qurğusunun tikintisi ilə istehsal olunan propilenin və etilenin tərkibində olan zəhərli maddələrdən (arsen, civə, fosfin, və s.) təmizlənməsi, EP-300 istehsalatında pnevmatik idarəetmə sisteminin yeni sistemlə əvəz olunması nəzərdə tutulur. Bu mərhələdə məqsəd PP və HDPE qurğularını yüksək keyfiyyətli və tələb olunan miqdarda xammalla təmin etməkdir.
    İkinci mərhələdə “EP-300” qurğusundakı 2 etan və 9 nafta olmaqla ümumilikdə 11 piroliz sobasının 6-da rekonstruksiya işləri aparılacaq və ya 2 yeni soba inşa ediləcək, butan-butilen fraksiyasının tam hidrogenləşdirilməsi qurğusu tikiləcək, selektiv hidrogenləşmə blokunun reaktorları yenisi ilə əvəz olunacaq, kompressorlar rekonstruksiya olunacaq və optimallaşdırılacaqdır. Bununla da piroliz sobaları qaz xammalı ilə işləyəcək, əsas məhsulların çıxımı artacaqdır.
    Üçüncü mərhələdə “EP-300” istehsalatında yeni rəqəmsal idarəetmə sisteminin (DCS) tətbiqi başa çatdırılacaq, köməkçi qurğuların və infrastrukturun modernizasiyası – enerji effektivliyinin artırılması, xammal və məhsul anbarlarının genişləndirilməsi, kommunikasiya xətlərinin təkmilləşdirilməsi işləri həyata keçiriləcəkdir. Bu isə istehsalatın təhlükəsiz işini təmin edəcək, enerji və xammala qənaət etməyə imkan yaradacaqdır.

    – Geniş və maraqlı müsahibəyə görə təşəkkür edirəm.

    Rafiq Oday,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
    Respublikanın Əməkdar jurnalisti

    Fotolar Vüqar Abdullahındır

  • Bəşər övladı kiminsə general doğulduğunu görməyib

    “Biz akademiya bitirməmişik”, – sərkərdə Vasili İvanoviç Çapayev eyniadlı əfsanəvi filmdə belə deyirdi. Bəli,o, özü haqqında bu sözləri söyləyə biləcək yeganə adam deyildir. Tarixin səhifələrinə istinad etsək görərik ki, böyük şəxsiyyətlərin, tanınmışların, sözün həqiqi mənasında seçilənlərin, fərqli insanların çoxu nəinki ali təhsil, heç lazımi ibtidai təhsil də almayıblar. Lakin anadangəlmə istedad və təbiətlərindəki zəhmətkeşlik onları şöhrətin zirvəsinə qaldırıb.

    Yaxşı xatirimdədir. Balaca olanda oxumağı bəhanə edib iş görməkdən imtina edəndə savadsız valideyinlərim əsəbləşər, nədənsə həmişə mənə M.QORKİNİN MƏTBƏXDƏ “ QAB YUDUĞUNU” deyərdilər…

    Sonralar oxuduğum mənbələrdən, keçdiyim həyat dərslərindən aydın oldu ki, sən demə fitri istedad, vergili olmaq, başqalarından fərqli olmaq, nəyəsə başqalarından tez nail olmaq ( hər mənada) ULU YARADANIN möcüsəsidir və bu ONUN seçilmişlərə olan böyük bir ilahi məhəbbətinin, ilahi sevgisinin təzahürüdür.

    Bu bizdə yoxdursa, bunun günahını qarşı tərəfdə, O ali məhəbbətdən yararlananlarda axtarmaq lazım deyil…

    Gəlin sizinlə birgə çox pis təhsil almış ( hətta heç təhsil almamış) insanların necə böyük şöhrət sahibi olduqlarını birgə araşdıraq.

    Orta məktəbi bitirə bilməyən məşhurlar…

    Qrover Klivlend – ( ABŞ prezidenti)
    Cozef Konrad – (ingilis yazıçısı)
    Corc İstmen – (Amerika ixtiraçısı) “İstmen Kodak Komponi”nin sahibi, ilk fotoaparatı ixtira edib.
    Pol Qoqen – (Fransız rəssamı)
    Ernst Heminquey – (Amerika yazıçısı)
    Rudyard Kiplinq – (İngilis yazıçısı və şairi)
    Avraam Linkoln – (ABŞ prezidenti)
    Con Rokfeller – (“Standart Oyl Komponi”nin sahibi)
    Bernard Şou – (İngilis yazıçısı)
    Harri S.Truman – (ABŞ prezidenti)
    Corc Vaşinqton – (ABŞ prezidenti)
    İbtidai məktəbi bitirə bilməyən məşhurlar…
    Corc Qerşvin – (Amerika bəstəkarı)
    Adolf Hitler – (Nasizmin 1 nömrəli lideri)
    Cek London – (Amerika yazıçısı)
    Stiv Makkuin – (Amerika kino aktyoru)
    Frank Senatra – (Amerika muğənnisi və kino aktyoru)
    İosip Broz Tito – (Yuqoslaviya F.R. prezidenti)
    Rayt qardaşları: Orvill və Uilber Rayt – (Amerika ixtiraçıları, ilk təyyarəni ixtira etdiblər)
    Heç məktəbə gedə bilməyən məşhurlar…
    Çarli Çaplin – (İngilis rejissoru və kino aktyoru)
    Çarlz Dikkens – (İngilis yazıçısı)
    Tomas Edison – (Amerika ixtiraçısı, ilk elektrik lampasını ixtira edib)
    Maksim Qorki – (Rus yazıçısı)
    Henri M.Stenli – (İngilis səyyahı)
    Mark Tven – (Amerika yazıçısı)…
    və yüzlərlə belə faktlar sadalamaq olar….

    Nursultan Nazarbayev də Dneprodjerzinsk texniki peşə məktəbində oxumuş, “Kazmetalurqstroy” trestində fəhlə işləmişdir.

    İvan Alekseyeviç Bunin – rus yazıçısı və şairi, 1933-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı İvan Alekseyeviç Bunin 11 yaşınadək evdə tərbiyə alıb, sonra isə cəmi 4 il gimnaziyada oxuyub.

    Böyük prezident, Amerikanın milli qəhrəmanı, qulların xilaskarı Avraam Linkoln kasıb fermer ailəsində dünyaya gəlib. Bu səbəbdən də cəmi bircə il məktəbə gedib və yalnız oxumağı öyrənib. Birləşmiş Ştatların bəxtindən Linkoln böyük oxucu idi. Kitablara olan məhəbbət sayəsində əldə etdiyi bilikləri siyasi karyerasında tamamilə həyata keçirməsi onu ən görkəmli siyasi simalardan birinə çevirib.

    Vinsent Van Qoq – dünya şöhrətli postimpressionist rəssam Vinsent Van Qoq Niderlandın cənubundakı balaca bir kənddə kənd pastorunun (protestant keşişi – tərc.) ailəsində dünyaya gəlib. Uşaqlıqdan qeyri-adi, qapalı və kədərli xasiyyəti ilə seçilən rəssam 7 yaşında kənd məktəbinə getsə də, bir ildən sonra oranı tərk edir.

    Bir neçə ay evdə təhsil aldıqdan sonra balaca Vinsenti evdən 20 km-lik məsafədə yerləşən internat məktəbə göndərirlər. Bu gediş – sürgün uşağı dərindən yaralayır və rəssamın qəlbində ömürlük iz buraxır. Van Qoq bu məktəbdə xarici dilləri öyrənməyə başlayır – bu işdə xüsusi qabiliyyəti var idi – və ilk rəssamlıq dərsləri alır. 12 yaşında gözlənilmədən təhsilini yarımçıq qoyur, evə qayıdır və bir daha heç vaxt məktəbə getmir.

    Fyodor İvanoviç Şalyapin – rus opera müğənnisi, Respublikanın (1918) ilk xalq artisti, kəndli oğlu Fyodor İvanoviç Şalyapin Kazanda anadan olub. Fedya hələ lap uşaqkən əvvəl çəkməçinin, sonra isə xarratın yanında sənət öyrənir.

    Nəhayət, valideynləri onu məktəbə düzəldə bilirlər. Fyodor burada 4 il oxuyub ibtidai təhsil alır. O, çox xeyirxah insan olan müəllimi, böyük musiqi həvəskarı N.V.Başmakova da burada rast gəlir. İncəsənətə marağı da bu yaşlarında yaranır. Atası onunçün bazardan iki manata skripka alır və o, musiqi haqqındakı ən bəsit məlumatları mənimsəməklə bərabər öz-özünə çalmağı öyrənir.

    İosif Brodski – XX əsr Amerika (rus) yazıçısı, 1987-ci ilin Nobel mükafatı laureatı İosif Brodski 1940-cı ildə Leninqradda dünyaya gəlib. Onun uşaqlığı hərbi mühasirə illərində keçib. Böyük şair səkkiz il məktəbə getsə də, yeddillik təhsili olub, çünki sinifdə qalaraq 7-ci sinfi iki dəfə oxuyub. Təhsil heç vaxt İosifin ürəyinə yatmırdı, odur ki, səkkizinci sinifdə məktəbdən ayrılır və “Arsenal” zavodunda frezerçi (frezer dəzgahında işləyən fəhlə – tərc.) kimi işləməyə başlayır.

    Mixail Aleksandroviç Şoloxov – təhsilsiz dahilər siyahısındakı üçüncü Nobel mükafatı laureat idi. Yazıçı bu mükafata 1965-ci ildə kazakların həyatından bəhs edən görkəmli eposları “Sakit Don” və “Oyanmış torpaq” əsərlərinnə görə layiq görülüb. Miхail Aleksandroviç Şoloхov Rusiyanın cənubunda, Rostov vilayətindəki Veşenskaya stanitsasının Krijilino adlı kazak хutorunda, kiçik sahibkar ailəsində doğulub. Ali təhsil ala bilməyən yazıçı yük daşıyan, fəhlə, daşyonan işləyib.

    Yazıçıya dünya şöhrəti qazandıran “Sakit Don” əsəri Birinci Dünya və Vətəndaş müharibələri illərində Don kazaklarının faciəvi həyatından bəhs edir. Bu əsəri çox vaxt XX əsrin “Hərb və sülh”ü adlandırırlar.

    Rus yazarları arasında öz dərin intellektiylə tanınan Anton Çexov isə uşaq ikən dərslərə çox da maraq göstərmirmiş. Bioqrafları bu günahı yazarın atasının ayağına yazırlar. Onun işlətdiyi dükandakı rəflərdə ərzaq məhsullarıyla (çay, konfet, sabun, duzlu balıq) yanaşı, kerosin, dərmanlar, civə, azot turşusu, strixnin və bu kimi mallar qarmaqarışıq halda düzülərdi.

    Dükanda spirtli içkilər də satıldığından atası balaca Antonu dərsə getmək əvəzinə, əl-ayaq işlərində çalışdırırmış, oğurluq olmasın deyə, ona alıcılara göz qoymağı tapşırırmış. Hər cür iylə dolu dükanda, yeyib-içən, söyüşən, hətta dalaşan əyyaş müştərilərin əhatəsində gənc gimnazistin oturub, dərslərə hazırlaşması, diqqətini nəyə isə cəmləməsi son dərəcə ağlasığmaz idi. Həm də dükanın içi adətən soyuq olduğundan Antonun barmaqlarının ucları donurdu.

    Sübh saat beşdə dükanı açan uşaq yarıyuxulu halda oturub, atasının işə çıxmasını gözləyirdi. Atası isə kefinə görə işə başlayırdı. Dükandakı cansıxıcı növbəsini başa vuran Anton, aydın məsələdir ki, dərs oxumağa deyil, tay-tuşlarıyla oynamağa yollanırdı. Mövsümdən asılı olaraq, o, ya çayda çimirdi, ya da xizək sürürdü.

    Bütün bu səbəblər üzündən onun gimnaziyada qabaqcıl şagird kimi ad çıxarması imkansız idi. Hətta o, iki dəfə sinifdə də qalmışdı: üçüncü sinifdə coğrafiyadan və riyaziyyatdan, beşinci sinifdə isə yunan dilindən qeyri-kafi qiymətlər aldığı üçün yuxarı sinfə keçməmişdi. Maraqlı cəhət burasıdır ki, gələcəyin dahi yazıçısı heç ana dilindən də orta qiymət, yənı «4» almağa həmişə nail olmurdu, dəftərlərində daha çox «üç»lərə rast gəlinirdi.
    Kübar ailənin övladı olan Uinston Çorçil uşaq yaşlarından təhsilə, dəftər-kitaba nifrət bəsləyirdi. Öz memuarlarında o, bu barədə belə yazır: «Dayəmlə ilk qiraət kitabımı oxuyub bitirmədən mən bu əziyyətdən qurtulmaq üçün evdən qaçmağı uyğun bildim».

    Bəli, əziz oxucum bunları yazmağa nədən qərar verdiyimi soruşmaq istəsəniz böyük təəssüf hissi ilə qeyd edə bilərəm ki, buna səbəb bu gün dövri mətbuatda, saytlarda maddi maraq naminə hər hansı bir Azərbaycanlı ziyalısının şərəf və ləyaqətini aşılayan yazıların verilməsidir. Nədən bizlər beləyik?

    Yuxarıda qeyd etdiklərimə əlavə olaraqhamımızın yaxşı tanıdığı milyonçu Hacı Zeynalabdin Tağıyevi yadınıza salmaq istəyirəm. O, on yaşından bənnanın yanına usta köməkçisi, 12 yaşından daş yonan, 15 yaşından isə bənnalıq etməyə başlamışdı…

    Bu gün reytinqi olmayan saytlar əlində iki ali təhsil ocağının diplomu olan DGK-nin əməkdaşı Nazim Məmmədov haqqında səviyyəsiz yazılar dərc edirlər. Onun diplomunun özəl olması önə çıxarılır. Halbuki əsl, tanınmış, keyfiyyətli insan olmaq üçün heç də diplomun olması əsas şərt deyil. Bir insan ki, millətinin dərdinə yanıb ziyalısına, milli-mənəvi dəyərlərinə qiymət verirsə, bu yöndə əlindən gələn köməyi edirsə ondan artıq nəsə gözləməyə haqqımız yoxdur.

    Əldə etdiyim məlumata görə N. Məmmədov qədim Ordubad diyarına, eləcə də Vətən məhəbbətinin gənclərə aşılanmasında böyük rolu olan neçə kitabın, dərginin ərsəyə gəlməsində yardımçı olub. Bu gün onun gözəl şeirlərinə yazılmış yüzdən artıq mahnıları vardır. Şairin sevimli xalq şairimiz N. Həsənzadənin dəyər verib, qiymətləndirdiyi – “ Baharı görmədim, qışım tez düşdü” kitabına yazdığı ön sözə diqqətyetirmək kifayətdir ki, onun necə bir insan olması haqqında məlumata malik olasan.

    “Xainlər olubdur, var, olacaqdı
    Onlar xəyanətdə xar olacaqdı.
    Yaxşıya bir Allah yar olacaqdı,
    Oğul, səbrin olsun, bir az asta ol!
    (N. Məmmədov)…

    … Bu cür nəsihətnamələr klassik ədəbiyyatımızda, dastanlarımızda, aşıq şeirimizdə həmişə geniş yer tutmuş, onlardakı fəlsəfi ümumiləşdirmlər və müasirlik ruhu bu gün belə öz bədii dəyərini saxladığına görə bizi heyran qoyur.”.. N.Həsənzadə kiçik bir hissəni diqqətə çatdırmaqla N.Məmmədovun ünvanına daş atanlara şairin öz şeiri ilə cavab verir. Bu gün şairin sevə-sevə oxunan – “Ordubadım”, “Apar məni”, “Gözəlləşən Bakı”, “Mən necə bağban olaram?” və s. mahnılarını nəinki musiqisevərlər, eləcə də onun arxasınca danışanlar da sevə-sevə dinləyirlər…
    Gəlin, əzizlərim bir-birimizə silah tuşlamayaq. Onsuz da bu fani dünyada hər tərəfdən üstümüzə silahlar tuşlanıb. Rəhmətlik C. Novruzun dili dilə desək” İnsanlara sağlığında qiymət verək!”

    Bir arzum var, ay adamlar, qoyun deyim,
    Sağlığında qiymət verin insanlara,
    Yaxşılara sağlığında yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara.
    Yalnız, yalnız sağ olanda,
    Hər kəs əsl qiymətini bilər onda,
    Bu sözlərim düz olmasa töhmət edin.
    Sizdən rica eləyirəm milyon kərə,
    Şairlərə sağlığında hörmət edin,
    Sağlığında heykəl qoyun ölməzlərə…
    Gələcəyə çox da ümid bağlamayın,
    Sözünüzü sonralara saxlamayın.
    Zəhləm gedir sonralardan,
    Vaxtsız dinən zurnalardan,
    Boşboğazdan, avaradan,
    Toydan sonra nağaradan.
    Sağlığında sevindirin təmizləri,
    Siz həyatda bu amalla addımlayın.
    Sağlığında ifşa edin xəbisləri,
    Satqınlara sağlığında satqın deyin,
    Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.
    Sağlığında qiymət verin insanlara…
    Hər kəs bilsin öz yerini necə sağdır,
    Bu, pislərin həyatını qısaltmaqdır,
    Yaxşıların həyatını uzatmaqdır…
    Bu nədəndir ölən kimi,
    qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.
    Ölən kimi yaxşılar da yaxşılaşır,
    Yamanlar da yaxşılaşır…
    Çirkinlər də təmiz olur ölən kimi…
    Yadlar belə əziz olur ölən kimi…
    Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,
    Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.
    Bu gecikmiş xeyir-dua kimə gərək?
    Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?
    Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir…
    Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.
    İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,
    Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm…
    Diri üçün iynə boyda hörməti mən
    Ölü üçün min heykələ dəyişmərəm…
    Düz deməsəm, onda məni bağışlayın,
    Üz tutaram uşaqlara, qocalara, cavanlara,
    Sağlığında qiymət verin insanlara,
    Yaxşılara sağ olanda yaxşı deyin,
    Sağlığında yaman deyin yamanlara…

    Nazilə Rafiq,

  • İltimas İSMAYIL.”İnan”

    ii

    Sevda sildi gözden feri
    Döker gönül ecel teri
    Gittiğin o günden beri
    Harabeye döndüm inan…

    Duygularım karman çorman
    Gönül evim darma duman
    Gözde yaşlar seldir yaman…
    Viraneye döndüm inan….

    Keder doldum hep üzgünüm
    Çözüldü yar kalp dizginim
    Yerlerdeyim çok ezginim
    Avareye döndüm inan…

    Savruldum bak çöllerdeyim
    Ağızlarda, dillerdeyim
    Koptum senden ellerdeyim
    Divaneye döndüm inan…
    Divaneye döndüm inan…

    23.06.2016

  • İltimas İSMAYIL.”Ne fayda…”

    ii

    Ömrüme son bahar yelleri esti
    Saçlarıma güller taksan ne fayda
    Seller sular aktı umudu kesti
    Ateşler yağdırıp yaksan ne fayda
    .
    Bir ömür gözlerim yollarda kaldı
    Hasretin kalbimi dertlere saldı
    Seven yüregimi soğuk, kar aldı
    Sevdalı gözlerle baksan ne fayda.

    Yıllarca kalbime doldurdun çile
    Bu suskun aşığı getirdin dile
    Gözümden döküldün hep gile-gile
    Yağmura koşulup aksan ne fayda.

    Bu sana yazdığım belki ağıdır
    Elveda sevdigim hasret çağıdır
    Aramızda duran alev dağıdır
    Yıldırıma dönüp çaksan ne fayda.

    26.02.16

  • Mais TƏMKİN.”Dağlar”

    10646868_273655359498567_6620189188081019440_n

    Vətən keşiyində dayanan ərdi,
    Xeyrə könül açar, şərə sipərdi.
    Özü başdan-başa qızıldı, zərdi,
    Aldanmaz nə qızıl, nə zərə dağlar.

    Zirvədə Qartalın zəfər səsiylə,
    Kəkliyin, Turacın zümzüməsiylə,
    Könüllər ram edən möcüzəsiylə,
    Yaradıb hər yanda mənzərə -dağlar.

    O kimdi, hüsnünə baxıb coşmadı?
    Sevinci qəlbində aşıb-daşmadı?
    Sirli qıfılbənddir, təcnis, qoşmadı,
    Sığışmaz bir şeirə, qəzələ dağlar.

    Bitib tükənməyən bir xəzinədi,
    Hər yetən dərk etməz bu ecaz nədi.
    Köksündə qayalar mərmər sinədi,
    Bənzəyir can alan gözələ – dağlar.

    Yamyaşıl ağaclar solu, sağında,
    Bir yeni dünya var hər bucağında.
    Ömrümün çiçəkli, güllü çağında,
    Ruhumu yenidən təzələ, dağlar!

    29.04.2006

  • Müzəffər MƏZAHİM.”Qorxuram”

    mm

    Asanlıqla gələn
    xoşbəxtlikdən,
    asan qazanılan
    pul kimi
    qorxuram.
    Öz bəxtimdən
    əzazil
    sahibindən qorxan
    qul kimi
    qorxuram.

  • Müzəffər MƏZAHİM.”Mağıl bir Danabaş kəndi vardı”

    mm

    Mağıl bir Danabaş
    kəndi vardı,
    Onun da dərdlərini
    Mirzə Cəlil çəkirdi.
    İndi dünya özü
    bir Danabaş kəndidir.
    Daha Allaha qalıb
    bu dünyanın dərdi…
    Görəsən Danabaş kəndi
    böyüyüb,
    Yoxsa dünya kiçilib?

  • Günel ƏLİYEVA.”Bu getmək deyil ki”

    gunelxanim

    Gedirəm mən daha
    Yetişdi zaman.
    Yetişdi ayrılıq, vida saatı.
    Dərdimi içimə çəkib gedirəm.
    Taleyin sınağı çox ağır oldu,
    Kəlmələr içindən bəxtimə düşən
    ”Sənsizlik” sözünü seçib gedirəm.
    Gedirəm ,bu görüş ,bəlkə, son görüş,
    Gedirəm, bəlkələr bir gün görməmiş.
    Könlümü əzaba məhkum edirəm.
    Ayağım aparır məni uzağa,
    Qəlbimi qəlbində qoyub gedirəm.
    Qorxuram yolumuz bir də qovuşmaz
    Mən sənin gözünə həsrət gedirəm.
    Lal olub ,dinməyir danışan dilim,
    Nə edim ,mən sənsiz axı nə edim?
    Sənli xatirəmi sənsiz tək gəzim?!
    Ruhumu ruhuna təslim edirəm.
    Bu getmək deyil ki
    Sənə gəlirəm.

  • Günel ƏLİYEVA.”Dayanın, çalmayın sonuncu zəngi!”

    gunelxanim

    Dayanın ,çalmayın sonuncu zəngi!
    O zəngdə illərin xatirəsi var.
    Sevinci, kədəri,
    Min təlatümü,
    O zəngdə könlümün ilk nəğməsi var.
    Bir də qayıdarmı o günlər geri?
    Unutmaq mümkünmü heç o günləri?
    Ən gözəl xatirə yazan dəftəri?
    Bizə elm adında həyat öyrədən,
    Hər biri nazımızı çəkən bezmədən.
    Unutmaq olarmı müəllimləri?
    Qızıldan qiymətli hər kəlmələri.
    Dayanın çalmayın sonuncu zəngi!
    Hicranın səsindən yaman qorxuram.
    Sükutun səsi tək o müdhiş olar.
    Gözlər dərd əlindən kövrələr, dolar.
    Məktəbə gələrdik hər gün bu yolla,
    Sözümüz tutmazdı bizim qayğıyla.
    Qayğısız saatlar ,qayğısız vaxtlar,
    Bir vaxt deyəcəyik ”o xoşbəxt anlar”.
    Həyatın silləsi sərt gələn zaman,
    Müəllim sözünə duyub ehtiyac.
    Hər dəfə keçmişə qayıdacağıq.
    Bütün xatirələr yada düşəcək,
    Gah gülüb ,gah da ki ağlayacayıq.
    Ərköyünlük etməyimizdən,
    Dərs oxumamaq bəhanəsiylə
    Məktəbdə unutduğumuz,
    Bəzən də vərəqlərini cırdığımız,
    Üstünə adımızı ,soyadımızı deyil
    Bütün xatirələrimizi
    Yazdığımız kitablarımızı.
    Sonra da müəllimlərin
    Qəzəbinə tuş gəldiyimiz
    Saatlarımızı.
    Dayanın, çalmayın sonuncu zəngi!
    Ayrılıq qorxusu böyütdü məni.
    Böyüdüm mən indi,
    Elə bu saat,
    Elə bu dəqiqə,
    Elə bax bu an.
    Ruhumla ,özümlə,
    Mən varlığımla,
    Böyüdüm,
    Mən daha böyük insanam.
    Yəqin ,ona görə yaman peşmanam.
    İndi sevirəm mən bütün fənləri,
    O keçən günləri ,xatirələri.
    Almayın əlimdən siz ötənləri.
    Dayanın ,çalmayın sonuncu zəngi!
    Göz yaşımız sel olub aparar sizi.
    Biz indi anladıq ki ,məktəb sevgi dənizi.
    Biz indi anladıq ki ,məktəb həyatın özü.

  • Esmira RƏHİMLİ.”Yalan” (Hekayə)

    Esmira

    Yalın dizlərimi yerə vura-vura ona doğru irəlilədim. Qapının yanındakı stulda oturmuşdu. Əynində yumşaq yun parçadan açıq sarı rəngdə gözəl paltar var idi. Həyəcanla ayaqlarını qucaqlayıb üzümü dizlərinə yapışdırdım.
    – Yaxşı, söhbəti dəyiş, indi ağlayacaq…
    Bibimin sözləri indiki kimi qulaqlarımdadır. Anamın bundan bir neçə dəqiqə əvvəl dediklərini o dəqiqə anlamışdım: “Ölsəydim bunlara kim baxardı?”
    Ölmək nədir bilmirdim. Nəyi bilirdim ki?! Hələ təzəcə ayaq açmışdım. O vaxt bir cücənin belə ölümünü görmədiyim halda bu sözü eşidən kimi qəlbimin dərinliyində çox güclü bir sarsıntı duydum. Mənə elə gəldi ki, göydən iri, güclü bir əl uzanacaq. Anam bu əlin ovcunda qalacaq. Sonra bu əl anamı göyün heç kimə məlum olmayan qaranlıq, qorxulu dərinliklərinə aparacaq və mən onu bir daha görməyəcəyəm.
    Sinəmin altında sanki bir quş çırpınmağa başladı. Anam əlilə kürəyimi oxşayıb: – Yaxşı, yaxşı, ölməmişəm sağam, görmürsən? – dedi. Dodağım səyriyə-səyriyə soruşdum:
    – Ölməzsən?
    Anam: – Yox, yox, ölməyəcəyəm… – deyib başımı aldatdı. Ömrüm boyu bu qorxu ilə yaşadım. Bir gün o əl göydən uzanıb anamı ovcuna aldı. Çəkib göylərin qaranlıq dərinliklərinə apardı. Dizlərini qucaqladım, öpdüm:
    – Bəs demişdin ölməyəcəksən?

    23-06-2016

  • İltimas İSMAYIL.”Seni unutmam…”

    ii

    Geri gelmen belki imkânsız ama
    Her zaman anarım seni unutmam
    Bindiğin o gemi dümensiz ama
    Rüzgâra dönerim, seni unutmam.

    Güneş batar, ay’ı gizler geceler
    Sabah akşam dilim seni heceler
    Ahım yerde durmaz, göğe yüceler
    Mum gibi sönerim seni unutmam.

    Simurq bir kez sever ömrü boyunca
    Ateşle aşkını yaşar doyunca
    Vefasız sevdaya gönül koyunca
    Alevsiz yanarım seni unutmam.

    Resmine sarılıp öyle yaşarım
    Hayali sevgimle coşup taşarım
    El ele tutuşup yıllar aşarım
    Yalana kanarım, seni unutmam.

    İltimasın sözü burada biter
    Ayrılık zor gelir, hüsrana iter
    Bensiz de mutlu ol, bu bana yeter
    Ölümü denerim, seni unutmam.

    23.06.2016

  • İltimas İSMAYIL.”Şəhidlər ölməzdir, vətən bölünməz”

    ii

    Şəhidlər ölməzdir, vətən bölünməz
    Qarabağ bizimdir, əsla verilməz
    Əsgərlər sipərdir sədler geçilmez
    Şəhidlər ölməzdir, vətən bölünməz.

    Bütün dünya duysun haqq səsimizi
    Vətənə verdik son nəfəsimizi
    Söndürməz ölüm də həvəsimizi
    Şəhidlər ölməzdir, vətən bölünməz.

    Haydı igidlərim siraya durun
    Düşmənın bağrına yaralar vurun
    Göylerdə ucalıq taxtını qurun
    Şəhidlər ölməzdir, vətən bölünməz.

    Qəhrəman ordumuz dastanlar yazır
    Kafirin hiyləsin yamanca pozur
    Dığa ermenin məzarın qazır
    Şəhidlər ölməzdir, vətən bölünməz.

    Xain duşmən bizim gücü anlayır
    Her tərəfdə yalan, yalnış banlayır
    Yaltaqdır, onu, bunu yanlayır
    Şəhidlər ölməzdir, vətən bölünməz..

    Bir igid can versə beşi gələcək
    Yuvada ılanın başın əzəcək
    Son nəfəsdə murdar qonşu biləcək
    Şəhidlər ölməzdir, vətən bölünməz.

    Halallık istəyib evdən getdilər
    Torpaq muqəddəsdir, and da içdilər
    Qarabağ dardadır, haya yetdilər
    Şəhidlər ölməzdir, vətən bölünməz.

  • Müzəffər MƏZAHİM.”Durdun sırasında…”

    mm

    Gözəl şairimiz Saday Şəkərliyə
    azadlıq arzusu ilə

    Azadlıq əbədi haqqındır sənin,
    Bir gün alacaqsan haqqını, qardaş.
    Bəxtə daş atanlar qalmaz cəzasız,-
    Günahdır, tapdanmaz haqq qını, qardaş.

    Keçdin bu dünyanın qıl körpüsündən,
    Səni qorxutmadı qır qazanları.
    Nahaqqın önündə pəs edərmi heç,
    Tanrı aşiqləri, haqq ozanları?

    Sözü əlac bildin dərdlərinmizə,
    Yazdın, şəfa tapsın yaralı Vətən.
    Fəqət bilmədin ki, durub pusquda,
    Sənə söz atacaq hər yoldan ötən.

    Böhtan dayaq durdu, yeridi yalan,
    Gəldi taleyinə, bəxtinə qədər.
    Büküb ürəyinə əzizlədiyin,
    Müqəddəs arzular qəlbini didər.

    Dədə Nəsiminin, ulu Vaqifin,
    Cavidin, Müşfiqin, Əhməd Cavadın…
    durdun sırasında Saday Şəkərli,-
    Məhbus şairlərə qoşuldu adın …

    Azadlığın üçün, Vətən, can verən,
    Oğullar qoynunda məhbusa dönür.
    El üçün alışıb-yanan şairin,
    Çırağı qaralır, ocağı sönür.

  • İltimas İSMAYIL.”Sen benimsin”

    ii

    Nazlı yarım
    Yazlı yarım
    Sazlı yarım
    Sen benimsin.

    Kara gözlüm
    Tatlı sözlüm
    Güzel yüzlum
    Sen benimsin.

    Günahkarım
    Tevbekarım
    Sebepkarım
    Sen benimsin.

    Çıkak düze
    Gedek bize
    Söyle yüze
    Sen benimsin.

    Dön tanıma
    Ak kanıma
    Gel yanıma
    Sen benimsin.

    Eller biler
    Kalbim diler
    Yaşım siler
    Sen benimsin.

    Efkar oydu
    Gönlüm doydu
    Her kez duydu
    Sen benimsin.

    08.05.2016.

  • İltimas İSMAYIL.”Kaç gün oldu haber almadım senden”

    ii

    Yüzüm kederlidir, gözlerim sulu
    Kaç gün oldu haber almadım senden
    Boğazım dügümlü , yüregim dolu
    Kaç gün oldu haber almadım senden.

    Bulutlar toplansın, yağmur ağlasın
    Gök yüzü tutulsun, kara bağlasın
    Yıldırımlar yağsın, yeri dağlasın
    Kaç gün oldu haber almadım senden.

    Sanki Güneş küsmüş yüzü gülmüyor
    Geceler bitmiyor, tanım gelmiyor
    Gözlerim arıyor, yarı bulmuyor
    Kaç gün oldu haber almadım senden.

    Yollar da yoruldu, usandı benden
    Postacı görünce kaçıyor genden
    Ruhum pervazlanıp, çıkıyor tenden
    Kaç gün oldu haber almadım senden.

    Yüreğim atmıyor, ölüyorum yar
    Bu aşk beni aştı, biliyorum yar
    Tanrıdan tek seni diliyorum yar
    Kaç gün oldu haber almadım senden.

    09.03.16
    Bakü

  • Zeynəb Dərbədlini doğum günü münasibətilə təbrik edirik! (25 iyun 1970-ci il)

    13510920_1823390141222061_1965532050199947856_n

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, “Cəsarətli qələm” media mükafatı laureatını, sevimli nəğməkar şairini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınzdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olması diləyir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

    SƏNSƏN

    Ana, mənim ürəyimin,
    Ən böyük dəvası sənsən.
    Zəyif, nursuz gözlərimin,
    Işığı, şəfası sənsən.
    Mənim mənasız ömrümün,

    Qəmgin, yaralı könlümün.
    Susuz, havasız günümün,
    Həm suyu, havası sənsən.
    Darıxmışam sənin üçün,
    Ağlayıram için için.

    Söylə, yaşayıram neyçün?
    Ömrümün mənası sənsən.
    Bir, barsız budağam məndə,
    Mənim tək olmaz bir bəndə.
    Bu Zeynəbin hər günündə,
    Xeyiri, duası sənsən.

    DƏRBƏNDDİR

    Ürək açır meşələri, bağları,
    Min bir dərdlərin dəvası Dərbənddir.
    Çiskinli, dumanlı, çənli dağları,
    Əsirlərin nur havası Dərbənddir.

    Cümə Məscidi dünyanın bəzəyi,
    Həmişə ətirli gülü, çiçəyi.
    Tarixə həkk olan daşı, kəsəyi,
    Fətəli Xanın dünyası Dərbənddir.

    Hər yerində bulağı var, daşı var,
    Çiçəkli baharı, qarlı qışı var.
    Öyrənmək istəsən neçə yaşı var,
    Qoç Koroğlu macərası Dərbənddir.

    Gözəl Muminənin ulu türbəsi,
    Abidədir, bircə daşın tikəssi.
    Dilin unutmağa qoymaz heç kəsi,
    Hər millətin Əlifbası Dərbənddir.

    Dəmir qapıları, dəmir izləri,
    Heyran edir ona baxan gözləri.
    Bir cənnətdir təpələri, düzləri,
    Heç vaxt alınmayan Qala Dəebənddir.

    Ona göz dikənin üzü qaradır,
    Şairləri burda yazıb, yaradır.
    Zeynəbdən soruşssaz, yerin haradır?
    Deyər vətəni, obası Dərbənddir.

  • Esmira RƏHİMLİ.”Mənim yaşıdım” (Hekayə)

    Esmira

    Həftənin beş günü işə getməli idim. Ona görə də hər həftənin altıncı günü atamla anama baş çəkmək üçün bağa gedirdim. Haçan getsəm eyvanda bir məstan pişik görərdim. Yenə də orda idi. Anam onu görcək: – Xoş gəlmisən! – deyib onu yedirtdi. Çox keçmədən pişik qəfildən tüklərini qabardıb qaçdı. Arxaya dönüb baxanda iki qəhvəyi rəngli it gördüm. Anam onları görən kimi: – Qaragöz, Mərcangöz bu da sizin – deyib onları da yemlədi. Təəccüblə ondan soruşdum:
    – Axı sən heyvansevər deyildin, nə oldu sənə?
    – Neyləyim, sizdən öyrəndim. Axırda məni də öz tayınız elədiz. Həm də burda darıxanda onlarla başımı qatıram.
    – Nə qəşəng itlərdir!
    – Hələ biri də var, onu görsən lap ürəyin gedəcək! Elə qəşəngdir, ağappaq pambıq topasına oxşayır. Gözləri də qapqaradır.
    – Balacadır?
    – Yox, balaca deyil.
    – Qocadır?
    – Yox, qoca da deyil.
    – Yaxşı bu it balaca deyil, qoca da deyil, bəs bu hansı yaşdadır?
    Anam mənə sataşmaq üçün bəhanə tapmışdı. Vəziyyətdən yararlanıb fürsəti fovtə vermədi:
    – Bilirsən, o nə balacadır, nə də qoca. Elə sən yaşda olar!

  • Müzəffər MƏZAHİM.”Vətəndir”

    mm

    Sənə çörək, su verən,
    Bolluca ruzu verən,
    Şip-şirin arzu verən,
    Ulu torpaq Vətəndir.

    Müqəddəsdir Ana tək,
    Qoynu əlvan gül-çiçək,
    Qoyma sola, becər,ək,
    Bu barlı bağ Vətəndir.

    Bu gördüyün çöl-çəmən,
    Sarı zəmi, bollu dən,
    Zirvəsi bulud əmən,
    Vüqarlı dağ Vətəndur.

    Gözəl göllər, guşələr,
    Şəlalələr, köşələr,
    Gur çaylar, sıx meşələr,
    Qaynar bulaq Vətəndir.

    Ayla, ulduzla qalxan,
    Üç məğrur rəngələ baxan,
    Uğrunda qanlar axan,
    Ulu bayraq Vətəndir.

    Himni könül dindirən,
    Coşduran, sevindirən,
    Qəlbini isindirən,
    Bu gur ocaq Vətəndir.

  • Abdulla MƏMMƏD.”Qadası”

    13466280_1626932517553363_7754307136934153916_n

    Mən bu yolda saçlarımı ağartdım,
    Ağarmadı sənsiz günüm,qadası.
    Qədərimə de, nə qədər göz yumum?
    Ötüşməyir çənsiz günüm qadası.

    Göz yaşınam-quru dərdə yaşam mən,
    Sel deyiləm dağ çayı tək daşam mən.
    Bəlkə sənin nəzərində daşam mən?
    Üzə gülmür ayım, günüm, qadası.

    Nəsibimmiş şimşək kimi çaxmağın,
    İntizarın od püskürən çaxmağım…
    Olmasaydı eşq qapısın çaxmağın,
    Ağlamazdı sənli günüm, qadası.

    Fikirlərin nə qaradır, nə ağdır,
    Yersiz küsüb, inciməyin nahaqdır.
    Bilməyirsən-nə yalandır, nə haqdır?
    Yetmir sənə ürək ünüm, qadası?!

    Sənsiz yağır yağmur ümid yollara,
    Barı bir yol bu yollardan yol ara!
    Canım nədir, ürəyimi yollaram,
    Sən istəsən ömrüm-günüm qadası.

    Qayıt, gülüm-könlüm gülsün, gülüm, sən
    Gül üzünlə bir üzümə gülümsə.
    Gözlərimdə qəlbən gülən gülümsən,
    Gəlsən, gülər ayım, günüm, qadası.

    Gəl, gülüm, gül, gül ömrümün mənası,
    Qəmlə ötən günlərimdən məna sız.
    Abdullayam, sənsiz ömrü mənasız.
    Calayıram günə günü, qadası.

    Azərbaycan.Quba.
    08.06.2016.

  • Rahilə DÖVRAN.”Vəfasız”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Nə vaxtdır həsrətə dalıb qalmışam,
    Şəklini əlimə alıb qalmışam,
    Sənsiz xəzan olub ,solub qalmısam,
    Vəfasız,vəfasız,vəfasız yarım!

    Köçəri quş kimi uçub getmisən,
    Əyləcsiz qatartək keçib getmisən,
    Bivəfa ismini seçib getmisən,
    Vəfasız,vəfasız,vəfasız yarım!

    Oduma alışıb yanan olmuşdun,
    Arifdin,dərdimi qanan olmuşdun,
    Hanı bəs sən mənə canan olmuşdun?
    Vəfasız,vəfasız,vəfasız yarım!

    Mənə yol göstərən mayağım idin,
    Tutan əlim idin,ayağım idin,
    Güvəncim sən idin,dayağım idin.
    Vəfasız,vəfasız,vəfasız yarım!

    Kimsəsiz dağlarda duman olarmış,
    Ümid tükənəndə güman olarmış.
    Ayrılıq ölümdən yaman olarmış,
    Vəfasız,vəfasız,vəfasız yarım!

  • Rahilə DÖVRAN.”Nəsihət”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Hələ gəncsən, bahar kimin süstləmisən donunu,
    Qasırğalar,fırtınalar kəsməyibdir yolunu,
    Fürsət varkən bir də düşün,axır günü,sonunu,
    Caxar şimşək,qopar tufan,qönçə ikən solarsan.

    Kimsə qoşa ata bilməz qismətinin zərini,
    Gücü yetməz dayandırsın çərxi-fələk pərini.
    Zaman bükər qəd-qaməti,artırar-dərd sərini,
    Cavanlığım hanı deyib,caç-başını yolarsan.

    Xatirələr gəmisində hey cıxarsan səfərə,
    Mərhəm liman tapammazsan,qərq olarsan qəhərə,
    Gecələri göz yummazsan,güman qalar səhərə,
    Ələnməyə hazır olan bulud kimin dolarsan.

    Şəvə saca qrov düşər,bəmbəyaz qar ələnər,
    Xəstə könül fərəhlənməz,Haqqdan sevinc dilənər.
    Ölər arzu, istəklərin,ag kəfənə bələnər,
    Dinləyərsən “Dilqəmi”ni, “Yanıq Kərəm” çalarsan.

    Yana-yana, qibtə ilə, hey baxarsan gənclərə,
    Sevinc səndən uzaq düşər,bürünərsən kədərə.
    Deyinərsən qismətinə,Haqdan gələn qədərə,
    Geyilməyən paltar kimi asılqanda qalarsan.

  • Şəfa VƏLİYEVA.”Biz deyə bilmədik” (Hekayə)

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    – Gülüşündən bir qucaq sevda asılmışdı. Elə bilirdim ki, indicə dodaqlarının kənarındakı qırışlar açılacaq, o bir qucaq sevda küləkdən qorxmuş gilənarlar kimi ayaqlarım altına səpələnəcək. Mənsə, bax, bunu istəmirdim. Onun gülüşündən asılmış o bir qucaq sevdaya möhtac idim. Yaşamaq istəyirdim…

    – Çox şişirdirsən, əzizim. Bu, heç də sən düşündüyün kimi romantik görüş olmayıb axı.

    -Hə, əlbəttə! Mən heç də görüşümüzün romantik olmasını iddia etmək istəmirəm. Sadəcə, o anlarda özümün nə düşündüyümü anladıram. O, evli qadın… Mənsə, onun keçmişindən qalan sevgi dolu bir kölgə.

    -Anlatmırsan, anlatmağa çalışırsan.

    -Bağışla, amma deyəsən, bizim sözümüz bir-birimizə xoş gəlmir. Üz-üzə oturub özümüzü guya rahatca söhbət edirmiş kimi göstərməyə məcbur deyilik.-Cavan oğlan likör dolu qədəhi birnəfəsə başına çəkdi.

    Onlar şəhərin mərkəzindəki məhşur kafenin xüsusi hücrəsində oturmuşdular. Baxışından hiyləgərlik tökülən, bəstəboy, saçları çallaşmış, ortayaşlı bank işçisi və hələ də bəbəklərində dünyaya olan inamını qoruyub saxlamağa çalışan ucaboy, sıx qara saçlı, otuz yaşlarında kompyuter mütəxəssisinin bu gün görüşməsinin səbəbi də sadə idi. Gənc oğlan bank işçisinin qeyri-qanuni nikahdan olan oğlu idi. Görünüşə görə, bank işçisi oğluna nə isə vacib söz demək istəyirdi. Söhbəti oğlunun sevdiyi qızdan başlamaqla onun az da olsa kövrəkləşdiyi anı tutmaq istəyirdi. Lakin gəncin öz sevdasını bu qədər romantik sözlərlə anlatmasını dinləməyə hövsələsi çatmırdı. Sözün dağ olunduğu yerə tez çatmaq istəyi ilə dilləndi:

    -Akif, oğul bala, incimə. Mənim sevda yaşım çoxdan keçib. İndi mənim həyatım ancaq puldan asılıdır.

    Oğlan əlində oynatdığı qədəhi masaya qoyub kinayəli gülümsündü:

    -Bilirəm. Səni puldan başqa nə düşündürür, bax, onu da bilirəm. -Barmaqlarıyla “iki” işarəsi verib əsnədi.-Yuxum gəlir, qısa kəs, qalxaq.

    -Mənə oxşayan tək bu “qısa kəs” deməyindi. Heçdən bu yaxşıdır ki! Buna da şükür!

    Kişi əllərini qoşalayıb salavat çevirdi. Oğlan səsini ucaltdı:

    -Bu da növbəti debüt. Likör iç, salavat çevir! Əhsən, Baxış müəllim!

    -Məni dolama, küçük! Bayaqdan hövsələmi basıram, bəlkə, yadına düşər ki, qarşındakı atandı. Amma yox, görürəm! Görürəm, anan səni mənə olan nifrətində necə qaynadıb bişirib! Dur, rədd ol!

    Akif onun bağırtısından halını da pozmadı. Əllərini çarpazlayıb başını irəli əydi:

    -Çıxışınız bitdisə, bir kadr geriyə qayıdaq, Baxış müəllim. Mənə puldan danışırdız.

    Kişinin üzündəki ifadə bu sözlərin ahənginə uyğun olaraq dəyişdi. Kənardan baxan bir rəssam özünü Klod Monenin sərgisində hiss edərdi. Sanki gün ərzində dəqiqədən-dəqiqəyə dəyişən işığı rəsmdə əbədiləşdirən Monenin fırçası Baxış müəllimin alnından başlayıb çənəsinədək xəfif bir sığal çəkdi.

    -Bax, qısa kəsirəm, mənə pul lazımdı. Cəmi beşcə min dollar. Gedib maraqlanmışam, banklar ancaq bircə şərtlə kredit verir. Gərək, kiçik biznesin olsun.

    -Bilirəm, devalvasiyadan bəri bütün kreditlər dollar olub.

