Post Views: 63 Gecə qonaq idin yuxuda mənə, Qapımı döyürdün qorxu içində. Bildim ki, bu sənsən duycaq ətrini, Ətirlər içində, qoxu içində. Yox oldun baxmamış gözlərinə mən, Səni tapdım düşüb izlərinə mən, Başımı qoymuşdum dizlərinə mən, Yuxuya getmişdim yuxu içində. Yuxudan oyandım, ayıldım sənsiz, Dözmədi ürəyim bayıldım sənsiz, Bir dəli, divanə sayıldım sənsiz, Hörmətdən də …
Elnur ABDİYEV.”Ömürdən”
Post Views: 87 Külək döyür,ömrümüzün yazını, Yarpaq-yarpaq günlər uçur ömürdən. Yaşayırıq Tanrı yazan yazını, Hər günümüz gün-gün köçür ömürdən. Kiçilirik böyüdükcə yaşımız, Ağır olur bəzən ömür daşımız. Dünya boyda bir qazanda aşımız, Qaynadıqca buğ-buğ içir ömürdən. Elnur Coşqun,sevgi ömrün marağı, Qəlb telini darar eşqin darağı. Həyat alıb əlinə bir orağı, Gün keçdikcə günü biçir ömürdən.
Hikmət MƏLİKZADƏ.”Ay, çöhrəsi duvaqsız”
Post Views: 53 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü * * * Ay, çöhrəsi duvaqsız, Namusu suvaqsız ləçər, Sən bildin nədi ayrılıq? …Sevgi yaralarımın qaysağını qopardana qədər pirdin mənimçün. Əlçatmaz, bakirə adamdın; İndi nəşəsi olmayan sığal kimisən. Gözlərinə de ki, bir də 30 il məhkumluq yaşamış bir kişi yeniyetmə …
Gülnarə İsrafilqızı (Esse) Səni gördüm uzaqdan
Post Views: 48 Səni gördüm uzaqdan bir nəfəs qədər uzaqdaydın. nəfəsimi çəksəm ciyərlərimə hopardın bəlkə də hava axını kimi uddum nəfəsimi ki, səni gözlərimlə sevim, sənsə az qala ürəyimi taptalayacaqdın yanımdan qızılquş kimi şığıyıb getdiyində. bənövşə boynumu büküb dəhlizdən uzaqlaşana qədər arxanca boylandım. özümü aldatdım, tənhalığımın təkliyində. yaxınlaşıb salam verə bilmədim gedişinə. yola salmağa həvəsli …
Nəcibə İLKİN.”Dözmürəm soyuqluğuna”
Post Views: 71 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru Nədəndi bu qədər soyuqsan mənə. Yoxsa eşqimizi kədərmi uddu? Dedin: «hər kəlmənlə dayaqsan mənə», Yoxsa sözlərin də sənə yad oldu? Bəlkə günahkaram, bəlkə suçunam? Düşmüşəm ömrünün sevgi payına. Mən həsrət qoxulu vüsal acınam, Nə zaman çağırsan gəlləm …
Təranə ŞƏMS, (yeni şeir) Buludam
Post Views: 56 “Elimiz.Günümüz” qəzetinin əməkdaşı, şairə, jurnalist, publisist Buludam, dolmuşam leysan tökərəm Torpağı yuyaram, sevgi əkərəm. Qəlbimdən keçəni, zilə çəkərəm. Kaş məni bir duyan, anlayan ola. Yağarsa yağışlar, daşqın qorxusu Ətrafa yayılar torpaq qoxusu, Duymaz gözəlliyi bəzən çoxusu, Uyarıb nadanı, qınayan ola. Buludlar dağılar, günəş nazlanar Səmadan, sayrışan şəfəq sallanar. Təbiət özü də, bəzən …
Qiymət MƏHƏRRƏMLİ (Yeni şeir) Getmisən
Post Views: 58 “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Filologiya elmləri üzrə fəlsəfə doktoru Bəlkə xətrinə dəymişəm, Onunçün çıxıb getmisən. Həsrətini nar suyutək Qəlbimə sıxıb getmisən. Göynəyin mənə uyğunu – Aləmə bəlli duyğunu – Mənimçün kim olduğunu Başıma qaxıb getmisən. Ölsəm, gen qazı qəbrimi, Bircə gün çəkmə qəhrimi. Onsuz da dağca səbrimi Ovcuna yığıb getmisən. …
Mayisə ƏSƏDULLAQIZI (Yeni şeir) Elə səfadı ki
Post Views: 50 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru. Sevgi elə səfadı ki, Hər bir kəsi salar dərdə, Səfası nə havadı ki? Gözlərə də çəkər pərdə. Əzilmişi düz görərsən, Bədahətən söz deyərsən, Sağlığa yüz-yüz deyərsən. Yadına salarsan, dostum, Gəzdiyin bağçanı, bağı, Ovu itmiş səyyadsayağ, Sinəyə çəkilən dağı… …
Rafiq Oday
Post Views: 57 Şair-publisist, respublikanın Əməkdar jurnalisti Dərd, Şəhidlər xiyabanı, Səməd Vurğun, Cəfər Cabbarlı, Nizami Gəncəvi və böyük Allah Ailə üzvlərimizdən birinin ciddi xəstəliyi səbəbindən bir müddətdir ki, özümdə, sözümdə deyiləm. Çox qərarsızam. Nə edəcəyimi, hara, kimə üz tutacağımıbilmirəm. Ümidimi göydə Allaha, yerdə həkimlərin zəmanətsiz müalicəsinə, bir də yaxınların, əzizlərin və dostların dualarına bağlamışam. Kövrəkliyim …
Günay Həsənli (Şeirlər)
Post Views: 79 Dünya Söylə sənə neyləmişəm? Mənsiz olan, mənli dünya. Çoxlarına kef-damaqsan, Mənə niyə qəmli, dünya? Haqqımı yedizdirib, Nadanları gəl az güldür! Dəfələrlə göynətdiyin O həminki yazıq mənəm. Daha bəsdi, gəl göynətmə, Birdəfəlik öldür, öldür! Öldür məni, tezcə öldür! Öldürməsən, gözlərimdən axan yaşı Bir dərəyə, Damla-damla toplayacam. Dünya… Səni su basacaq. Diri-diri yandırırsan, Yandır …
Nicat KAMALOĞLU (Yeni şeir) Qoyma baxsın özgə göz saçlarına
Post Views: 79 Gülüm, aç saçını yandı qəlbimi, Qoyma baxsın özgə göz saçlarına. Sənin saçlarından gözəl saç varmı, Dünyanı qul eylə öz saçlarına. Gözəlsən, gözəlim, saçların gözəl, Sənsiz yazmağın yox mənaıi qəzəl. Sən təksən gözəlim yeganə, əzəl, Çatdıra bilmərəm söz saçlarına. Sevgimlə bu dövran yenə çönəcək, İnanmıram keçən zaman dönəcək. Sənin üçün yanan qəlbim sönəcək, …
Təranə TURAN RƏHİMLİ (Şeirlər)
Post Views: 97 SƏNƏ YAZMADIĞIM ŞEİR Anama Sənə yazmadığım şeir Yıxacaq içimdə məni. Öləndə ruhuma dolub Çıxacaq içimdən mənim. Boynumda haqq gedəcəyəm, Bu torpaq, daş bilməyəcək. Qoynunda sevgi tapdığım O yaz, o qış dönməyəcək. Yerə girəcək gözümdə Dost-tanışın dönük üzü. Axtaracaq məndən sonra Ruhum sənə layiq sözü. Sənə yazmadığım şeir Gizlicə enəcək qəbrə. Sən də …
TOSAYAD-Amasyalı şair ve yazarlar konuklar
Post Views: 53
“Şəfa EYVAZ.”Ehtiyac”
Post Views: 87 Mənim yuxularım qarışır, Ana! Qarışır, içindən çıxa bilmirəm. Darıxır ürəyim içimdə, Ana! Darıxır, özümü yıxa bilmirəm. Sənin əllərinin kəraməti var, Gəl, topla dağınıq ruhumu yenə. Qan verən yaramı ürəyinə sar, Bir tək ürəyini sıxa bilmirəm. Zaman tərs yellənir, ömür viranə, Dağıdıb küləklər könül evini. Ya ruhum sovrulub bir küncə yenə, Ya da …
Tural Sahab (Yeni şeir) Yenə görüşdük
Post Views: 59 Yenə görüşdük Şeirə dönən bir sevginin ilk hecasında Mənim baxışlarım, Sənin gözlərinin qarasında Ulduzlardan danışdın torpağı dinlədim Sən göy qurşağı idin Mən qarışqa Gör hardan, hara iməklədim Balaca bir uşaqdım Nağıllara inanan Ana laylasında Gül tarlasına yuvarlanan Sonra sən gəldin Nağıllar şeirə döndü O balaca uşaq O gül tarlasında öldü
Fidan Abbasova (Yeni şeir) Nədir?
