Fevralın 24-də «Azərikimya» İstehsalat Birliyinin akt zalında Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş anım mərasimi keçirilmişdir. «Azərikimya» İB-nin İdarəetmə aparatının, Etilen-polietilen zavodunun, Təmir-tikinti İdarəsinin, həmçinin Karbamid zavodunun və “Sumqayıt” Peşəkar Futbol Klubunun əməkdaşlarının iştirak etdiyi tədbir¬də öncə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.
1992-ci il il fevralın 26-na keçən gecə Er¬mənistan silahlı qüvvə¬lərinin Xocalı şəhərində törətdikləri soyqırım haqqında iştirakçılara geniş məlumat verilən tədbirdə Ümummilli lider Heydər Əliyevin “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır, bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” sözlərini bu faciəyə verinən ən yüksək qiymət kimi dəyərləndirən natiqlər vurğulamışlar ki, 1 mart 1994-cü ildə Ulu öndər Xocalı soy¬qırımı ilə əlaqədar xüsusi Fərman imzalamış, Azərbaycan Respublikası Milli Məcli¬sinin Qərarı ilə 26 fevral “Xocalı soyqırımı günü” elan olunmuşdur.
Qeyd olunmuşdur ki, bu soyqırım aktının üstündən 25 il keçməsinə, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamış, “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsində dünyanın bir sıra ölkələrində bu soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edilsə də, bu hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi qiymətini almamışdır.
Anım mərasimində Xocalı faciəsini bütün təfərrüatı ilə özündə əks etdirən, Azərbay-can həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük əhə¬miyyətə və geniş təsir gücünə malik “Xoca” filmi nümayiş olunmuşdur.
Qeyd edək ki, bir gün öncə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimləri «Azəri¬kimya» İB-nin Etilen-polietilen zavodunda və Təmir-tikinti İdarəsində də keçiril¬mişdir. Bu tədbirlərdə “Xocalı soyqırımını unutmayaq” adlı sənədli film təqdim olunmuş, 10 saylı orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya, Xocalı faciəsi ilə bağlı ifa etdikləri şeirlər tədbir iştirakçılarına kədərli və hüznlü dəqiqələr yaşatmaqla bərabər, gec-tez həqiqətin zəfər çalacağı və haqq-ədalətin öz yerini tutacağı inamını da aşılamışdır.
Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti