Orta dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan-Türk dilini ilk dəfə olaraq, dövlət dili səviyyəsinə qaldıran hökmdar-şair Şah İsmayıl Xətainin “Seçilmiş əsərləri” 2016-cı ildə Bakı şəhərində “KitabKlubu” Nəşriyyatı tərəfindən 424 səhifə həcmində 100 tirajla işıq üzü görüb.
Azərbaycanın görkəmli dövlət xadimi Şah İsmayıl Xətai 38 illik həyatında vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq zəngin və çoxcəhətli ədəbi bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda gözəl əsərlər yaratmış, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir.
Kitaba onun səmimi, ürəkdən qopub gələn poeziyasından seçmələr daxil etmişik.
Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti