
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.
Yaraşarmı mənə
Kiməsə zülm edəm?
Sən körpə işıqsan,
Mən qara zülmətəm…
Könlündən keçir ki,
Murada yetəsən.
Qorxmursan qoynumda
Əriyib itəsən?
Sevgində güc varmı
Zülməti əridə?
Hönkürən könlümü
Ovuda, kiridə?!
23.03.2016