Post Views: 52 Nədir həsrətini çəkdirir mənə Sanki ürəyimi , ruhumu alır Nədir hər addımla rastlaşıb sənə məni sevgisinə götürüb qatır…. Doldurur ruhumu sevgisiylə bol sarılır boynuma sanki iki qol bu çətin , enişli , yoxuşlu bir yol Məni hər gün , hər gün başdan yaradır… Duyğular , arzular, gerçəkləşincə insanlar daima bədbinləşincə fikirlər bir …
Gülnarə Sadiq (Yeni şeir) Mən anayam…
Post Views: 77 Mən Anayam! Mən Vətənəm! Gör nə qədər oğul dağı Verib mənə əzəl düşmən. Dərbəndimə yas tutmamış Borçalımı apardılar. Zəngəzura yas tutmamış, Bu həsrətə alışamamış Təbrizimi qopardılar. Bir yara var ürəyimdə, Şuşa adlı nazlı gəlin. Bir acı var ürəyimdə , Laçın adlı adlı dağlar qızı. Bu dərdim bu kədərim, Babəkimin,Koroğlumun Qeyrətinə yaman dəyib, …
İlkin Abbas ( Yeni şeir) KAŞ Kİ UŞAQ OLAYDIM…
Post Views: 164 Kaş ki uşaq olaydım, üz tutaydım nənəmə, “Nolar ay nənə mənə, nağıl danış”- deyəydim. Elə ki başlayardı, nağılı danışmağa, Danışıb bitirməmiş, mən yuxuya gedəydim. Kaş ki uşaq olaydım, məktəb vaxtı gələndə, Babam “qalx dərs vaxtıdır”, deyəydi, oyanaydım. Mətbəxdə yeyəndə biz, onla səhər yeməyi, Mən özümü dünyanın, ən xoşbəxti sanaydım… Kaş ki uşaq …
Şəfa Kamilli (Yeni şeir) Gecələr.
Post Views: 146 Kabusum ,düşmənim oldu, gecəlr . Sən yoxsan ,qatilim .oldu gecələr, Yarali qelbim kabus gecəlr , De ,görüm nə edim, kabus gecəlr . Uşuyən ruhumla tək -tənha ,qara gecələr , Qurbanin olduğum ,bilim bunu , Sənədə ,kabusd ,kədərdi ,dəhşətd , qara , gecələr . Yay günü ,qardi -borandi , Titreyen qelbime ,kozdu ,yaradi …
Hikmət Məlikzadə (Yeni şeir) Sosial peyzaj
Post Views: 52 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü *** Sosial peyzaj Saxta təbəssümlər Eşidə bilmədiyin pıçıltılar kimidi; Adama hicran verir. …Ruhun fikri göydə, özü darda. Açığı, alındakı qırışların sayı qədərdi Sürüşkən xəyallar da… …Bir də görürsən, duaların dodaqlarının arasında güvə tutub. Məyusluq canını sarır, Əllərini Allahdan aralayırsan. Kölgənsə, …
Afət VİLƏŞSOY (Yeni şeir) Sənə
Post Views: 51 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü O otaq saxlarmı dostluğumuzu? Gözümüz keçmişə dönə, ağlaya.. O kiçik kirayə otağındakı Toyda oynamırıq, sevincimiz qıt, Döndümü fələyin çarxı tərsinə? Atılıb-düşərdik, lap uşaq kimi Bir köhnə radio musiqisinə.. Bəlkə, tək bu çatmır xoşbəxt olmağa, Şirin xatirələr kövrəlir gendən. Orada bir parça …
Xəyalə Sevil (Yeni şeir) Yerə tullayıblar getdiyin yolu
Post Views: 68 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Ömrümü çəkmisən ayağım altdan, Düşmüşəm, düşmüşəm üzümün üstə. Mən sənsiz ağ günə çıxmamışam, yox, Dumandı, çökübdü gözümün üstə. Yerə tullayıblar getdiyin yolu, Axı sən gedəndə “göylə” getmişdin. Mənim həsrətini gəlin aparıb, Ağlayıb atdığım suyla getmişdin. Ulduz pəncərələr açılıb …
Günel Əjdərqızı (Esse) Şirinlik
