1998-ci ilin sentyabrında Qazaxıstan Respublikasının Türküstan şəhərində keçirilmiş VIII Türk Dünyası Gənclik Günləri və Qurultayında təsis olunan Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) 1999-cu ilin iyun ayının 2-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasında dövlət qeydiyyatına alınıb.Öz fəaliyyətini uluslararası hüquq qaydaları və Azərbaycan Respublikasının Konstitusiyası əsasında quran DGTYB çağdaş dönəmdə uğurlu gənclər siyasəti yürüdür.Geniş coğrafi arealı əhatə edən Böyük Türk dünyasına daxil olan dövlətlərin hər hansı birinin dilində yazıb, ədəbi-bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan istedadlı yazarların təbliği yönündə yorulmaq bilmədən çalışmalar aparır.Azərbaycan-Türkiyə mədəni və ədəbi əlaqələrin daha da inkişaf etdirilməsi və genişləndirilməsi yönündə atılan və mühüm əhəmiyyət kəsb edən addımlar gənclər siyasətinin əsas istiqamətlərindən birini müəyyən edir.
Əsası Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyev tərəfindən qoyulan gənclik siyasəti bugünkü dönəmdə (mərhələdə)Türk dünyasının mədəni və ədəbi həyatında baş verən ən son olayları ictimaiyyət nümayəndələrinin nəzərinə çatdıran DGTYB müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər planı hazırlayıb, həyata keçirir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, yaradılan və fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlıq etməsi, maliyyə dəstəyi ilə layihələr həyata keçirməsi, xüsusilə də həmin layihələr çərçivəsində nəfis tərtibatla antologiyaların işıq üzü görməsi, layihələrdə fəallıq nümayiş etdirən gənc yazarların sertifikatlara və ödüllərə layiq görülmələri,həmin addımların geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanması və digər bu kimi humanist addımların atılması DGTYB tərəfindən qəbul edilmiş qərarların dövlət gənclik siyasətinə uyğun olduğunu bir daha sübut edir.
Xüsusilə də, 2013-cü il DGTYB üçün önəmli oldu.Çünki özünün 15 illik yubileyinə böyük təntənə ilə hazırlaşan DGTYB yenə də ənənələrinə sadiq qalaraq, genişmiqyaslı tədbirlər həyata keçirmək üçün Bakı şəhərində bir neçə layihə həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə bir neçə layihə gerçəkləşdirdi.
Gerçəkləşən həmin layihələr çərçivəsində bir neçə antologiya və ya toplu işıq üzü gördü, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırıldı.Kütləvi informasiya vasitələrinin nümayəndələri isə öz növbəsində həmin faktorları diqqət mərkəzində saxlamağa müəssər oldular.
Ən önəmli layihələrdən biri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə gerçəkləşən “Gənc Yazarların Bakı Görüşü” oldu.Layihə dövlət əhəmiyyətli olduğu üçün genişmiqyaslı tədbirlər fonunda respublikanın paytaxtı Bakı şəhərində, Rəşid Behbudov adına Dövlət Musiqi Teatrında həyata keçirildi.Respublikanın müxtəlif bölgələrində yaşayıb, ədəbi-bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrini bir araya gətirmək və şeir şöləni keçirmək baxımdan çox böyük əhəmiyyət kəsb etdi.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan “Çağdaş Azərbaycan ədəbi qurumları” kitabının ən yeni nəşri (ən son redaktə və dəyişikliklər edilməklə) Bakı şəhərində, “Nurlan” nəşriyyatı tərəfindən 180 səhifə həcmində, 1035 tirajla nəşr olundu.Tanıtım kitabında Azərbaycan Respublikasında fəaliyyət göstərən dövlət qeydiyyatından keçmiş ədəbi birliklər, dərgilər, qəzetlər, veb saytlar haqqında məlumatlar öz əksini tapdı.Layihənin rəhbəri DGTYB Başkanı Sayın Əkbər Qoşalı oldu.
Həmin il Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşən “Türk Dünyası Gənc Yazarların Bakı Toplantısı” layihəsi çərçivəsində Sumqayıt şəhərində, “Bilik” Poliqrafiya Mərkəzi tərəfindən 200 səhifə həcmində, 2000 tirajla işıq üzü görən “Nakam şairlər” (Gənc yaşlarında həyata gözlərini yummuş yeni nəsil Azərbaycan şairlərinin şeirləri) kitabı geniş oxucu auditoriyasının istifadəsinə verildi.Kitabda nakam şairlər haqqında bilgilər və örnəklər yer aldı.Layihənin rəhbəri və kitabın ümumi redaktəsi yenə də DGTYB Başkanı Sayın Əkbər Qoşalının üzərinə düşdüşən.Layihə rəhbəri bu dəfə də bu məsuliyyətli işin öhdəsindən layiqincə gəlməyi bacardı.
2013-cü ilin noyabr və dekabr ayları DGTYB üçün əhatə dairəsinin genişləndirilməsi yönündə xüsusi əhəmiyyət kəsb edən bir dönəm (mərhələ) kimi yadda qaldı.Respublikanın müxtəlif bölgələrində yaşayıb, ədəbi-bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin DGTYB üzv qəbul edilməsi kimi səciyyələndi.2012-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində Sumqayıt şəhərində, “Bilik” Poliqrafiya Mərkəzi tərəfindən 240 səhifə həcmində, 500 tirajla işıq üzü görən və bölgələrdə yaşayan gənc yazarların yaradıcılığından örnəkləri özündə cəmləşdirən “Bölgələrdən səslər” kitabının (əslində həmin kitabı antologiya da dalandırmaq olar) birinci hissəsində respublikasının 28 şəhər və rayonumuzdan 75 yazarın yaradıcılıq nümunəliri dərc oluanaraq, ilk dəfə olaraq, respublika səviyyəsində ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıd.Respublikanın aparıcı kitabxanalarına pulsuz paylandı.Layihənin rəhbəri DGTYB Başkanı Əkbər Qoşalı, kitabın tərtibatçısı isə DGTYB Baş katibi Rəsmiyyə Sabir oldu.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bakı şəhəri.29 noyabr 2015-ci il.