Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.

Allah qədər güvəndiyim,
Yalan imiş dünya qədər..
Qismətimlə barışmadım,
Yalvarsa da, hər nə qədər..

İndi danışmağa öz də ,
Tapmıram, küsüb qaragün..
Əzəlindən görmədi rəng,
Ağarsın indi hara gün!?

Əllərimin soyuğunu,
Isitmədi öz qucağım..
Istisini duymadım heç,
Buz üfürür köz ocağın..

Qədərimi nə sən soruş,
Nə də istə mən danışım..
Alnıma sığmayan yazım,
Göz yaşlarıma qarışır..