Blog

  • İltimas İSMAYIL.”Gönlüm”

    ii

    Hüzünlü bir şarkı çalıyor yine
    Beni kemendine salıyor yine
    Ruhumu bedenden alıyor yine
    Yaşama hakkını bıraktı gönlüm.

    Sararır gül yüzüm, yıllar soldurur
    Gözlerim akarak nehir doldurur
    Saçımı dağıtıp yele yoldurur
    Sevgiye hasretti, çoraktı gönlüm.

    Aşkın çarmıhına çekildi tenim
    Kırk yıldır sahralar evimdir benim
    Sağır kuyulardan duyulmaz ünüm
    Gönlünün gözünden ıraktı gönlüm.

    Sevgim yücelerden asla inmedi
    Yalancı sevdalar cana sinmedi
    Yüreğe koyduğun sızı dinmedi
    Yanardağ misali, kor aktı gönlüm.

    Uğrunda çektiğim azdır sevdiğim
    Verdiğin azaplar nazdır sevdiğim
    Yeniden şiirler yazdır sevdiğim
    Kaleme yön veren duraktı gönlüm.

  • İltimas İSMAYIL.”Güller”

    ii

    Sıcak bir nefesi duyunca hemen
    Baharı cemreden tanıyor güller
    Kokuyor dağ dere, boyunca çemen
    Dört yana rayiha sunuyor güller.

    Değişken oluyor bahar havası
    Dertlere devadır kırı, ovası
    Bulutlar döküyor yaşam devası
    Yağmur banyosunda yunuyor güller.

    Kâh güneş yakıyor kızıyor teni
    Kâh şevke gelerek kaynıyor kanı
    Bülbüle yüz dönüp alıyor canı
    Aşktan alevlenip yanıyor güller.

    Rengleri al elvan kırmızı, sarı
    Güzele verilir sevdirir yarı
    Siler yüreklerden soğuğu, karı
    Gelinlik tacına konuyor güller.

    Aşkın sembolüdür beyazı, alı
    Dikeni kanatır dokunan eli
    Sabahın en güzel, en erken yeli
    Cennet kokusuna banıyor güller.

    Bazen de zamansız açıp gözünü
    İnanıp sevdaya saçıp sözünü
    Divaneye dönüp yakıp özünü
    Yalancı baharda donuyor güller.

    Güller de anlayıp, duyar bizleri
    Koparsak dalından ağlar gözleri
    Solup dökülse de kalır izleri
    Sessizce sızlıyor, kanıyor güller.

    10.07.2016

  • Müzəffər MƏZAHİM.”Unutduq”

    mm

    Qaçanı qova-qova,
    Döndük oda, alova,
    Ürəyini dərd ovan,
    Dayanmışı unutduq.

    Dost gəzdik dərd qandıraq,
    Dərdimizi andıraq,
    And içdik inandıraq,
    İnanmışı unutduq.

    Duymadıq şər-xatanı,
    Ər bildik yurd satanı,
    Harayladıq yatanı,
    Oyanmışı unutduq.

    Neçə inamı əzdik,
    Öyünməyə tələsdik,
    Sınaq meydanı gəzdik,
    Sınanmışı unutduq.

  • Müzəffər MƏZAHİM.”Yoxdursa”

    mm

    Qismətin hardan gələcək,
    Dəryada torun yoxdursa.
    Ucalsan da tez enərsən,
    Əgər qürurun yoxdursa.

    Qapını sərt qış alanda,
    Qalacaqsan əl-amanda,
    Əgər yeddi dəyirmanda,
    Bir ovuc darın yoxdursa.

    Zəhmətlə qazan tər dəni,
    Zəmiyə döndər hər dəni,
    Durub çəkmə yağ dərdini,
    Yeməyə şor yoxdursa.

    Halal yanan ocaq sönməz,
    Haqqa açılan yol dönməz,
    Günəş səni isidənməz,
    Ürəkdə qorun yoxdursa.

  • «Azərikimya» İstehsalat Birliyində ADNSU-nun rektoru ilə ilə görüş keçirilmişdir

    İyulun 14-də SOCAR-ın «Azərikimya» İstehsalat Birliyinin konfrans zalında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlı ilə görüş keçirilmişdir.
    “Azərikimya” İB-nın aparıcı mütəxəssislərinin də iştirak etdiyi görüşü giriş sözü ilə açan «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qonaqları səmimi salamlamış və növbəti dəfə təşrif buyurduqlarına görə ADNSU-nun rəhbərliyinə minnətdarlığını bildirmişdir. M.Babayev «Azərikimya» İB-də həyata keçi¬rilən yenidənqurma və modernizasiya işləri, perspektiv layihələr haqqında məlumat vermiş, kadr hazırlığı məsələləri, respublikamızın aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr və bu qarşılıqlı faydalı əməkdaşlığın ali təhsil ocaqlarına, kimya sənayesinə, ümumilikdə isə respublikamıza verəcəyi töhfələrdən geniş söhbət açmışdır.
    Görüşdə neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə sıx əlaqələrin qurulması, tələbələrin “Azərikimya” İB-nin müəssisələridə yay is¬teh¬salat təcrübəsi keçmələri üçün yaradılmış əl¬verişli şərait və son beş ildə bunun artıq ənənə halını alması ön plana çəkilmişdir.
    Qeyd edək ki, hazırda «Azərikimya» İstehsalat Birliyinin istehsalatlarında 100-dən artıq tələbə yay istehsalat təcrübəsi keçir ki, bunlardan da 65-i ADNSU-nun tələbələridir. Bu tələbələr iki iş həftəsi ərzində Birliyin Etilen-polietilen zavodunun Buxar-generator kompleksi, Suso¬yutma qurğusu, Azot-oksigen kompleksi, Etilen və Polietilen istehsalatında kimya sənayesi və seçdikləri ixtisasların tət¬biq olunduğu sahələr üzrə təcrübi biliklərini artıracaq, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirəcəklər.
    ADNSU-da həyata keçirilən islahatlar haqqında geniş məlumat verən rektor Mustafa Babanlı səmimi qəbula və tələbələrə göstərilən diqqət və qayğıya görə «Azərikimya»nın rəhbərliyinə minnətdarlığını ifadə etmişdir.
    Görüşdən sonra ADNSU-nun nümayəndələrinin “Azərikimya” İB-nin Etilen-polietilen zavoduna ekskursiyası təşkil olunmuşdur. Zavodun istehsalat sahələri ilə yaxından tanış olan qonaqlar, həmçinin istehsalat təcrübəsində olan tələbələrlə görüşmüş, onların ilkin təəssüratlarını dinləmiş və geniş fikir mübadiləsi aparmışlar.

    Rafiq ODAY,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru

  • Tovuzda “Gül”, Qazaxda “Qazax mahalının şairləri” kitablarının imza günü keçirildi

    “Aybkitab” layihəsində nəşr olunan kitabların bölgələrdə təqdimatları davam edir. 11 iyul 2016-cı il tarixində Tovuz rayon Heydər Əliyev Mərkəzində Tovuzun gənc yazarı Gülnar Səmanın bu layihədə çap olunan “Gül” şeirlər kitabının imza günü keçirildi. İyulun 12-də isə Qazax rayon Ədəbiyyat Muzeyində həmin layihədə çap olunan “Qazax mahalının şairləri” almanaxının təqdimatı keçirildi.
    Tovuzda təşkil olunan tədbirin aparıcısı Tovuz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Adil Həsənov müəllif haqqında iştirakçılara məlumat verərək ilk sözü AYB-nin Qazax zona filialının sədri Barat Vüsala verdi. Daha sonra Tovuzun millət vəkili Qənirə Paşayeva belə bir tədbirin Tovuz rayonunda təşkil olunmasını gənclərə dövlət qayğısının bariz nümunəsi kimi səciyyələndirdi. AYB-nin mətbuat katibi və layihənin rəhbəri Xəyal Rza layihə haqqında ətraflı məlumat verərək, hər bir istedadlı müəllifə layihənin qapılarının açıq olduğunu qeyd etdi. Tədbirdə Qazaxın yazarlarından Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu Ağstafanın ziyalılarından Firdovsi Heydərli və.s iştirak etdilər. Tovuz yazarlarından İsa Cavadoğlu, Qədir Hümbət, Brilyant Atəş, Yunus Oruclu, Nazim Əhmədoğlu, Novruz Mizani Hafiz, Maarif Həsənoğlu və.s müəllifə təbriklərini ünvanladılar. Gülnar Səmanın ustadı Əbülfət İslam yetirməsinin bu cür uğurlarına çox sevindiyini bildirib, dəstək olan hər kəsə minnətdarlıq etdi. Tovuz rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov, Tovuz rayon Mərkəzi Kitabxanasının müdiri Güldərən İbrahimova, “Tovuz” qəzetinin baş redaktoru Çingiz Qəribli də təbriklərini çatdırdı. Müəllifin gənc qələn dostlarından Şahinə Könül, Elməddin Nicat, Ruslan Dostəli, Şəhriyar Seyidoğlu, Taleh Mansur, Rüfət Axundlu, Mehman Rasimoğlu, Günel Bayramsoy, Turanə Turan və.s ona yeni yaradıcılıq uğurları arzuladılar. Sonda müəllif tədbirin yüksək səviyyədə keçməsinə görə əziyyəti keçən hər kəsə təşəkkürünü bildirdi.
    Qazaxda keçirilən tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açıq elan edərək, qonaqları şairlər məkanı olan Qazaxda salamlamaqdan məmnun olduğunu bildirdi. O, rayonda aparılan quruculuq və abadlıq işləri haqqında məlumat verərək, mədəni sahənin də inkişafının daimi diqqət mərkəzində olduğunu nəzərə çatdırdı. Qeyd etdi ki, bu cür tədbirlərin həyata keçirlməsi üçün dəstəyini əsirgəməyəcək və tədbiri aparmaq üçün sözü AYB-nin Qazax zona filianının sədri Barat Vüsala verdi. Barat Vüsal da filialın uğurları və bölgədə ədəbiyyatın inkişafı haqqında ətraflı məlumat verərək, sözü “aybkitab” layihəsinin müəllifi Xəyal Rzaya verdi. Xəyal Rza layihə çərçivəsində görülən işlər və gələcək planlar haqqında iştirakçıları məlumatlandırdı. Qazaxın qocaman şairi Ələddin İncəli kitabdakı şeirlərin hamısının bir-birindən gözəl olmasının səbəbini də işə məsuliyyətlə yanaşmaqda gördü. Tovuz yazar ziyalıları adından İsa Cavadoğlu, Ağstafa ziyalıları adından Firdovsi Heydərli çıxış etdilər. Qazax zona filialının ədəbi məsləhətçisi Mustafa Rasimoğlu da zəhməti keçən hər kəsə minnətdarlıq etdi. Bölgənin gənc yazarları adından Taleh Mansur çıxış edərək “Hər qazılan qəbrə bir söz basdırın” şeirini söylədi. Tədbirin sonunda Qazax rayon İcra Hakimiyyətinin Başçısı hər kəsə təşəkkür edərək müəllifləri bir daha təbrik etdi.

    Rüfət AXUNDLU
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölgəsinin xüsusi müxbiri,
    Tovuz rayonu

  • Nisə QƏDİROVA.”Gəzirəm”

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Bələdin könlümə ahı,
    Axtarıb yol, riz gəzirəm.
    Bu dərdə əlac etməyə
    Dərə, təpə düz gəzirəm.

    Gəzirəm başı havalı,
    Əlimdə haqqın qavalı…
    Xəlbir doldurmur çuvalı,
    Hey ələyir söz, gəzirəm.

    Soldurur kədər yazımı,
    İtirir zaman izimi,
    Dara çəkirəm gözümü
    kirpiyimdə köz gəzirəm.

    Gülümsəyib hər zülümə,
    Bir taxt qurmuşam ölümə,
    Əcəl kimi çıx önümə,
    Ünvanımı yaz, gəzirəm.

  • Nisə QƏDİROVA.”Getdin”

    11153468_731421923638953_1561011028_o

    Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Qızıl Qələm” Media Mükafatı laureatı,
    “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru,

    Röyamı, gerçəkmi səni gördüyüm,
    İstədim durdurum zamanı, getdin.
    Yandım gözlərinin od-alovunda,
    Oldum baxışının qurbanı, getdin.

    Bir ümid itirdim durna köçündə,
    Ömür-gün yaşadım özgə biçimdə,
    Soldum ləçək-ləçək min dərd içində,
    Ey xəstə könlümün dərmanı, getdin.

    İndi boş yollardan bir qərib ötər,
    Ovcunda göz yaşı, köksündə kədər.
    Bilirdin ayrılıq ölümdən betər,
    Verdin bu amansız fərmanı, getdin…

