Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.

Dünya niyə istiləşir? –
Cavab tapmırıq suala.
Qorxuruq buzlar əriyə
Yerin üzünü su ala.

Niyə müdriklər birləşib
Çalmır həyəcan təbili?
Hər nazımıza yer dözür,
Nə ağzı var, nə də dili.

Yağır mərmilər, bombalar
Günahsız kəslər qırılır…
Qatillərin əlləriylə
Təzə bir mizan qurulur.

Hər gün, hər ay unudulur
Əslimiz də, kökümüz də.
Dağılır şəhərlər, kəndlər
Heç tərpənmir tükümüz də.

Anaların, bacıların
Dağ çəkilir ürəyinə.
Bu qədər soyuq olarmı
İnsan insan teleyinə?

Qiyamət uzaqda deyil,
Gündüz-gecə istiləşir…
Biz ki bu qədər soyuğuq
Dünya necə istiləşir?
23.XI.2024