Mənə bircə kəlmə can söyləsəydin
O bircə kəlmənə min can verərdim
Ömrünü, gününü dərd eyləsəydin
Ömrümü, günümü qurban verərdim.

Bezdirdim mən səni sədaqətimlə
Qaldım həsrətinlə, müsibətinlə
Könlümü alsaydın bu zülmətinlə
Sənə bir günəşli cahan verərdim.

Elə ayrıldıq ki, səninlə ey gül
Bir də ayrılıqdan ayrı düşmərik
Ah, bu son hicranın vüsalı müşkül
Dağ dağa rast gələr, biz görüşmərik.

O çağlar necə də mənə haydılar…
Könlümə, gözümə şəfəq yaydılar.
Keçən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim…

Mənbə: https://www.facebook.com/milan.ibrahimov