Post Views: 62 Hardasan, ey mənim sevincli, qayğısız, həyat dolu uşaqlıq illərim….Kaş bir anlıq keçmişə qayıdıb uşaq olaydım. Dərdimi, problemlərimi unudub əziz atamın əlindən “şirinlik” payımı alaydım. Amma təəssüf ki , nə atam həyatdadır, nə də ki, zamanı geriyə qaytarmaq olur. Bir zamanlar – yəni avropaya inteqrasiya etməzdən əvvəl “şirinlik” deyəndə körpələrin üzlərində sanki gülüş, …
Şəfa VƏLİYEVA.”Sənsiz xoşbəxtəm, gülüm…”
Post Views: 60 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü sənsiz xoşbəxtəm, gülüm… güllər üzümə açır… ayrılığın əvvəli mənim sonuma qaçır… tənhadı baş hərflər sms yerlərində… səsi gələn “ölülər” axı, kimin eyninə? nəfəsin külək olub, Gəncə-Qazax yolunda… Yolda xatirəm tutub yıxılanda qolundan… neynək, işarələr kəm “Bakı-Gəncə” sözündən… sən gəldiyin …
Nəriman Zeynalzadə (Yeni şeir) YANDI KÜLÜ MƏNƏ QALDI
Post Views: 53 Gözlərimi döyüb gəldim, Deyəmmədim, dönüb gəldim, Üzük gördüm barmağında O dünyanı görüb gəldim. Ürək qaldı tənha, yalqız, Axtarmadım ona tay qız, Gözüm qaldı arxasında, Vağzalıyla getdi o qız. Anam mənə bir qız aldı, O da meylin mənə saldı. Ürəyimdə qalan sevgi Yandı külü mənə qaldı.
Mayisə Əsədullaqızı (Yeni şeir) NƏ SÖYLƏYİM…
Post Views: 53 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru. Sən hakimsən, mən bir şair, Nə söyləyim sən dair? Mənim işim-həyat adı, Sevgi ətri, haqq övladı. Ürək coşsa, qəlb alışsa, Sevinc kədərə qarışsa, Odum bu torpağa ocaq, Ruhumdan çiçək açacaq, Cürətim ulu olacaq, Sən hakimsən, mən bir şair, …
Şəfa Kamilli (Yeni şeir) Ruhu mənimdi …..
Post Views: 60 Mənimlə deyilse ,ruhm yaninda , Qəlbimi inçidən ,bu sən dryilsən , Həsrətdən ,hicrandan ,üzən ,inçidən , Bu sən ,deyilsən ,sən deyilsən , Məni xoşbət etmək isdeyen , Ömrumu ,qülüşə qer edmək isdeyen , Hər an mənsiz darixan , Məndən ,çox məni hiss eden , Qözümdə ,bir qilə yaşa gözməyən, Hardadi ,görəsən ,ağ …
Rəşad Məmmədoğlu (Debüt) MƏNİ TƏRK ETSƏN ƏGƏR!..
Post Views: 47 Nəfəsim bir küləkdir, Yollarından əsənki. Sevgim daşı əridir, Sən yanımda nəsən ki. * Kinimdəki nifrətin, Təsirin görməmisən. Sən bağlı məhbəsimin, Əsirin görməmisən. * Məni tərk etsən əgər, Bir müqəssir olarsan. Məhbəsimdə müxtəsər, Həmin əsir olarsan. * Sənə verdim qəlbimi, Sevirsənsə yaşad sən. Qismətində ismini, Oxu, yazılıb, Rəşad, sən
Aqil Kəngərli BU GÖZƏLİN NƏ DƏRDİ VAR, GÖRƏSƏN?
Post Views: 60 Dilindədir yüz naləsi,min ahı, Bilməyirəm,nədir suçu,günahı, Hey səsləyir peyğəmbəri,Allahı, Bu gözəlin nə dərdi var,görəsən? Gözlərindən tökülür yaz yağışı, Qüssə dolu,kədər dolu baxışı. Yeri,göyü yandıracaq qarğışı, Bu gözəlin nə dərdi var,görəsən? Kim dağ çəkib,kim qanadıb yarasın, Yarı ölüb,itiribmi balasın? Kim incidib,Tanrı versin bəlasın, Bu gözəlin nə dərdi var,görəsən? Rəngi qaçmış,qəm içində boğulmuş, Bir …
İslam Azimov Mən nağıl deyiləm axı!!!
