Qəlbim qalıb süzgün gözün yanında,
Canlar alan bir dənizin yanında,
Yalqız olmur- yaxın düşə bilmirəm-
Ay dolaşır ağ bənizin yanında,

Ay nədir ki? Ömr eləyər sübhədək,
Yar gülüşü cəzb eləyən bir mələk,
Sarman mənə; o ulduzlu biçənək
Çiçək açsın kölgəmizin yanında,

Çatma qaşın- siyah durna lələyi,
Təbəssümün incə Şeytan kələyi,
Tuta bilsəm öldürəcəm küləyi-
Gah sinənin, gah dizinin yanında!

Xəzan tutar ömrün bağı, bostanı,
Atıb getmə! Mənim kimi dost hanı?
Gəl qovuşaq; Leyli-Məcnun Dastanı
Nağıl olsun sevgimizin yanında,

Həsrətindən birdə belə kim
ölər?
Dərdlərini mənim kimi kim bölər?
Mənim olsan-Vahid ƏZİZ çəkilər;
Nəkaradı mən Əzizin yanında?!