
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru
Torpaqlarımızın azadlığı naminə müqəddəs cihada – murdar düşmənlə ölüm-qalım savaşına könüllü səfərbər olunan ər oğlu ərlərin MARŞı
Türk oğluyuq, qeyrətimiz bəllidi,
Yaranışdan qüdrətimiz bəllidi.
İlahidən fitrətimiz bəllidi,
Hazırıq biz bundan betər savaşa,
Biz getməsək, bəs kim gedər savaşa?!
Geri donmək ardı bizə bu yolda,
Şəhid olmaq vardı bizə bu yolda,
Tanrı özü yardı bizə bu yolda,
Verilibdi dində dəyər savaşa,
Biz getməsək, bəs kim gedər savaşa?!
Get, vətənin bəxt zərini şeş eylə,
Bir zərbəylə yüz düşməni leş eylə,
Qəlbini sök, ciyərini eş… eylə…
Vur, canını vermə hədər savaşa,
Biz getməsək, bəs kim gedər savaşa?!
Qışı apar, könüllərdə yaz qayıt,
Sinən üstə “Misri” köklü saz qayıt.
Taleyini silahınla yaz, qayıt…
Heç vaxt demə qəzo-qədər savaşa,
Biz getməsək, bəs kim gedər savaşa?!
Haqsız əllə sökülübsə haqq divar,
Mövlam özü eyləyəcək haqqı var…
Şəhidlərin boynumuzda haqqı var, –
Can atırıq bir bu qədər savaşa,
Biz getməsək, bəs kim gedər savaşa?!
Bayrağını bayraqlardan baş görək,
Kəc baxanın gözlərini çaş görək,
Böyük Turan dövlətini kaş görək,
“Sevdam” – deyər ər oğlu ər savaşa,
Biz getməsək, bəs kim gedər savaşa?!
Türk oğluyuq, qeyrətimiz bəllidi,
Yaranışdan qüdrətimiz bəllidi.
İlahidən fitrətimiz bəllidi,
Hazırıq biz bundan betər savaşa,
Biz getməsək, bəs kim gedər savaşa ?