  • Futbol sadəcə idman deyil, o həm də həyatdır

    Bu günlərdə Fransada keçirilən futbol üzrə Avropa Çempionatını böyük maraq və həyəcanla izlədik. SOCAR-ınbu mötəbər yarışda UEFA-nın rəsmi tərəfdaşı kimi çıxış etməsi hər bir azərbaycanlıda qürur və iftixar hissi doğurdu. Çünki hər birimiz bilirdik: bu tərəfdaşlıq respublikamızın imicinə və beynəlxalq nüfuzunun yüksəlməsinə müsbət təsir göstərir və hələ uzun zaman göstərəcəkdir.
    UEFA və SOCAR arasında tərəfdaşlıq layihəsi 2013-cü ildə başlanıb. Layihəyə əsasən, SOCAR milli komandalar arasında UEFA yarışlarının, o cümlədən Fransada keçirilən futbol üzrə Avropa Çempionatının, onun seçmə oyunlarının, 2018-ci il Dünya Çempionatının Avropa üzrə təsnifat mərhələsinin, həmçinin bu yaxınlarda ölkəmizdə futbol üzrəkeçirilmiş U-17 Avropa Çempionatının rəsmi tərəfdaşı olub. Bu layihə SOCAR-a dünyanın bir çox böyük və məşhur şirkətləri ilə bir sırada dayanmaq imkanı yaratmışdır. SOCAR prezidentinin də öz çıxışında dediyi kimi, “Məqsədimizin qlobal enerji şirkətinə çevrilmək olduğunu nəzərə alaraq, biz bu əməkdaşlığı SOCAR-ın AÇ-2016 və bütün dünya azarkeşlərinin gözündə premium-klass enerji brendi qismində beynəlxalq imicinin artırılması üçün unikal platformanın yaradılması imkanı kimi qiymətləndiririk”.
    Qeyd edim ki, futbol üzrə Avropa çempionatını izləyənlərin sayı yüz milyonlarla ölçülür. Bu qədər insanın arenalarda digər nüfuzlu dünya şirkətləri ilə bərabər SOCAR-ın da adını görməsi çox mətləblərdən xəbər verir. Ümumiyyətlə, SOCAR-ın bu yarışa rəsmi tərəfdaşlığı futbol azarkeşlərinə oyun həyəcanı bəxş etməklə, ölkəmizə istər iqtisadi, istər mənəvi, istərsə də idman sahəsində xüsusi imic və sima qazandırmağa davam etmişdir. Diqqəti bu günlərdə açıqlanmış bir maraqlı fakta cəlb etmək istəyirəm ki, beynəlxalq idman təşkilatları ilə tərəfdaşlığından irəli gələn reklam və marketinq işi sayəsində SOCAR-ın Azərbaycana məxsus olan xaricdəki müəssisələrində, o cümlədən bir sıra ölkələrdəki yanacaqdoldurma səbəkələrində iqtisadi göstəricilər yüksəlmışdır. Unutmaq olmaz ki, UEFA ilə tərəfdaşlıq həm də Avropa bazarına uzunmüddətli çıxış strategiyasının tərkib hissəsidir. Bu baxımdan Avropa Çempionatının final yarışlarından öncə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Səfirliyi və SOCAR-ın birgə təşkilatçılığı ilə keçirilən, FİFA və UEFA rəhbərliyinin, bir sıra rəsmi qonaqların və tanınmış futbolçuların iştirak etdiyi qəbulda SOCAR-ın idmana dəstək sahəsindəki fəaliyyətinin yüksək qiymətləndirilməsi xüsusilə əlamətdardır.
    Bu tərəfdaşlıq respublikamızda futbolun inkişafına, onun daha da kütləviləşməsinə öz müsbət təsirini göstərir. Bu il ilk dəfədir ki, üç komandamız – “Kəpəz”, “Qəbələ” və “Neftçi” Avropa Liqasının ikinci mərhələ¬sinə vəsiqə qazanmışdır. Çempionlar Liqasında isə “Qarabağ” mübarizəyə yenə ikinci təsnifat mərhələsindən qoşulub və ilk oyunda gələbə qazanıb.
    Xüsusilə qeyd etmək lazımdır ki, son illər böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atmış, respublikamızda beynəlxalq təşkilatlar tərəfindən bir sıra siyasi, iqtisadi və idman tədbirləri keçirilmişdir. Müxtəlif beynəlxalq turnirlərin – bədii gimnastika, judo, taekvando, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 qadınlararası dünya çempionatı və olimpiya növləri üzrə digər beynəlxalq idman yarışları, o cümlədən dünya və Avropa çempionatlarının Azərbaycanda keçirilməsi, ölkəmi¬zin hazırda ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi ölkələr sırasında aparıcı yerlərdən birini tutmasının göstəricisi olmaqla bərabər, bütün sahələrdə dövlətimizə böyük nüfuz qazandırmışdır.
    Azərbaycan ötən il “Bakı-2015” Avropa Oyunlarını layiqincə təşkil etməklə tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurdu. Bu yaxınlarda keçirilən “Formula-1” yarışları isə dünyanın 190 ölkəsində 500 milyondan artıq azarkeş tərəfindən izlənildi. Bu da paytaxtımız, ümumiyyətlə respublikamız haqqında kifayət qədər zəngin məlumatların dünya ictimaiyyətinə çatdırılması deməkdir. Yarışları izləməyə gələn qonaqlar Azərbaycanın dünyaya nümunə olan çoxəsrlik tolerant, mehriban birgəyaşama mədəniyyəti, multikultural mühiti ilə yaxından tanış olmuşlar. Təbii ki, bütün bunlara möhtərəm Prezidentimiz İlham Əliyevin və Mehriban xanım Əliyevanın idmana və idman ictimaiyyətinə göstərdiyi diqqət və qayğının nəticəsində nail olunmuşdur.
    Paytaxtımız növbəti beş ildə də bir çox böyük idman bayramlarının təşkilatçısı olacaq. Bu il dünya Şahmat Olimpiadası, gələn il isə IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda keçiriləcək. UEFA İcraiyyə Komitəsinin qərarı ilə 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi 13 şəhər arasına Bakınında daxil edilməsi son dərəcə sevindirici hadisədir. Əminəm ki, xalqımızın zəngin yaradıcılıq potensialı, qonaqpərvərliyi və zəhmətsevərliyi nəticəsində bu möhtəşəm tədbirlər də uğurla keçiriləcək, Azərbaycanın şöhrəti bir daha dünyaya yayılacaqdır.
    Qeyd etdiyimiz kimi, respublikamızın bu möhtəşəm missiyası idmanla məhdudlaşmır. Azərbaycan son illərdə dünya və Avropa əhəmiyyətli bir sıra mötəbər ictimai-siyasi tədbirlərə, zirvə toplantılarına, elmi konfranslara, musiqi, teatr, kino festivallarına ev sahibliyi edir. Bu tədbirlərin də bir qismində SOCAR-ın tərəfdaş qismində çıxış etməsi, düşünürəm ki, artıq “Azərbaycanın enerjisi” kimi məşhurlaşmış şirkətin biznesin inkişafına bağlı olmasını göstərməklə yanaşı, beynəlxalq mədəni layihələri dəstəkləyən şirkət imicini formalaşdırmağa da kömək edir.
    Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik, əmin-amanlıq məkanıdır. Respublikamızda hökm sürən və davamlı, ardıcıl səciyyə daşıyan sabitliyin əsasında isə hakimiyyətin həyata keçirdiyi siyasi kursun ümummilli maraq və mənafeyə tam cavab verməsi faktoru dayanır. Azərbaycanı yüksək sürətlə inkişaf edən ölkəyə çevirən, mövcud ictimai-siyasi sabitliyin əsaslarının daha da möhkəmlənməsini şərtləndirən bu mühüm faktor bütün qələbələrimizin rəhnidir və bizi daha böyük nailiyyətlərə aparacaqdır.

    Muxtar Babayev,
    Milli Məclisin deputatı.

  • Aydan ABDULLAYEVA.”İndi ən çox…”

    13705205_578501418989939_422069793_n

    Axşamın yeli sərtdi…
    Bacarsan qoru özünü…
    Ayrılığın səndən mərddi…
    Elə bil məndən üzgündü…

    Dodağımdan qopan ah…
    Danmıram… çarəsizəm…
    Bağışlasın məni Allah…
    İndi ən çox… mən sənsizəm…

    Buranın sabahları olmur…
    Rüzgarları daha çoxdu…
    Burda məntək tənhalara,
    Sığınacaq daxma yoxdur…

    Mən darıxan çöl adamı…
    Addımlara yadlaşmışam…
    Mən “ocağın kül adamı…,,
    Ruhum öləcək bu axşam…

    Sənə toxunsun öncə…
    Sonra nə olur olsun…
    Çöl adamı ölüncə,
    Yellər səndən uzaq olsun…

  • Müzəffər MƏZAHİM.”Sevinə-sevinə”

    mm

    Düşmə xəbisin dilinə,
    Uyma yamanın felinə,
    Yaxşılar öz əməlinə
    Baxar sevinə-sevinə.

    Haqqı bu dünyada tanı,
    Təlim elə ruhu canı–
    Yoluna savab karvanı,
    Çıxar sevinə-sevinə.

    Düyünləmə kələfini,
    Pozma halallıq səfini.
    Ayıq ol,
    xain evini
    Yuxar sevinə-sevinə.

  • Müzəffər MƏZAHİM.”Göylərin eşqinə”

    mm

    İtirsək borcu, hesabı,
    Ruh çəkəcək bu əzabı.
    Göylərdən gələn kitabı,
    Oxu, göylərin eşqinə.

    Nurlandıraq qəlbimizi,
    Qoy tox olsun ruhun gözü,
    Yaradıbdır Tanrı bizi,
    Axı, göylərin eşqinə.

    Mənəviyyat bilsək nədir,
    Rahat olar qəlb məbədi,–
    Tutanda bizi əbədi
    Yuxu, göylərin eşqinə.

    Yaxşılıq et savab qazan,
    Allaha yaxın olasan,
    Bu ömrü sanır imtahan,
    Çoxu göylərin eşqinə.

  • Şair Ənvər Əlibəylinin 100 illiik yubileyinə həsr olunmuş “Sətirlərdə döyünən ürək” adlı tədbir keçirilib

    http://s018.radikal.ru/i503/1607/73/b583b6368432.jpg

    http://s019.radikal.ru/i640/1607/88/4464a2c5f41e.jpg

    http://i053.radikal.ru/1607/4a/7167d79f4b4e.jpg

    http://s019.radikal.ru/i615/1607/01/94428d0a95f8.jpg

    http://s018.radikal.ru/i510/1607/76/2218edc560b2.jpg

    http://s019.radikal.ru/i625/1607/b0/594997f4bf4e.jpg

    Sumqayıtda Şəhər Mədəniyyət Evində Şair Ənvər Əlibəylinin 100 illiik yubileyinə həsr olunmuş “Sətirlərdə döyünən ürək” adlı tədbir keçirilib.
    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən Ədəbiyyat-Az.Com -a bildiriblər ki, tədbirdə bədii qiraət dərnəyinin üzvü Tuncay Hüseynovun ifasında şairin Türkan kəndinə ithaf etdiyi “Kəndimiz” şeri, o cümlədən, aparıcılar Türkan Mahmudova və Əlipaşa Paşayevin ifasında “Nəğmələr”, “Dalğalar arasında” şeirləri maraqla dinlənilib.
    Tədbirdə həmçinin mədəniyyət evinin “Zəminxarə” ansamblının müşayiəti ilə Mehman Əhmədovun ifasında “Neylərəm unutmusan”, “Gəlmədin”, Vüsalə Hüseynovanın ifasında “Söz olmasaydı”, Şahin Qədirsoyun ifasında “Dostluq nəğməsi”, Elvin Qasımovun ifasında “Xatirə”, Kamil Ağazadənin ifasında “Bağçadan keçmisən” mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
    Tədbir özfəaliyyət kollektivinin üzvləri Kamil Ağazadə və Elvin Qasımovun ifasında “Azərbaycan” mahnısının ifası ilə sona yetib.

  • «Azərikimya» İB-nin Etilen-polietilen zavodunda istehsalat təcrübəsinə başlamış tələbələrlə görüş keçirilmişdir

    “Azərikimya” İstehsalat Birliyinin akt zalında Birliyin təşəbbüsü ilə gələcəyin kimya mütəxəs¬sislərinin təcrübi biliklərinin artırılması, onlarda kimya sənayesinin mürəkkəb isteh-sa¬latını idarə etmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən «Yay təcrübəsi proqramı» çərçivəsində Etilen-polietilen zavodunda istehsalat təcrübəsinə başlamış Azərbaycan Dövlət Neft və Sənaye Univer¬sitetinin, «Qafqaz» Universitetinin, Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Univer¬sitetinin və Moskva Dövlət Universitetinin Bakı filialının kimya və kimya mühədisliyi fakül¬tələrinin bir qrup tələbəsi ilə (ümumilikdə 25 nəfər) görüş keçirilmişdir.
    Görüşü giriş sözü ilə açan “Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev qeyd etmişdir ki, neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə sıx əlaqələrin qurulması, tələbələrin müəssisələrimizdə yay is¬teh¬salat təcrübəsi keçmələri üçün əl¬verişli şərait yaradılması bizim kadr hazırlığı proqramı üzrə nəzərdə tutduğumuz tədbir¬lərlərdəndir və bu son beş ildə artıq ənənə halını almışdır. Tələbələr iki iş həftəsi ərzində Birliyin Etilen-polietilen zavodunun Buxar-generator kompleksi, Suso¬yutma qurğusu, Azot-oksigen kompleksi, Etilen və Polietilen istehsalatında kimya sənayesi və seçdikləri ixtisasların tət¬biq olunduğu sahələr üzrə təcrübi biliklərini artıracaq, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirəcəklər.
    Gəncləri salamlayan “Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını və hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulamışdır. “Bunun üçün yaradılan şəraitdən səmərəli istifadə olunmalı, sabahın mühəndisi olmaq istəyən tələbə mövcud potensialını ortaya qoymağı bacarmalıdır. Biz İstehsalat Birliyi olaraq bu məsələyə ciddi yanaşır, gənclərə dəstək olmağı, onlara stimul verməyi gələcəyimizə zəmanət kimi dəyərləndiririk” – deyən Müşahidə Şurasının sədri gənclərə uğurlar arzulamışdır.
    Qeyd edək ki, «Azərikimya» İB-də təcrübələrini başa vurduqdan sonra tələbələr Birlik pəhbərliyinin təşəbbüsü və dəstəyi ilə “Yay təcrübəsi proqramı” çərçivəsində avqustun 1-dən etibarən dörd iş həftəsi müddətində Türkiyənin İzmir şəhərində yerləşən və dünyanın ən nüfuzlu şirkətlərindən olan “Petkim Petrokimya Holding A.Ş”-də istehsalat təcrübələrini davam etdirəcəklər. Ötən il olduğu kimi bu il də təcrübələrin sonunda tələbələr tərəfindən verilmiş ən yaxşı səmərələşdirici təkliflər üzrə müsabiqə keçiriləcək və məqsədyönlü təkliflər mükafatlandırılacaqdır. Müsabiqədə məqsəd həm tələbələr arasından “Azərikimya” üçün gələcək əməkdaş seçimi aparmaq, həm də tələbələrə kimya sənayesini tanıtmaqla, onların bu sahəyə marağını artırmaqdır.
    Tədbirin sonunda tələbələri maraqlandıran bir sıra suallar mütəxəssislər tərəfindən cavablandırılmışdır.

    Rafiq ODAY,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru

  • Polad SABİRLİ.Həyatı və Yaradıcılığı

    Polad Sabirli

    Polad SABİRLİ(Polad Hüseynqulu oğlu Sabirli) 1973-cü il aprel ayının 6-da Ağsu rayonun Keçdiməz kəndində dünyaya gəlib. Orta təhsilini Bico kənd orta məktəbində alıb.Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb. “Ədəbiyyat və incəsənət” qəzetində şeirləri dərc olunub. “Poeziyalı ömrüm” adlı ilk şeirlər kitabı 2001-ci ildə oxucuların ixtiyarına verilib. Ailəlidir.iki övladı var. Şeirə, poeziyaya maraq hələ uşaq yaşlarından başlayıb. Məktəb illərində Ağsu rayonunda dərc olunan “Birlik” qəzetində bir sıra şeirləri dərc olunub. Sumqayıt şəhərində yaşayır.

    YOXDUR

    Yanırsan alovun, odun içində,
    Tüstün də görünmür, külün də yoxdur.
    Amanın içində, dadın içində,
    Dinib danışmağa dilin də yoxdur.

    İtirdin kələfin ucunu yaman,
    Bürüyüb qəlbini çiskin, çən, duman.
    Bu taledən aman, qismətdən aman,
    Uzadıb pozmağa əlin də yoxdur.

    Nə fayda sonrakı peşmanlığından,
    Büküldü belin də cavanlığından.
    Bu necə sevgidir yamanlığından,
    Xoş keçən ayın da, ilin də yoxdur.

    Öz əlinlə vurdun qəlbinə yara,
    İndi də düşmüsən çətinə, dara.
    Sevgi bağçasından verməyə yara,
    Çiçəyin də yoxdur, gülün də yoxdur.

    Xoşbəxtlik dilədim sənə Allahdan,
    Hifz etsin qorusun səhvdən, günahdan.
    Qüssədən, kədərdən, amandan, ahdan,
    Ağardı bir qara telin də yoxdur.

    Kim bilir, kim tapan, kimdir itirən,
    Allahdır qisməti bizə yetirən.
    Sənə dəyər verən, şərəf gətirən,
    Polad kimi sevən dəlin də yoxdur.

    27.04.2013

    HAQQA ÇAĞIRIRAM YOL AZANLARI

    Sevilmək insanın öz əlindədir,
    Ağsaqqal demərəm saqqalı ağa.
    Böyüklük qəlbində, əməlindədir,
    Ağadan qul olmaz, quldan da ağa.

    Heç kimi dəyişmək istəmirəm mən,
    İstəmirəm dönüb mən deyən olsun.
    Haqqa çağırıram yol azanları,
    Dili haqq danışan, haqq deyən olsun.

    Bəzən düşmən olur həm doğma, həm yad,
    Düzə düz deyəndə, səhvi dananda.
    Qalmayır həyatda nə ləzzət, nə dad,
    Adam nahaq yerə oda yananda.

    Əbəsdir nadana haqqa gəl demək,
    Ay Polad, zəhmətin getməsin hədər.
    Yoldan azanları düz yola çəkmək,
    Çətindir iynəylə gor qazmaq qədər.

    15.07.2014

    BƏHANƏ ELƏMƏ

    Baş dəyirsə daşdan-daşa,
    Daşı bəhanə eləmə.
    Dildən bəla gəlsə başa,
    Başı bəhanə eləmə.

    Damağının dadı yoxsa,
    Günahının sayı çoxsa,
    Qaşığında nəsə çıxsa,
    Aşı bəhanə eləmə.

    Baş görünsə ayaq sənə,
    Kim olacaq dayaq sənə.
    Dərs verirsə uşaq sənə,
    Yaşı bəhanə eləmə.

    Çörəyi ye mərd əlindən,
    Polad, vətən, yurd əlindən.
    Saralırsan dərd əlindən,
    Qışı bəhanə eləmə.

    12.08.2015

    TOPA-TOPA

    Sığınmışam söz dağına,
    Sözdən qala yapa-yapa.
    Şama dönüb əriyirəm,
    Kəsərli söz tapa-tapa.

    Nə yanıb, nə yaradılar,
    Kömək umub aradılar.
    Yaman deyib daradılar,
    Sağa-sola sapa-sapa.

    Haramzadə çox qudurdu,
    Matım-qutum lap qurudu.
    Mənəm-mənəm dedi durdu,
    Yan-yörəni qapa-qapa.

    Nur almışam ziyasından,
    Yoğrulmuşam mayasından.
    Ruhuma söz – qayasından,
    Elə gəlir qopa-qopa.

    Dartıldıqca söz kamanı,
    Polad, ona ver amanı.
    Bilmirəm bu dərd-dumanı,
    Nə yığılıb topa-topa.

    23.09.2015

  • Aydan ABDULLAYEVA.”Bu qadın o adamı hələ də…”

    aydanxanim

    səhərin içində ölürəm elə…
    ya da gecələrdə batıb qalıram…
    sən orda ömrünü verirsən yelə…
    mən burda kiminsə könlün alıram…

    eh… qəfil “uzaqdan sevdiyin” gələ…
    deyə daha getmirəm o uzaq yerə…
    mən də alışmışam daha xəzələ…
    sən də… alışmısan o sazaq yerə…

    gözlərim qəhərdən çilənir aya…
    uzağı tez tanımaq məni incidir…
    o adam yaraşmır belə dünyaya…
    bu qadın o adamı hələ də sevir…

    ötmür gecələri… qalır gecədə…
    ya da ki təkliyə ov olur ancaq…
    küçəyə açılan sınıq pəncərə,
    hələ o adamı çox axtaracaq…

    indi o adam da uzağı qoyub,
    danışır güzgüyə… dərd-sərini…
    o da mənim kimi sevdaya uyub,
    bilirəm… mənsizdi… dəli kimidi…

    indi aynaları qıracaq ya da,
    içdiyi qədəhə acıqlanacaq…
    o da uduzacaq taleyə, bəxtə…
    mənə məktub yazacaq… ya darıxacaq…

    amma gəlməyəcək… uzaqdan əsla…
    mən də getməyəcəm… heyif… çox heyif…
    “1:0” önə keç… və… unut, yaşa…
    “mən gedim… ölümüm məni gözləyir…,,

  • “Qazax mahalının şairləri” almanaxı işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyi tərəfindən həyata keçirilən “aybkitab” kitab layihəsi çərçivəsində “Qazax mahalının şairləri” almanaxı işıq üzü görüb.Layihənin rəhbəri və müəllifi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini, şair-publisist Xəyal Rzadır. “Qazax mahalının şairləri” almanaxının təqdimat mərasimi keçirilib.
    Kitabda Azərbaycan Yazıçılar Birliyinin üzvü olan 25 yazarın şeirləri toplanıb.Bu yazarlar Qazax, Ağstafa və Tovuzda yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yazarlardı.

    Rüfət AXUNDLU,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölməsi üzrə xüsusi müxbiri,
    Qazax rayonu

  • “Qazax mahalının şairləri” almanaxının təqdimat mərasimi keçirilib

    İyulun 12-də respublikanın qərb bölgəsində-Qazax rayonunda yerləşən Qazax Ədəbiyyat Muzeyində Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona Filialının rəhbəri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsalın təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini, şair-publisist Xəyal Rzanın rəhbərliyi altında “Qazax mahalının şairləri” almanaxının təqdimat mərasimi keçirilib.
    Qazax Ədəbiyyat Muzeyinin Mətbuat xidmətindən verilən məlumata görə, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə respublikanın Gəncəbasar bölgəsində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yazarlar, rayon sakinləri, ziyalılar yaxından iştirak ediblər.

    Rüfət AXUNDLU,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Gəncəbasar bölməsi üzrə xüsusi müxbiri,
    Qazax rayonu

  • Mayisə ƏSƏDULLAQIZI.”Belə böyüdüm”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Ailədə beş uşaq olmuşuq. Kənddə, Əmircanda (Xilə) 4-5 küçə hamı qohum-əqrəbə olub. Nöyütlü, mazutlu gölün kənarında yaşadığımıza görə, dəfələrlə ağır yanğın qəzaları ilə üz-üzə qalmışıq. Dəqiq yadımdadır. Yeddinci sinfi bitirmişdim. Bu vaxtlar idi. Hava bürkülü idi. Axşamüstü saat 5-6 radələri olardı. Atam hələ işdən evə gəlməmişdi. Hamımız həyətdəki ağacların sərinliyində oturmuşduq. Xəstə babam da, o vaxtkı dəmir yaylı çarpayıda, açıq havada, sərinlikdə uzanmışdı. Ağır xəstə olmağına, gəzməkdə çətinlik çəkməyinə baxmayaraq, ömrünün sonuna kimi əlinə çəlik götürmədi. Birdən gözləmədiymiz qara, tüstülü, bəzən narıncı rəngə çalan alov dilləri başımızın üstünü aldı. Qohum uşaqlar, qonşular hamısı canlarını götürüb, qaçdılar. Təbii ki, belə də olmalı idi. Düzü, çaşıb qalmışdıq. Yadıma düşdü ki, babam dəfələrlə danışmışdı ki, lap keçmişdə burda buruq qazıblar (hətta bir mayakı su batırıb, amma, görünməkdədir) sonra necə olubsa, işi dayandırıblar. Suraxanı neft mədənlərində və qonşu kəndlərdə tez-tez güclü yanğınlar olarmış. Çünki, torpaq və gölün üstü qara yağlı mazutla dolu olurdu. Nə isə….Alov qızmış şir kimi hücuma keçmişdi. Hamı canını götürüb küçə ilə üzüyuxarı, Əmircanın dəmiryolu tərəfə qaçırdı. Anam da 2 yaşlı bacımı, nənəmi götürüb, qonşu küçədən atamın qoca xalasını və ata-anası işdə olan xala nəvələrini evdən çıxartmışdı. Hamı çaşıb qalmışdı. Bu arada mən geri qaçıb, tüstünün içindən seçilməyən rəhmətlik babamın köynəyindən dartıb, qucağıma götürməyə çalışdım. (Gəzə bilmirdi) Təsəvvür edin, babamı yarıyacan möhkəm-möhkəm özümə sıxmışam, gedirəm, bircə ayaqları yerlə sürünür. Birdən qıpqırmızı alov dilləri məni də, babamı da, cənginə aldı. İkimiz də torpaq yola yıxıldıq. Heç nədən qorxmayaraq, tez ayağa qalxıb, yenidən babamı yarıyacan qucağıma alıb, qara tüstünün içi ilə, 25-30 metr irəlilədim. Elə bu vaxtı anama, bacı-qardaşıma, qohumlara rast gəldim. Demə, hamı, elə bir yerdə irəliləyir, tüstüdən heç kəs, heç kəsi görə bilmirmiş…Sonra, iş-işdən keçəndən sonra, həyət-baca yanandan sonra, Suraxanıdan yanğınsöndürənlər mübarək qədəmləri ilə, təşrif buyurdular, onlar da neçə dəqiqə hazırlıq keçib, sonra müqəddəs su şlanklarını yanğına tərəf tuşladılar. Həmin gecəni, qadınlar, uşaqlar Bülbülədəki qohumlargildə qaldıq. Kişilər isə, həyəti, küçəni sahmana salmaqla səhəri açdılar….Çox yaddaqalan və tarixi hadisələrlə üzləşmişəm, Allah qismət eləsə, kitab halında cəmləşməlidir…

  • Mayisə ƏSƏDULLAQIZI.”Dediyin o sahildə”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Lal xəyallar gördünmü,
    Dediyin o sahildə.
    Oturmuşam qumaş qumlar üstə,
    Qızılı saçlarım dəniz suyundan
    Qıvrım-qıvrım olub.
    Batmışam gecənin dərinliyinə,
    Yaşıl bağların sərinliyinə…
    Uzaqda bir mayak görünür,
    Sanki, dənizdə əldən düşmüş qarı var.
    Qəlbində min-dərdi azarı var…
    Ətrafı dəniz suyundan duz bağlayıb.
    Qəlbi xainlikdən buz bağlayıb…
    Bəlkə o qısqandı səni mənə?!
    Bəlkə, yenə də, məhəbbət
    Nağıllarında uçaq?
    Xəyalları gerçəkdə qucaq?
    Əvvəlki kimi…
    Yenə gələr o dövran,
    Ey gözəl insan…

  • İltimas İSMAYIL.”Al ebedi uyuttur”

    ii

    Ağlamaktan gözlerim kor oldu yar bilmedi
    Lokmanlar bile geldi derde ilaç bulmadı
    Dünya bana dar gelir onda gözüm kalmadı
    Bir tek umudum sensin al koynuna avuttur.

    Sana açılan eller, geriye boş dönmedi
    Ömür hasretle geçti, sevgisi hiç sönmedi
    Sevdanın esiriyim acılarım dinmedi
    Aşk belasına düştüm, al kalbimden unuttur.

    Her çiçeği, her gülü bin özenle yarattın
    Bülbülü şeyda edip, sinesini sararttın
    Leyla-ca aşık edip ömür boyu arattın
    Alevden gömlek giydim, al ateşten soğuttur.

    Hansı aşik vüslatı keyif etti güzelden
    Dünyadakı afetler bivefadır ezelden
    Sahip çık bu kuluna çağır beni tez elden
    Rahat bulsun vücudum, al ebedi uyuttur.

    06.07.2016

  • İltimas İSMAYIL.”SÖZLE ANLADIM”

    ii

    Söz konu olunca insanı boğar
    Yan yana gelince şiirler doğar
    Bazen yağmur olur üstüme yağar
    Bulutu kalbimi yormuş, anladım.

    Sözü inci gibi dizdim boynuma
    Bazen koku diye çektim burnuma
    Sır diye sakladım koydum koynuma
    Anlatmak derdimi zormuş anladım.

    Kitaplarda gördüm gözüm takıldı
    Ustalara sordum canım sıkıldı
    Bizlerden hepside üstün akıldı
    Bu yüzden kendimi durmuş anladım.

    Gücünü hissettim söze karıştım
    Dilime doladım aşkla barıştım
    Kaleme güvendim elle yarıştım
    Kaderimin fendi kormuş anladım.

    Sözlerle ulaştım bir çok arife
    Her gelen başladı aklı tarife
    Sonunda rastladım ilmi zarife
    O gönül bendini kurmuş anladım.

    Asırları aşar bilinmez yaşı
    Bazen tek kelime keser savaşı
    Söz var ki indirer yerlere başı
    Erişmez sırları varmış anladım.

    Sözünü bil demiş büyük atalar
    Bilmeden oluyor bazı hatalar
    Kolayca yazılmaz güzel kıtalar
    Ağzıma kemendi vurmuş anladım.

