“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri.

Mənim çox şeirim intihar edib,
Çoxu öz-özünü güllələyibdir.
Özümə oxşayıb alın yazısı,
Çoxunun arzusu daşa dəyibdir.

Yazmaq istəmişəm, aman istəyib
Yazılmaq həvəsi gözündə qalıb.
Ağrımı, acımı yaymasın deyə
Beləcə, əlləri üzündə qalıb.

Doğulub ölməyin dadı başqadır,
Onlar ürəyimdə intihar edib.
Verdiyi əzaba dözmək çətindir,
Anlayar o hissi yaşayan ədib.

Mənim çox şeirim intihar edib
Yazsam, dərdlərimi car çəkəcəkdi.
Məni ağrı-ağrı biabır edib,
Vallah, öz başımda turp əkəcəkdi.

8.5.25