Post Views: 75 Çox da dünya boyda dərdim ,qəmim var. Çox da göz yaşımda batmış gəmim var, Demə yüz kəsirin , minbir kəmin var Məni ürəyimdən , gözümdən oxu , Mən nağıl adamı deyiləm axı . Buraxma hicrana tənha, tək məni , Bircə yol əlimdən qaldır , çək məni Özün ilmə -ilmə doğra, tök məni. …
Zeynəb Dərbəndli “Gəlir”
Post Views: 67 Azərbaycan Yazıçılar Birliyinin üzvü O qədər haqsızlıq görmüşəm ki, mən, Bezib bu dünyadan ölməyim gəlir. Azacıq tarixə düşsə də, adım, Adımı tarixdən silməyim gəlir. Bu dünya bürünüb fitnə, yalana, Az qalıb insanlıq qopa, talana. Yalandan insanam, deyən insana, Lap uşaqlar kimi gülməyim gəlir. Nə yazıq sözçü də söz deyən olub, Haqlını sındırb, …
Hikmət Məlikzadə. Yeni Şeir…
Post Views: 50 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, * * * Bir ac canavar ulartısı kimi gəlir mənə qışqabağı lüt çöllərə mərsiyə deyən küləyin səsi. İkisifət buludlar sinəsi xalı qızlar kimi iç atır. Bir az qarşıda beş-on sərçə ağız-ağıza verib aclıq nəğməsi oxuyur. Koroğlu cüssəli bir gənc də …
Debüt: Mərhəmət ƏLİYEV (Şəki).”Ömrüm sənin olsun!” (Hekayə)
Post Views: 79 (Naməlum şəraitdə həlak olan bütün adsız qəhrəmanlara!!!) Yarası yüngül olmasa da ölümcül də deyildi. Yaxşı sarımışdı. Mühasirədən çətinliklə çıxsa da artıq təhlükədən uzaq idi. Ətrafa yaxşı bələd idi. Buraları ovuc içi kimi tanıyırdı. Uşaqlığı bu dağlarda, cığırlarda, meşələrdə keçmişdi… Ağır-ağır yeriyir, arabir çevrilib tüstülənən şəhərə baxırdı. Şəhər tam işğal olunana qədər döyüşmüşdü.Yaralanmış …
Nərmin Kərimzadəni doğum günü münasibətilə təbrik edirik! (30 may)
Post Views: 83 “AYDINOGLU CONSULTİNG GROUP” LLC Rəhbəri Sizi, Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsini, Azərbaycanın istedadlı gənc xanım yazarını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanlar ilə birgə olun! Mətbuat xidməti
UŞAQLIQ XATİRƏLƏRİMDƏN…HƏYATİ HADİSƏLƏR
Post Views: 53 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru Bizim ata-baba evimiz Əmircanda, Bakının qədim Xilə kəndində, qoşa minarə məscidə yaxın bir yerdədi, gölə yaxındı. Biz kiçik olanda, o göl həddən artıq daşardı. Suyun həddən artıq şor olmağına baxmayaraq, üstü həmişə yaşıla bənzər mazutlu neft ləkələri ilə …
Abdulla MƏMMƏD.”Bu dərd- ayağı yalındı”
Post Views: 48 (“Didərgin şərqisi, qaçqın harayı” silsiləsindən) Kimə yuxu, kimə gerçək, Kimə çirkin, kimə göyçək, Kimə qanqal, kimə çiçək, Kimiyə də ağ yalandır. Bu dərd- ayağı yalandır. Bu dərd damarda oynamaz, Oynasa qanım qaynamaz… Başımıza dəyən qapaz. Gündə bir qana bulandı. Bu dərd- ayağı yalındı. Gör kim susar, kim haraylar- Dinən dilə daş qolaylar… …
Şafa KAMİLLİ. “Şübhələr …”
Post Views: 79 Yedilər bitirdilər,qəlbimi bu şübhələr, Düşnünürəm haqsızam, Yedi məni şübhələr. Yox, çox qərarsızam, Düşnünürəm nələr mən. Üzdü məni şübhələr. Heç çıxmırlar ağlımdan. Bezdirdilər, üzdülər, Ürəyimi üzdülər , Niyə belə etdilər, Qəlbimdəki şübhələr?! 28.05 2015
Təranə TURAN RƏHİMLİ.Həyatı və Yaradıcılığı
Post Views: 153 Təranə Yusif qızı Rəhimli (Turan) 20 fevral 1970-ci ildə Bakıda anadan olmuşdur. 1976-1986-cı illərdə Bakı şəhər 48 saylı orta məktəbində və Bərdə şəhər 1 saylı orta məktəbində təhsil almışdır. 1990-1995-ci illərdə ADPU-nun filologiya fakültəsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil almışdır. Əmək fəaliyyətinə həmin unuversitetdə laborant kimi başlamış, tələbəlik illərində “Gənc …
Zaur KƏRİMLİ .”Saxta Vətənpərvərlik” yaxud “Anar” Şadlıq Sarayında nə baş verdi?”