    12.07.2016

  • Vüsal YURDOĞLU.”Qismətimə düşən pay”

    vy

    Hər gecə qismətimə
    düşür səmalardan pay,
    Gecənin sahibi, – ay,
    qəlbimdə qurur saray…

    Bu möhtəşəm sarayda,
    üzü səmaya baxan
    Kiçik bir pəncərədən
    uzaqlara boylanıb
    Axtarıram hər yanı,
    itirdiyim dünyanı…

    Saray pəncərəsindən
    boylanan iki gözüm
    Bir nöqtəyə zillənib
    baxır ömür yoluna.
    Gələcəkdən xəbərsiz
    qalmağa olmur dözüm,
    Dözüm olmur taleyin
    növbəti oyununa…

    Neçə sual cavabsız,
    gecə uzun, mən oyaq,
    Qonaq olur qəlbimə
    gecə vaxtı qəm, kədər.
    Yuxusuzluq içində
    dolaşıram bu sayaq,
    Tənhalıqdan yorulmuş,
    ümidsiz və dərbədər…

    İntizarım böyüdür
    içimdəki azarı,
    Gözlərimin önündən
    keçir qatil saatlar.
    Bir az soyuq yel əsir,
    üşüyür gecə yarı
    Ayrı düşmüş sevgilər,
    hicran dadmış həyatlar…

    Sönür qəlbimdəki ay,
    düşür qatı qaranlıq,
    Dolub yorğun beynimə
    fikrimi qarışdırır.
    Unuduram hər şeyi,
    unuduram bir anlıq,
    Üfüqdən doğan günəş
    gözümü qamaşdırır…

    Dan sökülür, səhərin
    al şəfəqi görünür,
    İsinir ürəyimdə
    donub qalmış duyğular.
    Beləcə gələcəyə
    yenə ümid yaranır,
    Nə yaxşı ki, gecənin
    sonunda bir sabah var…

  • Mayisə ƏSƏDULLAQIZI.”Sal məni yadına”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Ürəyində məni düşünən zaman,
    Mənsiz darıxdınığını,
    Öz-özünə etiraf etdinmi bir an?
    Düşdümü yadına o sahil?
    Saçlarımın ətri hopdumu, ruhuna,
    Doldumu həyatına?!
    Düşdümü o günlər yadına?
    Bircə öpüşüm etdimi ruhunu saf?
    Etdinmi bunu etiraf?
    Mən sahildə,
    Sən orda…
    Qəlbin darda olanda,
    Məni xatırla bircə an,
    Qoy sükut etsin zaman…
    Sal məni yadına,
    Sevgim nur saçsın həyatına….

  • Mayisə ƏSƏDULLAQIZI.”Uşaqlıq xatirələrimdən”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Məktəbdə oxuyarkən, Suraxanıda rus məktəbinin yetimçələrini it balası kimi çırpırdıq, lap əcəb eləyirdik. Dəfələrlə, o vaxtkı Suraxanı milisi məktəbə bizim dalımızca gələrdi. O vaxt, milisdə rus qırılmışlar çox idi. Məktəbimizin adı və adımız düşmüşdü milisin “Şərəfli lövhə”-sinə. Onu da qeyd edim ki, qırılmışlar əvvəl özləri sataşırdılar bizə. O yetimçələr sonra, cəhənnəm olub getdilər. Dəqiq yadımdadır ki, artıq səkkizinci sinfi bitirmişdik. Yay idi. Hamı bağa hazırlaşırdı. Mərdəkan, Bilgəh Əmircana yaxın olduğundan, biz hərdən evə də gəlib baş çəkib gedərdik. Çünki, həyətdə o vaxt çoxlu toyuqlarımız vardı. Bilgəhdən bağdan gələrkən qardaşımla, anamla Əmircanın dəmiryoluna çatar-çatmaz görük ki, Sisiyandan köç edib kəndimizdə məskunlaşan öz həmyaşıdımız olan Allahverdi başını tutub, oturub yerdə. Onlar ailədə 8 uşaq idilər. Hamımız xətirlərin çox istəyrdik. Maşını saxlatdırdıq. Mən və qardaşım Allahverdiyə tərəf qaçdıq. Qardaşım dedi yəqin yıxılıb eləyib. Mən isə dəqiq bilirdim ki, stansiyaya yaxın, həmin küçədə, Kolya, Qrişa və Valya yaşayır. Onlar da bizim həmyaşıdlar idilər. (Cəhənnəm oldular) Soruşanda ki, Allahverdi nə olub? Allahverdi deyə ki, Əmircan univermağına gedirdim, həyətə su çəkirlər şlank alacaqdım. Qrişagilin küçəsindən keçəndə məni pis söydü, heç nə demədim. O birsi rus dostlarını da çağırıb, dalımca qaçıb, məni o ki var. döydülər, pulumu alıb buraxdılar. Paaaahhhh!!!! Bunu bizə demək olardımı?! O vaxtkı göy “QAZ-21” idi bizdə də. Apteçkasından yod, bint götürüb, ilk yardımı verdik. Dedik ki, gedək unuvermağa, əvvəl şlankların verək, sonra Qrişanın, Kolyanın, Valyanın işinə necə lazımdı baxarıq. Univermaqdan sonra, Allahverdini də evlərinə qoyduq. Səhərisi gün, Əmircanın, Suraxının o vaxtı bizlə yaşıd olan heç nədən qorxmayan uşaqlarını, bir yerə yığa bildik. Kənddə bizim azərbaycanlımızı, dostumuzu ruslar döymüşdü, biz kənd içinə çıxa bilməzdik, adətimiz vardı kənddə. Nə vaxt olsa, biz bu rüsvayçılığı yumalı idik…Həm də ruslar döyüb!!! .Özümüz bilərəkdən küçələrinə getdik, dəqiq bilirdik ki, ilişəcəklər. Qrişanı Kolyaya, Valyanı Nadyaya, Natanı Svetaya qatdıq, o ki, var it balası kimi əməlli-başlı çırpdıq. Vova gedib milisə satmışdı bizi. Amma biz bir gün əvvəl, Allahverdinin başını onlar partladanda, heç kəsə bir kəlmə deməmişdik. Milis əmilər bizi axtaranacan, qaçdıq getdik Bilgəhə, Mərdəkana )))))))) Hamımızn da, 15-16 yaşımız var. Milislərin arasında bir rus milis yaman əl-ayağa düşmüşdü.
    …Sonra, həmin davada olan dostlarımızdan müharibədə şikəst qayıdanlar, şəhid olanlar oldu. Hərdən yadıma düşür, biz də, uşaq vaxtı az aşın duzu olmamışıq. O qədər belə xatirlər var ki…. Eh,xatirələr, xatirələr….

  • İltimas İSMAYIL.”Hatıra…”

    ii

    Öten günlerimi yadıma saldım
    Ömür varakların geriye sardım
    Gencliğin en güzel çağına vardım
    O günleri anar, dururum şimdi.

    Okuyup yazmaktan hiç yorulmazdık
    Kitaplar bitmese gece yatmazdık
    Arada gizlice şiirler yazdık
    O günleri anar, dururum şimdi.

    Genclik işte dünya bizim sanardık
    Bencillik yapıp kalp de kırardık
    Hayaller üstüne hayal kurardık
    O günleri anar, dururum şimdi.

    Güneşle uyanıp Ayla batardık
    Sevinci paylaşıp derdi atardık
    Sınav varsa sanma gece yatardık
    O günleri anar, dururum şimdi.

    Yerli, yersiz her bir şeye gülerdik
    Dertliye sarılıp gamın silerdik
    Geçmiş olsun deyip uğur dilerdik
    O günleri anar dururum şimdi.

    O geçen yıllara vara bilseydik
    Toplanıp dostlarla meclis kursaydık
    Şiirler söyleyip yarış yapsaydık
    O günleri anar dururum şimdi.

    İşte anılardan hatıra yazdım
    Hayal meleğiyle yollarda azdım
    Geçmişi aradım, külleri kazdım
    O günleri arar dururum şimdi.

    05.07.2016

  • İltimas İSMAYIL.”Gönlüm”

    ii

    Hüzünlü bir şarkı çalıyor yine
    Beni kemendine salıyor yine
    Ruhumu bedenden alıyor yine
    Yaşama hakkını bıraktı gönlüm.

    Sararır gül yüzüm, yıllar soldurur
    Gözlerim akarak nehir doldurur
    Saçımı dağıtıp yele yoldurur
    Sevgiye hasretti, çoraktı gönlüm.

    Aşkın çarmıhına çekildi tenim
    Kırk yıldır sahralar evimdir benim
    Sağır kuyulardan duyulmaz ünüm
    Gönlünün gözünden ıraktı gönlüm.

    Sevgim yücelerden asla inmedi
    Yalancı sevdalar cana sinmedi
    Yüreğe koyduğun sızı dinmedi
    Yanardağ misali, kor aktı gönlüm.

    Uğrunda çektiğim azdır sevdiğim
    Verdiğin azaplar nazdır sevdiğim
    Yeniden şiirler yazdır sevdiğim
    Kaleme yön veren duraktı gönlüm.

    04.07.2016

  • Müzəffər MƏZAHİM.”Ümid-inam”

    mm

    Gördüklərim bildiklərimdən çox olanda
    təssüflənirəm,
    Heyrətimi gizləyən,
    hər addımımı izləyən
    qüruruma təəccüblənirəm.
    Könülsüz səfərə çıxan
    yolçular kimi,
    Gülləni atıb peşiman olan
    ovçular kimi;
    Heç kəsdən kömək uma bilməyən
    adamlara dönürəm,
    Qaraçı köçündən qalmış
    tonqal kimi
    öz- özümə sönürəm.
    Gecənin qaranlığında ,
    ürəyimin bu nigaran çağında,
    Qələmin ağırlığından,
    Varaqların göz qamaşdıran
    ağlığından
    Qaçıb qısılmışam
    qəlbimdə alışan
    ümüd işığına.
    Bu ümüddən doğulan
    Ürəyimə yığılan
    Təskinlik şahiddir
    Sevinclə kədərin barışığına.
    Qismətimin, taleyimin
    uğuruna inanıram,
    İnamsızlığa qalib gəlib həmişə
    Ümiddən doğan İnam.

  • Müzəffər MƏZAHİM.”Var”

    mm

    Arın günahlardan, qalx ərkanına,
    Ruhunu təmizlə, sinsin canına,
    Qazan cənnətini, dön məkanına,
    Nə olsun dünyanın min bir şəhdi var.

    İnsan bu dünyada əbədi qalmaz,
    Gəldiyi aləmə dönməsə olmaz.
    Allahın insanla bitməz, pozulmaz,
    Kitablar dolusu andı, əhdi var.

    Bir gün qurulacaq mizan-tərəzi,
    Məhşərə çəkəcək tanrımız bizi,
    Sanma bu mətləbi dinin qərəzi,
    Zühuru gözlənən İsa, Mehdi var.

    Əgər birləşərsə kamalla iman,
    Bəxş olar cahana mükəmməl ürfan.
    Mələk zirvəsinə yüksələr insan,
    Çatar məqsədinə kimin cəhdi var.

  • İnsan yalnızca bir neçə dəqiqəlik cəhənnəmi görsə…

    reyhanexanim

    Bir anlıq dünyadakı həyatın dayandığını düşünün. Yalnızca bir neçə dəqiqəlik milyonlarla insan olduqları yerdə qalsalar və bu bir neçə saniyədə cəhənnəm həyatını seyr etsələr… Amerikan birjasındakılar, Əfqanıstanda, İraqda, Fələstində, Suriyada məzlumların qanını axıdanlar, Avropada bank kassasına pul yığanlar, böyük biznes mərkəzlərində iclas keçirənlər, idman salonlarında böyük bir cəhdlə bədənlərini formaya salmağa çalışanlar, dünyada kiçik bir qazanc üçün ən yaxınlarını qurban verənlər, miras davasına görə illərlə öz qardaşlarının üzünə baxmayanlar, dünya həyatına aldanıb axirəti unudanlar, bütün həyatlarını əyləncəyə həsr edənlər…

    Cəhənnəmi yalnızca bir neçə dəqiqəlik seyr edən bu insanların necə reaksiya verəcəklərini heç düşündünüzmü? Həmin an bu insanlar dünya həyatının mütləq sona çatacağını və əsl həyatın ölümdən sonra başlayacağını anlayacaqlar. Dünya həyatı ilə axirət arasındakı qəflət pərdəsi qalxacaq və insanlar ölümlə dünya həyatının nə qədər mənasız olduğunu, işlərinin, pulun, malın, mülkün, həyat yoldaşının, dostların, tanışların, kariyeralarının geridə qalacağını görəcəklər. Bütün söhbətlər dayanacaq, ürəklər ağıza gələcək. Yemək yeyən tikəsini uda bilməyəcək, danışan sözünü bitirə bilməyəcək, ayaq üstə olan oturacaq, küçələrdə gəzənlər olduqları yerə çökəcək, çarpayısında yatanlar həyəcanla yerindən qalxacaq. İstisnasız hər kəs dünyadakı bütün zənginliklərin, gözəlliklərin, dəbdəbəli evlərin, yaxtaların, villaların, qısası, arzu etdiyi şeylərin cəhənnəmdə olmadığını görəcəklər.

    Kim gəldi-gedər dünyanı istəsə, orada ona – dilədiyimiz kimsəyə istədiyimiz şeyləri dərhal verərik. Sonra isə onu qınanmış və Allah’ın rəhmətindən qovulmuş halda girəcəyi Cəhənnəmə atarıq.(İsra surəsi, 18)

    Bəs bu dünyada pula görə öz qardaşından üz döndərənlər, sərvətinə sərvət qatmaq üçün bütün həyatı boyunca səylə çalışanlar, bu var-dövləti Allah rizası üçün xərcləməyənlər, yoxsulu yedirməyənlər, yetimin haqqını verməyənlər, pula görə hər cür pisliyi etməkdən çəkinməyənlər… Bunlar cəhənnəmi gördükdə orada pulun heç bir əhəmiyyət daşımadığını görməyəcəklərmi?

    Pul yalnız dünyada etibarlıdır, cəhənnəmdə isə dünyanın ən varlı adamı olsa da pula ehtiyacı olmaz. Dünyanın ən yaxşı vəzifəsində olsa da, bu səlahiyyət heç nəyə faydalı olmaz. Cəhənnəmdəki əzabı gördükdə bu əzabdan xilas olmaq üçün bütün insanların bunları fidyə olaraq vermək istəyəcəyini Allah Quranda bizə bildirir.

    Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis yataqdır!(Rad surəsi, 18)

    Dünyanın hər tərəfində döyüşənlər, məsum insanların başına bomba yağdıranlar, rəhm etmədən biçarə qadınları, uşaqları yurdlarından çıxaranlar, torpağa, neftə, qızıl və almasa görə fitnə-fəsad törədənlər, öz mənfəətləri naminə ölkələri bir-birinə düşmən edənlər, vətəndaş müharibələrini şiddətləndirib uzaqdan seyr edənlər… Bəs bunlar bu dünyanın sonunu gördükdə, cəhənnəmi bir neçə dəqiqəlik seyr etdikdə müharibəyə və günahsız insanları öldürməyə davam edə bilərlərmi?

    Əlbəttə ki, xeyr.

    Hal-hazırda imtahanımıza əsasən cənnət və cəhənnəmlə aramızda görünməz bir pərdə vardır. Bu elə qalın pərdədir ki, iman gətirməyən, dünyanın sonunun axirət olduğunu bilməyən, bu həyatı yalnız dünya həyatından ibarət olduğunu zənn edən bu pərdəni bir an da olsa aralaya bilməz. Buna görə də dünyadakı hər şey gözündə daha da böyüyər. Bu insan axirətdəki sonsuz həyatı tərk edib, çox qısa olan dünyadan pay almaq üçün çırpındıqca çırpınar.

    Allah’a səmimi bir qəlblə sığınan mömin üçünsə dünya həyatı ilə axirət arasında qəflət pərdəsi yoxdur. Mömin qəlbini Allah sevgisi və Allah qorxusu ilə doldurmuşdur. Həyatını Allah’a həsr etmişdir, De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!(Ənam surəsi, 162) deyər və doğru yoluna davam edər. Cəhənnəmə inanması üçün onu gözləri ilə görməsinə ehtiyac yoxdur, onsuz da tam səmimiyyəti ilə inandığı üçün onu qəlbi ilə görür. Dərin imanı ilə dünyada yaşayarkən, əslində cənnətin və cəhənnəmin tam kənarında olduğunu bilir. Bu bilgi onun bütün həyatına istiqamət verir.

    Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz! Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz! Xeyr! Kaş ki, yəqin biləydiniz. Siz Cəhənnəmi mütləq görəcəksiniz! Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz! Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.(Təkasur surəsi, 3-8)

    Cəhənnəm inkar edənləri böyük bir şövqlə içəri alarkən, cənnətin də qapıları iman gətirənlərə sonuna qədər açılacaqdır. Elə bu vaxt möminlər görmədən tam yəqinliklə axirətə iman gətirmələrinin və səmimiyyətlərinin əvəzini sonsuza qədər alacaqlar. Şübhəsiz ki, bir qul üçün Allah’ın ondan razı olmasından və Onun sevgisini qazanmaqdan daha böyük mükafat yoxdur. Şüurla, ağılla və imanla keçən bir həyat sonsuza qədər cənnətdə davam edəcək…

    Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür! (Beyyinə surəsi, 8)

  • İslamın Quranda və xurafatlardakı yeri

    ayselxanim

    Radikallar İslam adından ortaya çıxdıqlarından bu günə kimi dünyaya yanlış İslam modeli tanıdılıb. Sülh və sevgi dini olan İslam dəhşət dini kimi göstərilib. Radikalizm hər dinə, ideologiyaya ifratlıq gətirdiyi kimi, dinimizə də dində olmayan xurafat gətirib. Dinə gətirilən xurafat müsəlmanlara gülməyi, əylənməyi, estetikanı, incəsənəti, musiqini, təmizliyi, keyfiyyəti, modernliyi haram edib. Geriyə baxımsız, elmsiz, incəsənətdən, gözəllik və estetikadan uzaq müsəlman modeli qalıb.

    Artıq Qərbin Yaxın Şərqlə bağlı planları heç kəsə sirr deyil. Hazırda baş verən qanlı döyüşlər, məzhəb savaşları, terror qrupları müəyyən planın parçası olaraq meydana çıxıb. Amma İslam dünyasının hazırkı durumunda tamamilə Qərbi günahlandırmaq doğru deyil. Müsəlmanlar özlərindəki səhvləri görməlidirlər. Yaxın Şərq üzərində qurulan planlara zəmin yaradan fanatik icmaların, qrupların ortaya çıxması bu qəbildən olan yalnışlardır. Dini azadlığın olmaması, qadına dəyər verilməməsi, keyfiyyətsiz dindar modeli Qərbin işinə yaramış, müsəlmanları asanlıqla istismar edə bilmişlər.
    İslam dini miskin, keyfiyyətsiz olmaq demək deyil, bu şəkildə düşünənlərin Qurandan bixəbər olduqları aydındır. Keyfiyyətli olmaq üçün pula deyil, zövqə, incəsənətə ehtiyac var. Bir çox insan xeyli miqdarda pul xərcləsə də, keyfiyyətsizdir.

    Allah gözəldir, gözəlliyi sevir. Keyfiyyət və gözəllik bir-birini tamamlayır. İnsani keyfiyyətlər bir insanı daha yetkin, anlayışlı, ağıllı hala gətirir. Bu insanlar sülhə və bəşəri dəyərlərə zərər gəlməsinə qarşı olan, dostluğun, sevginin tərəfində olan insanlardır. Buna görə də, şərtlərdən asılı olmayaraq, müsəlman daim “sülh” insanıdır.

    İslam dünyasına miskinlik hakim olduqdan, müsəlmanlar özlərinə keyfiyyətsizliyi layiq bilib dəyər vermədikdən sonra onlara da dəyər verən qalmayıb. İslam ölkələrində baş verən qətliamlara dünya laqeyd qalıb. Qərb mediası adi xəbərlərə günlərlə yer verərkən, qətlə yetirilən günahsız müsəlmanlar haqqında danışan yoxdur. Bunun əsas səbəblərindən biri İslam dünyasına hakim olan keyfiyyətsizlikdir. Keyfiyyətsizlik özü ilə sevgisizlik, əziklik və özünə güvənsizlik gətirib. Bunun nəticəsində bir çoxları müsəlman olmaları ilə qürur duymaq əvəzinə əzik xarakterli insanlara çevriliblər və utanırlar.

    İncəsənətin, elmin, estetikanın, musiqinin, mədəniyyətin, təhsilin, xoş sozün, gözəlliklərin olmadığı İslam modeli dünyanı dəhşətə gətirib. Dinin əslinin bu olduğunu düşünənlər İslamdan uzaqlaşıblar, müsəlmanlara qarşı olmağa başlayıblar. İslama qarşı olanlara radikal qruplar terrorla cavab verdikde İslamın sevgi dini olduğu anlayışı itirilməyə çalışılıb.

    Radikalizm sadəcə İslam üçün deyil, bütün dinlər üçün böyük təhlükədir. Radikalizmə qarşı ən təsirli mübarizə metodu isə fikri mübarizədir. Radikalların həyata keçirdiyi qırğınların, teraktların səbəbi Qurana əsaslanmayan, xurafatdan qaynaqlanan yalnış məlumatlardır. Bunun qarşısını almaq üçün Qurandakı İslam təbliğ edilməli, dinin gözəllikləri göstərilməlidir. Radikal cərəyanlar illərdir gözəllikləri, zənginliyi dindar olmayan insanlara aid ediblər. Özlərinə dindar deyənlər isə miskin, baxımsız, təhsilsiz, incəsənət anlayışından məhrum hala gətirilib. Təmizliyi, keyfiyyət anlayışını, Peyğəmbərimizin (səv) zamanının ən müasir, ən gözəl geyinən insanı olduğunu unudublar. Halbuki ən gözəl nemətlər Allahı səmimi sevən insanlara məxsusdur, keyfiyyətli olmaq, modern olmaq onların haqqıdır.
    Müsəlmanlar Qurana tabe olsalar, Peyğəmbərimiz (səv) kimi təmizkar, baxımlı, mədəni olarlar. Quran bizə yaşadığımız məkanların təmizliyindən, gözəlliyindən tutmuş, danışıq, davranış mədəniyyətinə qədər hər incə detalı izah etmiş, doğru yolu göstərmişdir. Müsəlmanlar hz. Yusifin gözəlliyi ilə, hz. Süleymanın yaşadığı ehtişamlı həyatla müjdələnirlər. Quranda müsəlmanlara bədənlərini, geyimlərini, yaşadıqları məkanları təmiz saxlamaq əmr edilmişdir, dolayısı ilə müsəlman dünyanın ən təmiz insanı olmalıdır. Allah dünyada və axirətdə nemətlərini müsəlmanlara halal etmişdir. Cənnətdə ən gözəl nemətlərdən bəhs edilərkən bir ayədə belə buyurulur:

    De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. (Əraf surəsi 32)

    Müsəlmanlar həm xarici görünüşləri, həm də davranışları ilə radikalizmin İslama vurduğu zərərin qarşısını almalı, Quranda izah edilən dinin asanlıqlarını dünyaya göstərməlidirlər. Radikalizmə görə İslamın qorxu dini olmasına izin verməməlidirlər. Bu isə qarşı tərəfi məlumatlandırmaq və insanlara izah edilən gözəl keyfiyyətlərə ilk novbədə özü yiyələnməklə mümkündür. Müsəlmanların keyfiyyətli olması dedikdə təmizlik, estetika, nəzakətli, mədəni, sevinc dolu, hüzurlu, sayğılı olmaq, müxtəlif dünyagörüşlərinə hörmət etmək, bayağı davranışlardan, söhbətlərdən çəkinmək, qarşısındakı insanlarla hörmətlə davranmaq nəzərdə tutulur. Bu xüsusiyyətlərə malik müsəlmanların yaşadığı İslam dinini bütün dünya sevərək qəbul edər.

    Aysel Vəlizadə

  • Rafiq ODAY.”Od aydan gələ”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Nola, dərd-sərini bilən tapıla,
    Kimin “bəxşiş”idi çilən, tapıla.
    Gözünün yaşını silən tapıla, –
    Bu bulud ömrünə, Oday, dan gələ.

    Paklıqdan yoğrula könül məbədi,
    Ziyarət edənlər deyə Kəbədi.
    Zülmətdən qurtula ruhun əbədi,
    Nuru günəş verə, od aydan gələ.

    “Sürü”nü yığmağa gen dərən ola,
    “Çoban”lar çomaqla gön dərən ola,
    Qələbə müjdəsin göndərən ola, –
    Bir zəfər şeri də Odaydan gələ.

  • Rafiq ODAY.”Ruhsuz viran qalan can ağlayacaq…”

    cenabrafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Hələ ki, gözlərim sellər ələyir,
    Küssən, ürəyim də qan ağlayacaq.
    Günahkar üzünə tutub ələyi,
    Ruhsuz viran qalan can ağlayacaq…

    Qoşulub gecəyə gedəcək ahım,
    Dağları, daşları didəcək ahım,
    Günəşün üzünü örtəcək ahim,
    Sökülə bilməyən dan ağlayacaq…

    Başda görəmmədim, ayaqda yoxsan,
    Uyğuda tapmadım, oyaqda yoxsan,
    Gözəl, bu tərsliyi burax da, yoxsa,
    Şərəf sızlayacaq, şan ağlayacaq.

    Ürək möcüzələr adası deyil,
    Nə də ki, saxlama odası deyil.
    Belə israr etmə, qadası, deyil…
    Etməsən, dərk elə, qan, – ağlayacaq!

  • Rahilə DÖVRAN.”Dəli könlüm”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Yenə coşdu, daşdı, bu dəli könlüm,
    Götürdü özüynən məni dağlara.
    Nə vaxt coşacağın, mən hardan bilim,
    Özüm güzar salım, göy yaylaqlara.

    Köhləndi fərəhdən qəlbimin tarı,
    Ilhamım bələndi gülə, çiçəyə.
    Dağa halay tutdu bulud qatarı,
    Təbim qaş- göz etdi, şehli qönçəyə.

    Sevinc savaş açdı kədərə, qəmə,
    Qübarı əritdi bulaq nəğməsi.
    Mizrab tumar çəkdi, hey sarı simə,
    Qondu sətirlərə qəlbimin səsi.

    Mehdən ləpələnən lalə dənizi,
    Qərq edib yamacı, yalı al qana.
    Qayalar, sal daşlar dağın kənizi,
    Təzimdə dayanıb, səssiz yan- yana.

    Otlardan boylanır kəklik fərəsi,
    Dağın mehmanların təlasla süzür,
    Hay salıb aləmə çayın nəğməsi,
    Çöl qazı qoynunda ahəstə üzür.

    Göl güzgü tutubdur, zümrüd meşəyə,
    Yam-yaşıl ağaclar gölün təkində.
    Ağsaçlı zirvə də, uyub nəşəyə,
    Buludla qol- boyun, gəzir əksində.

    Dövran səpdi dağa könül qayğısın,
    Nuş etdi fərəhlə, dağ səfasından.
    Ələdi yaylağa dərdin, ağrısın,
    Yük tutdu qəlb dolu saf şəfasından.

  • Rahilə DÖVRAN.”Ürəyim”

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    Ayrılıq ağır dərd, ayrılıq yaman,
    Onunla həmdərddir yanıqlı kaman.
    Mənə dayaq oldun hər vaxt, hər zaman,
    Amandır ürəyim,dayanma hələ.

    Nəmlənib kipriklər, tordur gözlərim,
    Quruyub boğazım, donub sözlərim.
    Taqətdən düşübdür, zirək dizlərim,
    Amandır ürəyim, dayanma hələ.

    Dərdlər asi olub, verməyir aman,
    Qəlbim yaralıdır, yoxdur heç güman.
    Sənə yalvarıram, əlimdə Quran,
    Amandır ürəyim, dayanma hələ.

    Donub təbb, ilhamım, susub qəlb tarım,
    Xəzana dönübdür güllü, gülzarım.
    Qapını qış kəsib, ötüb baharım,
    Amandır ürəyim, dayanma hələ.

    Qoy nota alınsın bu gözəl şeir,
    Görsünlər taleyə, Dövran baş əyir.
    Əldəki qələm də, yalvarıb deyir,
    Amandır ürəyim, dayanma hələ…

  • Abdulla MƏMMƏD.”Çəkirəm”

    13466280_1626932517553363_7754307136934153916_n

    1

    Gözlərim mizan tərəzi,
    Yalanı,düzü çəkirəm.
    Günlərimdən şirə kimi
    Ağrılı sözü çəkirəm.

    Alnımın qırışlarına
    Çəkirəm yaş ürəyimi.
    Çəkirəm göz yaşlarına
    Daşdan çıxan çörəyimi.
    Gündə yeddi rəngə çalan
    İnsafsız üzdən çəkirəm.

    Qəlbimi ilan tək çalan
    Allahsız sözdən çəkirəm.
    Baxışından söz çəkirəm
    Quşu gözündən vuranın.
    Astarına üz çəkirəm

    Məni dərdimdən soranın.
    Söz arası baxışımla
    Ağlı dayaza çəkirəm.
    Söz-söz yağan yağışımla
    Gecikən yaza çəkirəm.

    2

    Nə çəkirəm- Allah bilir,
    Sarı simdə dinə-dinə.
    Görən qiyamətmi gəlir?!
    Şair susur el dərdinə.

    Göz dağı tək qalaq-qalaq,
    Dərd üstə dərdim yüklənir.
    Yad əllərdə sönən ocaq
    Dərdimdə dinir köklənib…

    Çəkirəm siqaret kimi,
    Sümürürəm hey dərdimi.
    Dərd didir ömrü qurd kimi,
    Çəkməyə dərdim birdimi?!

    3

    Hərə çəkir öz içində,
    Mən söz içində çəkirəm.
    Çölüm özgəni yandırır
    Özüm içimdə çəkirəm.

    Çəkirəm öz əməlimdən,
    Öz dilimdən, öz əlimdən,
    Üz döndərən gözəlimdən,
    Tənha gecəmdən çəkirəm.