    -Hə də, yaman çətinləşib. Dollar da ki, bir gün yuxudan durursan bir manat əlli qəpik, o biri gün gözünü açırsan, iki manata bir addım qalıb. Nəysə, elnən gələn toy-bayramdı. Yaşamalıyıq.

    Akif hələ də gözlərini atasının əllərindən çəkmirdi. Bu əllərin hər bir hərəkəti onda anlaşılmaz duyğular oyadırdı. Elə bilirdi, hardasa bu əllərin hərəkətinə uyğun bir musiqi çalınır, o musiqinin sədaları altında da sevdiyi qız başını ərinin sinəsinə söykəyib gülümsəyir. Xoşbəxtcəsinə…

    -Hə, nə deyirsən? Sabah neçədə gələcəksən Cavadxan küçəsindəki banka? -Nəhayət, kişi əllərini masaya söykəyib gözlərini hərisliklə Akifin üzünə dikdi.

    Düzdü, Akif, onun son sözlərinə qulaq asmırdı, amma atası “kiçik biznes lazımdı”-deyən kimi söhbətin onun üstünə “Kompyuter təmiri və proqram təminatı” yazılan birotaqlı “ofisindən” getdiyini anlamışdı. Baxış müəllim ondan əl çəkəsi deyildi. Odur ki, razılaşmaqdan başqa çarəsi yox idi.

    -Saat on üçün sənədlər əlimdə ordayam. Qalxa bilərik!

    Kişi şəstlə ayağa qalxıb qədəhlərin böyrünə bükülü on manatlıq qoydu, əliylə ofisianta işarə edib dedi:

    -Xırdası lazım deyil!

    Ata-bala qapının ağzında elə mehribancasına sağollaşdılar ki, onları izləyən rəssam bu dəfə özünü SSRİ-nin beynəlmiləl vətəndaşı hesab edərdi.

    Akif evə gələnədək bütün yolboyu bayaq beynində qurduğu mənzərəni görürdü: sevdiyi qız ərinin sinəsinə söykənib xoşbəxtcəsinə gülümsəyir. Bu kiçik kadrdan bir addım irəli-geri düşünə bilmirdi. Elə bilirdi ki, təkcə bu kadr onu həyata bağlaya bilər, təkcə bu beynində qurduğu bir ömrün bir neçə dəqiqəsi ona həyatında yeni bir cığır seçib irəliləməyə stimul verəcək. Hələ o qızın üzündəki xoşbəxt ifadə! Akif bu xoşbəxtliyə sevinə bilmirdi. Ona elə gəlirdi ki, bu xoşbəxtlik də o qızın özü kimi “həyasız”dı. Hə, “hə-ya-sız”! Öz çarpayısına uzananda da hələ “həyasız xoşbəxtlik” beyninin içində həzin-həzin yellənirdi. Əlini atıb beyninin içindəki bu yelləncəyi dayandırmaq imkanı olsaydı… Sadəcə yatmaq istəyirdi. Yatmaq.

    -Akif, yatmamısan ki? -Anası hüznlü baxışlarını onun açıq pəncərəsində süzdürdü. Bu baxışlar Akifə yönələndə artıq hüznə məzəmmət də qarışmışdı. -Bu pəncərəni örtmək, siyirməsini çəkmək cəmi iki dəqiqənin işidi.-Yaxınlaşıb pəncərəni bağladı. Otaqdan çıxhaçıxda isə laqeydcəsinə dedi.-Sevilyadan məktub var ev telefonunun yaddaşında.

    Akif əvvəlcə dondu. İllər əvvəl, Sevilya ərə getməzdən bir neçə ay öncə ev telefonlarının nömrəsini ona vermişdi. Hər axşam işdən evə gəlincə anası laqeydcəsinə eyni kəlmələri deyirdi: “Sevilyadan məktub var ev telefonunun yaddaşında”. Və bir gün Sevilya ərə getdi. O gündən Akif bir daha ev telefonlarının nömrəsini heç bir qıza, qadına vermədi. Sevilyadan gələn məktubları isə onun toyunun səhəri günü yaddaşdan təmizləmişdi. Və indi, anası həmin laqeyd ifadə ilə həmin sözləri demişdi.

    Yüyürərək ev telefonunu sinəsinə sıxdı, diktofonun düyməsini basıb stulda oturdu. Diktofondan gələn səs beynindəki yelləncəyi dayandırmış, onu həyata bağlayacağına ümid etdiyi kadrı bəd rənglərlə boyamağa başlamışdı:

    -Akif… Günahın hamısı səndədi, bilirsənmi? Bilirəm ki, səsimi eşidib ağlayacaqsan. Nolar ki, ağla. Hətta, ağlayaq. Gəl bir yerdə ağlayaq. Göz yaşlarının da təkliyinə qıymıram. Unutmamısan məni. Bilirdim unudulmayacağımı. Əlimi sənə tərəf uzatmağım buna görəydi. Sənin əllərimə sadəcə bir baxış göndərib getmən daha gözəl tabloydu. İmza yerində adım vardı. Hələ də var. Akif, bilirsənmi?! Bir ömür yaşaya bilərdik. Günləri bölə bilərdik məsələn: mənim çay dəmləməyimə, fincanlarımızın qoşa duruşuna, güzgü önündəki darağa eyni anda əl uzatmağımıza.Dalaşa bilərdik məsələn: sən analitik verilişə, mən tarixi filmə baxmaq istəyərdim. Amma olmadı. Sənin cəsarətsizliyin buna imkan vermədi. İndi də oturub həyasızcasına xoşbəxtliyinimi yaşayırsan? Yox! Bilirəm ki, yox! Çünki unudulmamışam! Varam və olacağam! Akif, biz bu dünyada hamıya, hər şeyə “hə” dedik. “Ailəmiz”-dedik, “cəmiyyətimiz”-dedik, “iş yoldaşlarımız”, “küçəlilərimiz”, “uzaq-yaxın qohumlarımız”-dedik… Təkləndik, “mən”-dedik, “sən”-dedik, ancaq “biz”-deyə bilmədik. Biz deyə bilmədik…

    Akif telefon aparatı qucağında stuldaca oturub ağlayırdı. Anası isə onun kiçik biznesinə aid olan sənədlər əlində qarşısında dayanmışdı.

    -Akif, sabah saat doqquzda Atatürk prospektindəki banka gedib sənin adına pul götürəcəyəm. Daha bu işi uzatmaq olmaz. Səidə müəllimənin qızı Nigara nişan aparmaq, havalar soyumamış toyu eləmək üçün beşcə min dollar pul lazımdı. Daha evlənməlisən, camaat nə deyər?!

    Akif başını ağır-ağır qaldırdı:

    -Hə, ana. Camaat çox söz deyər… Çoox… Hamı deyər, hamı! Təkcə… Təkcə, biz deyə bilmədik… Biz…

    Gəncə

  • Şəfa VƏLİYEVA.”Ölü doğulan şeir” (Hekayə)

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bu gün üçün qurduğu planlar yaman çox idi. Təzə iş yerində aynaları silməli, iki qapı o yandakı köhnə iş yerində kitab rəflərini səliqəyə salmalı, bazara gedib rayona gəlin köçmüş qızı üçün bir “təkərək” əvəlik almalı, günorta evə qayıdıb oğlu üçün xəngəl bişirməliydi. Tələsirdi. Bu tələskənlik onun qanına hopmuşdu, həyat tərzinə çevrilmişdi. Yolda rast gəldiyi tanışlardan kimsə təngnəfəsliyinə irad tutanda bircə kəlməylə hər şeyin izahını verirdi:

    -Yüyürürəm!

    Hə, o yüyürürdü. Həyatın bu başından o başına yüyürürdü. Tanrının ovuclarında ona uzadılan ömür payından hərdən bircə barmaq dadırdı; bu “hərdən” adlı zamanın saçından ayırdığı üç tel üçcə an çəkirdi, bir şeir doğulurdu ürək sancısından. O sancını çəkmək vaxtı da fərqli ölçü-biçidəydi; bir il, beş ay, səkkiz gün, bircə an. Bir dəfə şeir doğulan anda “ürəyindən salıb çilikləmək” istəmədi, yüyürüb kiçik dolabın üstündəki boz qeyd dəftərini açdı, dəftərin bir tərəfinə söykənmiş qırmızı qələmi əlinə götürüb misraları kağıza əmanət etmək istədi. Açdığı vərəqdə bir neçə cümlə yazılmışdı: “Həyatım anamın hər təzə iş yeri tapanda sevinməsiylə keçdi. O sevinirdi…Mənsə, için-için ağlayırdım.” O gün şeiri ölü doğulmuşdu…

    Təzə iş yerinin qapısına çatmışdı. İçəri keçib çantasını yumşaq kresloya qoyanda fikrindən keçənlərə gülümsündü:

    -Çantam məndən urvatlıdı, gah çiynimdə nazlanır, gah kreslolarda xumarlanır. Mənim bu kresloda oturmağa da vaxtım çatmır.

    Aynasiləni götürmək üçün içəri otağa keçəndə gözünə ilk dəyən döşəmə üstünə qoyulmuş Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı oldu. Qeyri-ixtiyari aşağı əyildi, əlləri kitaba uzandı. İncə, ağ barmaqlar onun qabarlı əllərini qabaqladı, kimsə kitabı açdı. Yalnız indi belini dikəldib otağa nəzər saldı. İki gənc qadın üzbəüz oturub kitabı araya qoymuşdular. Biri kitabı açıb pıçıltı ilə oxuyurdu, o birisi isə doluxsunmuş halda sanki ürək əməliyyatından çıxmış sevgilisini gözləyirdi; onun ürəyində özünə qarşı bir hissin qalıb-qalmamağını yerişindən bilmək istəyirmiş kimi. Kitabı oxuyan başını qaldırıb əminliklə danışmağa başladı:

    -Sənin bir sinif yoldaşın qız olub, o sənə yalan danışmağı öyrədib. Bir oğlan səni sevirmiş, ona ümid verib, aldatmısan. O oğlanın nəfsi var səndə. Evdə ananla mübahisəniz tez-tez düşür adamlarla bağlı, o deyir filankəslə danışma, sən bildiyini eliyirsən. Xülasə, ağıllı ol! Kitab belə deyir.

    Daha burda dayanmaq istəmədi. Əlləri, ayaqları titrəyirdi, onun nəzərində kitab böhtan atılaraq günahsızca məhbəsə salınana bənzəyirdi. Aynasiləni götürüb cəld otaqdan çıxdı. Heç iyirmi dəqiqə çəkmədi ki, köhnə iş yerinin qapısı ağzındaydı, ordakı küskün “Sirlər xəzinəsi”ndən fərqli olaraq burdakı nazlı, işvəli kitabları sığallaya bilir, ürəklə qucaqlayır, ürəyi istədiyini evə aparıb axşamlar on-on beş dəqiqə vərəqləyə bilirdi; oxumağa vaxtı çatmırdı.

    Burdakı işini də bitirib bazarın yolunu tutdu. Gedə-gedə də fərəhlənirdi, qızına əvəlik almağa pulu vardı. Havalar bir az soyuyan kimi, oktyabrdan başlayaraq ayda bir dəfə qızına əvəlik alıb göndərirdi. Bir dəfə bazarda əvəlik satan tanışı demişdi:

    -Qızın rayonda olur axı, orda bu əvəliyi özü yığa bilmirmi ki, sən şəhərdən alıb göndərirsən?

    Öncə sual ona qəribə gəlmişdi, tanışı düz deyirdi, lakin tezcə də doğruluğuna heç bir şübhəsi olmayan sözləri dilinə gətirmişdi:

    -Qızım istəyir ki, əvəliyi ona anası alıb göndərsin!

    İndi də bir “təkərək” əvəliklə qızına bir ürək sevgi, bir nəfəs istilik, bir əl qabarı halallıq göndərəcəkdi, həmişəki kimi. Birdən qulağına tanış səs gəldi:

    -Deyir ki, nə çox gülürsən? Deyirəm ki, magistr oxumağa cəhd eləmişəm, alınmayıb. Deyir ki, çox gülmə! Deyirəm ki, ingilis dilini mükəmməl öyrənərəm ha!!! Kiriyib getdi. Ha-ha-ha…

    Duruxdu. Bu səs, bu intonasiya, həyasızcasına çəkilən şaqqanaqdan ürpəndi. Dönüb səs gələn səmtə baxdı, zənnində yanılmamışdı. İki əliylə çantasını eşən, telefonu sağ çiyninə qoyub başını üstünə əyən qızı illərdi ki, tanıyırdı. Lakin illər əvvəl bu qız onun nəzərində ən saf, utancaq, güləndə dişləri görünməyən, yolun ortasında səsini yüksəltməyən, saçları palıdı, dırnaqları boyasız bir gözəl idi. Onda hələ kompüter kursuna oxumağa gələr, həyalı-həyalı barmaqlarını klaviaturaya toxundurar, kirpiklərini ürkək baxışlarının üstündən pərdə kimi asardı. Sonra bu qızı daha görmədi. Bir neçə ay öncə həmin kursun müəlliminə rast gəlmişdi. Müəllim kursun bağlandığından, işsiz qaldığından, iş axtarsa da tapa bilmədiyindən danışdı. Bir az dövrandan, zamandan, hətta insanların yadlaşmasından da bir-birinə giley etdilər. Sözarası yaddaşında kövrəklik rəmzi kimi qalan qızı da soruşmuşdu. Ona elə gəlmişdi ki, müəllim bu sualı eşidəndən sonra boyu kiçilmiş, gözlərinin ətrafında qırış çoxalmışdı. Müəllim təəssüf dolu səslə dillənmişdi:

    -O yazıq da… Anası rəhmətə getdi, atası ikinci dəfə evləndi, analıq da qızı çöllərə saldı. O tində-bu tində iş axtarır. Görsən, tanımazsan… Yaxşısı budur, görmə heç… Görmə.

    Onda müəllimin dediyi bu sözlərə fikir verməmişdi, əksinə, o qızı görmək istəmişdi. Bu gün, bu an isə bir heykəlin qarşısında donmuş kimi ayaqları yerə mıxlanmışdı. Matdım-matdım hələ də çantasını eşən qıza baxırdı; sarı saçlar, boyalı dırnaqlar, saxta, nəyinsə intiqamını alırmış kimi sinəparçalayan gülüş, yuxarı qatlanmış kirpiklər ona heç də tanış deyildi. Təkcə o cingiltili səsi tanıyırdı. O səs də ona çox uzaqdan əl sallayır, vida edirdi…Lap uzaqdan.. İllərin ömür-ömür yığaraq saxlanc etməyə apardığı xatirə faytonunun zınqırovlu atlarının ayaqlarından qalxan tozun içindən…

    Nəhayət, başını aşağı salıb ağır-ağır bazara tərəf addımladı. Bir neçə dəqiqədən sonra bazarın qapısına çatanda Tanrının ovuclarındakı ömür payından bir barmaq da dadmışdı…

    Gəncə

  • Xalqımızın Prezidentin və Ali Baş Komandanın ətrafında sıx birləşməsi qələbəni şərtləndirən amillərdəndir

    MBabayev - 1

    Azərbaycanda Milli ordunun yaranmasının bir əsrə yaxın bir tarixi var. 1918-ci il iyunun 19-da Azərbaycan Xalq Cümhuriyyəti mövcud gərgin vəziyyəti nəzərə alaraq ölkədə hərbi vəziyyət elan etdi. İyunun 26-da isə diviziya statusuna malik hərbi korpusun yaradılması ilə bağlı qərar qəbul olundu, bununla da Azərbaycanda Milli ordunun təməli qoyuldu. Təəssüflər olsun ki, Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra müstəqilliyimizin digər atributları kimi milli ordu hissələri də ləğv edildi. Ancaq Sovet dönəmindəki bütün maneələr Azərbaycan xalqının döyüş ruhunu sarsıda bilmədi. 1939-1945-ci illərdə İkinci dünya müharibəsinin gedişi və nəticələri bu həqiqəti bir daha təs-diqlədi. Xalqımız öz zəngin hərb tarixi ənənələrinə sadiq qalaraq bu müharibədə də əsl şücaət, əzmkarlıq nümunəsi göstərdi və Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçdi. Bu müharibədə Azərbaycandan təxminən 130 hərbçi Sovet İttifaqı Qəhrəmanı adına, 30 döyüşçü isə «Şöhrət» ordeninin hər üç dərəcəsinə layiq görüldü.
    Bu gün Azərbaycanda ordu quruculuğundan danı¬şarkən Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonrakı mərhələyə xüsusi diqqət çəkilməlidir. Bu o dövr idi ki, cəbhədə vəziyyət çox gərgin idi. Torpaqlarımız bir-bir erməni işğalçıları tərəfindən zəbt olunurdu. Torpaqların müdafiəsi pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin və müəyyən adamların xüsusi maraqlarına xidmət edən nizamsız silahlı qruplaşmaların ümidinə qalmışdı. Vahid idarəetmə sistemi yox idi. Yalnız Heydər Əliyevin möhkəm iradəsi sayəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olduqdan sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanıldı. Qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən yüksək tutan, hərbçi olmağı özünə şərəf sayan, savadlı və təcrübəli zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundu. Zabit və əsgər heyətinin mənəvi və psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə, hərbi vətənpərvərlik işinin gücləndirilməsinə diqqət artırıldı. Silahlı qüvvələrin döyüş hazırlığının səviyyəsi tək hərbi texnika ilə deyil, bu texnikanı idarə edə biləcək savadlı zabit korpusundan asılı olmasının əhəmiyyəti nəzərə alınaraq beynəlxalq standartlara cavab verən hərbi təhsil sisteminin formalaşdırılmasına diqqət artırıldı.

    1466776087_000

    Təqdirəlayiq haldır ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsindəki işlər uğurla davam etdirilir. Hərbi xərclər, orduya ayrılmış vəsait son 10 il ərzində bir necə dəfə artırılıb. Ordu üçün yetərincə müasir hərbi texnika, silah-sursat alınıb. Hərbi hissələr üçün yeni binalar – əsgəri-məişət-yaşayış kompleksləri, müxtəlif təyinatlı obyektlər tikilib, bu hissələrin silah-sursatla təminatı qat-qat yaxşılaşdırılıb. Son dövrlərdə Azərbaycanda Hərbi Sənaye Kompleksi, Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır ki, bu nazirliyin nəzdində onlarla zavod fəaliyyət göstərir və yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal edilir. Yeni hərbi istehsal sahələrinin yaradılması xarici silah bazar¬larından asılılığımızı azaldır.
    Artıq Azərbaycan əsgərinə və zabitinə ictimai münasibət də köklü surətdə dəyişilmişdir. Bu gün orduya xidmətə çağrılan hər bir gənc bu xidməti özünün şərəf işi, namus, qeyrət məsələsi, kişilik borcu və vətəndaşlıq qayəsi sayır, bütün məqamlarda düşmən qarşısında mərdliklə, dəyanətlə duruş gətirə, həmçinin ağır və sarsıdıcı zərbələr vurmaqla geri oturtmağa məcbur edə bilir. Bu ilin aprel ayının əvvəllərində Ermənistan ordusunun təxribat xarakterli hücumları zamanı düşmənə göstərilən müqavimət, verilən qəti və kəskin cavablar Azərbaycanın güclü və qüdrətli orduya malik olmasını sözdə deyil, əməldə sübut etdi. Düşmən tərəfin bu namərdliyinə verilən layiqli cavab Azərbaycan Ordusunun yüksək əhval-ruhiyyədə və qələbə əzmində, həmçinin xalqla hakimiyyətin, xalqla ordunun bir yerdə olduğunu, eyni amal uğrunda əl-ələ verərək sıx birləşdiyini, ən əsası isə milli ruhun oyaq olmasının bariz nümunəsini ortaya qoymuş oldu. Deputat həmkarlarımla Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü ərəfəsində cəbhə bölgəsindəki “N” saylı hərbi hissələrin birinə səfər edərkən həm komandirlər, həm də əsgərlərlə görüşümüz zamanı, onlarla apardığımız səmimi söhbətlər əsnasında bunun bir daha şahidi olduq. Məişət binalarındakı təmizlik, səliqə-səhman, əsgərlərimiz üçün yaradılmış yüksək şərait, nizam-intizam, ciddi reqlament dövlətimizin ordumuza göstərdiyi diqqət və qayğının yüksək səviyyədə olmasından xəbər verirdi. Zabit və əsgərlərimizin vətən və torpaq sevgisi, yüksək döyüş əzmi, qələbə əhval-ruhiyyəsi, Vətənə xidməti şərəf, qürur və qeyrət işi bilmələri isə bütün bu sadalananların fövqündə dayanırdı. Bu da bir daha onu göstərir ki, Azərbaycan öz torpaqlarını istənilən vaxt hərbi yolla işğalçılardan azad etmək üçün həm hərbi potensiala, həm də güclü iradəyə sahibdir. Ancaq xalqın mənafeyini əks etdirərək daim sülh, həmrəylik və əmin-amanlıq tərəfdarı olan möhtərəm Prezidentimiz İlham Əliyev çalışır ki, münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, ədalətli, Azərbaycanın ərazi bütövlüyü qorunmaqla və danışıqlar yolu ilə həll olunsun ki, qan tökülməsin.
    Son hadisələrə bir çox ölkələrin verdiyi reaksiyadan da aydın oldu ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə Azərbaycanın haqlı mövqeyinə dünya ictimaiyyətinin münasibəti dəyişib. Artıq kimin haqlı, kimin isə təcavüzkar olduğu bütün çılpaqlığı ilə görünür. Amma Ermənistan həmişə olduğu kimi, yenə də atəşkəs rejiminin tələblərinə riayət etmir, Azərbaycanın münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində dinc və ədalətli yolla həll edilməsi cəhdlərinə davamlı olaraq təxribatlarla cavab verir. Bu işğalçılıq və təcavüzkar siyasət, istər-istəməz münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur. Bu isə münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarada və regionda daha ağır nəticələrə səbəb olar. Bunun məsuliyyəti isə, təbii ki, Ermənistan rəhbərliyinin üzərinə düşür. Bu gün Ermənistanın bir çıxış yolu var: Azərbaycan ərazilərinin qeyri-qanuni işğalını dayandırmaq, qoşunlarını bütün işğal olunmuş ərazilərdən çıxarmaq, BMT TŞ-in müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq münaqişənin nizamlanması prosesində konstruktivlik nümayiş etdirmək.
    Sonda onu demək istəyirəm ki, bizim işi haqq işidir. Azərbaycan kiminsə torpağına göz dikməyib və belə bir niyyəti də yoxdur. Eyni zamanda Azərbaycan heç vaxt imkan verməz ki, onun ərazi bütövlüyü pozulsun, torpaqları düşmən tapdağı altında qalsın. Biz öz gücümüzə, öz ordumuzun qüdrətinə arxayınıq. Azərbaycan xalqı öz ordusunu sevir, Ali Baş Komandanına güvənir. Xalqla ordunun vəhdəti, ordu ilə Ali Baş Komandanın birliyi, həmrəyliyi, xalqın bu vəhdəti, bu birliyi müdafiə etməsi onu deməyə əsas verir ki, biz öz ərazi bütövlüyümüzü mütləq və mütləq bərpa edəcəyik.

    Muxtar Babayev,
    «Azərikimya» İstehsalat Birliyinin
    Müşahidə Şurasının sədri,
    Milli Məclisin deputatı

  • Cabir ALBANTÜRK.”Yuğlama”

    Cabir A

    Vətən taleyini “vecinə alma”,
    Milli taleyini “düşünmə”, bala.
    Yad-yağı düşməndən “öcünü alma”,
    Arvadın olsa da “boşanma”, bala…
    Yazın şerinizi ki, “yazı”nızdır,
    Vətənin, Millətin “nicatı” sizlər.
    Yeməyə şirinçay-şor bəsinizdir –
    “Sevginin boyatı, dərdin təzəsi”.
    Sizin “cihadınız” cığalı sözlər,
    Çalıb-oxuyanlar məclis məzəsi…

  • Cabir ALBANTÜRK.”Yalıncıq törəmələri gümüş olanda”

    Cabir A

    Özgələr bu xalqın dərdini “çəkir”,
    Güya doğmadılar, sanki özdülər…
    Üzlərindən bədlik, özgəlik səkir –
    Arxada rişxəndlə dodaq büzdülər…
    Məhrəm mövzularla şan-şöhrət əkir,
    Döyüşmək gərəksə, xəstə qazdılar…
    Ocaq qırağında yadlar kirlikir,
    Sanki sonumuzu güdən gözdülər…
    Türk görəndə titrəyənlər dirilib,
    Bu xalqı əzməyə fürsət gəzdilər…

    28.12.2015

  • İltimas İSMAYIL.”BULAMAZSIN”

    ii

    Kalbime girmeye çalışan yolcu
    Boşuna uğraşma yol bulamazsın
    Ödenmedi hala gönlünün borcu
    Avare dolaşma pul bulamazsın.

    Umarım dönersin yolun başından
    Kocaman adamsın utan yaşından
    Umut mu beklersin mezar taşından
    Toprağa bulaşma kul bulamazsın.

    Gözümde Fatih’tin gönlümde aslan
    Kaybettin diyemem göğsüme yaslan
    Boş teneke gibi sokakta paslan
    Yanıma yanaşma çul bulamazsın.

    Sönmüş bir ocakta ateş arama
    İncitme gönlümü basma yarama
    Yüreğim kapalı artık harama
    Hadi git sırnaşma kol bulamazsın.

    Yüzlercesi gelip kapımı çaldı
    Aşk mecnun ettirdi çöllere saldı
    Helal olmayınca gözümde kaldı
    Çocuksun oynaşma sol bulamazsın.

    Misafir ol ama temelli değil
    Birazcık saygı duy önümde eğil
    Her olur olmaza veremem meyil
    Hemen de kaynaşma hal bulamazsın.

    20/05.2016

  • İltimas İSMAYIL.”SUSTU YÜREĞİM

    ii

    Kalbim sıkıntılı, üzülüyorum
    Kederle gözümden süzülüyorum
    İnci tek yanağa düzülüyorum
    İçimde matemdi yas tı yüreğim.

    Hiç ısınamadım sıcak teninde
    Vefadan eser yok senin geninde
    Gözlerim yoruldu yumdum sonunda
    Vüslattan umudu kesti yüreğim.

    Kafamın içimden çık git ne olur
    Ömrüm heder gedir, zamansız solur
    Rüzgar yakalayıp saçımı yolur
    Bir ömür boşuna esti yüreğim.

    Kalbimde kanayan yaraya döndün
    Güneşim sanırdım, her gece söndün
    Gülü hak etmedin, dikene yöndün
    Çürüttün içimi, kustu yüreğim.

    Aşk için ağlayan gözümü sildim
    Yüreksiz birisin, anladım, bildim
    Bak senin yüzünden ne hale geldim
    Hayattan usandı, küstü yüreğim.

    Kışın esiriyim, görmedim yazlar
    Sevda nağmesini çalmadı sazlar
    Dilimden döküldü sonuncu sözler
    Bir daha konuşmaz, sustu yüreğim.

    23.05.2016.

  • “Ədəbiyyat-Az.Com” saytının Redaksiya heyəti

    cenabrafiqoday

    Təsisçisi və direktor: Rafiq ODAY

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

    Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri: Rahilə DÖVRAN

    rahileanam

    Rahilə DÖVRAN 1958-ci il fevral ayının 14-də Naxıçıvan Muxtar Respublikasında (Naxçıvan MR) ziyalı ailəsində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl qələm” media mükafatı laureatıdır.
    2013-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Əcəmi” Nəşriyyatı tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə qələmə alınan “Bir insan ömrünə nələr sığarmış” poeması ayrıca kitab kimi işıq üzü görüb. Ümumiyyətlə, “Bir insan ömrünə nələr sığarmış” poeması xronoloji ardıcıllıq və tarixi aspektdən yanaşma baxımından yeni bir mərhələnin başlanğıcını qoyan sənət əsəridir.
    “Dövran həmən dövrandır” adlı şeirlər kitabı 2016-cı ildə Naxçıvan şəhərində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 250 səhifə həcmində, 250 tirajla işıq üzü görüb. Kitabın redaktoru şair-publisist Muxtar Qasımzadə, ön sözün müəllifin isə Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı, şair Asim Yadigardır.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri), “Usare” (Kahramanmaraş şəhəri), “Kardelen” (Bilecik şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) dərgilərində Anadolu və Osmanlı türkcələrində yayınlanaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəridir.

    Baş redaktor: Kənan AYDINOĞLU

    Photo Kenan

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Baş redaktor müavini: Şəfaqət CAVANŞİRZADƏ

    Baş məsləhətçi: Şəfa VƏLİYEVA

    1915291_748109358667106_2463672035380493579_n

    Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 3-cü “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.

    Məsul katibi: Şəfa EYVAZ

    1423756700_sefa-xanim

    Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Məhəbbət” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 41 sayında dərc olunub.

    Mətbuat xidmətinin rəhbəri: Kamran MURQUZOV

    10730926_708473925888118_1815156677351752954_n

    Kamran AYDIN (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur.2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəridir.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Sayt 2012- ci il fevral ayının 14-də Azərbayacan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən ”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib.

    E-mail: azerbaycanedebiyyati@gmail.com; edebiyyat-az.com@mail.ru

    Əlaqə saxlamaq üçün 051 785 44 33; 051 795 44 33

    Ünvan: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 2-ci mikrorayon

  • Rafiq ODAY.”Yaşadım”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Düz əlli il ömür adlı,
    Kürkün içində yaşadım.
    Apaydın səma altında,
    Bürkü içində yaşadım.

    Xəbər yollayın Orxana,
    Dünya özü bir zorxana.
    Göz açandan nə qorxu, nə
    Hürkü içində yaşadım.

    Ümidi üzdüm yaşadım,
    Canımdan bezdim yaşadım,
    Yaşadım, düzdü, yaşadım,
    Sürgün içində yaşadım.

    Nə kimsəyə ərk eylədim,
    Nə kimsəni görk eylədim,
    Mənliyimi börk eylədim,
    Börkün içində yaşadım.

    Yada tutdum neçə il yön,
    Ümid çıxdı puça min yol.
    Heç deməzsən neçə milyon,
    Türkün içində yaşadım.

    Dost-doğma bildim müşkülü,
    Sevdim-oxşadım püşkümü.
    Ömür deyilən beş günü,
    Bir gün içində yaşadım.

  • “Əlvida bağça” – Sumqayıt şəhər 63 №-li “Venera” körpələr evi-uşaq bağçasında keçirilən tədbir belə adlanırdı

    Sumqayıt şəhər 63 №-li “Venera” körpələr evi-uşaq bağçasında məktəbə hazırlıq A və B qrupunun «Əlvida bağça» adlı tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikası Himninin sədaları altında başlandı. Tədbiri giriş sözü ilə məktəbə hazırlıq qrupunun uşaqları açaraq, bağçanın rəhbəri Mehparə xanım Məmmədovanın ürək sözlərini eşitmək istədiklərini bildirdilər. Mehparə xanım uşaqları, eyni zamanda valideynləri bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik etdi. O, bağçanın məzunlarına elmin, təhsilin və həyatın enişli-yoxuşlu yollarında uğurlar arzuladı. “Bir vaxtlar bizim bağçanın məzunları olan uşaqların səsi-sorağı indi respublikamızın və xarici dövlətlərin ali məktəblərinin auditoriyalarından gəlir. Xoşbəxtik ki, onlar bu gün də bizi böyük hörmətlə, məhəbbətlə yad edirlər, hətta davamlı olaraq bağçaya öz müəllimlərini görüşməyə gəlirlər. Bizim ən böyük səadətimiz də budur» – deyən Mehparə müəllimə bir daha uşağlara ən xoş arzularını bildirdi.
    Süvindirici haldır ki, bağçada ilboyu bütün əlamətdar günlər qeyd edilir. Uğurları, səliqə-səhmanı ilə seçilən bu bağça validenlər və uşaqlar tərəfindən hər zaman sevilib. Bu gün eyni zamanda bağçanın A və B qrupunun tərbiyəçi müəllimləri Günel Abbaslı, İradə Qarayeva, Nailə Qulamova, Səidə Əliyeva üçün də əlamətdar idi. Onlar qruplarındakı bütün uşaqlara savadlı, məntiqli, bacarıqlı, vətən üçün gərəkli şəxsiyyət kimi formaşmağı arzuladılar.
    Daha sonra hazırlıq qruplarının uşaqları hazırladıqları mahnıları, şeirləri, rəqsləri, maraqlı oyunları təqdim etdilər. Onların hər birinin gözündə günəş işığı vardı və bu işıq aydın sabahlara doğan ümid və məhəbbətin vəhdətindən yaranmışdı.
    Sonda uşaqlar öz ürək sözlərini dedilər: «Bizim ən böyük arzumuz aydın və günəşli səma altında yaşamaqdır. Söz verirk ki, vətənimizi, torpağımızı, bayrağımızı, dilimizi, dinimizi, validenlərimizi, müəllimlərimizi hər zaman sevəcək, onlara layiq olmağa, etimadlarını və ümidlərini doğrultmağa çalışacağıq.»
    Qeyd edək ki, Sumqayıt şəhər 63 №-li “Venera” körpələr evi-uşaq bağçası 1988-ci ildən fəaliyyət göstərir. 205 yerlik, 12 qrupdan ibarət olan bağçada üşaqların təlim-tərbiyəsi ilə 24-ü pedaqoji təhsilli olmaqla 54 nəfər məşğul olur. 28 ildir ki, bağçaya Mehparə xanım Məmmədova rəhbərlik edir.
    Biz də öz növbəmizdə Sumqayıt şəhər 63 №-li “Venera” körpələr evi-uşaq bağçasının körpələri də daxil olmaqla dünyanın bütün uşaqlarına sülh, əmin-amanlıq, sağlamlıq və xoşbəxt gələcək arzulayırıq.

    Nisə QƏDİROVA,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri,
    Sumqayıt şəhəri

  • Azərbaycan Dövlət Aqrar Universitetində “Dövlət, biznes, təşkilatlar və fərdlərin formalaşan elektron informasiya resurslarının qorunması; Kibertəhdilər, risqlər və problemlər” mövzusunda dəyirmi masa keçirilib

    Azərbaycan Dövlət Aqrar Universitetində “Dövlət, biznes, təşkilatlar və fərdlərin formalaşan elektron informasiya resurslarının qorunması; Kibertəhdilər, risqlər və problemlər” mövzusunda dəyirmi masa keçirilib.
    Azərbaycan Dövlət Aqrar Universitetinin mətbut xidmətindən [url=http://gundelik.info/]Gundelik.info[/url]-ya bildiriblər ki, Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri Mehman Xəlilov və ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov müasir informasiya dövründə kibertəhlükəsizlik məsələlərinin aktuallığından və respublikamızda informasiya cəmiyyətinin inkişafı mərhələsində kibertəhlükəsizlik məsələləri ilə bağlı dövlət tərəfindən həyata keçirilən islahatlara ictimai dəstəyin gücləndirilməsinin əhəmiyyətindən danışıblar.
    “Neuron Technologies” şirkətinin kibertəhlükəsizlik departamentinin əməkdaşlarından Əlihüseyn Əliyev və Elşad Şiriyev təqdimatla çıxış edərək özəl qurumların və təhsil müəssisələrinin, təşkilatların və fərdlərin formalaşan elektron informasiya resurslarının qorunması üsulları və müdafiə vasitələri haqqında, eyni zamanda mövcud kibertəhdilər, risqlər və problemlər barəsində, o cümlədən təhsilin elektron idarə edilməsi sistemlərinin informasiya təhlükəsizliyi barədə iştirakçıları məlumatlandırıb.
    50 nəfərdən çox universitet əməkdaşının, tələbələrin və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin sonunda kibertəhlükəsizlik məsələlərinin bir sıra aspektləri ətrafında müzakirələr və fikir mübadilələri aparılıb, tədbir iştirakçıları mövzuya dair ətraflı məlumatlar əldə edib.

  • Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərova Qazaxstan Milli Aqrar Universitetinin “Fəxri professoru” adı verilib

    Qazaxıstan Milli Aqrar Universitetində MDB ölkələri aparıcı ali aqrar təhsil müəssisələri Rektorları Şurasının növbəti iclası keçirilir. Bir neçə gün davam edəcək şuranın işində 10 ölkədən 30 ali məktəbin rektoru, Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin, Milli Aqrar Elm-Təhsil Mərkəzinin nümayəndələri, Qazaxıstanın aparıcı ali aqrar təhsil müəssisələrinin rektorları, Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki Elmi-Tədqiqat İnstitutlarının direktorları, təcrübə-sınaq təsərrüfatlarının, biliyin yayılması mərkəzlərinin rəhbərləri və kəndli sahibkarları iştirak edirlər.
    ADAU-nun mətbuat xidmətinin xəbərinə görə Qazaxıstan Milli Aqrar Universitetinin Elmi Şurasının 2016-cı il 29 mart tarixli (8 nömrəli protokol) qərarı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Həsən oğlu Cəfərov Fəxri Professor adına layiq görülüb və ona iyunun 22-də Rektorlar Şurasının geniş iclasında diplom tədqim olunub.
    Əlamətdar hadisə kimi qeyd edilməlidir ki, MDB ölkələri aparıcı ali aqrar təhsil müəssisələri Rektorları Şurasının yaradılmasının 10 illiyinə həsr olunan iclası Azərbaycan Dövlət Aqrar Universitetində 2013-cü il aprelin 17-20 tarixlərində keçirilib.
    Son illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq əlaqələri inkişaf edib, dünyanın müxtəlif ali təhsil müəssisələri ilə tədris və elm sahəsində əməkdaşlıq müqavilələri bağlanıb, həmin ali məktəblərlə tələbə-müəllim mübadiləsi genişlənib. Universitetin reytinqinin daha da yüksəldilməsi, ikili diplomların verilməsi istiqamətində tədbirlər həyata keçirilib.
    Qətiyyətlə demək olar ki, bu gün Azərbaycan Dövlət Aqrar Universiteti respublikanın ali təhsil müəssisələri sırasında öncül yerlərdən birini tutur.

  • Günel ƏLİYEVA.”Unudarmı heç”

    gunelxanim
    ŞAGİRDLƏ MÜƏLLİM ŞEİR

    Şagird
    Günlər ötdü ,illər keçdi.
    Nələr oldu ,nələr bitdi.
    Hər xatirə gözəl idi.
    Unutmarıq sizi ,müəllim!
    Unutmayın bizi siz də.
    Unutmayın bizi ,müəllim!

    Müəllim
    Yağdı yağış ,qopdu tufan,
    Həyat yolu çətin yaman.
    Aman Allah ,nə tez ötdü,
    Gəldi keçdi erkən zaman.
    Kədər dolu bu ömürdə
    Sevinc dolu xatirələr
    Yaddaşlardan silinərmi?
    Silinərmi ,söyləyin heç?
    Ulduzlar səmanı,
    Dəniz dalğalarını,
    İnsan doğmalarını ,
    Bir müəllim şagirdini
    Unudarmı ,unudarmı heç?

    Şagird
    Oxu deyə israr etdiz,
    Həyat yolu əyri yoldur.
    Bir gün əgər yıxılsaq biz
    Qalxmaq üçün
    Sözünüzlə ,kəlmənizlə
    Doğruya aparan yolun
    Elmdən keçdiyini dediniz.
    Vədə gəldi ,vaxt yetişdi,
    Biz gedirik indi, müəllim!
    Unutmarıq sizi, müəllim!
    Unutmayın bizi siz də
    Unutmayın bizi ,müəllim!

    Müəllim

    Məşəqqətli ömür yolu,
    Kimi haqlı, kimi suçlu,
    Soruşsalar bu ürəyim
    Neçə -neçə sözlə dolu.
    Mən şeir söyləyirəm,
    Əziz şagirdim,
    Görürsənmi ,mən danışdıqca
    Gözlər dolur, kövrək olur.
    Səncə ,duyğularla yaşanan bir ömürdə
    Unutmaq bu qədərmi asan olur?
    Tufan qopsun, külək əssin,
    Qasırğayla əvəzlənsin.
    Lap belə boran nəfəsimizi kəssin.
    Ayrılıq daha da artırar
    Sevgiləri ,inanın siz.
    Bir müəllim şagirdini
    Unudarmı ,unudarmı heç?

  • Cabir ALBANTÜRK.”Beş hallı bayatı”

    Cabir A

    Əzizim, ağlamazdım,
    Hər cövrə ağrımazdım.
    Sənsiz elə dağıldım,
    Qəhrindən ağlım azdı…

    Bu dərdi bölmək olmaz,
    Bu dərdlə ölmək olmaz.
    Dərdi bölünməyənin
    Sonunu bilmək olmaz…

    Ağlama, gözəl, ağlama,
    Gözünü yaşla bağlama.
    Özünə dərd olan kəsi
    Göz yaşınla ayaqlama…

    Göylərin ağlı qandı,
    Buludlar ağlağandı.
    Ürək yağışa vurğun
    İndi gəl ağlı qandır…

    Xəyallara vəkildim,
    Çəkilməmiş şəkildim.
    Qırx il donduğum yerdə
    Bu gün yanıb-töküldüm…

  • Abdulla MƏMMƏD.”Ağla sətir-sətir məni

    13466280_1626932517553363_7754307136934153916_n

    Küssə ocaq qoru yar tək,
    Dərdim məni qoruyar tək.
    Ya Rəbb, yarı qoru yar tək,
    Gül yarıma yetir məni.

    Yar yolunda yorğun güləm,
    Həsrətimə vurğun güləm.
    Eşq bağında solğun güləm,
    Dər, dərdimdən götür məni.

    Boğazımda qəmli yuxam,
    Kim deyir ki, qəmlə yoxam!
    Yaxalaşıb qəmlə yaxam,
    Ağla sətir-sətir məni.

    Ürəyimi üzə-üzə,
    Üzə durdu qəmim üzə.
    Kəsilməmiş qənim üzə,
    Gəl özümə gətir məni.

    Üstələsə gəda xanı,
    Gəzməz Yusif Züleyxanı.
    Qul olmayan nəfsə, hanı?
    Üzür haram ətir məni.

    Gah başlara gül ələyən,
    Gah qüssə, gah kül ələyən.
    Ümidləri güllələyən
    Bu dünyadan itir məni.

    Abdullayam sözü ağlar,
    Gözümdə qəlb sözü ağlar.
    Eşq alovum söz-söz ağlar-
    Kərbəlada bitir məni!

    Azərbaycan.Quba.
    15.06.2016.

  • Rahilə DÖVRAN.”Dədə”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Bir ömür sovurub versəm də yelə,
    Yaş gəlib əlliyə çatsa da belə.
    Atəşim,alovum dönsə də külə,
    Zamanla alışdım,sönmədim,Dədə.

    Zəmanə çox çəkdi məni sınağa,
    Şaşmadım həyatda heç sola-sağa.
    Fələyin gözünə dik baxa-baxa,
    Mən Haqqın yolundan dönmədim,Dədə.

    Atalar çox deyib :-“Zaval yox düzə.”
    Peşiman olanlar vurarlar dizə.
    Çoxlu nacinslərlə gəldim üz-üzə,
    Mən haqlı olsam da dinmədim,Dədə.

    Haqqı,ədaləti satıb ucuza,
    Hələ indi gedir çoxları duza.
    Məni bənzədərdin hərdən ulduza,
    Bil ki,səmalardan enmədim,Dədə.

    Səndən sonra qaldım tənha, dünyada,
    Əvvəlki dostlarım salmırlar yada.
    Qalsam da səhrada payi-piyada,
    Namərd kəhərinə minmədim,Dədə.

  • İltimas İSMAYIL.”Dünya”

    ii

    Serseri rüzgarlar içten sarıyor
    Dağıtıyor bizi parenk parenk
    Dağlara, taşlara hızla çarpıyor
    Kırıyor, döküyor param parça ediyor,
    Ağaçlarda ki yaprak,
    Ayaklarımızın altında ki toprak gibi ofalanıyoruz,
    Koruyacak yürek kalmadı
    Kollayacak vicdan olmadı
    İnsan oğlu gülmedi.

    Bölündük, dağıldık, hırpalandık,
    Dünyanın dört bir yanına serpildik
    “Yardım et”sesleri Arşa yükseldi.
    Dünya yardım etmiyordu,
    Edemiyordu,
    Edenlerin eli yetmiyordu,
    Savruldukça sağa sola,
    Yıprandık ezildik
    Üzüldükce üzüldük.

    Dünyada ki güçlüler,
    Çekti here bir tarafa,
    Dertlerimiz kalktı rafa,
    Sürenler sürdü sefa,
    Mazlumlarsa cövrü cefa.

    Ah uçsuz bucaksız dünya,
    Sonunda kim duracak yanında,
    Hal kalmamış bak canında
    Bir tarafında yılanlar,
    Bir tarafında solucanlar dolaşıyor,
    Emiyor kanımızı,
    Ağlatıyor anamızı,
    Alem kendi derdinde,
    Yerin göğe faydası yok,
    Kimi ekmek bulamazken,
    Kiminin karnı doğuştan tok.

    Adaleti olmadıkça,merhameti kalmadıkça
    İflah olur mu bu dünya,
    Bizimkisi sadece rüya
    Yüzümüz nasıl gülecek?
    İnsanlar da yoksa haya,
    Bir gün batacak dünya…
    Şunu hiç unutmayın,
    Dünyanın yakası bizde,
    Sallanıyor elimizde.

    08.05.2016

  • Müzəffər MƏZAHİM.”Xanbulançay”

    mm

    Biz gözəllik amanında,-
    Göründü sübh dumanında,
    Dan ulduzu Xanbulançay.
    Gözəlliyi bir tamaşa,
    Saflığından göz qamaşar,
    Dağlar qızı Xanbulançay.
    Gəlindir ağ cünasında,
    Əks etdirir aynasında,
    Yurdumuzu Xanbulançay.
    Bürünübdür yaşıl dona,
    Təbiətin biz insana
    şirin nazı Xanbulançay.
    Yol gəlmişik sorağında,
    Qoy dincələk qucağında,
    Bütün yazı, Xanbulançay.

    Buludlara səda düşdü,
    Gözlərimiz oda düşdü,
    Şimşəklərin çaxışından.
    Xanbulançay açdı sinə,
    Çimdi sevinə-sevinə
    Baharın nur yağışında.
    Bir an keçdi, güldü göylər,
    Gözlərini sildi göylər,
    Günəşin od baxışından.
    Dəmirləşdi dizlərimiz,
    Hey dincəldi gözlərimiz,
    Bu gözəlin ağuşunda.
    Ovçusudur könüllərin…
    Yorulmadıq sahillərin,
    Eniçindən-yoxuşundan.