Post Views: 84 Neçə gündür məni də narahat edən bir məsələyə öz münasibətimi bildirmək istəyirəm. Neçə gündür “şairlər “Anar”şadlıq sarayında xalqın bu ağır-günündə toy-bayram ediblər” başlıqlı yazılar oxuyuram.Əziz dostlar, mən də o tədbirdə idim, sadəcə şair yox, ictimaiyyət nümayəndəsi və poeziya vurğunu kimi. Məsələ belədir: Əvvəla, Türkiyədən bura gələn insanlar faciədən 1 gün öncə yola …
Şəfa VƏLİYEVA.”Yad ev” (Hekayə)
Post Views: 52 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bir gün açacağın qapın varsa, sevin, bala! O açıq qapıdan içəri girəndə üzünə üfürülən hava deyil, doğma bir nəfəsdi. Çünki, doğma evin də öz nəfəsi var. Açacağın qapını arxanda buraxma, bala! Buraxma! Babası qapını açıb içəri girdi. Elə bil …
Son üç günün imkanını qaçırmayın!
Post Views: 57 Gəncə Qarnizonu Zabitlər Evinin və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Vətən uğrunda” hərbi vətənpərvərlik mahnı müsabiqəsində səsvermənin bitməsinə son üç gün qaldı. 27 may saat 16:10-a olan məlumata görə, Rəşad İsmayıl 7165 səslə liderliyini qoruyur. Abdulla Medinov 3216 səslə ikinci, Sabir Əliyev 1983 səslə üçüncü yerdədir. …
Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kümbet” dərgisində çap olunub
Post Views: 93 Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlunun şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, …
Əziz MUĞANİ.”Şair xəyalımız özgə bir aləm”
Post Views: 89 Keçmiş xatirələr düşər yadına Bir masa önündə oturanda sən Fikirdən alışan sönməz ocağın Görünən tərəfi saçındakı dən Kaş gerçək ola hər cümlə, sətir Arzular ürəkdə yetirə barın Kədəri apara min yol uzağa Qazıya kökünü iztirabların Şerdə görüşmək sanki röyadı Gecələr yuxuma gəldiyin kimi Yuxuda əl ələ, nəfəs nəfəsə Aşkara nə deyim… Bildiyin …
Doktor Cavad Heyət Bilik Fondunda anıldı
Post Views: 49 May ayının 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin Beynəlxalq Komitəsi və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq dərgisinin təsisçisi və baş redaktoru olmuş, Türkologiyaya aid 7 cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif Universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri üzvü, …
Şəfa VƏLİYEVA.”Kirpiklərim yumulu…”
Post Views: 50 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Əlim saçlarım üstündə, Kirpiklərim yumulu… xəyalla sevinməkdən bu qız hələ yorulmur… hər gün boyuna baxır… bəxtəvərdi güzgülər… burda bir qız darıxır… dərd boyda…üzügülər… Gəncəyə yağış yağıb… deyirlər yaz leysanıdır… demirlər göy ağlayıb… payızın qisasıdır…
Rüfət AXUNDLU.”Gəlirəm”
Post Views: 54 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Bir az insaf eylə, ADAM, Soruşma, hardan gəlirəm. Var olan yoxdan doğulub, Yox olan vardan gəlirəm. Harda vaxtsız yatan görsən, Çirkabına batan görsən. Alan görsən, satan görsən, Bax, elə ordan gəlirəm. Başqa bazara getmirəm, Başqa güzara getmirəm. Üzü məzara …
Hikmət MƏLİKZADƏ.”Elm acizdir, yoxsa alim?”