    Sevincimə qəm sirdaşdır,
    Qəlb açdığım qəlbi daşdır,
    Sağım,solum qəlpə daşdır,
    Daşın içində çəkirəm.

    4

    Çəkirəm,qardaş,çəkirəm,
    Özüm boyda daş çəkirəm.
    Hər daşı çəkəndə bir yol
    O Dünyaya baş çəkirəm!

    …Çəkib özümə çökürəm,
    Qəmli sözümə çökürəm.
    Gördüyün Dünyanı,canım.
    Nəmli gözümə çəkirəm!

    Azərbaycan.Quba.
    27.12.2013.

  • Abdulla MƏMMƏD.”Səhvini arama məndə”

    13466280_1626932517553363_7754307136934153916_n

    1

    Gözlərim mizan tərəzi,
    Yalanı,düzü çəkirəm.
    Günlərimdən şirə kimi
    Ağrılı sözü çəkirəm.

    Alnımın qırışlarına
    Çəkirəm yaş ürəyimi.
    Çəkirəm göz yaşlarına
    Daşdan çıxan çörəyimi.
    Gündə yeddi rəngə çalan
    İnsafsız üzdən çəkirəm.

    Qəlbimi ilan tək çalan
    Allahsız sözdən çəkirəm.
    Baxışından söz çəkirəm
    Quşu gözündən vuranın.
    Astarına üz çəkirəm

    Məni dərdimdən soranın.
    Söz arası baxışımla
    Ağlı dayaza çəkirəm.
    Söz-söz yağan yağışımla
    Gecikən yaza çəkirəm.

    2

    Nə çəkirəm- Allah bilir,
    Sarı simdə dinə-dinə.
    Görən qiyamətmi gəlir?!
    Şair susur el dərdinə.

    Göz dağı tək qalaq-qalaq,
    Dərd üstə dərdim yüklənir.
    Yad əllərdə sönən ocaq
    Dərdimdə dinir köklənib…

    Çəkirəm siqaret kimi,
    Sümürürəm hey dərdimi.
    Dərd didir ömrü qurd kimi,
    Çəkməyə dərdim birdimi?!

    3

    Hərə çəkir öz içində,
    Mən söz içində çəkirəm.
    Çölüm özgəni yandırır
    Özüm içimdə çəkirəm.

    Çəkirəm öz əməlimdən,
    Öz dilimdən, öz əlimdən,
    Üz döndərən gözəlimdən,
    Tənha gecəmdən çəkirəm.

    Sevincimə qəm sirdaşdır,
    Qəlb açdığım qəlbi daşdır,
    Sağım,solum qəlpə daşdır,
    Daşın içində çəkirəm.

    4

    Çəkirəm,qardaş,çəkirəm,
    Özüm boyda daş çəkirəm.
    Hər daşı çəkəndə bir yol
    O Dünyaya baş çəkirəm!

    …Çəkib özümə çökürəm,
    Qəmli sözümə çökürəm.
    Gördüyün Dünyanı,canım.
    Nəmli gözümə çəkirəm!

    Azərbaycan.Quba.
    27.12.2013.

  • “Qurani-Kərim” asan olana sövq edəb bir rəhbərdir

    13614978_1135443879848744_3669740988403513535_n

    Allah sizin üçün asanlıq istəyir, çətinlik deyil.” (Bəqərə surəsi, 156)

    İslam dinində məhəllə, cəmiyyət təzyiqi yoxdur. Dünya təzyiqləri qanunları yoxdur. Hər cəmiyyətin özünə xas ədəb anlayışları var, bu isə insanların hüquqularını, istəklərini nəzərə almadan qınamaqla insanları təzyiqlərinin altında saxlamaq deməkdir. Quran isə bu təzyiqləri qaldırır və yalnızca halal-haram ölüçüsündə sonsuz azadlıq bəxş edir.

    Hal-hazırda dünyada istənilən cəmiyyətin çox və lazımsız adət-ənənələri, qanunları var. İslamda isə sadəcə hallalar və haramlar var. Təzyiqlərlə, yanlış inanclarla formalaşdırılan cəmiyətlərin təzyiqi İslamda yoxdur.

    İslam dini Rəbbimizin bildirdiyi kimi, üzərinizdən ağır yükləri götürmək, sizi azad ruh halına gətirmək üçün nazil edilib. Dinin fitrəti belə yaradılıb, biz də din fitrəti üzərində yaradılmışıq. Dindən uzaqlaşdıqca cahil qanunlar meydana çıxır və yenidən dinlər vəsilə edilərək insanlar din üzərində yaradılan fitrətlərinə qayıdırlar.

    Dini çətinləşdirmək, içindən çıxılmaz hala gətirmək, dini yıxmaq üçün ortaya atılmış şeytanın oyunudur. Şeytan bununla insanları din əxlaqından uzaqlaşdıraraq, dəccali sistemlər qurur. İnsanların mənəvi yüklərini ağır hala gətirir. Ya çox qayda-qanunu olan cəmiyyətlər formalaşdırılır, ya da dinsizliyin şüarı olan “Allah yoxdur”, “hesabını verməyəcəksən”,” istədiyini edə bilərsən” deyə insanlığın sonunu gətirəcək hər şey məqbul hesab etdirilir. Hər iki anlayışla insanlar özlərinə zərər verməyə başlayırlar. Yəni bir tərəf uydurma haramlarla, radikal din anlayışı ilə, xurafatlarla dini yaşanmaz hala gətirir, fitrətlərinə zidd olan həyatı seçirlər, digər tərəf isə hər şeyi məqbul sayaraq gözəl əxlaqdan uzaq düşür, eqoist və təkəbbürlü hala gəlirlər, mənəvi yöndən əziyyət çəkirlər.

    Möhvumatçılıq sayəsində, yəni səhv təbliğ nəticəsində insanların dinini yanlış anlamasına səbəb olur. İstənilən yanlış anlatım düzgün olmayan mütaliələr yaradır, mənəvi rahatlıq və tərəqqidən uzaq salır. İllərcə qəbul edilmişlikdən dönülməz inancı ilə isə cəmiyyyətlər üzərində təzyiqlər meydana gəlir. Yəni yenə də istənilən nəticəni verməyən anlayışlar yaranır.

    Çıxış fitrətimiz üzərində olduğumuz dinimizdədir. Həqiqi məlumatlar düzgün təfəkkür bucağı qazandırır bizə, bununla da düzü səhvi olduğu kimi ayırd edə bilirik. Dünya həyatı da əslində təhsil ocağıdır. Biz yaxşıyla pisi ayırd edərək ağıl sahiblərinə çevrilirik. Yoxsa insan olmağın heç bir anlamı olmazdı.

    “… O, sizləri seçmiş və dində sizə bir çətinlik yükləməmişdir, atanız İbrahimin dini (kimi)… “(Həcc Surəsi, 78)

    “Elə isə sən üzünü Allahı birləyən (hənif) olaraq dinə, Allahın o fitrətinə çevir ki, insanları bunun üzərinə yaratmışdır. Allahın yaratması üçün heç bir dəyişiklik yoxdur. Bax bu dimdik ayaqda duran din(dir). Ancaq insanların çoxu bilmirlər.” (Rum Surəsi, 30)

    “De ki: “Ey kitab əhli, haqqsız yerə dininizdə həddi aşmayın və daha əvvəl azan, bir çoxunu azdıran və dümdüz yoldan çıxmış bir topluluğun həvalarına uymayın.” (Maidə Surəsi, 77)

    “Din asandır. Heç kim dinə qarşı şədid ola bilməz. Çünki dinə məğlub deşər. (Yəni dinin asanlığına uyğun gəlsin, möhkəmləndirəcək deyə aciz qalar.) Hərəkətinizin həddini bilin, (hüduda) yaxın olun. ”

    (Ramuz El-Hadis, 1. Cilt, s. 98)

    Məqalədə Cn.Adnan Oktarın sözlərindən sitatlar gətirilmişdir.

    Esmira Nizami qızı

  • İltimas İSMAYIL.”Dostuma”

    ii

    Can evimde matem kurdun
    Güvenimi aldın ,gittin
    Damarımda kandın,durdun
    Hancerini vurdun,gittin.

    Söz yarası bağlanmaz ki
    Kabuk salar,sağalmaz ki
    Hep kafada,dağılmaz ki
    Yüregimden koptun ,gittin.

    Yolun açık olsun “dostum”
    Neden yaptın,neydi kastin
    Selam,kelam hepten kestin
    Beni ele sattın gittin.

    Anladım ki, dost degildin
    Rüzgar aldın tez egildin
    Darbe vurdun,laf degindin
    Yılan gibi çaldın, gittin.

    29.01.2016.

  • İltimas İSMAYIL.”Biliyor musun”

    ii

    Kalbimin işine kalmışım hayran
    Gönlümü taladın, biliyor musun
    Dideler perişan , gözlerim giryan
    Beni benden aldın, biliyor musun.

    Biri aşık olsa ona gülerdim
    Nesihetler verip, akıl dilerdim
    Keçecek deyerdim, gözün silerdim
    Beni dile saldın, biliyor musun.

    İçimde sönmeyen bir ateş yaktın
    Sevdayı bakışla gönlüme çaktın
    Kurduğum sedleri bir anda yıktın
    Yüregimi çaldın, biliyor musun.

    Aklım uyarıyor, dön bu yolları
    Gidenler rüsvadır belli halleri
    Sevda deryasında yaktım salları
    Ümmanlara daldım, biliyor musun.

    Asla bu duyğular içimden gitmez
    Aşkına gec kaldım, vüslata yetmez
    Ne yapsam, ne etsem hasretin bitmez
    Hayalımde kaldın, biliyor musun.

    28.01.2016.

  • Mayisə ƏSƏDULLAQIZI.”Bir gün”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Bir gün yuxudan ayılıb görsən ki,
    Dediyin vəzifədə oturmusan,
    Deyərsən mənə.
    Kasıbın olanından qoluma vurum,
    Bər-bəzəkli kabinetinə təbrikə gəlim.
    Orda adımızdan danışmalısan,
    Deməli, bizə qarışmalısan…
    Bizlərin kabineti çox sadədir,
    Qəlbmizdə sevgi səsi.
    Dilimizdə haqq, mərhəmət nəğməsi.
    Bəlkə də, bizdən uzaqlaşdıqca,
    Ruhən yoxsullaşdıqca,
    Deyəcəksən ki,
    Bura başqa bir məkandır,
    Başını itirir adam.
    Burdakı adamlar özü zəifdir,
    Adamları var, atam!

  • Mayisə ƏSƏDULLAQIZI.”Bakirə dalğalar”

    mayisexanim

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru,
    “Qızıl qələm” media mükafatı laureatı

    Utanıram qoynunuza girim,
    Ey bakirə dalğalar,
    Gümüşü ləpələr.
    İnsanıq, çiy süd əmmişik,
    Bəzən əyrini doğru bilmişik.
    Dayandım hüzurunuzda,
    Körpə kimi.
    Sahil ilə, aranızda körpü kimi.
    Uzaqdan ehtirasla hayqırırsız,
    Çılpaq qoynuma girmək üçün.
    Bakirə dalğalar,
    Elə bil, sizi qucmağa
    Cismimdə nəsə çatışmır.
    Qəlbim yalanla barışmır.
    Əgər əfv etsəniz məni,
    Keçən il,
    Sizi qucandan sonra,
    Payızda xəyanət etdim sizə…
    Xəyanətim düşdü yadıma,
    İstəmirəm gedəm, günahımın badına…
    Əgər əfv etsəniz bakirə ləpələr,
    Qəlbimiz yenidən sevişər…
    … Dayandım hüzurunuzda,
    Körpə kimi.
    Sahil ilə, aranızda körpü kimi…

  • Mais TƏMKİN.”Dastanlaşdım, nağıllandım”

    10646868_273655359498567_6620189188081019440_n

    Gözümde dünya nennidi,
    Ìçinde hey, yirgalandim.
    Körpelikde çiy süd emdim,
    Böyüdükce lovgalandim.

    Her gün ömrüm daraldiqca,
    Keder mene yar olduqca,
    Rengi-ruhum saraldiqca,
    Öz ömrüme sirgalandim.

    Felek kec baxdi üzüme,
    Al-qani yaxdi gözüme.
    Göz ya$im axdi üzüme,
    Lepelendim-dalgalandim.

    Dünyanin qubari meni…
    Etdi qem xirdari- meni.
    Kitab kimi Tanri meni
    Oxuduqca, varaqlandim.

    Aydan-aya, ilden-ile,
    Adim gezdi elden-ele.
    Qemke$ kimi dü$üb dile,
    Dastanla$dim, nagillandim.

    Bu dünya meni qansiz tek,
    Heçe saydi, bir cansiz tek.
    Atasiz tek, anasiz tek,
    Xeyallarda sigallandim.

    Günden-güne dolub ya$a,
    Nefsimi qoymadim ça$a.
    Ba$im deydi, da$dan-da$a,
    Müdrikle$dim, agillandim.

    14.09.2013

  • Mais TƏMKİN.”Ağlayar”

    10646868_273655359498567_6620189188081019440_n

    Men ölende, dönüb qara,
    Göy üzünü yara-yara,
    Hemdem olub buludlara,
    Hönkürüb ahim aglayar.

    Ömrüm sona çatib yeter,
    Bu adetdir, gelen geder.
    Savabima qibte eder,
    Baxib, günahim aglayar.

    Bir evin sönüb çiragi,
    Neçe qelbe çeker dagi.
    Keçen güne deyib agi,
    Gelen sabahim aglayar.

    Sigal çekib ba$da$ima,
    Qerq olacaq göz ya$ina.
    Döner qebrimin ba$ina,
    Cismime ruhum aglayar.

    04 dekabr 2012

  • Müzəffər MƏZAHİM.”Mehman”

    mm

    1993-cü ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən könüllü birinci Qarabağ müharibəsinə getmiş, tankçı, Ağdam rayonunun Gülablı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşub tankı ilə birgə yanıb şəhid olmuş Haqverdiyev Mehman Əbülhəsən oğlunun əziz xatirəsinə.

    Sən nurlu könüllərdə yanar bir ada döndün,
    Eşqindən alıb çınqını sönməz oda döndün,
    Sınmış ana qəlbində inildər uda döndün,
    Çatdın əməlinlə əbədi şöhrətə, Mehman!

    Düşmənlərə qan udduraraq heyfini çıxdın,
    Qarşındakı səngərləri, sərhədləri yıxdın,
    Ön cərgədə atəş kimi, şimşək kimi çaxdın,
    Mat qaldı hamı səndəki bu qeyrətə, Mehman.

    Aldın Vətənin çağrışını, əmrini, getdin,
    Sən qoşdun ölümsüzlüyə öz ömrünü, getdin.
    Xalqın qələbə arzusunu işdə göyərtdin,
    Ellər də inandı bu böyük qüdrətə, Mehman.