    Ləpələri dil-dil ötər,
    Sahilində bülbül ötər,
    Çiçəklərin nəğməsini,
    Pıçıldayar bu dağlara,
    Suya dəyən budaqlara,
    Diləklərin nəğməsini.
    Heyran-heyran dinlədim mən,
    Üzərindən əsib keçə
    küləklərin nəğməsini.
    Oxuyar boşalan, dolan,
    Gözəlliyə məftun olan
    Ürəklərin nəğməsini.
    Sular körpə, dağlar beşik,
    Həzin-həzun çağlar beşik,
    Mələklərin nəğməsini.

    Ayrılığın vaxtı çatdı,
    Sularına əl uzatdım,
    Qəmli-qəmli dindi sular.
    Vida deyib düşdük yola,
    Gözlərimiz dola-dola,
    Buludlara döndü sular.
    Şahə qalxdı dalğa-dalğa,
    Çırpındıqca dağdan-dağa,
    Dedim, yarar bəndi sular.
    Ayrılsaq da görüşərdək,
    Sızıldayıb kövrək-kövrək,
    Yatağına sindi sular.
    …Duman kimi hey əriyir,
    Həzin-həzin nəğmə deyir,
    Xəyalımda indi sular.

    1988-Lənkəran

  • Fidan ABBASOVA.”Dünyanın sən adlı yeri olsaydı”

    13239222_1035070299880393_8560531233697055323_n

    Dünyanın sən adlı yeri olsaydı
    qaçardım baş açıq, ayağı yalın
    Desəm dayan zaman bir an dursaydı
    ən yaxın zamansa mənimçün yarın….

    Nə indi gözümdə dəyişəcəksən
    nə də ki dünənim dəyişəcəkdir
    mən hara gedsəmdə sən mənimləsən
    unutmaq isdəsən birləşəcəkdir.

    Barı öz dərdimi çəkim sən Allah
    məni öz dərdinə ortaq eyləmə
    sevgi insan üçün olsada dayaq
    bir gün sevdiyini inkar eyləmə…

    Vədəsi boş olan sözə bənzəyib
    kəsəri az olan cümləyə dönmə
    ruhumu o yalan sözlə bəzəyib
    bir şama çevrilib əriyib yanma..

    Dünyanın sən adlı yeri olsaydı
    qaçardım baş açıq ayağı yalın
    ürəyim həsrətdən elə yanıb ki
    çevrilib büsbütün daşdanda qalın..

    Fidan incə ruhun hara gedibdir
    sən onu sabahada axdarama daha
    ömürü sevginə əsir edibdir
    çevirsən sərt üzü özündən baha…..

  • Fidan ABBASOVA.”Bir yol çıxdım sonu bəli gedirəm”

    fa

    Bir yol çıxdım sonu bəli gedirəm
    bu minvalla hara çatır əllərim
    elə bilki ilk günki tək sevirəm
    boğur məni sənsiz qalmış gözlərim…

    Darıxanda xəyalını qucuram
    dalıb gecə sükutunu pozuram
    min xəyallar arasında azıram
    həsrət çəkir sənsiz qalmış gözlərim…

    Duyğularım dara çəkir qəlbimi
    uca tanrı gözəl yazıb ömrümü
    tuta bilsəm soyuq buz tək kölnümü
    acı acı sıızldadır gözlərim..

    Dərdi verən dərmanını verərmiş
    sevgi üçün yollara gül sərərmiş
    çox sevginin özü belə zərərmiş
    indi acı kəsər olub sözlərim…

    Darıxıram , boşluğunda ağlaram
    hicran yükü ağır gəlir bağlaram
    mən dərd ilə daşalaşmış bir dağlaram
    taqətsizdir sənə gedən dizlərim..

    Fidan könül sarayında tək tənha
    bir gün yoxsan bir güün olaram sanma
    mən sevmişdim sevəcəkdim bax amma…
    sənsizlikdə ağlar qaldı gözlərim…..

  • Şəhla RAMAZANQIZI.”“Yarım”-deyib seçdi, canım”

    13509052_258149957883650_4916206193733505578_n

    Sənin kasıb olduğunu
    Tənə ilə vuran oldu,
    Məhəbbətin yollarında
    Önümüzdə duran oldu.

    Bizim təmiz hislərimiz
    Sınaqlardan keçdi, canım.
    Səni qəlbim milyonlardan
    “Yarım”-deyib seçdi, canım.

    Hər kəs bilir ürəyimin
    Ritmini sən dəyişmisən.
    Hədiyyə verəndə Tanrım,
    Mənə hədiyyə düşmüsən.

    Duyğuları öldürməyə
    Kimsələrin gücü çatmaz
    Ürəyimdə təkcə sənsən,
    Gözlər kimsəni aldatmaz.

  • Şəhla RAMAZANQIZI.”Ayrılıq Küləyi”

    13528676_258585574506755_1244763939261879728_n

    Nə üçün sevgimizə dəydi ayrılıq küləyi?
    Qapımı, pəncərəmi döydü ayrılıq küləyi.

    İnlətdi duyğuları Habilin kamanı kimi,
    Zərif eşq pöhrəsini əydi ayrılıq küləyi.

    Sovurdu, səpdi qəlbə kül olmuş xəyallarımı,
    Hər şeyi tərs çevirdi nəydi, ayrılıq küləyi?!

    Həsrəti, intizarı səpdi yollarım uzunu,
    Bu əməlilə özün öydü, ayrılıq küləyi.

    Kim buna rütbə verib, incidir aşiqləri çox,
    Elə bil Şəhla quldu, bəydi ayrılıq küləyi!!

  • Şəfa VƏLİYEVA.”Qapı acıq, taybatay”

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Qapı acıq, taybatay,
    Getmək ürək istəyir.
    Bax bu il… elə bu ay
    Ölmək ürək istəyir.

    Ölməyə söz vermirəm,
    Gedirəm… bax, gedirəm.
    Sənə vida etmirəm,
    Dərdə qonaq gedirəm.

    Gedişlər möhtəşəmdi,
    Yola salan sağ olsun.
    Dilimdə pörşələndi,
    Burax, sözüm dağ olsun.

    Könlünə xoş gəlmədim,
    Yolum uzağa düşdü.
    Mən səni tərk etmədim,
    Səndən qabağa düşdüm.

  • Şəfa VƏLİYEVA.”Duman-duman çəkilir ey…”

    1915291_748109358667106_2463672035380493579_n

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Başımdan sevda havası
    Duman-duman çəkilir ey…
    Kədərlə sevinc davası
    Baxış-baxış sökülür ey…

    Ey… bəxti olmayan sevdam,
    Xoşuna gələn bəddimi?
    Ey… yoxluğuyla ovudan
    Hisslərimin sərhədini…

    Yox-dediyin əbədi Var!
    Var-dediyin könlü yıxar.
    Adında eşq məbədi var,
    Əlim günbəzinə qalxar…

  • Gülnarə İSRAFİL.”Özüm gedərəm”

    13450803_1754969961387299_7396250293353329998_n

    Sən getmə, əzizim, özüm gedərəm,
    Yollar ayağımın həsrətindədi.
    Getmisən, yamanca qəribsəmişəm,
    Bu hikmət dizimin əsməsindədi.

    Səni soruşuram, yollar lal olur,
    İzini gəzirəm, izin qar olur.
    Nəfəs alammıram, köksüm daralır,
    Nəfəsim izinin kəsməsindədi.

    Sən getmə, dön geri, özüm gedərəm,
    Yoluna səcdələr düzüm, gedərəm.
    Çökərəm diz üstə dizin gedərəm,
    Sevgin dizlərimin gəzməsindədi.

  • Gülnarə İSRAFİL.”Gözüməmi düşüb gözünün izi”

    13450803_1754969961387299_7396250293353329998_n

    Gözüməmi düşüb gözünün izi,
    Elə bil üzümdən yad külək ötüb.
    Ağrılar süzülüb dodaqlarından,
    Gözümün yaşını sərt külək öpüb.

    Nə vaxtsa ayrılıq ümidi gəlib,
    Nə vaxtsa firtına itirib məni.
    Nə vaxtsa ömrümə bahar ələnib
    Çəməndə, bağçada bitirib məni.

    İndi isti anım, sazax anımdı.
    Sakitcə meh əsib üşüdür hərdən.
    Demə könül evim yasaxlanıbdı,
    Göylərə qaldırır, düşürür hərdən.

  • Vüsal YURDOĞLU.”Duyursanmı məni?”

    vy

    Gecə…
    Yağış yağır…
    Uzaqlardasan…
    Duyursanmı məni?
    Hardan duyasan?!
    *****
    Gecə… Hüzn dolub boş otağıma.
    Yenə gözüm yolda, səni gözlərəm.
    Səslərəm, xəyalın gəlməz yanıma,
    Dərdimi içimdə necə gizlərəm?!
    *****
    De gülüm, hardasan?… Bu gecə vaxtı,
    Bəlkə, telefona dikilib gözün?!
    Nə deyə bilərəm?… Çətin həyatdır,
    Bəlkə, sən deyəsən, qalıbsa sözün?…
    *****
    Demə!…, Heç danışma, yağışı dinlə!
    Yenə sevdiyini gətirmə dilə!
    Əgər xoşbəxt isən məndən uzaqda,
    Mən də yaşayaram sənsizliyimlə!
    *****
    Gecə izləyirəm mavi Xəzəri,
    O köhnə limanda işıqlar yanır,
    Xatırlayıb səni, sənli günləri,
    Ruhum tənha yatır, tənha oyanır…
    *****
    Düşür göydən yerə kədərim, qəmim,
    Səhər açılmasa yağış dayanmaz…
    Xeyir donu geymiş hədərim mənim,
    Çıx get… get ağlımdan, burda dayanma!
    *****
    Gecə…
    Yağış yağır,
    Uzaqlardasan.
    Duyursanmı məni?
    Hardan duyasan?!

  • Vüsal YURDOĞLU.”Sənin üçün…”

    vy

    Qəm yemə gəl ömür boyu,
    Dama-dama dolar quyu.
    Axmasın gözünün suyu,
    Mən axaram sənin üçün!

    Vəfa etməz ömür bizə,
    Heyfslənməz eşqimizə.
    Qıfıl vursa bəxtimizə,
    Mən açaram sənin üçün!

    Sən sevsən də, sevməsən də,
    Sevgi nədir bilməsən də,
    Həsrətimdən ölməsən də,
    Mən ölərəm sənin üçün!

    İmtahan et, məni yoxla,
    İşim yoxdur acla, toxla.
    Dərdi, qəmi mənə saxla,
    Mən bölərəm sənin üçün!

    Çağırsam, gəlmə görüşə,
    Sevgim düşər dilə, dişə.
    Ehtiyac yox nəvazişə,
    Mən sevərəm sənin üçün!

    Bəxtim sənsən, taleyim sən,
    Mən Bakıyam, küləyimsən.
    Həyat eşqim, mələyimsən,
    Yaşayıram sənin üçün!

  • Vətənpərvərliyin ən ali məqamı şəhidlik zirvəsidir

    Vətənpərvərliyin ən ali məqamı şəhidlik zirvəsidir.Vətəni qorumaq naminə qəhrəmanlıq edib bu ali zirvəyə yüksəlib şəhid olmaq illərlə formalaşan güclü xarakterin, qorxmazlığın, cəsarətin göstəricisidir. Qısa ömürləri ilə tarix yazıb əbədi ölməzliyə qovuşanlardı Şəhidlərimiz. Azərbaycanın azadlığı, suverenliyi uğrunda canından, qanından keçən, 2016 – cı il aprel döyüşlərində göstərdiyi şücaətlikləri və qorxmazlığı ilə adını Azərbaycan tarixinin şanlı səhifələrinə yazan oğullardan biridir mayor Elnur Əliyev. Mərd, cəsur addımı ilə Ölümün gözünə dik baxıb neçə – neçə canlar qurtardı Elnur. Ömür vəfa etsəydi bu il Elnurun 40 yaşı olacaqdı… Yarım qalan ömür, həyata keçməyən arzular…. və Elnurdan yadigar qalan iki az yaşlı körpə. Kiçik qəlblərində Ata həsrəti olan, buna baxmayaraq ataları kimi zabit olmaq istəyən Elvin ve Elxan bala. Hər kəsin bir qəhrəmanı, idealı olduğu kimi adətən oğlan uşaqlarının xəyali qəhrəmanları ataları olur. Amma Elnur iki azyaşlı oğlu – Elvin və Elxan bala üçün xəyali yox gerçək qəhrəman oldu. Ataların gözəl bir sözü var: “Oğul var evdən gedər, oğul var eldən” gedər. Bəli, Elnurda məhz belə – eldən gedən oğullardandır. Bu gün o tək Elvinin, Elxanın qəhrəmanı deyil, bu gün Elnur gənclər üçün, xalqımız üçün örnək bir qəhrəmandır. Qəhrəman şəhidim qısa, lakin şərəfli ömrünlə hər an qəlbimizdə yaşayacaqsan. Və yarım qalan ömrünü, yarım qalan arzularını övladlarının davam etdirməsi və şərəfli ömürlə həyata keçirmələri diləyi ilə.. Ruhun şad, yerin behişt olsun Şəhidim. Şəhadətin mübarək!!!

    Ülviyyə Məmmədova

  • Şəhid mayorun həyat yoldaşından təsirli misralar

    225_EPwuVI24BGt7

    Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin şiddətli döyüşlərdə dünyasını dəyişən 12 şəhidindən biri də Elnur Adil oğlu Əliyevdir.

    Mayor Əliyev Cəbrayıl rayonunun işğal altındakı Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə özünü erməninin atdığı qumbaranın üstünə atıb ki, digər yoldaşlarını xilas etsin və o, qəhrəmancasına şəhid olub.

    Şəhid mayorumuzun həyat yoldaşı Nuranə Əliyeva hisslərini şeirə köçürüb. Həmin təsirli misraları təqdim edirik:

    “Sənsiz keçən hər günüm əzab, zülümdür mənə
    Sənlə keçən on ilim fəxr, qürurdur mənə.
    İndi sən denən görüm hansına yanım, dözüm
    Sənlə keçən günümə, yoxsa sənsiz zülümə.

    Danışmırsan susursan, yorğun gözlərin ilə

    yenə mənə baxırsan.
    Çünki, sən yoxsan deyə şəkillə danışıram,
    Niyə belə olduğun mən ondan soruşuram.

    Cavabsız suallara, sənsiz keçən anlara

    ağlayıb sızlayıram,
    Mənim də alın yazım, qismətim budur deyib

    həyatla barışıram.
    Sənsiz çətin olsa da mənə verdiyin adı,
    O iki əmanəti qorumağa calışıb,

    onlar üçün yaşayıram..”