Post Views: 83 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Bəllidir ki, orfoqrafiya – (düzgün yazı) qaydaları, sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir, orfoqrafiya lüğətində də sözlərin düzgün yazılış formaları verilir. Biz bu kompleks məlumatlar lüğəti vasitəsilə lazımi sözün düzgün yazılışını, səslənmə və vurğusuna görə düzgün tələffüzünü, …
Nail DAĞLAROĞLU.”Dünyanın”
Post Views: 53 Yuxar qalxanın didir başını, Dəmirdən dişləri var bu dünyanın. Duyan ürəkləri dağlamaq üçün, Qızarmış neşdəri var bu dünyanın. Gönü su yumşaldar, dəmiri alov, Nalı mix saxlayar, köhləni cilov. Qanan fağır olur, qanmaz dəlisov, Beləcə işləri var bu dünyanın. Danışan dillərə salırmış düyün, Qəm-kədər içində qalırmış beyin. Naili üstünnən köçürər bir gün, Çox …
Elnur ABDİYEV.”Çor deyib vurarmı ada dam adam?”
Post Views: 44 Namərd yaratmayıb səni yaradan, Səndən yüksək varmı ad,adam,adam! Qan axır açdığın ağır yaradan, Çökür təməlindən ad,adam-adam. Bir məlhəm buyurub canana canı. Cananla ovuna can ana canı. Qanana deyirəm can, ana canı! Çor deyib vurarmı ada dam adam? Dünya bölünübdür,sudur,qurudur, Bu Kürə adanı günah qurudur. Quru oturmusan,bacar quru dur, Sən ki yaşayırsan,adada madam.
Elnur RƏSULOĞLU.”Qarışqa”
Post Views: 59 Dəyişib bir başqa olmaq istərdim, Doğula bilsəydim ikinci kərə. Zəhmətkeş qarışqa olmaq istərdim, Dünyaya gəlsəydim ikinci kərə. Tənbəl də deyiləm inanın mənə, Özümdən həmişə narazıyam mən. İç üzü açılıb insanın mənə, Qarışqa olmağa tam razıyam mən. Yayda soyuq qışa hazırlaşanda Qarışqa belində çox yük görünür. İnsan kiçiləndə, cılızlaşanda Qarışqa insandan böyük görünür.
“Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir
Post Views: 49 Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Vətənpərvərlik düşüncəsinin, milli-mənəvi dəyərlərin gənc nəslə təbliğ edilməsi” ilə bağlı silsilə tədbirlər təşkil edilir. Belə tədbirlərdən biridə, Slavyan Unversitetinin Yaradıcılıq fakultəsinin tələbəsi Ülkər Piriyevanın vətənpərvərlik mövzusunda səsləndiriyi şerlərə həsr olunub…Hər …
Şafa KAMİLLİ.”Qəlbimdəki tək yaram…”
Post Views: 44 Bilmirəm niyə mən ,beləyəm axi , Nə edim özüm də hec bilmirəm , Səni yszmişam könlümə ,niyə? Bəs niyə ,yazmişam ,ağradir ,belə. Qəlbimdə ki ,yarasan, Sağalmirsan nə ,edim , Qaniyirsan ,ey mənim , Qəlbimdə ki , tək yaram , Qəlbimi ağridirsan , Könlümun ğözü, sensen , Könlümü ağrirdrsan , Könlümdəki ağrisan , …
Fidan ABBSOVA.”Asan deyil inanmaq o baxışa…”
Post Views: 75 Saxta idi baxışların eləmi? necə məni aldatmısan yamanca sandin ki sən inanıram eləmi asan deyil inanmaq o baxışa… Sən deməsən belə gözlərin deyir dodağ dinmir, əllər bilmir, üz deyir içindəki boş qədəhlər süz deyir içə bilmir o sərabı bağışla… Acı olsa fərqi yoxdur həqiqət insan üçün ən birinci ləyaqət sevgi üçün ən …
Xəyalə SEVİL.Yeni şeirlər
