
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri
İçimdədir darıxdığım məqamlar
İçim çölə, çölüm içə daşınmır..
Nə edim ki, uzaq olsun həsrətin
Axı bu cür həsrət ilə yaşanmır..
Daha təpə ürəyinə qalxmağım
bir gəminin dənizə son baxmağı..
Deyin ona, unudubdur axmağı
Gözlərimi hönkür-hönkür yaş anmır.
Sərxoş könlüm sənsiz yaman təklənir
Qəm eləmə, min il belə bəklənir..
Səhər- axşam çiçəkləri şehlənir
Nə olsun ki, dağ danışıb, daş anmır.
Tanrı mənlə səhərəcən deyişir
Gözlərinə ulduzları dəyişir.
Dodaqlarım xəyalınla sevişir
“ otağına qaragiləm ” qoşanmır.
Hardasansa qayıt geri, çiynimdə
Bir qarışqa yükü belə daşınmır..
Bir adamın ev ünvanı Səndisə
Sən olmayan heç bir yerdə yaşanmır..