  • Təbiəti Qoruyaq

    http://s017.radikal.ru/i435/1606/e6/ed85f3b38522.jpg

    Bizi əhatə edən ekoloji mühit nə qədər sağlam və yararlı olarsa biz də fərd və cəmiyyət olaraq bir o qədər sağlam və güvənli olarıq. Zaman-zaman alimlərimiz təbiətin qorunması ilə bağlı lazımı tövsiyələrini vermişdirlər. Belə ziyalılarımızdan biri də Akademik Həsən Əliyevdir. O, deyirdi: “Təbiəti qorumaq, həyatı qorumaq deməkdir”. Həsən Əliyev görkəmli torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə üzrə alim olmuşdur. Böyük alimimiz meşə torpaqlarının coğrafiyasını, torpaq xəritəsini, Beynəlxalq bioloji proqramını hazırlamış, ətraf mühitin qorunması, su və torpaq ehtiyatlarından səmərəli istifadə proqnozlarını işləmişdir. Həmin elmi işlərindən birində də ekologiya mövzusuna xüsusi önəm vermişdir.
    Doğrudan da, abiotik faktrlarala canlı aləm arasında qarşılıqlı münasibətlər, maddələrin biosferdə aramla dövr etməsinə səbəb olur. Biosferin hər üç tərkib hissəsində litosferdə atmosferdə və hidrosferdə maddələrin biokimyəvi proseslərdə təkrarən iştirakı nəzərdə tutulur. Ekoloji proseslərdə dövr edən elementlərin bir-birinə nisbiliyini sabit saxlayır. Biosferdə maddələr dövranının bütün forma və mərhələlərində su iştirak edir.
    Ekoloji mahiyyətcə su həqiqətən həyat amilidir. Canlı materiyanın əsasını su təşkil edir. İnsan bədəninin 70 %-ni, bitkilərin 60-90 %-ni meduzanın isə 98 %-ni su təşkil edir. Su biosferdə nəhəng nəqledicidir. Planetimizin su balansının 97,5 %-ni dünya okeanında cəmləşdirir. Ümumi su balansının 2%-i buzlaqlarda toplaşmışdır. Yer kürəsindən suyun cəmi 0,6 – 0,63 %-ni şirin su təşkil edir.
    Bütün bu sular dövr edir. Su dövranının okeanlara aid hissəsi bütövlükdə buxarlanma və yağmurla əlaqədardır. Atmosfer havası buxar halında olan nəmişlik hesabına il boyu süzgəcdən keçən kimi təmizlənir. Əgər çən duman, bulud olmasaydı atmosfer havası toz his, tüstü ilə qaranlıq ilə zülmətə çevrilərdi Bir ildə 36-37 dəfə atmosferdə buxarlanma olur.
    Karbon birinci dərəcəli biogen elementdir. Təbiətdə karbonun dövr etməsi iki əsas bioloji prosesin-fotosintez və tənəffüs ehtimal olunur ki, yer kürəsinin bitki aləmi hər il atmosferdən üç yüz milyard ton CO2- mənimsəyir. Ekoloqlar isə hesablamışlar ki, bütün mənbələrdən atmosferə qaytarılan karbonun miqdarı təxminən 300-320 milyard tona çatır. Oksigenin dövranı planetar xarakter daşıyır. Azot ehtiyatı təbiətdə tükənməzdir. Biosferdə toplanan azotun 78-79 %-i atmosferdədir. Azot elementi inertdir. Ona görə də bütün canlılar molekulyar azotdan istifadə edir. Canlı orqanizmdəki, miqdarına görə fosfor azotdan sonra ikinci yeri tutur.
    İnsanın əqli, şüuru, təfəkkürü artdıqca onun təbiətə qarşı qəddarlığı-amansızlığı güclənmişdir. Öz ilk beşiyi təbiətə qarşı qəddar olan insan acgözlük, paxıllıq, xəbislik kimi mənfi keyfiyyətlər onun təbiətin ayrılmaz hissəsinə çevrilmişdir. İnsanların biosferə qədimdən təsiri məlumdur.
    Müasir sənaye kənd təsərrüfatı sahəsində tətbiq olunan gübrə pestised və müxtəlif xammal təbiətə əlavə yükdür. Onlar canlıların normal inkişafını pozur. Müasir insan gündə 1,5-2,5 k.q tullantı yaradır. Bunları isə biosferin sabitliyini pozur. Biosferin sabitliyinin pozulması birinci növbədə insanların ərzaqla təmin olunması problemini yaradır.
    Bu gün öz normasından artıq ərzaq, istehsal edən ölkə sabah bu qədər istehsal edə bilməyəcək. Çünki, onun da havası, suyu, torpağı və. s. korlanır.
    Atmosfer, hidrosfer və litosfer biosferin çirklənməsinin aşağıdakı tiplərindəndir.
    2. kimyəvi çirklənmə
    1. fiziki çirklənmə ,
    3. bioloji çirklənmə
    Fiziki çirklənməyə radioaktiv elementlər, şüalanma, istiləşmə və infira səslər aiddir.
    Kimyəvi çirklənməyə maye şəkilli tullantılar pestisidlər S və N məhsulları, ağır məhsullar, aerozollar, qıcqıran üzvi maddələr aiddir.
    Bioloji çirklənməyə isə qida və tənəffüs yollarının, mikrobioloji zədələnməsi, (virus, bakteriya və göbələkciklər) və biosenozion dəyişdirilməsi (yeni heyvan və bitki növlərinin tətbiqi) misaldır.
    Atmosferin çirklənməsi nəticəsində biosferdən iqlim dəyişməsi baş verir ki, bu daha qorxuludur. Atmosfer havasının qorunması üçün üç tədbir nəzərdə tutulur.
    1. planlaşdırma-yerli şəraitə uyğun,
    2. qaz, toz, his xassəli tullantıların atmosferə yayılmamağı üçün süzgəclərin toztutucu qurğuların tətbiqi. Əhalinin sağlamlığını tam, təmin edən, qatılıqdan artıq tullantıya yol verməyən, istehsal sahələrindən istifadə etmək. Torpaq həm mineral maddələrlə, həm də süni yolla alınan üzvi birləşmələrlə çirklənir. Pessidislər hazırda üç qrupa bölünür. 1. Xlorlu, 2. Fosforlu 3. Karbonatlı bunlar hamısı qüvvətli zəhərlərdir. Pessidislər təkcə flora və faunaya deyil, dolayı yolla insanlara da mənfi təsir göstərir. Qida silsiləsi belə sıralanır. Torpaq – ot – heyvan – süd -(ət) – insan. Bu qida zəncirinə görə insan daha çox təhlükədə qalır. Dünya ölkələri qərara alıblar ki, aqrotexniki vasitələrdən elə istifadə etmək lazımdır ki, o, bizim özümüz üçün bəlaya çevrilməsin.
    Bu baxımdan təbii sərvətlərdən səmərəli istifadə etməyi Karl Marks belə ifadə etmişdir; “Gəlin təbiət üzərində çaldığımız qələbə ilə öyünməyək. Çünki, hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır”. Məncə də biz təbiətə qarşı kifayət qədər qayğıkeş yanaşmalıyıq ki, təbiət də bizdən intiqam alacaq həddə çatmasın. Ekologiya günü ərəfəsində gənc nəslin nümayəndələrinə bir pedaqoq kimi səslənirəm ki, təbiətimizi və cəmiyyətimizi qoruyaq. Çünki, sağlam cəmiyyət sağlam ekologiyanın, sağlam təbiətin bəhrəsidir.

    Ziba Məmmədova,
    Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi

  • Günel FƏRHADQIZI.”Çək!”

    Ey, İnsan!
    Çək, çək əlini həyatımdan… Yaşamaq istəyirəm, qoymursan!
    Çək, çək gözlərini məndən… Baxışların “pis”dir, pisliyə yozurlar!
    Çək, çək şəklimi xəyalında… Alma əlinə vərəq, rəngli qələmlər!
    Çək, çək mənim yerimə yükümü… Çox ağır olsa da, bax, gör, dözürsən?!
    Çək, vicdan əzabı, qınadın deyə… Qınamaq asandır kənardan baxsan!
    Çək, çək mənim yerimdən öz nəfsini… Nəfsin ağırdır, işlərim düz gətirməz…
    Çək, çək barmaqlarını ciblərimdən… Boş cibdən boşluqdan başqa nə çıxar?!
    Çək, çək siqaretini içinə… Tüstünü vermə mən tərəfə, həyatım zəhər içindədir…
    Çək, çək içkini başına, ötür mədənə, yandır özünü… Mənə demə ki, mənəm günahkar!
    Çək, çək bir film, al əlinə kamera… Həyatımdan bir serial çıxar bitməz süjetin, obrazların…
    Çək, qəlbini özünə tərəf… Mənim qəlbimin qəlbinə yoxdur ehtiyacı…
    Çək, sığal çək öz başına… Mənim başımla işin olmasın…
    Çək, bacardıqca, al, çək, vermə ancaq… Budur sənin niyyətin,”saflığın”, aldatmaq!
    Aldatmaq, öncə özünü, sonra başqalarını…
    Bax, indi çək, dediyim sözlərin ağırlığını, söymədim səni, təhqir etmədim…
    Sözüm kəsərlidir, qəlbini yaraladı, axır içində qan…
    Bax, rahatlıq tapmaq istəyirsənsə, məndən birdəfəlik qəmişini çək!

  • Sumqayıt mədəniyyət işçiləri Ankarada VII Ramazan festivalına qatılıblar

    http://s009.radikal.ru/i308/1606/1a/f37e9b0e817c.jpg

    http://s018.radikal.ru/i507/1606/01/2cab27649cae.jpg

    http://s017.radikal.ru/i401/1606/f8/8cb82607c26d.jpg

    Ankaranın Keçiörən bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Ramazan Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub. Bu münasibətlə bələdiyyənin təşkilatçılığı və Türkiyədəki səfirliyimizin dəstəyi ilə festivalın keçirildiyi sahədə qurulan “Azərbaycan evi”nin açılışı olub.
    Açılış mərasimində səfirliyimizin əməkdaşları, Ankaradakı diplomatik nümayəndəliklərin rəhbərləri, QHT, KİV, ölkə ictimaiyyətinin təmsilçiləri, eyni zamanda Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov iştirak ediblər.
    Festivalda ölkəmizi Sumqayıt şəhər N.Nərimonov adına mədəniyyət mərkəzinin muğam üçlüyü təmsil edib. Bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edən musiqiçilərimiz gecədə əsl bayram coşqusu yaşadıb. Əllərində iki qardaş ölkənin dövlət bayraqlarını dalğalandıran iştirakçılar Azərbaycan-Türkiyə qardaşlığına olan tükənməz sevgi və məhəbbətlərini müxtəlif şüarlarla ifadə ediblər. Muğam qrupunun ifası türkiyəli qardaşlarımız tərəfindən yüksək qiymətləndirilib.

  • Formula-1 sıravi avropalının Azərbaycanı tanıtması üçün yaxşı fürsətlərdən biridir

    http://s61.radikal.ru/i174/1606/a3/9e72a4200e47.jpg

    Odlar Yurdunun paytaxtı Bakı öz tarixində daha bir mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün Avropanın idman nəbzi Bakıda – Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü.Formula-1 Avropa Qran-prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anlarla yadda qaldı. Bu anlar təsdiqlədi ki, dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula-1 yarışının Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi.
    Beynəlxalq idman aləmi müstəqillik yolu ilə uğurla addımlayan Azərbaycanı bir daha tanıdı. Qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmizin güclü potensialına bələd oldu. Dünya, qarşıya qoyulan hər bir məqsədin, niyyətin sürətli inkişafı ilə örnək olan Azərbaycanda necə uğurla reallaşmasına şahidlik etdi. Milli mədəniyyətimizi Formula-1 dəyərləri ilə birləşdirən açılış mərasimində alov, su, külək, irəli və birlikdə rəmz və modellərinin vəhdəti könüllülər, azərbaycanlı sənətçilər, milli qruplar və beynəlxalq ifaçılardan ibarət 626 nəfərlik heyət tərəfindən təqdim edildi.
    Azərbaycan kimi ölkələrin ilk öncə dünyada mədəni platformada geniş tanıtımına ehtiyac var. Bu baxımdan da hər hansı idman və ya mədəni kütləvi beynəlxalq tədbirin əhəmiyyəti əvəzsizdir. Formula-1 zaman ölkəyə gələn minlərlə insan həm də öz ölkələrində müsbət mənada təbliğatçıdırlar. Və ölkənin problemlərinin tanıtımında faydalı işlər görə bilərlər. Düşünürəm ki, Formula-1 yarışları Azərbaycanı Avropada daha yaxşı tanıdacaq. Bu cür idman yarışları Azərbaycanı Avropada təbliğ edir. Qərb dünyası Azərbaycan dəyərlərini və Azərbaycanın yaşam tərzini daha yaxından izləyə biləcək. Formula-1 bizim üçün çox böyük qazancdır. Bu yarışlar bizim üçün çox əhəmiyyətlidir. Bəzən dövlətlər buna minlərlə pul xərcləyir ki, belə bir tədbir ölkəsində keçirilsin və onun da sayəsində ölkəsini tanıda bilsin. Sıravi avropalının Azərbaycanı tanıtması üçün yaxşı fürsətlərdən biridir. Biz də bundan lazımınca yararlanmalıyıq.
    Üç gün ərzində davam edən yarış beynəlxalq ictimaiyyətin diqqət mərkəzində oldu. Beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil olunduğunu görənlərdən bəziləri bunu sevinclə, bəziləri etinasızlıqla, bəziləri isə məyusluqla qarşıladılar. Bəzi “jurnalistlərin” boş tirubunaların şəklini çəkib sosial mediada paylaşması heç də xoşagələn hal deyildi. Bütün çətinliklərə və Qərb mətbuatının bəzi nümayəndələrinin qərəzli mövqeyinə baxmayaraq, bu olduqca əhəmiyyətli tədbirin öhdəsindən ən yaxşı şəkildə gəldik.

    Elşən Yəhyayev,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri

  • Rafiq ODAY.”Dur, atına süvar ol”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Bu yolun taleyilə
    Ötən barışa bilmir.
    Bir yanıqlı ney kimi
    Tütən barışa bilmir.
    Ondan üz çevirənlə
    Vətən barışa bilmir.
    Nakəslə, naxələflə
    Sən də barışma, könül.

    Qoşun-qoşun düzülən
    Bu qədər dərd bizimdi.
    Qurşun-qurşun üzülən
    Bu qədər mərd bizimdi.
    İçində dərd gəzdirən
    Bu qədər fərd bizimdi.
    Sağaltmaz bu dərdləri
    Bayatı, qoşma, könül.

    Bu ümid qalasının
    Açarı məndə deyil.
    Kim salıb məni görən
    Bir belə bəndə deyir.
    Tanrısına ağ olan
    İmanlı bəndə deyil,
    İmansızdan kənar gəz,
    Dinsizdən haşa, könül.

    Sıxmaqdan bir kar aşmaz
    Gözümün qorasını.
    Sən özün tapmalısan
    Dərdinin çarasını.
    Lənətləmək gərəkdir
    Ağını, qarasını.
    İlan elə ilandı
    Gördün bas daşa, könül.

    Qarabağ əldə deyil,
    Turanın söhbəti var.
    O xanəsi əzəldən
    Viranın söhbəti var.
    Cəm olmağa nə var ki,
    Bir anın söhbəti var.
    Bənddir bir haya ellər,
    Bənddir bir marşa, könül.

    Daha yetər, qardaşım,
    Savalanda yatdığın.
    Dədə-baba yurdundan
    Qovulanda yatdığın.
    İllərdi döyülməyən
    Davulunda yatdığın.
    Dur, atına süvar ol,
    Qılıncı qurşa, könül.

  • Rafiq ODAY.”Bilirəm”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Mənim virana könlümü,
    Eşq abad eylər, bilirəm.
    Gahdan da abad olanı
    Aşqabad eylər, bilirəm.

    Könül verdinsə təkliyə,
    Ömrü dərd-qəm ətəkliyər.
    Səni vadar dönüklüyə
    Başqalar eylər, bilirəm.

    Məni bu kənddən ötürün,
    Ötürün, dərddən ötürün.
    Hər boş söz-söhbətdən ötrü
    Qaşqabaq eylər, bilirəm.

    Sinəmin aha çəmi var,
    Gözümün daha nəmi var.
    Küsməyə bəhanəmi var? –
    Başqa ad eylər, bilirəm.

    Yığdı cana ələm məni,
    Ömür adlı sələm məni.
    Bu eşq üstə aləm məni
    Daşqalaq eylər, bilirəm.