Post Views: 57 Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Həyat bu qədər sadə… Bu küçə də Axırıncı vaqon kimi Boşaltdı adamlarını. Və bu gecə də Qaranlıq qara kəlağayını Saldı şəhərin boynuna. Yol boyu uzanan gecə işıqları Açdı gözlərini. Külək deyinə-deyinə Oyatdı yuxudan yarpaqları. Yəni, Həyat bu qədər …
Şəhanə İsmayıllı (Debüt)..Birgün geri gəlsən…
Post Views: 52 Şəhanə Cəfərova 1996 -cı ildə İsmayıllı rayonunda doğulub. Həvəskar şer yazardı. addımlarını yenicə atır. Çətin sənin üzünə gülüm, son gedişin elə ağlatdı ki… Bir gün geri gəlsən çətin gözlərinə baxım.. YUxuda görsən məni, sənsiz qalmış görəcəksən. Ağladığım günlərin heyifini, çÇıxacam bir gün geri gəlsən. susub -susub göz yaşlarım axanda Sənsizlikdən ürəyim parçalananda, Bİr …
Cahan GÜLSÜN.“Yanıq Kərəmi”nə oynamazlar,atam balası…”
Post Views: 129 Babamın sözü idi.Sonra da əlavə edərdi ki, “ bizi elə oynada-oynada bu kökə saldılar”.Bizi deyirdi e,bizim milləti… Eşitdiyimə görə “Yanıq Kərəmi”nə əvvəllər heç kim oynamazmış.Çunki, el arasında kərəmin faciəsinə oynamağı hamı özünə ar bilərmiş.Bir növ Kərəmə yas saxlayırmışlar.Sonradan yası da,faicəni də,Kərəmi də unudan insanlar qol götürüb şıdırğı oynamağa başlayıblar bu mahnıya.Məndən olsa …
Gülnarə Sadiq (Yeni şeir) Mən Anayam! Mən Vətənəm!
Post Views: 71 Mən Anayam! Mən Vətənəm! Gör nə qədər oğul dağı Verib mənə əzəl düşmən. Dərbəndimə yas tutmamış Borçalımı apardılar. Zəngəzura yas tutmamış, Bu həsrətə alışamamış Təbrizimi qopardılar. Bir yara var ürəyimdə, Şuşa adlı nazlı gəlin. Bir acı var ürəyimdə , Laçın adlı adlı dağlar qızı.
Nigar Rüstəmqızı. “Gənc qələm sahiblərinin binası yanır”
Post Views: 64 Allah sizə rəhmət eləsin, mirzələr… Sizin yaratdığınız aferist obrazlar bu gün diri-diri ədəbiyyatımızdadı. Canlı nəsruhlahlar və canlı kimyagərlər…Adamı haracan aldatmaq olar? Adamlara nə vaxtacan yalan demək olar? Bir gün biləcəklər axı gümüş gümüşlüyündə qalır, qızıla çevrilmir. Nə vaxtsa anlayacaqlar axı ölü dirilib evə qayıtmır. “Meymunu yada salmamaq” yalanı bu gün daha aktualdır. …
Gülnarə İsrafilqızını doğum günü münasibətilə təbrik edirik! (25 may 1981-ci il)
Post Views: 58 Gülnarə İsrafil qızı 25.05.1981-ci ildə Gədəbəy rayonunun Qarı kəndində doğulub. 2000-ci ildən respublika mətbuatında Gülnarə İSRAFİLQIZI imzası ilə şeirləri və məqalələri dərc olunur. “ Möhtəşəm Azərbaycan”, “Kaspi”, “Azad qələm” “Arqument” “İnam yolu” “Ruzigar” “Müasir həyat””Müəllimin sözü” və s. qəzetlərində, “Yurd” jurnalı” “Bir ağacın budaqları”, “Duyğulu Arazlar” və DGT Y-nin “ Ziya” antalogiyasında …
Harika UFUK.”Dilimde şarkılarla gidiyorum”
Post Views: 51 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Giderken bavulumu almadım yanıma Dilimde birkaç şarkı Düştüm yollara… Sanma ki umutsuzum, Sanma ki mutsuzum. Bazen acıtsa da yaralarımı Tuz basmayı öğrendim acılara… Nihavent besteler var, Bahar gelip de güller açtıran, Körfezdeki dalgın suları seyreden, Süzülerek gelen güzellerin Aşklarının ilkbahar esintisiyle… Hüzzam ki Küçük yaşta …