    Yoxdursa məzarın, adına məskən ürəklər,
    Arzun, diləyin, məsləkin hər qəlbdə çiçəklər,
    Səndən nur alan cümlə nəsillər səni bəklər,
    Layiqdir adın hər məqama, hörmətə, Mehman!

  • Müzəffər MƏZAHİM.”Anasızlıq”

    mm

    Dünyanı salıbdır nəzərimdən anasızlıq,
    Min dərd keçiribdir üzərimdən anasızlıq.

    Həsrətdən ürək çırpınır atəşlər içində,
    Çıxmaz nə yadımdan, nə sərimdən anasızlıq.

    İnsafı olaydı azacıq taleyimin kaş,
    Başdan silinəydi qədərimdən anasızlıq.

    Etmiş məni ahu kimi ağlar bu yaşımda,
    Sonsuzdur, böyükdür kədərimdən anasızlıq.

    Əhvalımı sorsan deməyə söz tapa bilməm,
    Onsuz da yağır tər-təhərimdən anasızlıq.

    Həsrətlə keçən günlərimin yoxdur hesabı,
    Boylanmadadır hər səhərimdən anasızlıq.

    Bihudə deyildir dözümün yaşı durulmaz,
    Dolmuş içimə öz qəhərimdən anasızlıq.

    Qəlbimdə, Müzəffər, əbədi sızlayacaqdır,
    Daim anasızlıq, anasızlıq, anasızlıq.

  • Tovuz rayon Heydər Əliyev Mərkəzində “Gül” kitabının imza günü keçiriləcək

    Ədəbiyyat-Az.Com xəbər verir ki, iyulun 11-də saat 15:00-da Tovuzun gənc yazarı Gülnar Səmanın “Gül” şeirlər kitabının imza günü keçiriləcək.
    Prezident təqaüdçüsü və Gənclər və İdman Nazirliyinin mükafatçısı olan Gülnar Səmanın “Gül” kitabı “aybkitab” layihəsində çap olunub. Bu layihənin rəhbəri AYB-nin mətbuat katibi Xəyal Rzadır. Kitabın ön sözünün müəllifi filologiya üzrə elmlər doktoru, həm də müəllifin elmi rəhbəri Vaqif Yusiflidir. Kitabın redaktoru prezident təqaüdçüsü şair İbrahim İlyaslı, üz qabığının tərtibatçısı rəssam Nəvai Metindir.
    Xatırladaq ki, AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı olan müəllifin üçüncü kitabı “Gül”ün ilk təqdimatı 3 may 2016-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda olmuşdur. Kitabın ilk imza günü 29 may 2016-cı ildə “Kitabevim.az”da keçirilmişdir.
    11 iyul saat 3-də gerçəkləşdiriləcək imza günü müəllifin doğulduğu Tovuzda rayonunda ilk kitab təqdimatı olacaq. Maraqlananlar dəvətlidir.

  • Mais TƏMKİN.”Yaxşılıq”

    10646868_273655359498567_6620189188081019440_n

    Bu dünyada şəfəq saçan günəşdi,
    Ömürlərə bir zinətdi yaxşılıq.
    İnsanların bir-birinə sevgisi,
    Etibardı, sədaqətdi yaxşılıq.

    Tanrının gözündə qiymətli ləldi,
    Bəşər üçün qoyulmuş bir təməldi.
    Yaradana ən xoş gələn əməldi,
    Səxavətdi, ibadətdi yaxşılıq.

    Qaranlıq gecədə aydı bədirli,
    Sehrli nəğmədi, sözlü, sətirli.
    Bir bahardı təravətli, ətirli,
    Gül-çiçəkli təbiətdi yaxşılıq.

    Yaxşı insan yaxşılıqla ucalıb,
    Haqqın dərgahından qüvvət, güc alıb.
    Məsəl var: ,,Əl tutmaq Əlidən qalıb”
    Danılmayan həqiqətdi yaxşılıq.

    Başımız üstündə haqqın sayəsi,
    Əsil insanlığın əsil qayəsi,
    Məhəmməd kəlamı, Quran ayəsi,
    Möcüzəli bir hikmətdi yaxşılıq.

    Baxma ki sən, doğrudan çox əyri var,
    Mais Təmkin, heç vaxt olmaz əyri, var.
    Yamanlığa yaxşılığın xeyri var,
    Peyğəmbərdən bir adətdi yaxşılıq.

    09.04.2006

  • Mais TƏMKİN.”Düşməsin”

    10646868_273655359498567_6620189188081019440_n

    Allahdır insanı göyə qaldıran,
    Ucalmaq eşqinə hərə düşməsin.
    Qadın o qadındır, kişi o kişi,
    Tamahı qızıla, zərə düşməsin!

    Tanrım, eşit sözlərimi dilimdən,
    Qoru yaxşıları vaxtsız ölümdən.
    İsmətsiz ,,qadın”ın bəd əməlindən,
    Ərkanlı bir kişi şərə düşməsin.

    Bülbüllər dolansa bağça-bağları,
    Xoş keçər ömrününün gözəl çağları.
    Tülkü, çaqqal qoy gəzməsin dağları,
    Aslanın bəxtinə dərə düşməsin.

    Qananlar baxmasın qanmaz əlinə,
    Ağıllını düçar etmə zülümə.
    Palanı mindirib atın belinə,
    Yəhərin qisməti xərə düşməsin.

    Mais, ağrımasın ayağın, qolun,
    Arif olanlarla bir yerdə olun.
    Deyirəm, həyatda heç zaman yolun,
    Qanmazlar cəm olan yerə düşməsin!

  • İltimas İSMAYIL.”Elveda”

    ii

    Bir “elveda” aktı gece gözümden
    Yandırarak düştü dile yüzümden
    Damladı, döküldü yere sözümden
    Elveda, elveda,elveda diye …

    Bir özlem geler gezer gönlümü
    Parçalayıp, dider ,üzer gönlümü
    Hafif bir sızıyla çızer gönlümü
    Özledim,özledim,özledim diye…

    Soğuk rüzgarlar üşüttü canı
    Merhem bulamadım acıttı canı
    Kar, buz eyledi soğuttu canı
    Üşüdüm,üşüdüm,üşüdüm diye…

    Kırıldı dallarım, kökten kesildi
    Arzular yerlerde,gökten kesildi
    Umutlar yeşermez,çoktan kesildi
    Kırıldım,kırıldım,kırıldım diye…

    Ağlatıyor beni zaman nedendir
    Hayat sonsuz degil,geldi-gidendir
    Mutlu olan şartsız kabul edendir
    Kapıldım,kapıldım,kapıldım diye…
    21.01.2016.

  • İltimas İSMAYIL.”Ölmem”

    ii

    Sevdigim, bu sana yeminim olsun,
    Gözlerim gözünde batmadan ölmem,
    İsterse yüregim çileyle dolsun,
    Ben senin dizinde yatmadan ölmem.

    Sensiz gülmek bana inan ki haram,
    Sana kavuşmadan düzelmez yaram,
    Dilegim boynunu sevgiyle saram,
    O bal dudağını tatmadan ölmem.

    Ömrümde esse de hazan yelleri,
    Gözümden aksa da hüzün selleri,
    Yüzüne dökülen zarif telleri,
    Koklayıp bağrıma katmadan ölmem.

    Tutuldum aşkların en delisine,
    Bin kurban keserim yar gelişine,
    Göz yolda kulağım hasret sesine,
    Aşkın şerbetini yutmadan ölmem.

    Şu seven yüregim özlemle dolu,
    Sarmalı bizleri sevdanın kolu,
    Vüslata varmanın sensin tek yolu,
    O yolu seninle tutmadan ölmem.

  • Müzəffər MƏZAHİM.”Bizi”

    mm

    Nə qədər böhtandan, nahaqdan qaçdıq,
    Yenə gəlib tapdı şər, böhtan bizi.
    “Dosta” qapımızı ürəklə açdıq,
    Saldı min əzaba bu “nöqsan” bizi.

    Tarix zülmət yolda sınıq əsadır,
    Yalanın, yamanın ömrü qısadır.
    Duya bilərdikmi fitnə-fəsadı,
    Zaman etməsəydi imtahan bizi?

    Tutuldu yolumuz, bəndi-bərəmiz,
    Təkcə özümüzə qaldı çarəmiz,
    Dar gündə edilən tövbələrimiz,
    Qurtara bilmədi günahdan bizi.

    İşığa aldanıb zülmətdə qaldıq,
    Divə əsir olduq, töhmətdə qaldəq,
    Vüsal deyə-deyə həsrətdə qaldıq,
    Arxayınlıq yıxdı hər zaman bizi.

    Boylandıq tarixin xarabasından,
    Gördük yurdumuzu qoyublar viran,
    Vətənin dərdinə olmasaq həyan,
    Alarmı qoynuna bu məkan bizi?

    Dağılan məmləkət göz dağımız tək,
    Olanlar, keçənlər həqiqət, gerçək,
    Birləşə bilərik əl-ələ versək,
    Hələ də yaşadır bu güman bizi.

  • Müzəffər MƏZAHİM.“SƏADƏTDİR AZADLQ” poemasından

    mm

    Misli görünməmiş qırğındı, qırğın,
    Bakı qan içində çabalayırdı.
    Düşmən bir günahsız , silahsız xalqın,
    Sınmaz inamını bombalayırdı.

    Ələk-vələk edib tanklar şəhəri,
    Ölüm gəzdirirdi tırtırllarında.
    Atdılar üstünə böhtanı , şəri,
    Qəzəbdən titrəyən oğulların da.

    O gecə sübhəcən insan qırdılar,
    Xalqın qırmaq üçün iradəsini.
    Bütün keçidlərə tələ qurdular,
    Güya batırdılar haqqın səsini.

    Bu ölüm durmadan gəzdi hər yanı,
    Neftçala , Lənkəran qana boyandı.
    Susdura bilmədi Azərbaycanı,
    Düşmən qəzəbindən odlara yandı.

  • “Torpaqdan Günəşə…” kitabı işıq üzü görüb

    http://s008.radikal.ru/i304/1607/87/37e7206aeafc.jpg

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş, “Qızıl qələm” media mükafatı laureatı, şairə-jurnalist Mayisə Əsədullaqızının “Torpaqdan Günəşə…” kitabı Bakı şəhərində “Gənclik” nəşriyyatı tərəfindən 192 səhifə həcmində, 300 tirajla çap olunub.
    Kitabın redaktoru Prezident təqaüdçüsü, “Tərəqqi” medalı təltifçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Azərbaycan” jurnalının məsul katibi Tofiq Mahmudov, baş məsləhətçi Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü Hikmət Məlikzadə, ön sözün müəllifi, Pespublikanın Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, “Gənclik” nəşriyyatının direktoru Adil Abdullayevdir.
    Kitab müəllifin oxucularla sayca üçüncü görüşüdür.Kitabda müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Ədəbiyyatsevərlərin rəğbətini qazanacağına ümid edirik.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan” qəzeti

  • “TORPAQDAN GÜNƏŞƏ…” VƏTƏN SIĞALINDA ZAMAN OVQATI VERƏN KİTAB

    http://s019.radikal.ru/i627/1607/29/3ed13b917853.jpg

    Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurna¬listlər Birliyinin üzvü Mayisə Əsədullaqızının sayca, üçüncü olan “Torpaqdan Günəşə…” adlı şeirlər kitabı artıq geniş oxucu kütləsinin və onun şeirlərini sevənlərin, yaradıçılığını izləyənlərin ixtiyarındadır.
    Zamana müntəzir hissləri ədəbi yöndə cilalamaq təkcə sadə-vizual seyrçilik kəsb etmir, həm də ədəbi-ictimai pa¬radokslar yaradır. Tarixi zəminlərin ictimai təcəllası da tor¬paq-yurd aspektləri üzrə mümkün əhatə cızır… Zənni¬mizcə, fəal ictimaiyyətçi, mübariz xanım, istənilən düşün¬cə¬sində vətənpərvərlik məqsədi aşılayan Mayisə Əsədul¬laqızı poeziyasını da zamanın (vətənpər¬vər ruhda ömrün) bir simvolu kimi xarakterizə etmək olar. Açığı, onun şeirləri, xüsusən də çap mərhələsində olan yeni kitabı da mahiyyət etibarilə elə bu məqsədə güzgü tutub. Kitaba daxil edilən şeirlərdəki ictimai-lirik amil, duyğuda təzahür edən fəlsəfi hiss milli xarakterə uyğundur və müəllifin zaman meylləri dürüst məntiqə yol açmaq üçün ciddi cəhddədir. Kitabdakı şeirlərin əksərinin Vətən, torpaq ruhlu olması, burada şəhidlərə ehtiram ciddi münasibətdən qaynaqlanır. Mayisə xanımın (əslində) Vətən haqqında söz deməyə mənən haqqı çatır və buna onun yüksək səviyyəli və-tənpərvərlik hissləri də səlahiyyət verir… Kitabda başlıca ictimai qayə bütünlükdə Vətən məğzinə müəl¬lif-vətəndaş sevgisi ilə xarakterizə olunur. Bu sevgi ilk şeirlərdən özünü qabardır, müəllifin mübarizlik faktoru – bu geniş vadidə cərəyan edən hadisə və proseslər ruhsal yanaşmalıdır. Qısası, kitaba daxil edilmiş şeirlər hamısı öz salxarı, məna və məzmunu ilə müəllifin insan-şair dürüstlüyünə əsaslanır. Ən maraqlısı odur ki, kitabda gələcək üçün istinad göstərə biləcəyimiz mü¬hüm tərzlər əhatəli və cilalanmış şəkildə əksini tapıb – yəni Mayisə xanım tərzlər xüsusunda uyğun səmt tapıb, bu zəmində işıqlı gələcək kəşf edib. Mayisə Əsədullaqızının yeni kitabı ümumi əhvalda ictimai-lirik təcəssümlüdür. Lakin buradakı şeirlərin əksərində mübariz ovqat digər zəminləri üstələyir:

    Əsgərlərimin himni ədalət nəğməsidi,
    Səngərlərin igidlər, ərənlər nənnisidi.
    Mübarizin, Ramilin əməli haqq səsidi,
    Bir kəlmə şüarı var, dilində, dodağında,
    Hamımız çalışırıq Azərbaycan uğrunda!..

    Bir bəndini nümunə gətirdiyimiz “Azərbaycan uğ¬run¬¬da!” adlı şeirdə müəllifin müşahidə qabiliyyəti ilk baxış¬dan oxucuda maraq yaradır. Səngərlərin nənni kimi təsviri, digər qabarıq-zəruri aspektlər şeirin ovqatını və salxarını artırır.

    Qarabağ kədərim,
    Qarabağ şanım,
    Həm dərdim, sevincim,
    toyum-nişanım…
    Və ya:
    Şıltaq gözəl təki, xəfif ayazım,
    Kəlməm də bəs etmir, bilməm nə yazım?!

    Müəllif, Vətən ruhlu şeirlərinə dürüst həyata baxış verib, bu şeirlərin ictimai təcəssümü zamana uyğun gerçəklər əxz edir: burada Qarabağın “Şəhid qanı hopmuş qara torpaq” versiyası ən adi hisslərimizi belə yaddaşımıza bərkidir. Bu və bu kimi şeirlərdə etinas¬ızlıq və diqqətsizlik halları qətiyyətlə pislənir; müəllif zaman xassələrinə eyham səpən yanaşmaları ilə cəmiyyət meyllərinə bir az da ictimai ovqat qatır.

    Vətən torpağı, canı,
    Havası, suyu, qanı…

    Qürur doğuran hisslərə aludəçilik poeziyada çox az əhatə cızır. Mayisə xanım (bu baxımdan) idrakında Vətən meylləri qabartmaqla bu əhatədə bir genişlik tapmaq istəyir. Zənnimizcə, kitab boyu nizama saldığı mübarizə çək-çevirləri bu cəhdə qapı aça bilib.

    Şəhid verdi torpağımız, alışdı yandı bağrımız,
    Od tutdu Qarabağımız, yazıldı qara baxtımız…

    Təbii ki, insanın yaşantıdan ölümə keçdiyi yer Tanrı dərkidir. Heç kim o əhatədə yol axtara, zaman tapa bil¬məz. Məhz Mayisə xanımın özündə ağrı-acı ilə tərpə¬niş tapan bu tərz şeirləri də məlum həqiqəti əks etdirir.
    Onun: “Şəhidlər Xiyabanı – Mənim Məkkəm, Mədi¬nəm!” – fikri də ölümün keçdiyi əhatədən Tanrı dərgahına səmt aramaq missiyası kəsb edir. Oxucu bu zərurətin ictimai məğzində həyat elementləri tapır, ruhi qatında fəlsəfi-mifik təzahürlər. Kitabda “Vətən”, “torpaq”, “Şə¬hid”, “Düşmən” kultları öz müstəviləri üzrə sabitlik tapır. Müəllif onları ayrı-ayrılıqda bir az fəlsəfi, bir az da ictimai zəminlərlə yükləyir, yaddaş¬larda bir mübarizə ocağı çatır. Açığı, onun Vətən ruhlu şeirlərinin hamısında bu ocağın közü var.

    Mehdi, Həzi yetiribdi, bu torpaq,
    Qəhrəmandı hər döyüşdə, üzüağ,
    Öndərlərin yolu bizə bir çıraq,
    Gəlin, bu yollarda, birlikdə olaq!

    Bu səmimi çağırışın özündə də bir hayqırtı qabarır; müəllif «Öndərləri yoluna çıraq, Mehdisi, Həzisi ba¬sılmaz qala olan xalqını» birləşməyə və Vətən uğrunda bir olmağa səsləməklə vətəndaş yanğısına rahatlıq suyu səpir və hamını əmin etməyə çalışır ki:

    Yüksəlir sədası hər gün ordumun,
    Mübarizi, Ramili var yurdumun!
    Dərəsinə, dağına qəlb aşıqdı.
    Cizgiləri zəngindi, qarışıqdı,
    Əcəmisi, Səttarı yaraşıqdı,
    Könlüm bu gözəlliyə sarmaşıqdı..

    Doğrudan da könlü gözəlliklərə sarmaşıq olan Mayisə xanım şeirlərinin əksərində bu təşnəliyə qucaq açıb. Ayrıca, müəllifin

    Bir kimsənin yurduna,
    Toyuğuna “kiş” demədik.

    Gözünə “şiş” demədik fəryadı “Şuşa dağlarındakı, nəğmələrin sədası, uçan quşlarda qaldı! Dərdi qışlarda qaldı!” naləsi kimi səciyyə tapır və bu acı sinələrə köz basır. Maraqlıdır ki, Mayisə xanımın Vətən ruhlu şeirlərindəki acı ictimai xarakterli şeirlərində də eyni səciyyə daşıyır:

    Gecə düşür, çöl soyuq,
    Şaxtadan naxış düşüb,
    Divara oyuq-oyuq.
    Bir qadın gördüm bu an,
    Dedi ki, “carəsizəm…”

    Bir bəndinə baxış sərgilədiyimiz «Çarəsiz qadın» ad¬lı bu şeirdə vahimə dolu ictimai çalar var: şeiri oxuyub qurtarana qədər adam min hala düşür, min əhvala bükülür, sonra da obrazın ağrısına tuş gəlir və özü o ağrı ilə bişir. Müəllifin «Dilənçi qadın», “İntihar qoxusu” və s. kimi şeirləri də bu aspektdədir:

    Belə danışma, adam,
    Mənə cəhənnəm qorxusu gəlir!
    Fikrini dəyiş, qadam,
    Səndən,intihar qoxusu gəlir!

    Bax, dərdi təsvirə çəkmək, onu ürəyə sadəcə yük yox, həm də naxış etmək budur! Kitabda lirik əhvala da yer ayırılıb:

    Həzin bir yalvarış kimi,
    Qəfil yağan yağış kimi,
    Bəxtə düşən naxış kimi,
    Sevgi dolu baxış kimi
    Hisslərimi duyarmısan?
    Məni məndən alarmısan?
    Ürəyimdə qalarmısan?

    Bu və bu kimi lirik ovqatlı şeirlərdə müəllif ürəyə yol, cığır, səmt tapmaqla xoşhal olur. Onun lirik səciyyəsi ömür sayğacında zaman diyircəklərini işə salır, sevgi hisslərindəki çat qorxusu fikrin dəqiqliyinə fəlsəfi yön verir. Xoşagələndir ki, Mayisə xanımın lirika təzahüründə sərt reallıq qədər həzin, mülayim bir gerçək də var; sanki o, taleyin-həyatın hicran qoxu¬sun¬dan bir qədər uzaqlaşıb, insan-cəmiyyət zəminlərinə yaxınlaşır…

    Bilirsən gecə nədir?
    Bir sevgi nəğməsidir,
    Yaxası açıldımı,
    Astarı söküləcək.
    Ayrıldıq…Səninçün canım sıxıldı…
    Bilmirəm, sehirsən, mehirsən, nəsən,
    Mənim çəkdiyimi nə biləsən sən…

    Mayisə xanımın lirik baxışı, ictimai tipiklikdə də realdır. Bu baxışda həyat və tale təzahürü zəruri-effektiv səciyyə kimi qabarır. Müəllif bu sistemli yanaşma ilə cəmiyyətin ictimai təzahürlərinə uyğun təsnifat verir, həyat tiplərini maraqlı statuslar kimi təqdim edir. Kitabda fikir duruluğu, məzmun sistemi ilə fərqlənən bir sıra şeirlər də, onun fikir təqdimetmə dürüstlüyünə işarədir. Kitabda elə ruhda şeirlər də var ki, onlarda cürət, müba¬rizə məğzləri qabarıq şəkillidir, hisslərin yüksək pillədə qərar tutmasına ünvan verir. Bu şeirlərdə, ZAMAN obrazı görürük və bu obrazda demək olar, hər şey öz kreativliyini saxlayıb… Müəl¬lifin yeni kitabına daxil etdiyi şeirlərinin bir çoxunu insan-şəxsiyyət məsələlərinə örnək seçə bilə¬rik. Bu tip şeirlər əslində, cəmiyyətimizin yeni nəslə ya¬naş¬ma prinsiplərinə düzgün istiqamət verən dürüst, sağlam ideoloji düşüncə cəmidir. Bu şeirlərdə həyatın da, taleyin də, onları əhatə edən ətraf mühitin də, aydın obrazları var; elə bir obrazlar ki, gələcəyə addım səsləri salır, yüksəliş yollarının bütün səmtlərindən görünür. Əminik ki, Mayisə xanımın bu şeirlər kitabı da, oxucu yaddaşına təsir gücü ilə diqqət çəkə biləcək. Yolunuz daim işıqlı olsun, Mayisə xanım!

    Hikmət Məlikzadə
    Prezident təqaüdçüsü,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü.

  • “Torpaqdan Günəşə…” kitabı haqqında ön söz

    http://s008.radikal.ru/i304/1607/87/37e7206aeafc.jpg

    İstedad insana Allah tərəfindən verilmiş təbii və mənəvi sərvətdir.Yaşından asılı olmayaraq insan onu daxilində hiss edir. O da şeir və digər bədii sənət əsəri kimi, ətraf aləmin gözəlliyini tərənnüm edir. Belə istedadlı insanlar mənəvi dünyamızın zən¬gin¬liyinə, cəmiyyətin saflaşmasına xidmət edir, özü¬nün bəşəri dəyərini hamının mənəvi sərvətinə çevirir.
    Haqqında söz açdığımız qələm adamı, Azər¬bay¬can Yazıçılar Birliyinin və Azərbaycan Jurna¬listlər Birliyin üzvü Mayisə Əsədullaqızı öz şeir¬lə¬rinin (eləcə də məqalələrinin) üzərində dönə-dönə işlə¬yir, özünə tələbkar yanaşır, yazdığı şeir¬lərin bü¬töv¬lüyünə əmin olduqdan sonra, həmin şeirləri cəmiy¬yətə təqdim edir.
    2012-ci ildə “Çənlibel” nəşriyyatında Mayisə Əsədullaqızının “Zəfəran ətirli Bakı gecələri” adlı ilk şeirlər kitabı, 2013-cü ildə ADPU-nun mətbəə¬sin¬də isə “Ürəyimin yolları var” adlı ikinci şeirlər kitabı işıq üzü görmüşdür. Hazırda isə, “Torpaqdan Günəşə…” adlı şeirlər kitabı – poeziya çələngi onun yaradıcılığını sevənlərin ixtiyarın-dadır.
    Mayisə Əsədullaqızının şeirləri Türkiyədə çap olunan bir neçə antolo¬giya və eyni zamanda “Söz¬lü-sehirli dünya” almanaxına da daxil olmuşdur.
    Onun şeirləri mayasını xalqdan alır, milli də¬yər¬¬lərdən qaynaqlanır. Bizi düşündürən əxlaqi prob¬lemlər, mühüm tarixi hadisələr, qəhrəmanlıq və igidlik motivləri, məhəbbət və sədaqət notları, za¬man və xalq qarşısında məsuliyyət, müasir həyatı¬mız, dövrümüz haqqında, fəlsəfi fikirlər və düşün¬cələr Mayisə Əsədullaqızının poetik düşün¬cə¬lərinin əsas istiqamətlərindəndir.
    Müəllif soyuqda, qarda, şaxtada-boranda, Vətə¬nimizin keşiyini çəkən sərhədçilərimizə həsr et¬diyi “Şərəfli sərhədçilər” şeirində deyir:

    Vətən torpağı, – canı,
    Havası suyu,- qanı,
    İgidlərə tay hanı?
    Qeyrətli keşikçilər,
    Şərəfli sərhədçilər!
    Arzusu pak diləkdi,
    Vətənimə ürəkdi.
    Xalqa hər an gərəkdi,
    Sevimli millətçilər,
    Şərəfli sərhədçilər!

    Son illər ərzində sərhədçilərimiz haqqında belə maraqlı şeir, ürəkdən axan misralar oxumamışam. Ancaq müharibə gedən bir ölkədə hərbi-vətən¬pər¬vərlik mövzusunda çoxlu şeirlər, hekayələr, roman¬lar yazılmalıdır.
    Həmin əsərləri oxuyan soydaşlarımızda da və¬tən¬¬pər¬vərlik hissi gündən-günə güclənməlidir. Bu ba¬xımdan Mayisə Əsədullaqızının şeirlərinin bö¬yük əksəriyyəti hərbi-vətənpərvərlik mövzusunda qə¬¬lə¬mə alınmışdır. İndi gəlin müəllifin şəhidlər möv¬zu¬sun¬da qələmə aldığı “Şəhid ölümsüzlüyü” şei¬¬ri¬nə müraciət edək:

    Şəhid verdi torpağımız, alışdı yandı
    bağrımız,
    Od tutdu Qarabağımız,
    yazıldı qara baxtımız…
    Qara gəldi baharımız,
    Xəzan oldu gülüstan-laləzarımız!
    İlahi, bu nə zülümdü?
    Torpaq üstə gülü üçün
    fəda gedən bülbülümdü!

    Mayisə Əsədullaqızının yaradıcılığında, vətən¬pərvərlik mövzusu başlıca yerlərdən birini tutur.
    Biz onun poetik baxışını ürəkdən alqışlayırıq.
    O, şeirlərində insanlığı saflaşmağa səsləyir, yax¬şını yamandan, mərdi namərddən, xeyirxahı bəd¬xahdan, arifi nadandan seçməyi, hərəyə öz yerini tapmağı arzulayır. Onun orijinal poetik axtarışları və tapıntıları xalq hikmətinə, xalq deyimlərinə söykənir. Mayisə xanım Vətənə canı ilə, qanı ilə bağlı olan, onun füsünkar təbiətindən ayrı nəfəs ala bilməyən şairdir. Onun şeirlərinin əksəriy¬yə¬tindən gül-çiçək ətri gəlir. Biz həmin şeirləri oxu¬yan zaman sanki Azərbaycan təbiətinin qoynuna çı¬xırıq, gülün-çiçəyin ətrini duyuruq, şaqraq şəla¬lələrin şən səsini dinləyirik. Onun sözlərində bir bu¬laq duruluğu, fikirlərində bir səma aydınlığı, sə¬tirlərində bir torpaq hərarəti, el-oba həniri, nəfə¬sində dağ havasının saflığı, təmizliyi duyulur. Ona bu yolda uğurlar arzulayıram.

    Adil Abdullayev
    Respublikanın Əməkdar Mədəniyyət işçisi,
    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi,
    Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • On bir ayın Sultanı Kutsal Ramazan Bayramınız kutlu olsun! İnşAllah!

    13628056_1759034031020865_1078398275_n(1)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Rəhbərliyi Türk-Müsəlman dünyasında olan tüm Müsəlman Bacı və Qardaşlarımızı On bir ayın Sultanı Kutsal Ramazan Bayramı səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlğı, xoşbəxlik, edilən duaların, tutulan orucların, qılınan namazların Mərhəmət və Rəhmli ilə geniş olan Uca Allahın dərgahında qəbul olunmasını diləyir!
    On bir ayın Sultanı Kutsal Ramazan Bayramınız kutlu olsun! İnşAllah!

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Mətbuat xidməti